среда, 31 августа 2011 г.

Quran dunyanı necə tanıtdırır?

Hər şeydən əvvəl bilməliyik ki,yaşadıgımiz dünya həqiqət və reallıqlardan ibarıtdir.İsan dünyayə göz açdıgı gündən bu dünyanın əşyaları. rəngləri və çalarları ilə qarşılaşır , yaşadıqlarının rallıq oldugunu anlayır.Dünyanı maddi olaraq dərk etmək hər bir fərdin yetişə biləcəyi bir şeydir.Çünki hər bir insan maddi dünyanın nemıtlərindən faydalanır,havası ilə tənəffüs edir,içəcək və yeyəcəklərindən istifsdə edir, zinətləri ilə zinətlənir.Ona görə də ilk baxışda dünyayə diqqət yetirən insan dünyadan faydalanmagın yalnız maddi yönünü dərk edir. Bu səbəbdən də belə düşünən insanlar dünyadan yalnız üç heyvani faydanı əldə edə bilərlər. Bu üç heyvani fayda: yemək-içmək,zinət,cinsi ləzzət və istirahətdir.Büt bu faydalar insanın bioloji bədəni və nəfsi istəkiləri ilə əlaqəlidir.Belə olduqda dünyayə gəlmiş hər bir insan məqsəd olaraq həyatda yalnız bu üç istəyə yetişmək üçün səy edəcək.O zaman dünyanın maddi olaraq ələ gətirilməsi və mümkün qədər orada çox qalmaq istəyinin həyata keçirilməsi üçün çox ciddi səylər və tədbirlər həyata keçiriləcək.Dünya insanın görə biləcəyi son mənzil olacaq.Beləliklə insan, ona verilən böyük fitri istedadı qısa və ötəri bir həyatın qazanılmasına sərf edib aldanacaq.Bu yolda ona verilmiş daha böyük bir neməti,ömrünü əbəs olaraq sərf edib məhv edəcək.Çüki əldə etdiyi bütün şeylər və faydalar ona daimi yardım etməyib sonunda tənha buraxacaq.Bunlardan daha dəyərli şeyləri əldə etmək üçün verilmiş ömür günləri, bu aldadıcı maddi dünyanın törətdiyi maniələrin aradan qaldırilmasına sərf olunacaq.Bu çətinliklər və manıələr içərisində çabalayan insan isə,çətinlik və maniələri bir-bir dəf edə-edə elə zənn edəcək ki, sınaqlardan qurtulmaqla maddi dünyanın səadətli həyatına yetışəcək.Lakin tam əksinə olaraq çətinliklər və sınaqlar daha böyük problemləri ardıyca gətirəcək və maddi xoşbəxtlik ardınca olan insanı daha çətin sıxıntılara salacaq.Əslində, insan aldadıcı və yalançı xoşbəxtliyə yiyələnməklə həqiqi səadət və xoşbəxtliyi itirəcək.Bu yalançı xoşbəxtliyin qurulması ugrunda öz cinsindən olan digər insanların da haqq və huquqlarına təcavüz edib zülm edəcək.İnsanlar arasında ədavət, nifaq,zülm,təcavüz,xəyanət kimi rəzalət sifətləri yaygin və normal bir hal kimi dəyərlənəcək.İnsan oglu üçün qan tökmək və var-dövlət , mənsəbpərəstlik, irqçilik,millətçilik kimi rəzil şüarlar üçün mübarizə aparmaq adi hal olacaq.Qurbana çevrilmiş insanlar və xalqlar isə bacarıqsız,ləyaqətsiz,mədəniyyətsiz, sivil olmayan  ifadələrlə aşagılanacaq.Bütün bunlardan əks tərəf yalnız ötəri və keçici olan maddi keyf və ləzzətə yiyələnəcək.Belə olduqda insan üçün bu dünyanın ,zahiri və maddi görünüşünün ,ləzzətlərinin nə faydası var?Görəsən belə bir həyatın ardiyca olan insanlar onun nə ilə nəticələnəcəyi haqqda düşünürlərmi?Məgər onlar yıgdıları var-dövlətin,qurduqlar cah-cəlallı hakimiyyətin sonunda yox olub unudulacagını düşünürlərmi?                                           Əyər insanların əksəriyyətinin həyat tərzinə baxsaq ,onlarin zərrə qədər də olsa söylönilənlər haqda düşünmədikləri ortaya çıxar.Sanki bu haqda düşünmək onların haqqı vəzifəsi deyilmiş.Bəs niyə özünü bu qədər sevən və xoşbəxtliyinin ardiyca olan insan düzgün yolu seçməyib sonunda məhv olur?                                                      Bu sualın cavabını tapmaq o qədər də çətin və müşkül məsələ deyildir.Yuxarida sadalanan fəsadların törənməsinin əsas səbəbləri özünüdərk və dünyanı tanıma və dəyərləndirmənin qeyri düzgün olmasından qaynaqlanır.Əsas problem insanların dünyayə və maddi həqiqətlərə olan münasibətindən törənir.Dünyayə vəmaddi həqiqətlərə olan insani münasibətlər sırf maddi və cismanı xarakter daşıdıgından, o istiqamətdə qurulan həyat da tam dünyəvi olacaq.İnsanlıgın əsas problemi əxlaqi deyil ,ideoloji və əqidə problemidir.Adəm oglu dünyanı düzgün dərk etmədikcə,düzgün əxlaqlı və nizamlı həyat qura bilməyəcək.Dünyaya insani baxış maddiyyatla tamamlanan , mənəvi və metafizik yönü olmayan bir baxış olmamalıdır.Dünyaya insani baxış bir heyvani baxışdan fərqlənməli,yalniz bu dünyada sag qalmaq, ləzzətlərdən istifadə edib istirahət etmək kimi düşüncələrləməhdud olmamalıdır.İnsan daha dərinliklərə nufuz edəcək bir baxışla dünyaya baxa bilməli,zahirən real görünən bu maddi dünyanın əks tərəfində həqiqi real həyatı və dünyanı görə bilməlidir.Bəs nə etməli, dünyaya hansı baxışla baxmalı , ötəri və keçici olmayan reallıqlara yetişmək qçqn hansı istiqaməti götürməliyik?                                                                                                                                                                                                   Dünyanın əsl mahiyyətini dərk edib , gerçək həyat həqiqətlərini anlamaq üçün dünyaya baxış tərzimizi dəyişməliyik.Yəni biz dünyayə məhdud bir çərçivədən baxıriq və onagörə də nəticədə səhvə yol veririk.Dünyayə məhdud olmayan,onun başlangıc və sonundan xəbərdar olan, tam əhatəli elmə malik olan birisini baxışı ilə baxmalıyıq.Yalnız həmin şəxs dünyanı düzgün dəyərləndirib, layiqincə tanıtdira və həyat istiqamətlərinin necə qurulmasını anlada bilər.İnsan dünyaya tam əhatəli bir elmə malikdirmi?Həyatın əvvəlindən və sonundan xəbərdardırmı?Əsla yox! insan dünyadan çox qısa və məhdud bir elmə malikdir. Ona görə də real həyat onun üçün duya biləcəyi,görə biləcəyi,hiss orqanları ilə dərk etdiyi, bir az da təcrübi elmlərin kəşf etdiyi həqiqətlərdən başqa bir şey deyil.                                                                                                                                                Anladıq ki, MƏXLUQ yalnəz dünyanın zahiri üzünü görə bilər,onun batini üzünə öz dar və məhdud bilgisi ilə vaqif ola bliməz.Bu zaman insanın həyatını bu məqsədsiz yolçuluqdan qurtarmaq və onun yaşayışına məna və düzən verib,nəticə bəxş edən dünyəvi vir idrak əta etmək lazımdır.İnsana bu ibrakı yalnız yaradılışın hər zərrəsindən xəbərdar olub,həyatı yoxluqdan var edən,məqsəd və məramını ona düzgüngöstərən yaradıcı verə bilər.Çünki bu dünyanı o yaratmış məqsəd və məramını da o müəyyən etməlidir.bu zaman Adəm oglunun rəbbinin ona dünya həyatının nə oldugunu və həqiqətdə nəyə bənzədiyini və sonunda insana nə gətirəcəyini anlatdıgı muqəddəs kitabına diqqətini yönəltməkdən başqa bir yolu qalmır.İndi Allahin dünya həyatını anlatdıgı quran ayələrinə nəzər salaq.Hədid surəsinin 20-ci ayəsində belə buyurur:  (ey insanlar!) "BİLİN Kİ DÜNYA HƏYATI OYUN-OYUNCAQ, BƏR-BƏZƏK, BİR-BİRİNİZİN QARŞISINDA ÖYÜNMƏK VƏ MAL DÖVLƏTİ, OGUL UŞAGI ÇOXALTMAQDAN İBARƏTDİR.BU ELƏ BİR YAGIŞA BƏNZƏYİR Kİ ,ONU YETİŞDİRDİYİ BİTKİ(məhsul) ƏKİNÇİLƏRİN XOŞUNA GƏLƏR.SONRA O QURUYAR VƏ SƏN,ONUN SARALIB SOLDUGUNU ,DAHA SONRA ÇÖR-ÇÖPƏ DÖNDÜYÜNÜ GÖRƏRSƏN.AXİRƏTDƏ İSƏ(aldananlara)ŞİDDƏTLİ ƏZAB VƏ (aldanmayanlara )  ALLAHIN BAGIŞLANMA VƏ RAZILIGI VARDIR.DÜNYA HƏYATI ALDANIŞDAN BAŞQA BIR ŞEY DEYİL"                                                                                                                                                                              Bu ayə həyata olan baxışımızı tamamilə dəyişərək axırətə dogru istiqamətləndirir.Allah əvvəlcə dünya həyatının oyun-oyuncaq oldugunu bildirir və muxatəblər tərəfindən bunun bilinib anlanmasını istıyir.Quranın bu ecazkar ifadəsi,dünyayə aldanan insanları həqiqətdə bir uşagın valideyinlərinin onun üçün aldıgı oyuncaqlarla aldanmasına bənzədir.Çünki uşaq oyuncaqların həqiqi mahiyyətinə varmadan onlarla yzlnız vaxt ötürməklə məşgul olur.Allah bizə anladır ki ,dünya həyatı da Axirət hayatına bir vəsilə deyilsə oyun-oyuncaqdan başqa bir şey olmayacaq.Çün ki, insan bulug həddinə çatmamış bir uşaq kimi  dünyanın aldadıcı şeyləri ilə bir müddət oynayır,uşagın oyuncaqlarrı tərk etdiyi kimi sonunda onları tərk edər.Sonra ALLAH dünya həyatının zinət, bər-bəzək oldugunu xatırladır.Bu da eyni zamanda bir uşagın muxtəlif rəng və çalarlarla bəzədilmiş oyuncaqlarını xatırladır.Çünki oyuncaqların rəng və çalarları onun diqqətini daha çox cəlb edir və onu tamamilə ətrafdan təcrid edərək özünə məşgul edir.Dünya bər-bəzək və zinətləri də muxtəlif rəng və çalarları ilə insan üçün eyni rolu oynayır.Bu zaman agılı bir insanın aldanması ilə bir körpənin aldanmasında heç bir fərq qalmır.Əyər biz məsələnin mahiyyətinə diqqət yetirsək ,dünyanın yaradısı tərəfdən bir ibrət evi oldugunu görərik.Çünki bu cəhətdən dünya Allahın sənət əsəri,yaradıcılıq qüdrətini göstərən nışanələrlə dolu olan bir yurd yeridir.DÜNYADA OLAN GÖZƏLLİKLƏR , HEYRƏTAMİZMƏNZƏRƏLƏR, əzmətli daglar,meşələr çaylar hamısı insanin ayılmasına, dünya ilə axirət arasında bir körpü yaratmasına xidmıt edir.             Bəs nədir dünyanı insan üçün ibrət olmaqdan uzaqlaşdırıb, ona aldadıcı zinət vurub, rəng verən.Bu məqamda qurandan digər bir ayəni diqqətinizə çatdırıriq.Hicr surəsi 39-cu ayədə Allah şeytanın dilindən belə buyurur:"(iblis)DEDİ:RƏBBİM MƏNİ AZDIRDIGIN ÜÇÜN ,YER ÜZÜNDƏ ONLAR ÜÇÜN(hər şeyi) ZİNƏTLƏNDİRƏCƏMVƏ ONLARIN HAMISINI AZDIRACAM."     sonra 40-cı ayədə deyir:"yalnız sənin xalisləşdirilmiş bəndələrindən başqa".sonra ALLAH 41-Cİ ayədə iblisə cavab olaraq buyurur:"(ALLAH)dedi:bu mənə dogru yönələn düzgün yoldur".Bu ayələrin üzərində düşünsək görərik ki əslində dünyanı ibrət olmaq məqamından endirən və zinət,bər-bəzək,rəng düşkünlüyünə çevirən şeytanın insanlar üçün qurdugu bir hiylə planıdır.Şeytan Allah dərgahından qovulmasını bir azgınlıq kimi qəbul edib,bunun əvəzində adəm oglunu dogru yoldan sapdıracagına söz verdı.Şeytanın dogru yoldan sapdırması isı dünya və dünyada olanların zahirinə yalançı zinət və rəng vurmasından ibarətdir.Diqqət edin, dünyadan hər hansı bir gözəllik əslində insanı bu gözəlliyin mahiyyəti haqqında düşünməyə dəvət edir,onun batini çöhrəsini görməyə təşviq edir.Gözəl bir bagı seyr edən insan,həqiqətdə bu bagın bir-birindən gözəl və dadlı meyvələrini düşünərək bunların maddə çərçivəsinə sıgmayan bir  mələkuti nurdan yarandıgını dərk etməlidir.Hamısı eyni torpaqdan , Eyni hərarət və  sudan qidalanıb var olan  lakin dadında rəngində bir-birindən fərqlənən bu meyvələr özünə məxsus bir dillə bizə xitab edərək deyir,eyni torpaqdan cücərdiyimizə baxmayaraq ,bizə maddənin çərçivəsinə sıgmayan bir nur saçdı və bizi bu heyrətamiz müxtəliflikdə yaratdı.Lakin bu haqq dəvətçiyə qulaq asarkən,insanı digər tərəfdən yeni bir dəvətçi çagırdı.Bu yeni dəvətçi isə insanı yalnız bu var olanların zahirinə baxmaga səslədi.İnsanı bu həqiqətlərin batini ilə məşgul olub düşüncələrlə özünü yormamaga və məsuliyyətdən uzaq durmaga çagırdı.Eyni zamanda öz dəvətinə uygun olaraq  dünyada var olanlara elə bir zinət, bər-bəzək  muxtəlif çalarlı rənglər vurdu ki,Adəm oglunu məftun edə bildi.Bu insanin nəfsinə daha xoş gəldi və bir müddət həmin zinət və rənglərin sevinci ilə aldandı.Bunlara məftun olan insan ,zinət bər-bəzək nəşəsinin damavlı olacagına inanaraq özünü şeytanın qurdugu hiyləyə aldadib məhv etdi.Ey insan diqqət et!iblisi n məqsədi məkr edib dunyanı zinətləndirərək sənə gözəl göstərməkdir.SƏN də aldanaraq onu əbədi bir məkan sanırsan!İblis dünyanı sənə yanlış tanıtdırıb və bununla səni bədbəxtlik uçurumundan yuvarlamışdır.Sən isə hələ də bu zər -zibanın səni xilas edib xoşbəxtliyə qovuşduracagına inanırsan.MƏGƏR SƏNDƏN  əvvəlkilərin yıgdıgı daş-qaşların onlar tənha buraxıb  həlakətə atması sənin üçün ibrət olmaga kifayət deyilmi?   Sonra AllAH dünya həyatını aldanan insanlar arasında fəxr ,öyünmə, təkəbbürlük kimi mənfi xislətlərin mənbəyi oldugunu xatırladır.Deməli dünyadan qeyri-düzgün isatifadə həm də bir sıra nəfsani rəzalətlərı gətirmiş,insanları bir-birinə qarşı münasibətdə qeyri-vicdani davranmalarına səbəb olmuşdu.Dünya həyatı məqsəd oldugu üçün var-dövlət, məqam  insanı öyünməyə vadar etmış , bunlara yiyələnə bilməyən insanı aşagılamaga sövq etmişdir.Buna görə də insan sərhədsiz olaraq varlanmaga aludə olmuş və mülkə özündən birinin sahib çıxması üçün çoxlu övladlarınin olmasıni istəmişdir.                                                                       Allah bütün bunları təbiətdə baş verən hadısələrə bənzətmiş və insanların bundan ibrət almasını istəmişdir.Bu əkinçinin sevincinə səbəb olan yagışdır ki,onun bərəkəti ilə bitki bol məhsul verir.Lakin yagışın yetişdirdiyi bu bitki həmişə yaşıl deyil , bir müddətdən sonra qızmar günəş onu saraldıb quru çöpə döndərər.Eynən bunun kimi insan həyatı da mivəqqəti çiçəklənmə dövrünü yaşayır, bir müddətdən sonra isə solaraq məhv olur.                  Buraya qədər anladıq ki,dünyanı tanıyanlar iki dəstədir:zahirinə aldanıb zinətlərinə tabe olanlar.İkincisi isə batininə nüfuz edib həqiqətini dərk edən insanlar.Bu iki dəstənin taleyi haqda quran naziat surəsindsə belə buyurur:"o gün insan nələr etdiyini yadına salacaq.Cəhənnəm də hər görənə aşkar olacaq . kim azgınlıq etmişsə dünya həyatını üstün tutmuşsa, şübhəsiz ki, cəhənnəm onun məskənidir.Amma kim rəbbinin məqamından qorxub və nəfsinə istəyini qadagan etmışsə  həqiqətən onun yurdu cənnətdir."                                                             Hidayətə tabe olanlara salam olsun!