суббота, 3 ноября 2012 г.

ŞİƏNİN BÖYÜK RİCALŞÜNAS ALİMİ NƏCAŞİ


ƏHMƏD BİN ƏLİ NECAŞİ
Doğumu

Əsl adı Əhməd bin Əli bin Əhməd bin Abbas bin Məhəmməd bin Abdullah bin İbrahim bin Məhəmməd bin Abdullah Neccaşidir. 372 h. k. tarixində Kufədə doğuldu. Atası, hədisçi və Şiənin böyük alimlərindən idi.

Araşdırmaçılara görə onun ləqəbi Əbul Həsəndir. Bəziləri səhvən onun ləqəbini Əbul Abbas deyə də zikr etmişlər. Ləqəbi isə Necaşidir. (Necaşi və Nicaşi deyə də oxuyanlar vardır. Daha fesih olanı Nicaşidir)
Ailəsi

Böyük atası Abdullah Necaşidir ki Ahvaz valisi idi. İmam Cəfər Sadiq (a.s)a məktub yazmışdı və İmam da cavabında ona   Ahvaziyye risaləsini yazmışdır.

O, Kufəli və Esedi boyundandır. Öz zikrinə görə soyu Adnana yetişər. Onun ailəsi, Ali Əbi Simal, Kufənin irəli gələnlərindən və köhnədən bəri xalqın hörmət etdiyi bir ailədir.
Səyahəti

Əhməd bin Əli Necaşi, ömürünün çoxunu Bağdadda keçirmişdir. Bir neçə dəfə səfərə çıxmış və Müqəddəs məkanları ziyarətdə olmuşdur.

400 h. q. ilində Nəcəfi Eşrefə səfər etmiş və bir müddət də Hz. Əli (a.s)ın qəbirinin yanında qalmışdır. Yenə Samirraya səfər etmiş, Əskeriyeyn (a.s)ın ziyarətləriylə müşərrəf olmuşdur.

Bir neçə dəfə də əsl məmləkəti olan Kufəyə dönmüş, hədis eşitmiş və hedis nəql etmək üçün icazə almış və hədis söylemeye icaze vermişdir.

Hədis Nəqlindəki Diqqət və Möhkəmliyi: Necaşi haqqında ən çox diqqətləri çəkən məsələ, onun möhkəm və mötəbər ravilerden hədis nəql etməsidir. Əlində bir çox zəif, zəiflikdə ittiham edilmiş və qınanmış ravilerden hədis olmasına baxmayaraq onlardan hədis nəql etməmişdir.

Bir çox yerdə deyir ki, filan mövzuda əlimdə bir çox hədis vardır. Ancaq sənədi zəif olduğundan və ya zəif və qınanmış yazarların kitabında olduğundan nəql etmirəm. Bu mövzuda o qədər həssas və vasvası davranırdı ki zəif kəslərdən hədis belə dinləməzdi. Bu vəziyyət onun kimi nəqlçilərin qiymətini bir neçə qatına çıxardığı kimi, insan onların nəql etdikləri hədislərə könül rahatlığıyla güvənə bilər. Xüsusilə də ravilerin əsrinə yaxın oldugu üçün onların güvenlileri ilə etibarlı olmayanlarını çox yaxşı ayırd edə bilirdi.
Əhəmiyyətli Cəhdləri

Necaşi, həyatı boyunca etdiyi ən gözəl işlərdən biri Fihristi Esma'il-Musannifin və ya Ricalı Necaşi adlı kitabı təlif etməsidir. Min ildən çox bir zaman keçməsinə və rical haqqında yüzlərlə kitab yazılmasına baxmayaraq hələ ravilerin möhkəm və zəiflərini bir-birindən ayırt etmək üçün ən gözəl və ən etibarlı qaynaqdır.

Ricalcıların, fəqihlərin və muhaddislerin etiraf etdiklərinə görə, hələ də Ricalı Necaşi zirvədədir. Hər hansı bir ziddiyyət olduqda Necaşinin sözu seçilər. Başqa rical kitablarının onunla bərabər olmasına imkan yoxdur.
Ustad və Şeyxləri

1- Atası, Əli bin Əhməd Necaşi

2- Şeyx Mufid (ö. 413)

3- Əhməd bin Əbdüləziz Bezzaz (İbni Haşir deyə məşhurdur. ö. 423)

4- Əhməd bin Əli Sirafi

5- İbni Gazairi, Hüseyn bin Ubeydullah və oğulu Əhməd bin Hüseyn

6- Harun bin Musa Tel'akberi və oğulu Əbu Cəfər bin Harun

7- Əhməd bin Məhəmməd bin İmran (İbni Cundi deyə məşhurdur)
Tələbələri

1- Şeyh'ut-Taife Şeyx Tusi

2- Şeyx Əbul Həsən Sihrişti

3- Seyit İmaduddin Məbəd Həsəni Mirzevi
Əsərləri

Əlimizə yetişən mövcud əsərləri bunlardan ibarətdir.

1- Kitabul cuma və ma Verede fihi min'el-Amal

2- Kitab'ul-Kufe və ma Verede fiha min'el-Asar vəl-Fezail

3- Kitabı Ensabı Məni Nəsr bin Kain

4- Kitabı Muhtasar'il-Enva və Mevaziu nucum

5- Kitab'ur-Rical və ya Əsmai Musannif'iş-Şii
Vəfatı

Böyük alim və soy alimi Əhməd bin Əli Necaşi, 78 il bərəkətli ömür sürdükdən sonra 450 h. q. ilində (Şeyx Tusidən on il əvvəl) Matır Abatda (Samirranın həvalısında bir yer) fani dünyaya əlvida edib məbuduna doğru köç etdi.

Onun ölüm tarixinə və yerinə ilk toxunan alim Əllame Hillidir (ö. 726). Qısacası, kitabında ondan əvvəl Necaşinin ölümü haqqında Şiə və Sünni kitablarında kimsə qeyd etmemişdir.