воскресенье, 16 ноября 2014 г.

Dinde islahat mefkuresi

Dində islahat anlayişı səhv bir düşüncənin nəticəsidir.Dində yeniləmə,islahat,modern həyata uygunlaşdırma məfhumları əslində insanların dini dəyərləri yaşamaq istəmədikləri və öz zövqlərinə uygun bir həyat seçdikləri üçün, fikir adamları tərəfindən yanlış olaraq ortaya atılmış mövzulardır. Həqiqətdə dini ideallar insan şüurunun fövqündə dayanan ,ona ziya verən onu hər hansı yanlışlıga düşməkdən qoruyan muqəddəs dəyərlərdir.Din fərdləri və cəmiyyəti islah etmək üçün mələkut aləmindən mülk aləminə feyz olaraq göndərilmişdir.Dini islah etməyə qalxdıgımız zaman şeytan öz gözəl ,zinətli vəsvəsə və təlqinləri ilə bizdən özünə inanan və fikirlərinə güvənən, şəriət islahatçıları və din qurtarıcıları yetişdirir.Nəticədə ən gözəl dini model bizim fikirlərimizdən dogan din olur.Bu isə Allahın gonderdiyi din deyildir, bizim muasir insanın zövqünə uygun təqdim etməyə çalışdıgımız dindir.Çox təssüf olsun ki bir əsrdən çox bir zamandır ki,bəzi ziyalı düşüncəsi ilə dinə yaxınlaşmaq istəyən mütəfəkkirlər yeni bir din modelini dünyaya təqdim etmək istəsələrdə bununla nə cəmiyyəti islah edə biliblər nə ideal din modelini insanlıga verə biliblər.Əksinə islahat apardıqları yerdə istəməsələr də belə bəzi dini dəyərləri yanlış anlamış və təhrif etmişlər.Nəticədə insanların dinə və onun ideallarına səhlənkar və yungül yanaşmalarına getirmişdir. Ona görə də əsl alim və mütəfəkkir dini islah etməyə çalışan deyil,insanların şüur və düşüncələrini dəyişən və islah edəndir.İnsanların yanlış düşüncələrinin islaha və cilalanmaga ehtiyacı vardır ki,ilahi dəyərləri qəbul etməkdə səhvə yol verməsin.Ona görə də dini tənqid yoxdur cəmiyyəti tənqid vardır.Lakin yanlış olaraq tənqidçi ictimai həyatın mənfiliklərini görüb tənqid etmək əvəzinə ,bu mənfiliklərin səbəblərinə cahil oldugu üçün bunu dini əqidənin və əxlaqın yetərsizliyində görüb nadanlıq üzündən dini tənqidlərə yol verir.Dini tənqidçi ,din ziyalısı adı altinda öz ruhuna uygun yeni bir dini əqidə və əxlaq modelini cəmiyyətə təqdim etməyə çalışır ki,bununla cəmiyyəti xilas edəcəyini düşünür.Lakin o anlamir ki,o bununla cəmiyyətə dini əqidə və əxlaq yox bir qalaq yanlış və azgınlıga ugradan fikirlər gətirir.

пятница, 14 ноября 2014 г.

HEQİQİ SEVGİ

HƏQİQİ SEVGİ...
insanlar arasında sevgi və məhəbbət yaradan səbəb və amillər müxtəlifdir.Hər sevgi də o sevgini yaradan səbəbə görə dəyər qazanır. Sevginin yaradan səbəb nədirsə dəyəri də o səbəb qədərdir.Bəzən iki şəxs arasında sevgi yaradan amil yalniz cinsi meyildir,bu həqiqətdə sevgi yox, ehtirasdan qaynaqlanan bir baglılıqdır.Belə qurulan məhəbbət və baglılıq tərəflər arasında cinsi meyillər söndüyü zaman yox olub gedər. Nəticədə hər iki tərəf aldandıgını dərk edər. Bəzən də iki şəxs arasında(yəni ər və arvad arasında) baglılıq yaradan amil , onların qazandıqlarI qabiliyyət və nəaliyyətlərdir. Bu zaman tərəflər bir-birinə bəzi məqamlara yiyələnmə gözü ilə baxırlar ki, digər insanlarda bunu görmürlər və yalnız bu məqama sahib olan insanı sevə biləcəyini düşünürlər.Belə sevgi də sonunda fəlakətlə bitən bir sevgidir, çünki bu zaman şəxs qarşı tərəfi onun özünə görə deyil qazandıgı bəzi statuslar və cəmiyyətdəki mövqeyinə görə bəyənib sevir.Bu mövqey aradan getdikdən sonra da sevgi də yox olub gedir. İki tərəf arasında yarana biləcək əsl sevgi isə , tərflərin ruhunun qatıldıgı , qovuşdugu, mənəvi duygularının birləşdiyi sevgi və məhəbbətdir.Bu sevgidə tərəfləri bədən gözəlliyi, qazanılmış qabiliyyətlər ,nəsil nəcibliyi deyil, iman bagı birləşdırır. Əyər tərəflərin sevgisində iman, mənəviyyat bagı vardırsa, bu sevgi əbədidir və heç vaxt sonməyəcək. Hətta, sevilən şəxs imandan başqa butun qazandıqlarını , məqamlarını və gözəlliyini itirərsə bu sevgini zərrə qədər dəyişə bilməz. Əsl sevgi budur, insanlar isə sevgi və məhəbbət adı ilə bir-birini aldadırlar.Hamı da bilərəkdən bi-birinin yalançı vəd və iddialarına özünü inandırmaga çalışır və ətrafa xoşbəxt oldugunu göstərməyə səy edir..