суббота, 24 декабря 2011 г.

INSANI HƏYATIN MAHİYYƏTİ

Həyatın mahiyyəti haqqında zamanımıza qədər çoxlu fikir və mulahizələr irəli sürülmüşdür.Hər bir ideoloji və fəlsəfi məktəb həyat haqqında öz anlayışı çərçivəsində nəzərlərini  vermişlər.Lakin bu məktəb və cərayanların heç biri həyatın mənasını tam açıqlaya bilməmişdir. Oların həyat haqqında yürütdükləri  nəzəriyyələrin hər biri həyatın bir yönünü bəyan etmişdir.Məktəblərin əksəriyyəti həyatı yalniz bioloji çərçivədə anlamış,həyatı olan varlıq dedikdə yalnız canlı olaraq hərəkət edən bir varlıq kimi düşünmüşlər.Əyər biz ilahi vəhyə soykənən məktəblərə diqqətimizi yönəltsək,orada həyatın daha geniş anlam daşıdıgını görər,bütün varlıq aləmini əhatə etdiyini anlayarıq.Həyat haqqında Quranın görüşü budur ki,həyat bütün varlıq aləmini əhatə etmişdir.Yəni vucuda gələn hər bir varlıgın özünəməxsus bir həyatı vardır.Umumiyyətlə Quran həyatın dogulması və vucuda gəlməsini bəyan etməkdədir.Qurana görə həyat da yoxluqdan dogmuşdur və yoxluqdan vucuda gələn hər bir şey də öz istedadı çərçivəsində var olan həyatdan bəhrələnmişdir.Beləliklə, HƏYATA SAHİB OLMAYAN heç bir varlıq mövcud deyildir.Allah müqəddəs kitabı Quranda ölum və həyatın hər ikisinin yaradılmış oldugunu işarə edərək buyrurur:"O,gözəl davranacagını sınaqdan keçirtmək üçün ölümü və həyatı yaratdı"(mülk 2).Buradan görürük ki, hər bir varlıgın həyatı və onun ziddi olan ölümü vardır.Amma ölum yoxluq deyildir.Çünki, hər ikisi yoxluqdan vucuda gəlmişdir.Buradan aydınlaşır ki quran həyat kəlməsini işlətdikdə bioloji can və ruh deyil,daha geniş məna qəsd edir.Amma boliji cana malik olan varlıqları izah edərkən başqa kəlmədən istifadə edir.Bioloji can dedikdə bəzi varlıqların özünə məxsus həyatı nəzərdə tutulur.Onlar öz yaranışı, inkişafı və çoxalması ilə başqa varlıqlardan kəskin şəkildə fərqlənir və fərqli bir yol qət edirlər.Bioloji canlılar  həmin  bihüceyrəli və çoxhücüyrəli yaşam tərzinə sahib olan varlıqlardır ki,bu da onlara məxsus bir həyat növünün təzahür olmasıdır.Bu həyat tərzinə başqa bir istilahla nəbati və heyvani həyat tərzi də deyilir ki,"cəmadat" adlanan mövcudatın həyat yolundan fərqli olaraq,daha dinamik və təkamulə meyilli bir həyat növünə malikdirlər.Günun elmi istilahında bu həyat növünə canlı orqanizmlər deyilir.Bu gün həyatın mahiyyətini araşdıran elm ,həyatı yalnız həmin canlı orqanizmlərlə məhdudlaşdırır.Bu elm insanı da həmin canlı orqanizmlərin bir növü kimi dəyərləndirdiyi üçün, insan həyatını da həmin həyatla nəhayətləndirir.Lakin metafizik dünyagörüşə görə həyatı belə dar çərçivədə düşünmək düzgün deyil.Baxmayaraq ki canlı həyat da ümumi həyatın bir hissəsidir.
Metafizik dünyagörüşün mənbəyi hesab olunan vəhy məktəbi canlı həayatı ümumi həyatın bir parçası hesab edərək,nəbati və heyvani həyatın mahiyyətini bəyan edərkən özünəməxsus istilahlardan istifadə etmişdir.Quranin istifadə etdiyi terminlərdən ən mühümmü"dabbə"(hərəkət edən canlı)kəlməsidir."dabbə" kəlməsi ilə quran ,sürünən, ayaq ustə gəzən və havada uçan butun canlıları ifadə etmişdir.Çünki QURAN bu canlıların həm yerdə həmdə səmada mövcud olduqlarını bildirir.Bir qədər də dərinə getsək "dabbə" kəlməsi ilə bürün birhuceyrəli və çoxhüceyrəli varlıqlar nəzərdə tutulur.
Allah bu həqiqəti ecazkar bir şəkildə şura surəsində belə açiqlayır:"Göyləri və yeri və oralarda yayıb səpələdiyi   canlıları(dabbə)yaratması onun qüdrət nişanələrindəndir.Allah istədiyi vaxt onları bir yerə yıgmaga qadirdir"
(şura 29).
Bunula ALLAH canlı orqanizmlərin yalnız yerdə deyil səmada da mövcud olduqlarını açıqca bildirmişdir.Lakin quranda səma kəlməsi muxtəlif anlamlarda işləniyi üçün, çox güman ki,burada məqsəd yer kürəsini əhatə etmiş hava təbəqəsidir.Quran bu ecazkar ayəsi ilə "dabbə"nin , yəni canlı orqanizmlərin havada da mövcud olduqlarını təsdiq etmiş olur ki ,eyni zaman bu bir elmi kəşfin əsrlər öncə bildirilməsidir.Quranın bu izahatı eynilə insana da aid olur. Çünki insan bioloji cəhətdən heyvandan fərqlənmir.Bioloji həyatın qanun və şərtləri heyvana şamil odugu kimi insana da şamil olur.Yəni quran ifadəsi ilə desək insan da bir "dabbə"dir.Bu anlamda insanın həyatı ilə heyvanın həyatı mahiyyət etibarı ilə eyniləşir.Quran başqa bir ayəsində bütün "dabbə"lərin sudan xəlq olunduqlarını bildirir,bunların bəzisinin sürünərək, bəzisinin  dörd ayaq üzərində yeriyərək,bəzilərinin də iki ayaq uzərində hərəkətdə olduqlarını söyləyir.O cümlədən insan da iki ayagı üzərində yeriyən düz qamətli bir dabbədir.İnsan yerimə, qidalanma,törəyib-çoxalma,ləzzət və əzab çəkmə və istirahət etmə kimi ümumi şətlər içərisində,kiçik fərqləri nəzərə almaqla,həyatda heyvanla eynidir.İnsan bir cəhətinə görə heyvanla müştərək,digər bir yönünə görə isə insanla heyvan bitki aləmi ilə müştərəkdir.Çünki bu üç varlıqda hərəkət,yetkinlik və inkişaf oxşar qanunlar çərçivəsində baş tutur.
Allah bitkinin toxumunda olan hərəkəti həyat kimi dəyərləndirərək,cəmadatdan fərqləndirir.ƏNAM surəsinin 95-ci ayəsində Allah bu həqiqəti belə bəyan edir:"Şübhəsiz ki,toxumu da ,çərdəyi də çatladan,ölüdən diri,diridən də ölü çıxardan Allahdır.Budur ALLAH!Axı siz ondan necə döndərilirsiniz?
Bu ayə bitki aləminin özünəməxsus cəhətinə işarə edir.Burada toxum yetkinlik halına çatması ilə həyat qazanır.Bitkinin yetkinlik halı çırdək halına nisbətdə həyat qazanmasıdır.Onun çərdəkdəki halı isə yetkinlik halına nisbətdə ölü vəziyyətdədir.Deməli bitki çərdəyində onun həyat istedadı qoyulmuşdur.Lakin toxumlar bitkiyə nisbətdə ölü olsalar da onlar da vucudları mərhələlərində məxsus bir həyata malikdirlər.TOXUM mərhələsindən bir qədər də aşagı endikdə cansız bir aləm ilə üzləşirik.Cansız aləm sadaladıgımız bu üç(bitki,heyvan,insan) varlıga nisbətdə tam mənası ilə ölmüş hesab olunur.Lakin cansız hesab etdiyimiz varlıqların da öz həyatı vardır.Bu Allahın varlıqlara yoxluqlarına nisbətdə onlara bəxş etdiyi bir nemətdir.Bəs bütün varlıgı öz əhatəsinə almış həyat nədir?Quran ayələri üzərində təfəkkür etdikdə və saglam əqli dəlillərə söykəndikdə hyat haqqında yeni düşüncələrimiz parlayır.Umumi olaraq belə bir nəticəyə gəlmək olar ki həyat butun varlıq aləminə verilmiş olan bir idrak və anlayışdır.həyat anlamaq deməkdir ,yaradılışından xəbərdar olmaq deməkdir.Yaradicıya möhtac və bəndə olmagını bilməkdir.Bu ANLAMDA BÜTÜN VARLIQLAR MÜŞTƏRƏKDİR.Çünki həyatı olmayan bir varlıq hərəkət edə bilməz ,yaradıcıya tərif və təsbih deyə bilməz.Halbu ki, Quran bütün varlıqların təsbih dediyini və Allaha qul oldugunu söyləyir.Allah hədid surəsində belə buyurur:"Göylərdə və yerdə nə varsa Allahı təsbih edib şəninə təriflər söyləyir.O yenilməz qüvvət ,hikmət sahibidir!Göylərin və yerin hökmü onun əlindədir.Həyat verən də öldürən də odur.O ,hər şeyə qadirdir."!
Bu ayədən aydın olaraq bilirik ki,hər bir mövcud həyata malikdir və özlərinin mövcud olduqlarını bilirlər.Deməli həyat umumi bir həqiqətdir ki, hər bir varlıq ondan öz vucud mərhələsində  yararlanmışdır.
Lakin varlıqlar içərisində insan üçün həyatın daha mükəmməl bir mənası vardır.Yəni insan üçün həysatın ikinci əhəmiyyətli bir mənbəyi vardır.İnsan bu həyat mənbəyoindən yararlanmadıqca heç vaxt həqiqi insani bir həyata sahib ola bilmıəz.Bu həyata sahib olmadıqca insan heyvani həyat mərhələsində qalacaq ,yalnız heyvani həyatın özəlliklərindən faydalana biləcək.İnsanın bu həyata sahib olması heyvahi həyat mərhələsindən fərqli olaraq öz iradə və seçiminə baglıdır.Lakin bioloji və heyvahi həyat isə cəbri və qeyri-iradi bir şeydir.Quran öz bəyanatlarında daha çox insanı insan edən ikinci həyat mənbəyindən bəhs edir.İnsana yeni bir həyat verən ,onu sanki yenindən dünyayə bəxş edən həyat iman həyatıdır.İman və təslimiyyət insan vucudunda yeni həyat işartılarını əmələ gətirir və insanı yenidən inşa edir.İman və islama gəlmək yeni bir həyata və dünyayə dogmaq deməkdir.İman həyatı ,həyatın ən mükəmməl və tamamlanmış formasıdır.İman həyatı insana elə bir dirilik bəxş edər ki,digər həyatlar ona nisbətdə "ölü" hesab olunar.Bu həqiqətı quran məxsus bir ecazkarlıqla belə bəyan edir:"Ey iman gətirənlər!Peygəmbər sizi,sizlərə həyat verəcək bir şeyə dəvət etdiyi zaman Allah və onun peygəmbərinin dəvətini qəbul edin".
Gördüyümüz kimi Allah özünün və peyğəmbərinin dəvətinə tabeçiliyi həyat kimi dəyərləndirir.Peyğəmbərin də səslədiyi həyat iman və təslimiyyət ruhudur.Niyə Quranda iman təslimiyyət həyat kimi  qiymətləndirilmişdir?Çünki iman və təslimiyyət yeni bir idrak və şüur verməkdədir.Bu idrak və şüur içərisində insan üçün yeni bir həyat nizamı,yeni bir dəyərlər məcmusu meydana gəlir.Bu həqiqətlər insan üçün yeni bir dünya və dünya içərisində yeni bir həyat tərzi formalaşdırır.Belə bir həyata sahib olduqdan sonra bundan qabaqkı həyat mərhələsi, ölü mərhələ, insan isə mənəvi vucud etibarı ilə ölmüş insan hesab olunur.Lakin bu həyat mərhələsi insan yaradılarkən fitrətində,toxumunda istedad halında qoyulmuşdur.Yəni insan həmişə heyvani həyat içərisində insani həyatı toxum etibarı ilə yaşadır.Amma nə qədər ki,bu toxum halında qalaraq cücərməyəcəksə insan da ölü olaraq qalacaqdır.
Deməli insan ilk olaraq heyvani bir həyatla dünyayə gəlir.Bu dünyayə gəldikdən sonra yeni bir həyata sahib olması ilə vəzifəlidir.İnsan bu vəzifəni gerçəkləşdirdiyi zaman heyvaniyyət mərhələsindən çixaraq insaniyyət mərhələsinə qədəm qoyur.Quran mənəvi həyatın zəmanətçisi olan Allah və rəsuluna itaəti gerçəkləşdirməyənləri"dabbə" olaraq tanıtdırir.Aşağıda qeyd olunan ayəyə diqqət edək:"EY İMAN GƏTİRƏNLƏR!Allah və rəsuluna itaət edin.Eşitdiyiniz halda ondan üz döndərməyin.Eşitmədikləri halda eşitdik deyənler kimi olmayın!Allah yanında canlıların (dabbələr)ən pisi dərk etməyən lallar və karlardır.
Diqqət edin QURAN Allaha və rəsuluna tabe olmayanları məzəmmət edərək"dabbə"adlandırır və onlara dərk etməyən lal və karlar deyə müraciət edir.baxmayaraq ki insan bioloji cəhətdən gözü və qulagı vardır,rəngləri görür və səsləri eşidir.Əslində Allah iman qulagının  karlıgı və iman gözünün korlugu oldugu üçün ,qulagı kar gözü kor canlı adlandırır.Quran umumiyyətlə bəzi ayələrində  kafirləri ALLAHA və quyamətə inanmayanları ölü adlandırır.Onlar bu dünyada insanların içində yaşayırlar,çünki,cismani bədənləri vardır.digər bir tərəfdən ölüdürlər,çünki mənəvi vucudlarını yaradan iman nuruna malik deyillər.
Allah digər bir ayəsində iman və saleh əməli ən pak gözəl bir həyat qələmə verərək buyurur:MÖMİN OLUB SALEH ƏMƏLLƏR EDƏN KİŞİ VƏ QADINA(PAK VƏ GÖZƏL) HƏYAT NƏSİB EDƏCƏK VƏ ETDİKLƏRİ YAXŞI ƏMƏLLƏRƏ GÖRƏ MÜKAFATLARINI VERƏCƏYİK".(nəhl 97)
Bu ayə ən gözəl və pak həyatın iman və təqva həyatının oldugunu göstərir.Deməli insan iman həyatına qədəm qoymadıqca həyatı xəbasət,çirkinlik və pisliklə dolu olacaq.Diqqət edin:əmanət,sədaqət,təvazö,dostluq,ixlas,ədalət,şükür,ülfət kimi mənəvi həyatın gözəlliklərini insan vucudunda yaradan yeganə amil iman nurudur.Beləliklə insani həyatın əsl mənbəyi iman və təslimiyyətdir.