понедельник, 2 апреля 2012 г.

IMAM SADIQDEN HIKMETLI KELAMLAR


İMAM SADİQİN BƏZİ HİKMƏTLİ SÖZLRİ

Ağılı olmayan, islah ola bilməz. Elmi olmayan anlaya bilməz. Anlayan, nəzakətli olar. Həlım və yetkin olan, müzəffər olar. Elm sipərdir. Düzgünlük izzətdir. Cəhalət zillətdir. Anlayış ululuqdur. Comərdlik müvəffəqiyyətdir. Gözəl əxlaq, dostluğa gətirib çıxarar. Zamanını tanıyana, şübhələr hücum etməz. Sağlam fikir, zənnin şamıdır. Allah, özünü tanıyanın dostudur və ONU tanımadığı halda tanıyır kimi görünənin də düşmənidir. Ağıllı insan, bağışlayıcı olar; cahil isə qəddar. Hörmət görmək istəyirsənsə, yumşaq davran. Alçaq olmaq istəyirsənsə, sərt ol. Alicənab olanın, ürəyi yumşaq olar. Sərt olanın, ürəyi bərk olar. Vəzifəsini etmədə qüsur edən, uçuruma düşər. İşin sonundan narahatlığı olan, bilmədiyi şeydə ehtiyatlı davranmalıdır. Bilməyərək bir işə təşəbbüs göstərən, öz burnunu yerə sürtər (zillətə düçar olar). Elmi olmayan, anlamaz; anlamayan xilas olmaz; xilas olmayan, qiymətli olmaz; qiymətli olmayan, əzilər; əzilən, çox qınanar; belə olan bir kimsəyə isə peşmanlıq yaraşar. Tanınmamağa güc çatdıra bilsən bunu et. Xalqın səni tərifləməməsi sənə bir zərər verməz.

Əmr-ül Möminin Əli aleyhissələm belə buyururdu:

"İki adam xaric, həyatın heç kimə xeyiri yoxdur: 1- Hər gün yaxşılıqlarını artıran; 2- günahlarını tövbə ilə  yuyan."

Evindən çıxmamağa gücün çatırsa bunu et. Çölə çıxdığında isə əsla qeybət etmə, yalan danışma, həsəd etmə, nümayiş etmə, özünü gözəl göstərmə, yaltaqlıq etmə. Müsəlmanın inzivaya çəkildiyi məbədi, nəfsini, gözünü, dilini və tenasül orqanını həbs etdiyi öz evidir. Kim ürəyiylə Allahın nemətini tanısa, daha şükrünü dilində göstərmədən nemətin artmasını temin etmiş olar.

İmam Sadiq aleyhissələm, sonra belə buyurdu:

Nə qədər insanlar var ki, Allahın özlərinə verdiyi nemətə aldanarlar. Nə qədər kəslər var ki, Allahın örtüsü vasitəsiylə həlak olmağa doğru irəliləyərlər. Nə qədər kəslər var ki, xalqın tərifləməsiylə özlərini itirərlər.


Üç kimsə xaric bizləri haqqıyla tanıyan kəslər üçün qurtuluş ümid edirəm: Zalım sultanla birlikdə olan, heva və həvəsə uyan  və açıqca günah işləyən fasiq.

Sevgi, qorxudan üstündür. Allaha and olsun ki, dünyanı sevən və bizdən başqasına tabe olan kimsə, Allahı sevməmişdir. Kim bizləri haqqıyla tanıyar və bizi sevsə, mütləq Allahı sevər. Daim quyruq ol, baş olma.

Rəsulullah belə buyurmuşdur: "Qorxan kimsənin dili tutular (ağızına gələn hər şeyi söyləməz.)"
(TUHƏFUL-UQUL KİTABI)