пятница, 25 ноября 2011 г.

MƏSUMLUQ HAQQINDA BİR SUALIN CAVABI



 Sual:

    Günahsızlıq, hər növ günah, səhv və sapma qarşısında insanı qoruyan gizli bir gücdür. Buna görə, belə bir gücə sahib olan şəxslər günah işləməyə gücləri çatmaz. Bu gerçəyi nəzərə aldıgımızda görəsən onların günahsız oluşları, onlar üçün bir üstünlük ölçüsü sayılarmı?

 Cavab:

    Peyğəmbərlərin günaha qarşı günahsız oluşları, qətiliklə iradə və ixtiyar xaricində reallaşan bir günahsızlıq deyil. Əksinə, onların günahdan qorunmaları tamamilə iradi və ixtiyari bir vəziyyətdir. Bunun qaynağı da elm və imandır.

 İzah:

    Ağıllı bir kimsə, içilməsiylə insanın ölümünə səbəb olan zəhəri içmək və ya təmas etməklə insanı qurudub qapqara edən elektrikin çılpaq kabelinə toxunmaq və ya cüzam və vərəm xəstəliyinə tutulan bir kimsənin artıq qalan yeməyini yeməkdən qaçınar və əsla bu işləri etməz. Yəni bu işlərə qarşı günahsızdır; nə bahasına olursa olsun, bu cür işləri etməz və bunları etməsi normal olaraq qeyri-mümkündür.

    İnsanın bu vəziyyətinin səbəbi isə, bu növ işlərin doğurduğu nəticələr göz qarşısında canlandırdığı zaman, insanın bu işlərin nəticələrinin pisliyinə olan şüurudur. Buna görə bu işlərə təşəbbüs göstərməyi ağılının ucundan belə keçirməz.

Peyğəmbər və Əhli Beyt İmamlarının haramları işləməmək xüsusundakı məsumiyətləri
 də yuxarıdakı nümunələrdə ifadə edilən və normal həyatda hər kəsin anlaya bildiyi təhlükəli və pis işlərə qarşı məsumiyətinə bənzər.



    Bəzi kəslərin yetim və yoxsulların mallarını yeməkdən belə çəkinmədiyini, bəzilərinin isə bir qəpik haram yeməkdən belə qaçındığını görməkdəyik. Niyə birincisi, yetim və kasıbların mallarına təvasızcasına əl uzada bilir, amma o birisi haram olan ən kiçik qənaətdən belə çəkinir? Bunun səbəbi budur: Birinci şəxs, bu növ zülmlərin pis nəticələrinə haqqın tərəfindən vəqif deyil və ya inancı zəifdir və maddiyyətə düşkünlük onun qəlb gözünü elə korlaşmışdır ki, artıq bu əməllərin pis nəticələrini görə bilməməkdədir. Amma ikinci şəxs, bu günahların nəticələrinə elə inanmış ki, yetimin malının hər bir parçası onun gözü qarşısında bir od parçasıyla bərabərdir və heç bir ağıllı insan da odu yeməyə təşəbbüs göstərməz. Çünki o adam, bu malların necə atəşə çevrildiyini elm və bəsirət gözüylə görməkdədir. Bu əsasa görə, bu növ əməllər qarşısında onda bir növ məsumiyət meydana gələr.

 Qurani Kərim, qızıl və gümüşü anbar edib onu Allah yolunda xərcləməyənlər haqqında belə buyurur:

"Bunların cəhənnəm atəşində qızdırılıb onların alınları, yanları və kürəkləri bunlarla dağlanılacağı gün; "İşdə bu özləriniz üçün yığdığınız sərvətdir. Artıq yığmaqda olduğunuz şeylərin əzabını dadın." (deyiləcək )."

    İşdə bəsirətə sahib olan kəslər, bu ayədə açıqlanan cəzanı bu dünyada öz gözləriylə görmüş kimi inanarlar; bu gerçəyi anladıqdan sonra bu əzaba düçar olmamaq üçün qətiliklə bu günahı işləməyə cürət etməzlər.

Əgər bir kimsə, bütün günahların cəzasına qarşı özündə belə bir hal hiss etsə, o zaman ilahi qəhr və cəzanı görmüş və yaşamış kimi olar və örtülərin gözlərinin qarşısından qalxmasının onun iman və etiqadlarında heç bir təsiri olmaz. Belə bir vəziyyətdə bu fərd, bütün günahlar qarşısında bir növ məsumiyət qazanmış olar və günah işləməyi ağılından belə keçirməz.

    Buna görə, bu xüsuslarda məsumiyət, əməllərin cəzasına olan qəti şüur və imanın doğurduğu bir nəticədir. Hər kəsin pis nəticələrinə inandığı bəzi işlərə qarşı bir növ məsumiyəti olduğu kimi, peyğəmbərlər də, Allahın haram etdiyi hər cür pis işin cəzasının qəti olduğuna iman etdiklərindən ötəri, insanı günaha aparan itaətsiz vərdiş və istəklərini tamamilə idarə altına almışlar və bir an da belə Allah tərəfindən təyin olunan sərhədləri aşmazlar. Bu vəziyyət, onların bütün günahlara qarşı günahsız olmasını təmin edər.

Bu şərhdən, peyğəmbərlər və onların günahsız vəsilərində olan günaha qarşı məsumiyətin, uca bir şüura söykənən ixtiyari bir hal olduğu, bu səbəbdən bu xüsusiyyəti daşıyan ilahi elçilər və onların vəsiləri üçün əhəmiyyətli bir üstünlük ölçüsü və fəzilət sayıldığı aydın olmuş oldu.