четверг, 16 февраля 2012 г.

ALLAH RƏSULUNUN (S) İMAM ƏLİYƏ(ə) NƏSİHƏTİ


Ya Əli, Allahı qəzəbləndirəcək (bir şeylə) heç bir kimsəni razı etməməyin, Allahın (sənə) verdiyi bir şeydən ötəri başqasını tərifləməməyin, Allahın səndən əsirgədiyi bir şeydən ötəri də kimsəni tənqid etməməyin yəqinə çatmanın əlamətidir. Çünki ruzi, ehtirasla əldə edilə bilməyəcəyi kimi, rəğbətsizliklə də qarşısı alına bilməz.

Allahı Təala, öz hikmət və lütfü gərəyi rahatlıq və xoşbəxtliyi yəqində və (qəza və qədərə) razı qalmaqda; qəm və kədəri isə, şübhə və məmnunsuzluqda qərar etmişdir.

Ya Əli, cahillikdən daha pis bir kasıblıq, ağıldan daha faydalı bir sərvət, eqoizmdən daha qorxunc bir təklik və müşavirədən daha yaxşı bir köməkçi yoxdur; heç bir ağıl da tədbir görmək qədər faydalı deyil. Gözəl əxlaq kimi soy    və şükr kimi də ibadət yoxdur.

Ya Əli, sözün fəlakəti yalan, elmin fəlakəti unutmaq, ibadətin fəlakəti səhlənkarlıq, comərdliyin fəlakəti minnət, igidliyin fəlakəti zülm, gözəlliyin fəlakəti eqoizm və soyluluğun fəlakəti isə onunla öyünməkdir.

Ya Əli, davamlı doğru danış; ağızından heç bir zaman yalan çıxmasın; qətiliklə xəyanətə cürət etmə; Allahdan ONU görürcəsinə qorx; malını və canını dininə fəda et; yaxşı əxlaq əldə et və pis əxlaqdan qaç.

Ya Əli, Allahın ən çox sevdiyi əməl bu üç xüsusiyyətdir: Allahın fərz etdiyi şeyləri yerinə yetirmək; bunu edən kimsə, xalqın ən abidlərindendir. Allahın haram etdiyi şeylərdən uzaq dayanmaq; belə edən kimsə də xalqın ən çəkinənlərindəndir. Allahın verdiyi ruziyə razı olmaq; belə olan kimsə də xalqın ən zənginlərindəndir.

Ya Əli, üç şey uca əxlaqdandır: Səninlə əlaqəsini kisən kimsə ilə əlaqə yaratmağın, səndən əsirgəyənə hədiyyədə olmagın və sənə zülm edəni bağışlamağın.

Ya Əli, üç şey qurtarıcıdır: Dilini tutmağın, günahına ağlaman və (pis insanlarla davranışdan uzaq qalmaq üçün) evində oturmağın.

Ya Əli, bu üç xüsusiyyət əməllərin ən başında gəlir: (Öz mənfəətin belə söz mövzusu olduğu yerdə) xalqa qarşı insaflı davranmağın; mömin qardaşınla bərabərlik güdməyin və Allahı hər vəziyyətdə xatırlamağın.

Ya Əli, üç kimsə Allahın qonağıdır: Mömin qardaşını Allah rizası üçün ziyarət edən kimsə; belə biri Allahın ziyarətçisidir. Ziyarətçisini ağırlamaq və istədiyini ona vermək, Allaha düşən bir haqqdır. Namaz qıldıqdan sonra, daha sonrakı namaz vaxtına qədər təqibat (zikr, dua, Quran oxumaq vs...) ilə məşğul olan kimsə; belə biri Allahın qonağıdır və qonağını ağırlamaq Allaha düşən bir haqqdır. Bir də həccə və ümrəyə gedən bir kimsə; onlar da Allaha doğru gedən kəslərdir və özünə gələn kimsəni ağırlamaq Allaha düşən bir haqqdır.

Ya Əli, üç şeyin həm dünyada həm də, axirətdə mükafatı vardır: Həcc, kasıblığı aradan qaldırar; sədəqə, bəlaları rədd edər və sıleyı ra­him (qohumlara yaxşılıqda olmaq) ömürü uzadar.

Ya Əli, kimdə bu üç şey olmazsa heç bir əməli doğrulmaz: Özünü Allah Azze və Celleyə qarşı günah işləməkdən çəkindirən təqva; ağılsızın cahilliyini önləyəcək elm (bir nəqlə görə də helm) və xalqla yaxşı dolana bilməsini təmin edəcək ağıl.

Ya Əli, üç kimsə qiyamət günü ərşin kölgəsi altındadır: Özü üçün sevdiyi şeyi, qardaşı üçün də sevən; bir işlə qarşılaşdığında, Allahın o işi sevib sevmədiyini bilməyincəyə qədər, o iş üçün hər hansı bir cəhddə olmayan və öz nəfsində də olan və hələ islah etmədiyi bir qüsurla qardaşını ayıblamayan. Özünü islah etməyə cəhd edən bir insan isə, islah etdiyi hər qüsurunun ardından bir başqasıyla qarşılaşar və bu, insanı özüylə məşğul etməyə yetər. (Artıq başqalarının ayıblarıyla məşğul olmaqdan geri qalar).

Ya Əli, üç şey yaxşı olmanın yollarındandır: Comərd olmaq, gözəl danışmaq və əziyyətlərə qarşı səbirli olmaq.

Ya Əli, Tövratda dörd şeyin, dörd şeyi bərabərində daşıdığı yazılıdır: Dünyaya həris olan, Allaha hirslənər. Düçar olduğu bir müsibətdən şikayətlənən, gerçəkdə Allahdan şikayətlənməkdədir. Zənginin qarşısında (zənginliyi üçün) təvazö edən kimsənin, dininin üçdə ikisi yox olar. Bu ümmətdən cəhənnəmə gedən kimsə, Allahın ayələriylə lağ edib, onlarla oynayan kəslərdəndir.

Ya Əli, dörd şey, dörd şeyi özü ilə gətirər: Səltənətə çatan diktator olar. Müşavirə etməyən peşman olar. Davrandığın kimi sənə davranılar. Yoxsulluq ən böyük ölümdür. "Məqsəd dinar və dirhəm (mal) yoxsulluğumu?" deyilincə: "Xeyr, məqsəd din yoxsulu olmaqdır." buyurdu.

Ya Əli, qiyamət günü üç gözdən başqa bütün gözlər ağlar: Allah yolunda gecələri yuxusuz qalan göz, Allahın haram etdiyi şeylərə baxmayan göz və Allah qorxusundan ağlayan göz.

Ya Əli, Allahdan başqasının xəbərdar olmadığı günahlarına ağladığı halda, Allahın nəzər etdiyi üzə nə xoşbəxt!

Ya Əli, bu üç şey (insanı) həlak edər: Heva və həvəsə itaət etmək , xəsislik etmək və insanın özünü bəyənməsi. Bu üç şey də (insanı) qurtuluşa aparar: Məmnuniyyət və hirs halında ədalətli davranmaq, zənginlikdə və kasıblıqda orta səviyyəli olmaq, gərək gizlidə və gərəksə açıqda Allahı görərcəsinə ONdan qorxmaq. Çünki sən ONU görməsənsə də O səni görər.

Ya Əli, üç yerdə yalan danışmaq yaxşıdır: Döyüşdə (düşməni) aldatmaq üçün, xanımına (bir şey alacagına dair) söz vermədə, [3] xalqın arasını islah etmədə.

Ya Əli, üç yerdə doğru danışmaq pisdir: Söz gəzdirmədə; kişiyə, ailəsi haqqında xoşlanmayacağı xəbərləri vermədə və xeyr işlərin açıqlayan bir kimsəni yalanlamada. [4]

Ya Əli, dörd şey boşunadır: Doyduqdan sonra yemək, ay işığında şam yandırmaq, quraq yerdə toxum əkmək və layiq ol­mayan bir kimsəyə yaxşılıq etmək.

Ya Əli, dörd kimsə hər kəsdən daha tez cəza görər: Etdiyin yaxşılığa pisliklə cavab verən, səndən zülm görmədən sənə zülm edən, aranızdakı andlaşmağa sən sadiq qaldığın halda xəyanət edən və sıleyı rəhm (qohumlara yaxşılıq) etdiyin halda (sənə qarşı) onu tərk edən kimsə.

Ya Əli, dörd şeyə sahib olanın Müsəlmanlığı kamil olar: Düzgünlük, şükr, həya və gözəl əxlaq.

Ya Əli, xalqa az əl açmaq əsl  zənginlikdir və xalqa çox əl açmaq zillətdir. əsl kasıblıq da elə budur.(TUHEFUL-UQUL KİTABI)