суббота, 30 июня 2012 г.

AQİBƏT HAQQİNDA DÜŞÜNDÜRƏN HƏDİSLƏR


AQİBƏT / NƏTİCƏ

 ـ لٍكُلِّ أمْرٍ عاقِبَةٌ حُلْوَةٌ أوْ مُرَّةٌ   .

1- Hər işin acı/ağrılı və ya şirin bir aqibəti vardır.

 ـ مَنِ انْتَظَرَ العَواقِبَ سَلِمَ .

2- Nəticələri gözləyən saglam qalar.
 ـ مَنْ نَظَرَ فِي العَواقِبِ سَلِمَ    .

3- Bir şeyin nəticələrini düşünən saglam qalar.

 ـ مَنْ نَظَرَ فِي العَواقِبِ سَلِمَ مِنَ النَّوائِبِ  

4- Nəticələrinə diqqət yetirən, müsibətlərdən qorunar.

 ـ مَنْ راقَبَ العَواقِبَ أمِنَ المَعاطِبَ   .

5- Aqibətlərə diqqət yetirən helaketlerden etibarda olar.

 ـ مَنِ انْتَظَرَ العاقِبَةَ صَبرَ  .

6- Aqibəti gözləyən səbr edər.

 ـ مَنْ راقَبَ العَواقِبَ سَلِمَ مِنَ النَّوائِبِ   .

7- Aqibətlərə diqqət yetirən müsibətlərdən saglam qalar.

 ـ إذا هَمَمْتَ بِأمْرٍ فَاجْتَنِبْ ذَميمَ العَواقِبِ فيهِ  

8- Bir işi etməyə qərar verdiyində onun pis aqibətlərindən uzaq dayan.

 ـ راقِبِ العَواقِبِ تَنْجُ مِنَ المَعاطِبِ    

9- Aqibətlərə diqqət yetir, müsibətlərdən xilas olarsan.

  ـ فِي العَواقِبِ شافٍ أوْ مُريحٍ  

10- Aqibətlərdə şəfa verib rahatlaşdıran vardır.

 1ـ مِلاكُ الخَواتِمِ ما أسْفَرَ عَنْ رِضَي اللهِ سُبْحانَهُ /  0.

11- Aqibətin ölçüsü Allah rizasının aşkar olmasıdır.