воскресенье, 28 октября 2012 г.

ƏLLAMƏ HİLLİNİN QISA TARİXÇƏSİ


ƏLLAMƏ HİLLİ
Doğumu

 Həsən min Yusuf Bin Əli Bin Mutahhar Hilli, Allame Hilli deyə məşhurdur. 29 Ramazan 648 h. k. tarixində Hilledə doğuldu.
Təhsili

 O, elmi və mənəvi bir ailədə doğuldu. Kiçik yaşdan elm və kamal qazanmağa səy etdi. Ərəb ədəbiyyatını və muqəddimə dərslərini atasından aldı. O dövrlərdə məşhur olan dərsləri də həm atasından, həm də qohumlarından dayısı Muhakkik Hillidən, anasının əmisi oğulu Şeyx Necibuddin Yəhya min Səid və Seyit Əhməd bin Tavuz, Rızauddin Əli bin Tavus və məşhur Həkim min Meysem Bahranidən (Şərhi Nehcü'l-Belaga'nın sahibi) öyrəndi. Daha buluq çağına çatmadan müçtehitlik mövqesinə nail oldu. İşdə o yaşlardan elmi, fəziləti, üstünlüyü və dahiliyi ilə tanındı və aydın bir gələcəyi olacağı ortaya çıxdı.
Allamenin Yaşadığı Dövr

Allame Hilli, öz doğulduğu məmləkətində böyüdü, oxudu və yaşadı. Ancaq o zaman İran, Moğolların zülm atəşi altında yanırdı.
Elmi Şəxsiyyəti

 O, zamanının dahisi idi. Fiqh, üsulu fiqh, kəlam, məntiq, fəlsəfə, rical və daha bir çox sahələrdə kitablar yazmışdır. Yüzə yaxın əsəri, əl yazması və ya basılmış halda təyin olunmuşdur. Bunlardan bəziləri Tezkiret'ul-Fukaha kimi əsəri tək başına onun nə qədər üstün zəkaya sahib olduğuna ən gözəl şahiddir. Allame fiqhdə dayısının tələbəsi, məntiq və fəlsəfədə Xacə Nasruddin Tusinin tələbəsi idi. Ayrıca Əhli Sünnə fiqhini də Əhli Sünnə alimləri nezdində öyrənmişdi.
Ustadları

1- Xacə Nasruddin Tusi

2- Muhakkik Hilli

3- Şeyx Sediduddin Yusuf (atası)

4- Seyit Əhməd bin Tavus

5- Seyit Əli bin Tavus

6- İbni Meysem Bahrani

7- Şeyx Necibuddin Yəhya bin Səid

8- Şeyx Takiyuddin Abdullah bin Cəfər bin Əli Sabbag Hənəfi
Tələbələri

1- Öz oğulu Fahruddin Məhəmməd

2- Şeyx Əbul Həsən Mezidi

3- Kutbuddin Razi (Şemsiyye kitabının şarihidir)

4- Seyit Əhməd bin İbrahim min Zöhre
Əsərləri

Xatırladıldığı üzrə Allamenin yüzə yaxın əsəri var. Bunlardan ən əhəmiyyətliləri:

1- əl-İrşad

2- Tebsiret'ul-Mutaallimin

3- əl-Kavaid

4- əl-Tahrir

5- Tezkiret'ul-Fukaha

6- Muhtelef'uş-Şia

7- əl-Munteha

8- Şerh'ut-Tecrid

9- Minhac'ul-İstikamet

10- Telhis'ul-Keşşaf
Vəfatı

Müqəddəs şəri İslamı diriltmək üçün bir ömür çalışdıqdan sonra 19-20 Məhərrəm 726 h. k. ilində vəfat etdi.

 Qəbiri Nəcəfdə, möminlərin əmri Hz. Əli (a.s)ın türbəsindədir.