пятница, 18 ноября 2011 г.

İMAM ZEYNULABİDİNİN İMAN ƏHLİNƏ ETDİYİ NƏSİHET




Ey insanlar! Allahdan qorxun və bilin ki, ONA dönəcəksiniz və o gün hər kəs, etdiyi hər xeyr və pis əməlini hazır bir halda qarşısında tapacaq və işlədiyi pisliklə arasında çox uzun bir məsafənin olmasını diləyəcək. "Allah özündən çəkinmənizi əmr etməkdədir.

Təəssüflər olsun sənə ey qafil Adəm oğulu! Halbuki səndən qəflət edilməməkdə; əcəlin hər şeydən daha sürətli sənə doğru sürətlə gəl­mektədir; səni axtarır, səni tutmasına bir şey qalmamışdır. Az qala vaxtını istehlak etmisən, ölüm mələyi canını almış və qəbirində tək başına buraxılmısan, ruhun təkrar sənə çevirilmişdir. Münkər və Nekir adlı iki mələk səni sorğu və möhkəm imtahana çəkmək üçün birdən, xəbərsiz olaraq yanına gəlmişlər. Bil ki, onların səndən soruşacaqları ilk sual, tapındığın Rəbbin, sənə göndərilən peyğəmbər, inandığın din, oxuduğun kitab, itaət etdiyin imam haqqında və ömürünü harada keçirdiyindən, malını haradan qazanıb və harada xərclədiyindən olacaq.

Qorunmaq üçün özünə bir vəsilə hazırla! Nəfsini yoxla, imtahan və sorğuya  tutulmadan əvvəl özünə cavab axtar. Əgər iman edən, dinini tanıyan, doğrulara uyğun gələn və Allahın vəlilərini sevənlərdən olsan (o zaman) Allah, dəlilini (verəcəyin cavabı) sənə bildirər, dilini doğruya açar və beləcə gözəl cavab verərək cənnət və Allahın razılığına qovuşmaqla müjdələniyərsən. Mələklər rəhmət və nemətlə səni qarşılayarlar. Belə olmadığın təqdirdə dilin tutular, dəlilin batil olar, cavab verməkdən aciz qalaraq cəhənnəmlə müjdələniyərsən və əzab mələkləri cəhənnəmin qaynar suyu və yandırıcı atəşiylə səni qarşılayarlar.

Ey Adəm oğulu! Bil ki, bunun sonrası qiyamət günüdür O  gün daha böyük, daha qorxunc və könülləri daha çox incidəndir. İşdə o gün bütün insanların bir yerə toplanılıb hazır olacağı və hər şeyin ortaya çıxacağı bir gündür. O gündə Allah əvvəlkiləri və sonrakıları bir yerə toplayar; o gün sura üfürülər; qəbirlər alt-üst edilər; o gün çox yaxındır. O gün qorxudan ürəklərin ağızlara gələrək
həbs edildiği bir gündür. O gün səhvlərdən keçilməz, heç kimdən fidyə alınmaz, heç kimdən bəhanə qəbul edilməz və heç kimə tövbə etmə icazəsi verilməz. O gün yaxşılıqlara qarşı mükafat, pisliklərə qarşı da cəzadan başqa heç bir şey ortada yoxdur. Kim bu dünyada mömin olar və bir zərrə qədər xeyr və ya şər işlərsə (o gün) onu tapar.

Elə isə ey insanlar! Allahın sizləri, kitabı sadiq və bəyanı natiqde qadağan etdiyi üsyan və günahlardan qorxub çəkinin. Lənətlənmiş Şeytan sizləri tez çatıla bilən şəhvət və dünya ləzzətlərinə dəvət etdiyində özünüzü Allahın məkr (nizam) və əzabından əmin görməyin. Çünki Allah buyurur ki: "Təqvalı kəslər, Şeytanın bir vəsvəsəsinə uğradılarmı təfəkkür ederlər, bir də baxarsan ki bəsirət sahibi olmuşlar belə.

Allah qorxusunu, ürəyinizə yerləşdirin və Allahın vəd etdiyi dönüşdəki gözəl savabları və qorxutduğu şiddətli əzabları xatırlayın. Çünki bir şeydən qorxan, ondan çəkinər və bir şeydən çəkinən, onu tərk edər. Dünya həyatının bəzəklərinə könül bağlayan və pislik nizamları quran qafillərdən olmayın; Allah buyurur ki: "Pislik nizamları quranlar, Allahın onları yerə batırmayacağından, yaxud heç anlamadıqları bir yerdən başlarına bir əzab gəlməyəcəyindən, yaxud dönüb gəzərlərkən tutub onları həlak etməyəcəyindən əminmi oldular? Onlar ONU aciz buraxa bilməzlər. "

Allahın kitabında sizləri qorxutduğu şeylərdən qorxun və zalımlara verdiyi əzab vədələrinin bəzilərinin sizə də enməyəcəyindən əmin olmayın. Allahı Təala başqalarının hekayəsini izah etməklə sizə öyüd vermişdir. Xoşbəxt kimsə, başqalarından öyüd alan kimsədir. Allah, kitabında sizdən əvvəl şəhərlərdə zülm edən insanlara nə etdiyini, belə eşitdirmişdir: "Zülm edən nə qədər şəhərləri həlak etdik və ondan sonra digər qövmlər yaratdıq. Onlar əzabımızı hiss edər etməz oradan qaçmağa başlayırdılar. Qaçmayın, dönün sahib olduğunuz mallara, nemətlərə və evlərə; çünki sorğuya çəkiləcəksiniz." Onları əzab tutduğunda: "Təəssüflər olsun bizə, həqiqətən də zülm etmişdik biz." deyərdilər. "

Ey İnsanlar! "Əgər Allahı Təala, bu ayədən kafirləri nəzərdə tutmuşdur" desəniz o zaman necə olar bu? Halbuki Allah (sonrakı ayələrdə) belə buyurur: "Qiyamət günü, ədalət tərəzilərini quracağıq, heç kimə zülm olunmayacaq; hətta xardal dənəsi ağırlığında bir şey belə olsa gətirəcəyik onu. Hesab çəkməyə biz kafiyik. "

Ey Allahın qulları! Bilin ki, müşriklər üçün tərəzi qurulmayacaq və hesab dəftərləri də açılmayacaq; onlar hesabsız, qrup qrup cəhənnəmə daxil olacaqlar. Tərəzilər yalnız Müsəlmanlar üçün qurular və əməl dəftərləri də yalnız onlar üçün açılar. Elə isə ey Allahın qulları! Allahdan qorxun və bilin ki, Allah dünya bəzəklərini heç bir dostu üçün sevməmiş; onları dünyanın malına, varlığına və tez çatıla bilən zahiri gözəlliklərinə də rəğbət etdirmişdir. Allah, dünya və dünya əhlini, yalnız insanlardan hansının axirət üçün daha gözəl çalışdığını sınamaq üçün yaratmışdır. Allaha and olsun ki, bu mövzu haqqında sizlərə nümunələr verilmiş və ağıl sahibləri üçün ayələr bəyan edilmişdir. Elə isə ey möminlər! Ağıl sahibi olan kəslərdən olun. Güc ancaq Allahdandır.

Allahın, maraqsız olmanızı istədiyi bu dünya həyatının tez çatıla bilən nemətlərinə meyl etməyin. Çünki sözü haqq olan Allah buyu­rur ki: "Dünya həyatı göydən endirdiyimiz su kimidir ki, onunla insan və heyvanların yeməyi bitkilər yetişib bir-birlərinə qarışmışdır. Yer üzünün bəzənib bəzəndiyi və yerin sahiblərinin bütün bunlara malik olduqlarını sandıqları sırada gecə və ya gündüz, buyruğumuz o yerə gəlmiş və oranı, sanki bir gün əvvəl üzərində həyat yoxmuş kimi biçib qurutmuşdu. Düşünən millət üçün ayələri beləcə uzun uzun açıqlayırıq.

Dünyaya meyl etməyin. Çünki Allahı Təala Hz. Məhəmməd sallallahu əleyhi və alihə belə buyurur: "Zülm edənlərə meyl et­meyin; sonra atəş sizə də toxunar. .." Bu dünyaya və dünyada olana, bu dünyanı özünə əbədi yurd və sabit vətən əldə edənin güvəndiyi kimi güvənməyin. Çünki bu dünya sabit qalmayacaq. Bura azuqə toplanacaq və əməl ediləcək bir evdir. Günləri yox olmadan və Allah tərəfindən korlanmasına icazə verilmədən əvvəl, saleh əməlləri azuqə  edin. Çünki Allah ilk olaraq dünyanı icad və mütərəqqi etdiyi kimi, onu yox edəcək. Çünki Odur, bu dünyanın vəlisi (sahibi).

Allahı Təaladan, təqvanı azuqə etməkdə və dünyaya qarşı maraqsız qalmaqda bizə və sizə kömək etməsini, bizi və sizi dünya həyatının tez əldə edilən keçici əmtəəsinə meyl etməyən və axirətin qalıcı savabına rəğbət edənlərdən etməsini niyaz edirəm. Şübhəsiz ki biz ONun üçünük və varlığımız da ondandır. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.(OXUDUQDAN SONRA HƏR CUMLƏSİ HAQQINDA DUŞUNUB NETİCƏ ÇİXARTMAGIMIZ LAZİMDIR .HİDAYƏTƏ TABE OLANLARA SALAM OLSUN!)