воскресенье, 1 марта 2015 г.

İslamda məhdəviyyət əqidəsi

Hər şeydən öncə bilməyimiz lazıdır ki , məhdəviyyət əqidəsi islamda, imamət əqidəsinin bir hissəsini təşkil edir.Ona görə də mehdiçilik  inancını düzgün və kamil bir şəkildə başa düşmək üçün , imamət əqidəsini tamm və dolgun şəkildə öyrənməyimiz lazımdır.İslam etiqadında imamətin yerini  və keyfiyyətini  dərk etmədən, mehdi əqidəsini də kamil bir şəkildə ələ gətirməyimiz mümkün olmayacaq.Çünki məhdəviyyət inancı islam əqidə usulunun müstəqil bir qanadı olmayıb,imamət əqidəsinin bir budagı halındadır və bilavasitə onun tamamlanması üçün , var olması zəruri olan bir məsələdir.İndi isə bilməyimiz lazımdır ki, niyə biz mehdiçilik əqidəsinə yiyələnməliyik və bu inanca sahib olmasaq hansı naqislik bizim etiqadımıza yol tapa bilər?                                                                                                                                                                                                  Kainatın xaliqi olan Allah-təala insanlıq üçün din olaraq islamı seçmiş və bütün göndərilmiş peygəmbərlər də bu dinin dəyərlərinin bəşəriyyətə hakim olması  üçün ardıcıl olaraq göndərilmişlər.Deməli din ilahi səfirlərin bəşəriyyətin həyatını ədalətli bir nizama salmaq üçün gətirdikləri qanunlar toplusudur.Din adalanan bu dəyərlər toplusunun bəşəriyyəti hidayət etmə baxımından müxtəlif cəhətləri vardır.Dinin bir silsilə dəyərləri vardır ki, bəşəriyyətin saglam inanc, əqidə və düşüncəsinin  formalaşmasına xidmət edir.Bunun içərisinə , bəşərin yaradıcıya olan düzgün etiqadı, yaradıcı ilə insanlıq arasında rabitə yaradan ilahi səfirlərə və kitablara olan dolgun əqidəsi ,axirət dünyası və digər zəruri məsələlərə  aid olan  inancı  daxil olur.Dinin digər dəyərlər sistemi də vardır ki, bura  insanın rəbbi qarşısında olan vəzifələri və huquqlarının bəyanı daxil olur.Bu qanunlar və huquqlar onun rəbbi qarşısında necə bir qul olmasını , hansı əxlaqi fəzilətlərə sahib olub ,hansı nəfsani rəzalətlərdən özünü paklamasını ona bəyan edir.
  Dinin bəşəriyyət üçün gətirdiyi çox önəmli digər bir özəlliyi də vardır ki,bu, onun dünya həyatının nizamının necə qurulması ilə əlaqəli olan yönüdür.Təbiidir ki, insan bu dünya həyatında yaşadıgı üçün, fərdi və ictimai həyatını kontrol edən bir nizama tabe olması lazımdır.Bu insanların toplum olaraq bir-birinə qarşı olan huquq və vəzifələrini anlaması,dünyəvi  münasibətlərində ədalət və inasfın qoruması  və buna riayət etməsi baxımından zəriridir.Ona görə də din, bəşəriyyət üçün seçilmiş ali bir dəyərlər  sistemi gətirdiyinə görə toplumun bu cəhətdən ehtiyacını mükəmməl olaraq qarşılama gücünə malikdır.İnsanın bu dünya həyatına əbəs yerə gəlməsinin düşünülməsi ,agılın hökmü ilə qeyri-mümkün olduguna görə,insanı yaradanın onu  müəyyən bir məqsəd üçün yaratdıgı danılmazdır. Buna görə də ,onun insana yaradılış qayəsi və məqsədini anlatması , yaradılış hikmətinin gərəkdirdiyi bir şeydir.Ümumi olaraq insanın həyatı , dünya və axirət mənzillərindən ibarət oldugu , bu iki həyatın da bir-biri ilə qırılmaz bir rabitəsinin oldugu üçün , mütləq ona bu dünyadakı həyatını necə qurmasını və hansı nizama tabe olmasını bəyan etməlidir.Elə ilahi səfirlərin göndərilməsinin hikmətlərindən biri də, bəşərə dünyada hansı qanunlar və dəyərlər sisteminə tabe olaraq yaşamasını onlara təlim etməkdir. Buna görə də belə əhəmiyyətli məslədə dinin laqeyid qalıb insan üçün heç nizam təqdim etməməsi  düşünülən bir şey deyildir. Çünki bu insanlıgın gələcəyi və aqibəti baxımından çox önəmlidir.Bəşəriyyətin peygəmbərlərin gətirdikləri dəyərlər sisteminə tabeçiliyi onun həyatının müxtəlif cəhətlərini əhatə edir.Toplumlar yer üzündə insanın yaradılmasından bu günə qədər,göndərilən bir peygəmbərsiz və yaxud sabit bir şəriətsiz olmadıgı üçün, əsrlər və minilliklər boyu , bu ilahi dəyərlər müəyyən dərcədə yaşanmış və bü gün də yaşanmaqdadır.Ona görə də, bu cəhətdən,  ilahi məqsədin qismən də olsa , həyata keçdiyini qəbul etmək olar.Çünki, hər peygəmbər dönəmində onun gətirdiyi qanunlara tabe olan insanlar olmuş və hər şəriətin də, öz zamanında qanunlarına tabe olaraq həyatlarını davam etdirən  toplumlar   var olmuşdur.
       Lakin, bəşəriyyət üçün ilahi dərgahdan müəyyən edilmiş həyat nizamı və əxlaqi dəyərlər sistemi  tam kamil bir şəkildə hələ də tətbiq edilə bilməmişdir.Deməli, insanlıq üçün ilahi qərəz və məqsəd hələ də həyata keçmiş deyildir.Buna baxmayaraq , peygəmbərlərin gətirdikləri şəriətlərdə, bunun həyata keçəcəyi bildirilmiş və həmişə ideya olaraq onların missiyasında mövcud olmuşdur.Əslində peygəmbərlərin silsiləvi olaraq göndərilməsinin də hikməti bundan ibarətdir.Peygəmbərlik tarixini izləsək , bir peygəmbərin dönəmi sona çatdıgında onu digərinin dönəminin izlədiyini görərik.Bəzən də bir neçə peygəmbər bir şəriət dövrünü tamamlamaq üçün ardıcıl göndərilirlər.Məsələn;Həzrət Musa (ə s) dan sonra gələn  bəni-israil  peygəmbərləri Onun şəriət dönəmini tamamlamaq üçün göndərilən elçilərdir və ayrıca bir şəriət də gətirməmişlər.Onları həqiqətdə HZ  Musanın şərətini diriltmək və tətbiq etmək üçün göndərilən səfirlər adlandırmaq olar.Deməli, Allahın din olaraq seçib bəyəndiyi qanunlar və dəyərlər toplusu əvvəlcədən kamil olaraq qəaralaşdırılmışdır.Lkin cəmiyyətə tətbiq edilməsi baxımından silsiləvari olaraq şəriətlər dönəmi şəklində göndərilmişdir ki, zaman-zaman bəşərin şüuruna və həyatına hakim olsun.Belə olmasaydı bir peygəmbərin sabit şəriətlə gəlməsi kifayət edər , silsiləvari şəriət dəyişikliklərinə də ehtiyac duyulmazdı.Beləliklə, bəzən bir peygəmbərin  şəriət dönəmi uzun müddət hakim olur, ondan sonra da çoxlu peygəmbərlərin gəlməsinə baxmayaraq , o şəriət dəyişilməz olaraq  qalır.Bunun hansı səbəblərdən dogmasını , hikmətinin nədən ibarət olmagını bilməyimiz lazımdır.Əslində bu məsələ saglam bir  əqli muhakimə ilə  yanaşsaq , bir peygəmbərin gətirdiyi şəriət  uzun bir zaman üçün sabit qalacaqsa , ondan sonra  peygəmbərlərin   göndərilməsinin zahirən bir mənası qalmır.Çünki onlar da eyni şəriətə dogru dəvət edirlər.Deməli,  burada  başqa səbəblər və hikmətlər də mövcuddur ki, onların zəruriliyi sonrakı peygəmbərlərin gəlişini vacib edir.Bu , ilahi qanunları ehtiva edən şəriətlərin sahibi olan peygəmbərlərin  məqam və keyfiyyətləri ilə baglı olan bir məsələdir.Şəriəti gətirən və onu cəmiyyətə tətbiq etməyə çalışan peygəmbər Allahın elçisi olmaqla yanaşı,bir sıra üstünlük və fəzilətlərə də yiyələnmiş olmalıdırlar.Bu fəzilətlərdən ən önəmlisi və vacib olanı onların ismət məqamına sahib olmalarının zəruri olmasıdır.İsmət məqamı peygəmbərlərə Allahın lütfü olaraq verilmiş ən böyük fəzilətdir ki, onunla günahdan , xətadan, səhvdən və şəriəti tətbiq etməkdə hər hansı bir yanlışlıqdan tamamilə uzaq olurlar.Çünki, şəriətin içinə aldıgı ilahi qanunlar toplusu , Allah tərəfindən insanlara nəql olunmaqda, xətaya ugramaqdan   qorunmasından daha çox , onların toplum içərisində səhvə yol verilmədən düzgün tətbiq edilməsinə ehtiyac vardır.Ona görə də qanunların kimin əlində və kontrolunda  olması  , onların saglam və dəyişilməz qalması üçün çox önəmlidir.Bu səbədən dolayı ilahi öhdəlikləri boyunlarına götürmüş şəxslər,Allah tərəfindən bu ismət məqamına seçilmiş olurlar.Belə olmasa idi şəriət sahibləri kiçik bir sapmanın nəticəsində , xətaya yol verər , şəriətin dəyişikliyə ugramasına və yaxud yanlış tətbiqinə səbəb olardı.Bunu anladıqdan sonra , sabit bir şəriətin uzun zaman  üçün tətbiq edilməsinə görə ardıcıl olaraq peygəmbərlərin göndərilməsinin hikməti bizə aydınlaşmış olur. Şəriətlərin tarixi keçmişinə nəzər yetirdikdə görürük ki,son olaraq peygəmbərlərin göndərilməsi, rəhmət peygəmbəri həzrəti Muhəmmədlə sona çatır və nübüvvətə xitam verilir.Sonuncu  peygəmbərin dönəmi bitdikdən sonra , nəbilik missiyası sona çatır və son dəyişməz bir şəriət, islam şəriəti və onun qanunlar toplusu bəşəriyyət üçün ölçü olaraq qərarlaşdırılır. Bu dönəmin dəyişməz olacagı və qiyamətə qədər sabit qalıb, ümumbəşəri bir missiya olacagı hardan anlaşılmalıdır.?Hər şeydən əvvəl bu şəriətin dəyərləini daşıyan kitabın necə bir kitab olmasını bilməyimiz lazımdır.Sonuncu  şəriəti  təmsil  edən  ilahi kitab, özündən əvvəlki  kitablardan fərqli olaraq,risalətin artıq kitab halında dəyişməz qalacagını bildirən müqəddəs  bir  mənbədir. Bu müqəddəs mənbə , heç vaxt  dəyişilməyəcəyini  bəyan etmiş, qiyamətə qədər də hökümlərinin yeganə qurtuluş mənbəyi   olacagını  bildirmişdir.Deməli , peygəmbərlik dönəminə xitam verilmişdir  və  Allahın qanunları bundan sonra yalnız  bu kitaba əsaslanaraq tətbiq edilməlidir.Artıq  bəşəriyyətin dünya və axzirət səadətini təmin edə biləcək ,  bütün   həqiqətlər  bu kitabda bəyan edilmişdir, yeni  kitaba və qanunlara ehtiyac qalmamamışdır. Bu, kitab demək olar ki, risalət yükünü öz içində daşımaqdadır , bəşərin də ehtiyac  duydugu , həyati  əhəmiyyətli  bütün dəyərləri , dəyişilmədən özündə qorudugunu  iddia etmişdir.Lakin bir kitabda dəyərlərin, qanunların  və hikmətlərin təhrif olunmadan qorunub saxlanılması, onların düzgün anlaşılaraq kamil bir şəkildə tətbiq edilməsi üçün kifayət deyildir. Bu kitab, nübüvvətin bir qayəsini , yəni  ilahi  vəhy və həqiqətlərin düzgün şəkildə alınıb  qorunmasını  təmin etsə də , onun digər qayəsi olan , düzgün anlaşılaraq cəmiyyətdə mükəmməl   bir formada  tətbiq olmasını öz öhdəsinə almamışdır. Elə bu səbəbə  görə, peygəmbərlərin  ilahi missiyasının Qurani-kərim tərəfindən  mükəmməl bir şəkildə çatdırılkıb tətbiq olundugunu  demək boş bir iddiadan başqa bir şey deyildir. Digər tərəfdən də Quran, bütün peygəmbərlərin   ümumi məqsədi olan,  ilahi hikmətlər və həqiqətləri  daşıdıgını   və bünların nəhayətdə kamil bir şəkildə bütün dünyada  həyata keçəcəyini aşkar iddia etməkdədir.Əyər həqiqətən də Quran iddia etdiyi hikmət , fəzilət və islahatlar bir zaman tam kamil olaraq dünyada həyata keçəcək və bəşəriyyət üçün əvəzolunmaz dəyərlərə çevriləcəksə, bunun necə baş verməsini də bilməyimiz çox vacibdir. Bu məsələnin üzərindən ötəri keçməyib, dərindən təfəkkür etməyimiz lazımdır. Əvvəldə qeyd etdiyimiz  kimi,  peygəmbərlərin məsumluq məqamına  sahib olması , ilahi vəhy və hikmətlərin təhrif olunmadan  və xətaya yol verilmədən toplumun həyatına tətbiq edilməsi üçündürsə, quranın həqiqətlərinin  və dəyərlərinin saglam tətbiq  edilməsi  isəmət  məqamına  sahib olmayan bir peygəmbər olmadan necə mümkün olacaq?
   Əyər,  peygəmbərlik  məqamının məsumiyyəti  tələb etməsi , ilahi kəlamların düzgün alınıb, səhvə yol verilmədən  həyata keçirilməsi  üçün lazımdırsa  və bunun bir yönü, yəni  ilahi kəlamların səhvsiz  alınıb qorunması  artıq həyata keçmişdirsə, yeni peygəmbərin gəlməsinə artıq ehtiyac qalmamışdır. Lakin ,məsumiyyət məqamına hələ də ehtiyac qalmışdır. Ç ünki,  təhrif olunmadan qorunub saxlanılan ilahi kəlam , ilahi məqsəd və qayəyə uygun olaraq həyata keçməsi hələ ki, təmin edilməmişdir.N əticə  olaraq  dünya  məsum insanın varlıgından  bu günə qədər ehtiytacsız olmamışdır.Belə olan təqdirdə, pəygəmbərli dönəminin bitməsi ilə, məsumiyyət dönəminin bitməməsi lazım gəlir, əks təqdirdə, Quranın iddiya etdiyi ümumbəşəri rəhmət və ədalət  dönəminin hakim  olmasını həyata keçirmək qeyri mümkün olacaq. Çünki bu,risalətin alınıb qorunması qədər əhəmiyyətə malikdir və onun həyata keçməsi  birincidən daha çox ismət məqamını tələb edir. Allahın dini zaman-zaman peygəmbərlər vasitəsi ilə bəşəriyyətə gətirilmiş  və bu günə qədər qorumuşdur. Bu müqəddəs missiya ta əvvəl gündən məsum insanlar tərəfindən reallaşmışdır.Lakin ilahi dinin  dünyadakı ədalətli hakimiyyəti hələ də həyata keçməmişdir.Bu o deməkdir ki, daha agır , çətin bir sınaq və məsuliyyət  həyata keçmədən qalmışdır.Belə daha agır mükəlləfiyyət və imtahanın məsum bir insan olmadan, adi bir fərd vasitəsi ilə  həyata keçməsi , saglam aglın qəti mühakiməsi ilə qeyri-mümkün olan bir işdir.Nəticə olaraq dərk edirik ki, məsum bir insanın olmasaına ehtiyac vardır, lakin bu məsum bir insanın eyni zaman da peygəmbər olması da lazım deyildir.Çünki,  bu sifətə sahib oılan şəxs ,Allahdan yeni heç bir şey gətirməyəcək, əksinə sabit  və dəyişilməz qalan hökm və hikmətləri dünyada insanlıga hakim edəcəkdir.Yer  üzərində, insanlıgın əbədi arzüsü olan ədalətin  bərpa olunması,  Quran dəyərlərinin bəşəriyyətə yayılıb örnək  və ülgü olması , belə bir şəxsiyyət  tərəfindən  reallıga çevriləcəkdir.Belə məsüm insanın varlıgına ehtiyac, dünyada təkcə  ədalətli bir sistemə baglı olan ümumbəşəri bir hakimiyyətin  qurulmasına görə deyildir. Onun varlıgına olan ehtiyac, insanların dini həqiqətləri ələ gətirməkdə  səhvə və xətaya düşməmələri , ilahi hökümləri kitab və sünnətdən  düzgün şəkildə əldə etmələri baxımından  da duyulmaqdadır. Peygəmbərlər , ilahi hikmətləri vəhy yolu ilə insanlar içərisinə gətirir, bir müddət bu həqiqətləri təblig etdikdən sonra  haqqa qovuşurlar. Onlardan sonra , gətirdikləri müqəddəs dəyərlər  və hökümlərin  təhrifə yol verilmədən  sonrakı nəsillərə ötürülməsi lazımdır. Bunun üçün xüsusi bir elmə sahib olub, ilahi kitabların batininə  agahlıgı olan, peygəmbərlərdən  ilahi  əmanəti  əxz  etmiş xüsusi canişinlərin  var  olması  mütləq  zəruri olan bir ehtiyacdır. Əyər belə olmasa, peygəmbərlərin gətirdiyi ilahi kəlamlar , hikmətlər və elmi həqiqətlər, batini bilgisi olmayıb yalnız zahiri məlumatlara sahib  olan insanlar tərəfindən  yanlış  anlaşılaraq  , təhriflərə məruz qoyulub  insanlara təhvil verilər. Bu isə ixtilafların, bidətlərin , təhriflərin  və xurafatların  baş qaldırıb yayılmasına  gətirib çıxardar ki, bunun da sonu zəlalətdir. Ona görə də, peygəmbərlərdən sonra  məsüm imamların  var olması  saglam agılın hökm etdiyi  qəti və zəruri bir şeydir. Buna bəşəriyyətə son peygəmbər olaraq göndərilmiş həzrəti Muhəmmədin şəriətində   daha çox etiyac duyulur.Çünki, onun gətirdiyi şəriət özündən qabaqkı bütün şəriətlərin hökmünə xitam vermiş  və nəsx etmişdir.Peygəmbərdən sonra da, belə bir əbədi və ümumbəşəri  olan şəriətin   qurana əhatəlki bilgisi  olmayıb , məsum insan olmayan   adi insanların öhdəsinə  buraxılması, ilahi qərəz və məqsədə uygun  olmayan bir şeydir. Beləliklə,  sonunda agılı əsas götürərək qərəzsiz düşünən insan  imamət əqidəsinin  haqq olmasını anlayıb, peygəmbərdən sonra da  məsumiyyət dönəminin davam etməsinə  inanacaq.Məhdəviyyət əqidəsi də imamət əqidəsindən şaxələnən bir budaqdır ki, imamətin ilahi bir seçki ilə olub  bu gün də davam etdiyini   göstərir. Çünki, məhdəviyyət əqidəsi ,imamət əqidəsinin  praktik olaraq həyata keçməsini , onda  olan xüsusuyyətlərin əməli olaraq  yaşanmasını  bəyan edən bir  əqidədir.
(Dadash Dadashov)