пятница, 19 декабря 2014 г.

DÜNYA SƏADƏTİ NƏDİR.

Dünya və Axirət səadəti hansı meyarlarla ölçülür.?
Səadət, bir insanın saglam, rahat, zövqverici və nemətlərlə dolu bir yaşayışa sahib olması kimi anlaşıldıgı üçün, onu bu cəhətdən iki qismə bölmək olar:zahiri və batini səadət.Zahiri səadət insanın bədəninin rahatlıgını təmin edən şeylərlə hasil olur. Batini səadət isə, insanın ruhunun və qəlbinin aramlıgıni yaradan şeyləri əldə etməklə hasil olur. Bu mövqeydən çıxış etsək, hətta dünya səadətinin əldə olunması üçün belə, batini səadətin şərtlərinin hasil olması lazımdır. Lakin insanların əksəriyyəti ruhi və qəlbi aramlıga ehtiyac duymadıqlarına görə, onlar üçün dünya səadətinin təmin olunması yalniz bədənin ehtiyaclarını qarşılayan zahiri nemətlərə yiyələnməklə tamamlanır. Belə insanlar yalnız bu nemətlər içində olub, ləzzət və zövq aldıqları zaman özlərini xoşbəxt hesab edirlər. Lakin belə düşünən insanlar tamamilə yanılırlar. Çünki, yalniz onların düşündüyü dunya səadəti insan üçün kifayət deyildir. İndi isə bu yetərsizliyin səbəblərini izah edək:
Dünyada zahirin səadət bir necə nemətin hasil olması ilə yaranır.Birincisi, bədən saglamlıgıdır. Bu insanın özünü xoşbəxt hiss etməsi üçün ən mühüm amildir.İkincisi zahiri gözəllikdir. hər bir insan gözəl olmasını, insanlar tərəfindən gözəlliyinə görə mədh olunmasını xoşlayır və bunu xoşbəxtliyinin əsas göstəricisi hesab edir. Üçüncüsü,onun məskən,qida,geyim,gəzinti, cinsi ləzzət , istirahət kimi ehtiyaclarını saglamaq üçün yaxşı sərvətə sahib olmasıdır. Bu amil dünya sədatinin təmin olunmasının ən vacib şərtidir. Çünki insanın bitib-tükənməyən arzu və istəklərinin yerinə yetirilməsi, kifayət qədər çox sərvət və malın olmasına baglıdər. Dördüncüsü isə, insanın cəmiyyətdə hörmət şöhrətinin artmasıdır ki, bu da elm,sənət, iş, karyera, qabiliyyət, əsil-nəcabət kimi şeyləri ələdə etməklə olur. İnsan nəfsini sevən varlıq oldugu üçün, cəmiyyətdə tanınıb şöhrət əldə etməyi özü üçün xoşbəxtlik amillərindən sayır. Bu sadaladıgız şeylər, hamısı zahiri səadətin hasil olması olub ,mənəvi səadətlə heç bir əlaqəsi yoxdur. Yəni bunlara yiyələnən insan dünyada özünü zahirən xoşbəxt görə bilər,amma heç vaxt dünyada ikən mənəvi səadətin nə oldugunu anlaya bilməz. Lakin qeyd etmək lazımdır ki, hətta dünya xoşbəxliyini insanın zehnində formalaşdıran bu zahiri nemətlərə yiyələnmək belə, insana dünya həyatında kamil və nöqsansız səadəti bəxş edə bilmir. Bunun xülasə olaraq uç səbəbi vardır: birincisi, axirət səadətindən fərqli olaraq dünya səadətini təmin edən nemətlər nə qədər insan üçün sevimli olsa da əbədi deyildir.Dünyada elə bir nemət yoxdur ki, insanın əlindən bir gün çıxmamış olsun. İnsanın həyatı müvəqqəti oldugu üçün onun qazandıgı nemətlərin gətirdiyi xoşbəxtlik də müvəqqəti olacaq. Bunu insan agılı ilə dərk etdiyi üçün nemətlərin faniliyi onun üçün qüssə,əzab və kədərə çevrilir.Ona görə də dünyada heç bir insan nöqsansız xoşbəxtliyə yetişə bilmir.İkincisi, xoşbəxliyinin açarı olan dünyanın nemət və ləzzətlər heç də insanın arzu etdiyi keyfiyyətdə olmur.Bunu bədənin ehtiyacını aradan aparan hər hansı ləzzəti daddıqdan sonra anlayırıq.Elə bil dünya neməti tapılmaz ki, onu görməyimiz onun haqqında eşitdiyimizdən üstün olsun.
Üçüncüsü dünya zövqləri və ləzzətləri şirin olduguna baxmayaraq,əldə olunması çətin və əzablıdır.Heç bir nemət rahatlıqla əldə olunmur və zövq verən hər bir neməti əziyyət verən başqa bir nəticəsi də olur.Ona görə dünyada xoşbəxtlik hesab olunan hər bir rahatliq,əziyyətlə, ləzzət isə acılıqla qarışmışdır və özünü xoşbəxt bilən insanlar bəzən,qəm və qüssəyə qapılır,əziyyət çəkir,dərdə bəlaya düçar olur.Belə oldugu halda dünyada səadətə yetişən birinin olmasına inanmaq olarmı?
və yaxud, bu fani dünyada mən xoşbəxtəm deyə bilən biri varmı?
KİM BU XOŞBEXTLİYİ QAZANDIGINI İDDİA EDE BİLER?