понедельник, 13 февраля 2012 г.

IMAM RIZANIN XELIFE MEMUN ILE PEYGEMBERLERIN MESUMLUGU BAREDE MUZAKIRESI


 










Əli min Məhəmməd min Cehm belə deyir: Memunun məclisinə daxil oldum, Hz. Riza (ə.s) də orada idi. Memun İmama belə soruşdu:

"Ey Rəsulullahın nəvəsi! Siz peyğəmbərlərin günahsız olduqlarını söyləmirsinizmi?"

İmam (ə.s): Bəli, söyləyirəm.

Memun: Elə isə Allah əzzə və cəllənin bu sözünün mənası nədir? "Gecə olub qaranlıq düşüncə bir ulduz görmüş və, bu mənim rəbbimdir demişdi." (Ən'am/76)

İmam Riza (ə.s): Hz. İbrahim üç qrupun içərisində yer almışdi: Venera (Venera) ulduzuna tapınanlar, aya tapınanlar və günəşə tapınanlar. Bu hadisə, onu saxladıqları yerdən çıxdığı zaman reallaşdı. Gecə olub qaranlıq onu sarınca Venera ulduzunu görərək inkar və sınamaq üçün "Bu mənim rəbbimdirmi?" dedi. Lakin ulduz itincə "Mən itib gedənləri sevmirəm" dedi. Çünki itmək, sonradan meydana gəlmiş varlıqların xüsusiyyətidir; əzəli və əbədi olanın xüsusiyyəti deyil. Yenə, ayı (ətrafa işıqlıq saçarkən) gördüyündə, sınama məqsədiylə "Bu mənim rəbbimdirmi?" demiş, lakin o da itincə belə demişdi:  "Əgər rəbbim məni doğru yola çatdırmazsa azmışların birliyindən olaram." Sonra günəşi (ətrafa işıqlar saçaraq) doğar görüncə xəbər və təsdiq üzrə deyil, yalnız inkar və imtahan vəchiylə: "Bu mənim rəbbimdirmi? Üstəlik bu, aydan və Venera ulduzundan daha böyükdür!" dedi. Amma o da itincə ulduz, ay və günəşə tapınan üç qrupa dönərək belə dedi: "Ey qövmüm! Mən sizin şirk qoşduğunuz şeylərdən uzağam. Gerçək budur ki, mən bir muvahhid olaraq üzümü göyləri və yeri yaradana çevirdim; mən, şərik qoşanlardan deyiləm." (Ən'am/78-79)

İbrahim (ə.s) bu sözləriylə, onlara dinlərinin batil olduğunu açıqlamaq, Venera, ay və günəş kimi şeylərə ibadət etmənin doğru olmadığını və ibadətin yalnız göyləri və yeri yaradana xas olduğunu isbat etmək istədi. İbrahim (a.s)ın öz qövmünə gətirdiyi dəlillər Allahı Təalanın ona ilham etdiyi şeylərdən idi. Necə ki Allah (c. c) buyurur: "Bu, İbrahimə, qövmünə qarşı verdiyimiz qəti dəlilimizdir." (Ən'am/83)

Məmun: Allah sənə çox xeyr versin, ey Allah rəsulunun övladı! İndi mənə İbrahim (a.s)ın buyurmuş olduğu bu sözü açıqlayın: "Rəbbim, mənə ölüləri necə dirildəcəyini göstər. Allah ona inanmırsanmı, dəyincə İbrahim; bəli, inanıram ancaq qəlbimin aram olmasını istəyirəm, demişdi." (Bəqərə/260)

İmam Riza (ə.s): Allahı Təala İbrahim (a.s)a belə vəhy etdi: "Mən qullarımdan özümə bir xəlil (dost) seçəcəyəm; əgər məndən ölüləri diriltməmi istəsə onun bu istəyini qəbul edəcəyəm." İbrahim (a.s)ın ürəyinə o xəlilin özü olduğu ilham oldu. Buna görə belə dedi: "Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" Allahı Təala "İnanmırsanmı?" dəyincə belə dedi: "Bəli inanıram, amma ürəyimin aram olmasını istəyirəm." Bunun üzərinə Allahı Təala belə buyurdu: "Elə isə dörd quş tut, sonra onları parçalayıb hər bir parçasını bir dağın üzərinə burax, sonra da onları çağır, qaçaraq sənə gələrlər. Bil ki şübhəsiz Allah, üstün və güclü olandır, hökm və hikmət sahibidir." (Bəqərə/260) Deyərkən, İbrahim (ə.s) bir kərkənəz, tovuz, ördək və xoruz tutdu, sonra onları parçalayıb bir-biriylə qarışdırdı. Daha sonra qarışdırılmış bu ətlərdən ətrafdakı on dağın üzərinə buraxdı. Sonra onların dimdiklərini də yanında götürərək adlarıyla çağırdı. Yanında onlar üçün su və yem də götürmüşdü. (Qəflətən gördü ki) quşların parçaları bir-birinə doğru uçurlar və bədənlər tamamlandı və hər bədən gələrək öz boyun və başına əlavə olundu. Belə olunca Hz. İbrahim (ə.s) onların dimdiklərini əlindən buraxdı, onlar da ucdular . Daha sonra enərək yerdə olan su və yemdən yeyib belə dedilər: "Ey Allahın peyğəmbəri! Sən bizləri diriltdin, Allah da səni diriltsin. İbrahim (ə.s) də: Xeyr, dirildən və öldürən Allahdır, o hər şeyə qadirdir, dedi.

Məmun: Təbrik edirəm sizi ey Əbul Həsən! İndi də mənə Allahı Təalanın bu buyruğunu açıqlayın: "Musa (düşmənlərindən olan adamın sinəsinə) bir yumruq atdı və işini bitirdi; bu iş, şeytanın işlərindəndir... dedi." (Qəsəs/15)

İmam (ə.s): Musa (ə.s) axşam ilə şam arası, xalqın xəbəri olmadığı bir zamanda Fironun şəhərlərindən birinə girdi. Orada döyüşməkdə olan iki adam gördü. Onlardan biri öz tərəfdarlarından, digəri də düşmənlərindən idi. Bu zaman tərəfdarlarından olan, düşmənlərindən olana qarşı kömək istədi. Musa (ə.s) də Allahın hökmüylə düşməni olanın əleyhinə hökm verdi və bu zaman ona yumruq atdı, o da öldü. Musa (ə.s) bu işdən sonra "Bu iş, şeytanın işidir" dedi. Musanın məqsədi o iki adam arasındakı döyüşü kəsmək idi, adamı öldürməsi deyildi.  "O, (şeytan) açıqca sapdırıcı bir düşməndir."

Məmun: Yaxşı, Musanın bu sözünün mənası nədir: "Rəbbim, mən öz nəfsimə zülm etdim, məni bağışla!" (Qəsəs/16)

İmam (ə.s): Məqsədi bu idi: Mən bu şəhərə girməklə özümü uyğun olmayan çətin şərtlər altında buraxdım. "Feğfir li"[35] cümləsi burada "Məni düşmənlərimdən gizlə ki; tapıb öldürməsinlər" mənasındadır. Allahı Təala da onu bağışladı (buradakı təfsirə görə onu gizlədi). Çünki o, örtən və rəhmət edəndir. Musa (ə.s) dedi: "Allahım! Mənə verdiyin bu nemətdən (yəni, bir adamı bir yumruqla öldürə biləcək güc) ötəri artıq günahkar günahkarların dəstəkçisi olmayacağam. Əksinə, bu güclə məndən razı olana qədər sənin yolunda cihad edəcəyəm."

Hz. Musa, beləcə o şəhərdə "Qorxu içində (ətrafı) müşahidə edərək səhərlədi. Beləliklə, bir də baxdı ki, dünən özündən kömək istəyən adam bir başqasına qarşı onu (təkrar) çağırır." Musa ona dedi ki: "Sən həqiqətən açıq-aşkar bir azğınsan." Dünən bir adamla döyüşdün, bu gün də bir başqasıyla döyüşürsən, səni tədib edəcəyəm! O ikisinin düşməni olanı tutmaq istədiyində, digəri əleyhində sanıb  "Ey Musa! Dünən birini öldürdüyün kimi məni dəmi öldürmək istəyirsən? Sən yer üzündə yalnız bir zorba olmaq istəyirsən, islah edicilərdən olmaq istəmirsən." dedi. (Kasas/19)

Memun: Ey Əbul Həsən, Allah səni peyğəmbərləri tərəfindən mükafatlandırsın! Elə isə Musanın Firona dediyi bu sözünün mənası nədir: "Mən o işi etdiyim zaman dallinden[36] (azğınlardan) idim." (Şuəra/20)

İmam (ə.s): Musa (ə.s) Medyendən Fironun yanına döndüyündə Firon belə dedi: "Və sən, edəcəyin işi (cinayəti) də işlədin, sən nankorlardansan." (Şuəra/19) Hz. Musa dedi: "Mən o işi etdim amma, o zaman çaşmışlardan idim, sənin şəhərlərindən birinə girməklə çaşmışdım (yolu itirmişdim). Sizdən qorxunca da dərhal aranızdan qaçdım. Sonra rəbbim mənə hökm (və hikmət) verdi və məni peyğəmbərlərdən etdi." (Şuəra/21)

Allah əzzə və cəllə, peyğəmbəri Hz. Məhəmməd (s.a.a)a da buyurur ki:  "Səni bir yetim ikən tapıb da saxlamadımı?" (Zuha/6) Yəni, səni tək tapıb da xalqı sənə yönəltmədimi? "Və səni yol bilməz (və ya çaşmış bir vəziyyətdə) ikən doğru yola yönəldib çatdırmadımı?" (Zuha/7) Yəni sən, öz qövmün içərisində itmiş və tanınmaz vəziyyətdə ikən xalqı səni tanımaya yönəltdi. "Bir yoxsul ikən səni tapıb və zəngin etmədimi?" (Zuha/8) Yəni, sənin duanı qəbul edərək beləcə səni zəngin etdi.

Məmun: Afərin sizə ey Rəsulullahın övladı! Yaxşı, Allahı Təalanın bu buyruğunun mənası nədir: "Musa, təyin etdiyimiz vaxtda gəlib rəbbi onunla danışınca rəbbim,   mənə görün də baxım sənə demişdi. Allah; məni əsla görə bilməzsən, dedi." (Ə'raf/143) Necə olur da Kelimullah Musa bin İmran (ə.s) Allahı Təalanın görülə bilməyəcəyini bilməyir və ondan belə bir istəkdə olur?

İmam (ə.s): Kelimullah Musa bin İmran (ə.s) Allahı Təalanın gözlərlə görülə biləcək olandan uca olduğunu bilirdi. Lakin Allahı Təala Musa ilə danışınca və onu (özüylə) gizlicə söyleşmek üçün yaxınlaşdırınca qövmünə dönərək onlara Allahı Təalanın özüylə danışdığını və onunla yaxından münacat etdiyini xəbər verdi. Musanın qövmü; "Sənin eşitdiyin kimi biz də onun səsini eşitmədikcə sənə inanmayacağıq" dedilər. Hz. Musanın qövmünün əhalisi yeddi yüz min adam idi. Onlardan yetmiş min adam seçdi, sonra onların arasından yeddi min adam seçdi, sonra onların arasından yeddi yüz adam seçdi və son olaraq onların arasından da yetmiş adamı rəbbinin təyin etdiyi vaxt üçün seçdi. Onları Sina Dağına apardı. Dağın ətəyində onları gözlədərək özü tək başına dağa çıxdı. Allahı Təaladan özüylə danışmasını və onlara səsini eşitdirməsini dilədi. Allahı Təala da onunla danışdı və toplum Allahın danışmasını yuxarıdan, aşağıdan, sağdan, soldan, öndən və arxadan eşitdilər. Çünki Allahı Təala ağacdan səs çıxartdı və o səsi hər tərəfdən eşidəcəkləri şəkildə yaydı. Amma onlar belə söylədilər: "Allahı açıq-aşkar görmədikcə eşitdiyimiz səsin Allahın səsi olduğuna inanmayacağıq." Belə ağır bir söz danışıb azğınlıq və təkəbbür göstərdiklərində Allahı Təala onlara bir ildırım göndərdi də onları zülmlərindən ötəri tutub öldürdü. Musa (ə.s) dedi: Ey rəbbim! İsrailoğullarının yanına döndüyümdə onlar belə deyəcəklər: "Onları aparıb öldürdünmü? Çünki Allah ilə danışmağın gerçək deyildi!"

Beləcə Allahı Təala onları dirildib Musa ilə göndərdi. Onlar yenə dedilər: "Sən əgər Allahdan ona baxmağın üçün özünü göstərməsini istəsən, o sənin istəyini qəbul edər və sən onu gördüyün kimi, bizə də onu izah edərsən; biz də Allahı lazım olduğu kimi tanımış olarıq." Musa (ə.s) cavablarında belə dedi: Ey qövmüm! Allah (c. c) gözlə görülməz, onun xüsusiyyəti yoxdur; ancaq ayə və nişanələri ilə tanınar." Allahdan bu dediyimizi istəməzsənsə sənə əsla inanmarıq, dediklərində Musa (ə.s) Allaha belə ifadə etdi: "Allahım! İsrailoğullarının dediklərini eşitdin. Sən onların faydasına olanı daha yaxşı bilərsən." Bu sırada Allah, Musa (a.s)a belə vəhy etdi: "Ey Musa! Onların istədiklərini məndən istə, səni onların cəhalətindən ötəri sorğulamayacağam." O vaxt Musa (ə.s) dedi:  "Rəbbim, özünü mənə göstər də baxım!" Allahı Təala da belə buyurdu: "Məni qətiyyən görə bilməzsən. Lakin, bu dağa bax, əgər yerində dayana bilsə görə bilərsən məni." beləliklə rəbbi dağa təcəlli edincə dağ, yerlə bir oldu və Musa huşunu itirib yerə yığıldı. Özünə gəlincə də; "Sən nöqsan sifətlərdən münəzzəhsən, sənə tövbə etdim" dedi. (Ə'raf/143) "Tövbə etdim sənə" yəni, qövmümün məlumatsızlığından sənə olan gerçək inanc və məlumatıma döndüm. Qövmüm içində sənin görülmədiyinə inananların ilki mənim.

Məmun: Allah xeyirini bol etsin ey Əbul Həsən! Mənə Allahı Təalanın bu ayəsi haqqında məlumat verin: "Peyğəmbərlər, ümidlərini kəsib tamamilə inkar ediləcəklərini zənn etdikləri zaman bizim köməyimiz gəldi." (Yusuf/110)

İmam (ə.s): Yəni peyğəmbərlər öz qövmlərindən ümidlərini qəticə və qövmləri də peyğəmbərlərini yalançı sanınca bizim köməyimiz gəldi.

Məmun: Allah xeyirini bol etsin ey Əbul Həsən! Mənə Allahın bu ayəsi haqqında məlumat verin: "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın." (Fəth/2)

İmam (ə.s): Məkkə müşrikləri yanında Hz. Rəsulullah (s.a.a)dan daha günahkar bir kimsə yox idi. Çünki onlar besettənn əvvəl üçyüz altmış bütə tapınırdılar. Rəsulullah (s. a. a) "la ilahə illəllah" sözünü söyləməyə dəvət edincə bu onlara çox ağır gəldi. İşdə bundan ötəri belə dedilər: "İlahları bir tək ilahmı etdi? Doğrusu bu, çaşdırıcı bir şeydir. Onlardan qabaqda gələn bir qrup ‘Gedin, ilahlarınıza qarşı (bağlılıqda)  qərarlı olun; çünki əsl istənən şey də budur' deyə çəkib getdi. Biz bunu son dinlərin heç birində eşitmədik. Bu, ancaq bir yalandır!" (Sad/5-7)

Sonra Allahı Təala, Məkkəni Peyğəmbəri üçün (s. a. a) fəth edincə belə buyurdu: "(Ey Peyğəmbər!) Şübhə yox ki biz, sənə açıq-aşkar bir fəth vermişik." Məqsəd, Məkkənin fəthidir. "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın" ayəsindən qəsd, yəni "Məkkəli müşriklər yanında Allahın birliyinə dəvətinlə əvvəldən və sonradan dərk edilən günahları örtsün"dür. Çünki Məkkə müşriklərinin bir qisimi Müsəlman oldular, bir qisimi də Məkkədən çölə çıxdılar. Geri qalanlar isə Peyğəmbər (s.a.a)ın xalqı tövhidə dəvət etməsinə qarşı gələ biləcək yüksək bir gücə sahib deyildi. Beləcə Peyğəmbər (s.a.a)ın onlara qalibiyyətiylə onlar baxımından günah sayılan şeylər də örtülmüş (bağlanmış) oldu.

Məmun: Allah xeyirini bol etsin ey Əbul Həsən! Mənə Allahı Təalanın bu buyruğu haqqında məlumat verin: "Allah səni bağışlasın, niyə onlara icazə verdin?" (Tövbə/43)

İmam (ə.s): Bu ayə (Türkcədəki söylənişiylə "Qızım sənə söyləyirəm, gəlinəm sən eşit!" qabilindəndir.) Allah (c. c) zahirde peyğəmbəriylə danışmışdır amma, gerçəkdə onun ümmətini nəzərdə tutmuşdur. Bu ayə də elədir: "Əgər şirk qoşacaq olsan əməllərin heç olar və zərərə uğrayanlardan olarsan." (Zumər/65) Yenə, bu ayə də elədir: "Sənə sabitlik  qabiliyyəti verməsəydik and olsun ki birazca onlara meyl edəcəkdin." (İsra/74)

Məmun: İçim rahatladı ey Rəsulullahın oğulu! Mənə gizli olan şeyi açıqladınız. Allahı Təala, peyğəmbərlər və İslamdan dolayı səni mükafatlandırsın.

Əli bin Məhəmməd min Cehm belə deyir: Məmun qalxıb namaza gedərkən məclisdə olan Məhəmməd min Cəfər bin Məhəmməd (İmam Rizanın əmisi)in əlindən tutaraq özüylə birlikdə apardı. Mən də onları izlədim. Memun, ona: "Qardaşının oğulunu necə tapdın?" deyə soruşdu. Məhəmməd min Cəfər də cavab olaraq: "O Alimdir, amma onun heç bir alim ilə əlaqəsinin olduğunu görmədik, dedi. Onun bu sözü üzərinə Məmun belə dedi Qardaşının oğulu, Peyğəmbər (s.a.a)ın Əhli Beytindəndir; elə bir Əhli Beyt ki, Peyğəmbər (s. a. a) onların haqqında belə buyurmuşdur: "Bilin ki Əhli Beytimin yaxşıları və nəsilimin təmizlənmişləri, kiçiklikdə xalqın ən kamilləri və böyüklükdə də  ən alimləridir. onlara bir şey öyretmeye cehd etməyin.çünki onlar sizden daha elmlidirler onlar sizi hidayətdən çıxardıb zəlalətə soxmazlar.

İmam Riza də öz evinə getdi. Səhər olunca İmam Rizanin anına getdim, Məmun və İmamın əmisinin sözlərini həzrətə bildirdim. İmam gülərək belə buyurdu: Ey İbni Cehm! Ondan eşitdiklərin səni aldatmasın, o məni hiylə ilə tələ qurub öldürəcək,  Allah da mənim üçün ondan intiqam alacaq.
 (   SHEYX SƏDUQ UYUNU-ƏXBARİ RİZA KİTABI)