воскресенье, 11 сентября 2011 г.

MÜSELMAN DÜNYASINA QARŞI XAÇ YÜRÜŞLERİ



Çox qədim zamanlardan eti­barən Avropa ilə Yaxın Şərq ara­sın­da güclü əlaqələr mövcud ol­muş­dur. Bu iki böyük məntəqə ara­­sın­da tarixən çoxlu müharibə­lər olmuş, nəticədə geniş əraziləri əha­tə edən imperatorluqların ya­ran­masına səbəb olmuşdu. Onlar əsasən o dövrdə mövcud olan dün­ya­nın siyasi səhnəsində hege­mon­­luq etmək məqsədi ilə sonu bilinməyən uzun-uzadı mübarizələ­rə başlamışdılar. Bu siyasi mübari­zə­lər nəticəsində bu bölgələrin mə­dəni və ictimai əlaqələri də güclən­miş­di. Qədim zamanlardan başla­yan Yunan-İran müharibələri, son­ra Roma-İran müharibələri, bu böl­­gə­lərin siyasi və mədəni tarixində çox böyük bir iz qoymuşdu. Orta əsrlər dövründə də bu  müba­rizə sona yetməmiş, əksinə mübari­zələr dini və məzhəbi xarakter da­şı­yaraq daha da şiddətlənmişdi. Məlum olduğu kimi VII əsrin əvvəllərində İslamın zühu­rundan sonra Yaxın Şərq ölkələrinin tarixində çox böyük dəyişikliklər baş verdi. İslam dini öz mütərəqqi qa­nun­ları ilə bu ərazidə olan ölkə­lərin mədəni və elmi baxımdan həddən artıq inkişaf etməsinə sə­bəb oldu. Xristian kilsəsinin əksinə olaraq İslam dini, elmin və azad fik­rin qarşısına heç bir qadağanlar qoymadığına görə müsəl­man xalq­ları tez bir zamanda böyük elmi və mədəni hakimiyyətlərə sahib ol­muş­dular.
İslamın bu ərazilərdə geniş ya­yıl­masından və möhtəşəm İslam xilafə­tinin yaranmasından sonra müsəlmanlar qərbə doğru hərəkətə başlamış, Avropada Siciliya, İtaliya, İspaniya kimi əhəmiyyətli böl­gələr müsəlmanların əlinə keçmişdi. Müsəlmanların bu cür sürətlə inkişafı Qərb dünyasında böyük bir vəhşət və qorxu hissi yaratmışdı. Lakin xristian dünyası bu böyük tərəqqi və inkişafın qar­şı­sını alıb məhv etmək iqtidarında de­­yildi.
Xristianların müqəddəs hesab edib və hər il ziyarət etdikləri Qüds şəhəri müsəlmanların əlində olduğu üçün katolik kilsəsinin nümayən­də­ləri bu şəhəri işğal edib Roma papasının hakimiyyəti altı­na gətir­mək niyyəti ilə yaşayır­dılar. Lakin bu fikri həyata keçirmək üçün əlverişli şərait və siya­si bir zəmin meydana gəlmə­mişdi. Deməli, gə­lə­cəkdə Xaç yü­rüş­lərinin meydana gəlməsinə şə­ra­it yaradan ən mühüm səbəb Qüdsü ələ keçirib xristi­anların bir mərkəziyyətinə çevirmək və bunun­la da müsəlman dünyası qarşı­sında böyük bir sədd çəkmək məqsədi idi. Əgər bu həll olunar­dısa artıq İslamın tərəqqisinin qar­şısı alınmış və xristian kilsəsinin Ya­xın Şərqdə geniş şəkildə yayıl­ması imkanı əldə olunmuş olur­du. Bu səbəb Avropanın siyasət adam­ları üçün də çox əlverişli olurdu, çünki onlar bu yürüşlər nəticəsində yeni-yeni torpaqlar ələ keçirib öz qüdrətlərini möhkəmlə­dir­dilər.
X-XI əsrlər arası müsəlman dün­yasında önəmli siyasi dəyişik­liklər baş verdi. Mərkəzi Asiyadan Səlcuq türkləri Xorasan yolu ilə qərbə doğru irəliləməyə başladılar. İslam dinini qəbul etmiş Səlcuq türkləri xilafətin böyük ərazilərini ələ keçirib öz sultanlıqlarını ya­ratmağa başladılar. Yaxın Şərqdə Səl­cuq sultanlıqlarının yaranması Ab­basi xilafətinin əsaslarını sar­sıtdı. Xilafətin, İran, Suriya, İraq kimi böyük əraziləri səlcuqilərin əli­nə keçdi. Eyni zamanda səlcuqi­lər Anadoluya da hücumlar edərək burada özlərinin Konya sultanlığını yaratdılar. Müsəl­man Səlcuqlar Anadoluda Mərmə­rə dənizinə çatana qədər bütün əra­zi­ləri ələ keçirtdiklərinə görə Xris­tian Bizans imperiyası çox  bö­yük bir təhlükə ilə üzləşdi. Buna görə də Bizans imperatoru Alek­sios Komnenus katolik xristian dün­ya­sının papası II Urbana tez-tez elçilər göndərərək, bu təhlü­kənin böyüklüyünü anladaraq on­dan təkrar-təkrar yardımlar istə­miş­di. Bizans ortodoks kilsəsi ilə ka­to­lik kilsəsi arasındakı ixtilafa baxmayaraq, səlcuqilərin yaratdığı bu təhlükə onları ittifaqa gəlməyə məcbur etmiş və papa II Urbanı bu məsələ barəsində tədbirlər gör­mə­yə vadar etmişdi.
Buna görə də Papa II Urban 1095-ci ildə Fransanın Klermot şəhə­rində xalqın qarşısında çıxış edə­rək hamını müsəlmanlara qarşı cihada dəvət etmiş və müqəddəs Qüds şəhərini günahkarların əsa­rətindən xilas etməyə çağırmışdı. Bütün Avropa xalqı da Papanın ça­ğı­rışına müsbət cavab verərək şərqə doğru yürüşlərə başlamaq qərarına gəl­miş­di­lər. 1097-ci ilin baharında əksəriyyəti franklardan və normond­lardan ibarət olan 150 min nəfər qərbli, Qüdsü azad et­mək məqsədi ilə Konstantinopol şə­hə­rinə toplaş­mışdı. Öz sinələrinə di­ni əlamət olaraq xaç işarəsi vur­duqları üçün onlara «Xaçlılar» de­yil­mişdi.
Xaçlıların Anadoluya ilk yü­rüş­ləri ərəfəsində Anadolu Konya sultanı Qılınc Arslanın (1092-1107) idarəsi altında idi. Xaçlılar ilk ola­raq Konya sultanlığına hücum edə­rək bir aylıq mühasirədən son­ra Qılınc Arslanın qüvvələrini məğ­lubiyyətə uğradıb, bu ərazini yeni­dən işğal etdilər. Bununla da Anadoluda başlamış İslami fəth­lərin müddəti bir neçə əsr yubadıldı.
Sonra Xaçlılar hücumları da­vam etdirərək Antakiyaya basqın etdi­lər. O zaman Antakiya Səlcuq sultanı Məlikşahın təyin etdiyi Ya­ğı Si­ya­nın hakimiyyəti altında idi. Şəhərdə olan müsəlmanlar qəhrə­man­lıq­la şəhəri xristianlardan mü­da­fiə edirdilər. Lakin bir ermə­ninin xəyanəti nəticəsində Xaçlılar şəhərə daxil ola bildilər, şəhər Xaçlıların böyük komandanların­dan olan Bohsmondun əlinə keçdi.
Xristianlar cənuba doğru yü­rüş­ləri davam etdirərək 1099-cu ildə müqəddəs Qüds şəhərinə bas­qın etdilər. Bir ay davam edən şid­dətli mübarizədən sonra nəhayət xristianlar şəhərə daxil oldular. Xris­tianlar burada yerli müsəl­manlara qarşı son dərəcə vəhşilik­lər törətməyə başladılar. Onlar uşa­ğa, qocaya, qadına heç kimə aman vermədən hamını qılıncdan keçirirdilər. Xaçlıların müsəlman şəhərlərini işğal etdikdən sonra törətdikləri vəhşiliklər onların dinimizə və ümmətimizə qarşı içlərində əsrlər boyu yaşatdıqları kin və düşmənçiliyin bariz bir nü­mu­nəsi idi. O zaman müsəlman ümməti necə də vəhşi bir əxlaqa sahib olub, insani dəyərlərdən uzaq olan qövmün əsarətinə düşdüklə­rini anladılar. Müxtəlif əqidələr­dən və müxtəlif siniflərdən təşkil olun­muş böyük kütlənin necə də məq­sədyönlü şəkildə bir araya gələrək müsəlman dünyasını məhv et­mək niyyətləri artıq müsəlman­lara bəlli olmuşdu. Məqsədyönlü şəkildə aparılan xaçlı səfərlərindən sonra xristianlar tez bir zamanda bu ərazilərdə dövlətlərini qurmağa başladı. Onlar Antakiyada Anta­kiya, Qüdsdə Qüds, Edossada Edos­sa krallıq və prensliklərinin əsa­sını qoydular. Xristianlar öz kral­lıqlarının əsasını qoyduqdan son­ra müsəlmanları şiddətlə sıxış­dırmağa başladılar. Qüds krallığı xris­tianların mərkəzinə çevrilmiş, digər kontluqlar və prenslik­lər isə Qüdsə tabe olan muxtar idarə­çilik formasında idilər.
Lakin xaçlıların bu ərazilərdə hege­monluğu, müsəlmanlarda bö­yük mənəvi təsirlər qoyaraq, öz əqidələri və torpaqları uğrunda müba­­rizəyə qalxmaq hissini oya­dırdı. Xaçlı dövlətlərinə qarşı ilk mübarizə və üsyan Mosul Atabəyi İmaduddin Zənginin adı ilə bağ­lıdır. Sultan Mə­lik­şahın türk soyundan olan bir köləsinin oğlu olan Zəngi, Hələb, Hərran və Mosulda özünə bir bəylik ya­rat­mışdı. Zəngi xaçlılara qarşı müba­rizəyə qalxaraq 1144-cü ildə Edos­sa (Urfa) şəhərini xaçlılardan azad edib ilk xaçlı dövlətinin var­lı­ğına son qoydu. Zənginin qələ­bəsi xaçlılara qarşı mübarizə ru­hu­nu müsəlmanlar arasında daha da alov­lan­dırdı. Lakin Zənginin bu qələbəsi Alman kralı Konrad və Fransa Kralı VIII Luisi müsəl­manlra qarşı təşkil etdiyi ikinci xaç yürüşü (1147-1149) ilə eyni bir zamana düşürdü.
Din uğrunda cihad edən Zən­ginin Suriya torpaqlarında müba­rizəsini oğlu Nuruddin Mahmud da­vam etdirdi. Nuruddin özünü ata­sından da mübariz göstərərək Antakiyada bir çox əraziləri xris­tianlardan almış və onun hakimi III Bohemondu Tripolidəki müt­təfiqi III Raymond ilə birlikdə əsir al­mışdı.
Lakin xristianlar qarşısında müsəlmanların mübarizəsinin ən mühüm dövrü Səlahəddin Əyyu­binin adı ilə bağlıdır. Səlahəddin Əy­yu­binin mübarizəsi demək olar ki, xristianların məhvinə səbəb olmuş və onların bu ərazilərdən çı­xa­rılmaları ilə nəticələnmişdi.
Səlahəddin Əyyubi 1138-ci ildə Dəc­lə çayı yaxınlığında yerləşən Tiqritdə kürd əsilli bir kişinin ailəsində dünyaya göz açmışdı. O gənclik illərini Suri­yada keçir­mişdir. Suriya Sultanı Nuruddin  Fa­timi xəlifəsinin zəif­liyindən is­tifadə edərək 1169-cu ildə bir mü­barizə nəticə­sin­də öz adamı olan Şirkuhu Misirdə Fatimi xəlifəsinin vəziri məqa­mı­na çatmasına nail ol­du. Lakin onun ölümündən sonra qardaşı oğlu Səlahəddin onun yeri­nə vəzir olmuşdu. 1171-ci ildə isə Sə­la­həddinə Fatimi xilafətini ləğv edərək xütbələrdə Abbasi Xəlifəsi­nin adının oxun­masını əmr etdi. 1174-cü ildə isə Nuruddinin ölü­mündən sonra Suriyanı da ələ ke­çi­rib özünü bu ərazilərin müstəqil hakimi elan etdi. Səlahəddinin mü­ba­rizəsi əsas iki istiqamətdə idi. Əvvəl o, bütün müsəlman əra­zi­lərini bir mərkəz ətrafında birləş­dirib sonra isə xristian­la­ra qarşı cihadı gücləndirib müsəl­man­ları onların işğalından azad etmək idi. Səlahəddin xaçlılara qar­şı apardığı mübarizələri və qə­lə­bələri neçə illər müsəlman mü­ba­rizlərinin xəyal­larında yaşatdığı fikirlərin reallığa çevrilməsi idi.
Səlahəddin müsəlman ümmə­tindən böyük güclü bir dövlət ya­rat­dıqdan sonra xristianlara qarşı qız­ğın mübarizəyə girişdi. 1187-ci il­də Səlahəddinlə xaçlılar arasında bağ­lan­mış əhdnaməni pozaraq mü­səlmanlara qarşı vicdansızlıq edən və dini əhaliyə əziyyət etmiş xaç­lıların bir lideri olan Reginoldu əsir alıb öldürdükdən sonra xris­tianlara böyük zərbə vuruldu. Nit­tində müsəlmanların qazandığı bu bö­yük qələbə xaçlıların sonunu mü­əy­yən edən bir döyüş oldu. Bir həf­tə sonra əzəmətli müsəlman or­du­su Qüds şəhərini qəsbkar xaçlı­la­rın əsarətin­dən azad etdi. Məs­cidül-Əqsada yenidən müəzzinlə­rin azan səsi, kilsə zənginin səsini əvəz etdi. Qüdsün azad edilməsi Xaç­lı krallığının məhv edilməsi və İslamın böyük zəfəri idi.
Müqəddəs Qüds şəhərinin mü­səl­manların əlinə keçməsi bütün Av­ro­panı ayağa qaldırdı. Krallar ara­sında olan daxili çəkişmələr kəna­ra qoyuldu. Almaniya impera­to­ru Fridrik Barbarossa, İngiltərə kra­lı aslan ürəkli Riçard və Fran­sa kralı Filif Üçüncü Xaçlı Səfəri­nə (1189-1192) başladılar.
İngiltərə  kralı Riçardla Səla­həd­din arasında gedən qızğın mü­ba­rizələrdə Səlahəddin çoxlu qəh­rəmanlıqlar nümayiş etdirmişdi. Bu  mübarizə 1192-ci ilə qədər davam etmiş və Səlahəddinlə Ri­çard arasında sülhnamə ilə nəticə­lənmişdi. Bu sülhnaməyə əsasən də­niz kənarı ərazilə xaçlılara qa­lan içəri ərazilər isə müsəlmanlara aid edilmiş və xristianlara Qüdsü öz məz­həblərinin qanunlarına əsa­sən ziyarət etmək icazəsi verilmiş­di.
Səlahəddin Əyyubi böyük döv­lət xadimi olmaqla yanaşı həm də böyük din xadimi idi. O, alim­lərə çox hörmətlə yanaşar, fiqh, kəlam, hədis kimi dərin İslami elm­lər­lə məşğul olardı.
1193-cü ildə bir xəstəlik nəti­cə­­sin­də vəfat edən Səlahəddindən sonra onun böyük məmləkəti oğ­lan­ları arasında bölüşdürüldü. Sə­la­həd­din­dən sonra da qərblilər tə­rə­findən şərqə doğru xaç yürüş­ləri təşkil olunmuşdu.
Lakin müsəlmanlar arasında xaç­lılara son zərbəni vuran Misir­də hakimiyyətə gəlmiş məmlük­lərin dördüncü sultanı əl-Məlikuz-Za­hir Sultan Baybars olmuşdur (1260-1277).
Sultan Baybarsın hücumları nəticəsində xristianların əlində qalan bütün məntəqələr bir-bir müsəlmanlara təslim olurdu. 1263-cü ildə Sultan Baybars əl-Kə­rək şəhərini ələ keçirdi. 1265-ci ildə isə Qeysəriy­yə liman şəhə­rini ələ keçirdi. Baybarsın hücum­ları xaçlıların əzmini tamamilə qır­mışdı. Sultanın ölümündən sonra mübarizəni varisi Kalavun da­vam etdirdi. Beləliklə, işğalçı xa­rakterli xaçlı səfərləri sona çatdı. Müsəlmanlar ardı-arası kəsilmə­yən böyük işğaldan qurtardılar. Lakin bu yürüşlər nəticəsində xaçlılar böyük İslam mədəniyyəti ilə tanış oldular. Nəticədə İslam mədəniyyəti Avropa mədəniyyəti­nin formalaşmasında misilsiz töv­hələr verdi.