пятница, 23 сентября 2011 г.

İMAM HƏSƏN ƏSGƏR(ə.S)DAN HİKMETLİ SÖZLER



1- Münaqişə etmə; yoxsa dəyərin yox olar. Zarafat etmə; yoxsa başqaları sənə qarşı cürət qazanar (heybətin sarsılar).

2- Kim məclisdə mövqesindən aşağı bir yerdə oturmağa razı olsa, yerindən qalxana qədər Allah və melekleri ona salat edərlər.

3- (İmamet mövzusunda) dəlil istəyən bir adama belə yazdılar:

" Kim nişana və açıq bir dəlil istəsə, istədiyi şey ona verilər. Daha sonra nişana və dəlil istədiyi kimsədən (imamdan) üz çevirsə, iki qat əzab edilər. Kim səbr edər (möcüzə istəməz)se Allah tərəfindən te'yid edilər. İnsanlar, göndərilən səmavi kitabların yolunu seçmək üzrə yaradılmışlar. Allahdan doğruluğu niyaz edirik. Nəticə, ya haqqa təslim olmaqdır və ya (qəbul etməyib) həlak olmaqdır."

4- Şiələrindən biri, İmama şiələrin ixtilafını dilə gətirən bir məktub yazdı. İmam Həsən Əsgəri (ə.s) də məktubun cavabında belə yazdı:

"Allahı Təala, ağıllı kəsləri xitab etməkdədir. (Allahın sözü daim ağıllı kəslərə istiqamətlidir.) İnsanlar mənim haqqımda bir neçə qrupa ayrılmışlar. Bir qrup qurtuluş yolu üzrə olan gerçəyi bulan, haqqa sarılan, əslin budağına yapışan(6) şək və şübhə etməyən, məndən başqa sığınılacaq bir öndər tanımayan kəslərdir. Bir başqa qrup isə, haqq əhlindən olmayan kəslərdir. Bunlar dəniz yolçusu kimidirlər ki, dəniz dalğalandığında sarsılar, sakitləşdiyində də sakitləşərlər. Digər bir qrup da, Şeytanın özlərinə qalib olduğu kəslərdir. Bunların işləri də qısqanclıqlarından ötəri haqq əhlinə etiraz edib qarşı çıxmaqdır. Elə isə sən sağa-sola yönələn kimsəni tərk et. Çünki çoban qoyunlarını yığmaq istədiyində onları az bir səylə toplar.  sirləri ifşa etməkdən çəkin və riyaset tələb etmə. Bunlar insanı həlak olmağa aparan xüsusiyyətlərdir."

5- Bağışlanılmayacaq günahlardan biri də, adamın "Kaş ki, yalnız bu günahımdan sorğuya çəkilsəm" (yəni, bu günah əhəmiyyətli deyil) deməsidir. Daha sonra belə buyurdular: İnsanlar arasında şirk, qarışqanın qaranlıq gecədə qara bir dəri üzərindəki ayaq izindən daha gizlidir.

6- "Bismilləhir-rahmənir-rahim" Allahın ismi azamına, gözün qarasının ağına olan yaxınlığından daha yaxındır.

7- Şiələrdən bir qrupun onun imameti haqqında ixtilafa düşdüklərində İmam (ə.s) belə yazdı:

"Atalarımdan heç biri mənim kimi bu toplumun şübhəsinə düçar olmamışdır. Əgər inandığınız bu məsələ (imamet), bir vaxta qədər olan və sonra kəsilən bir şeysə, (imametin müddətinin bitdiyinə dair) şübhəniz yerində olar. Amma, əgər həyat davam etdikcə davam edəcək olan bir şeysə, artıq o zaman bu şübhənin mənası qalmaz."

8- Yaxşıların, yaxşıları sevməsi, yaxşılar üçün savabdır. Pislərin, yaxşıları sevməsi isə, yaxşılar üçün bir üstünlükdür. Pislərin yaxşılara düşmənliyi, yaxşılar üçün bir zinətdir. Yaxşıların pislərə düşmənliyi isə, pislər üçün bir alçaldılmadıyar.

9- Yanından keçdiyin hər kəsə salam verməyin və məclisdə mövqesindən aşağıda oturmağın təvazödəndir.

10- Taaccüp etmədən gülmək, cahillikdəndir.

11- Bel qıran müsibətlərdən biri də, gördüyü yaxşılığı gizləyən və pisliyi aşkar edən qonşudur.

12- Şiələrinə buyurdular ki: "Sizlərə Allahdan qorxmağı, dininiz barəsində vərəli (şübhəli şeylərdən qaçınan) olmağı, Allah üçün səy göstərməyi, doğru danışmağı, sizə güvənib yanınızda əmanət buraxan kimsəyə istər yaxşı olsun, istər pis əmanətini qaytarmağı, səcdələri uzatmağı və yaxşı qonşuluq etməyi tövsiyə edirəm; işdə Məhəmməd sallallahu əleyhi və alih bunlarla göndərilmişdir. Onların (Əhli sünnənin) namazlarına qatılın, cənazə mərasimlərinə qatılın, xəstələrini ziyarət edin, haqqlarını ödəyin.

Sizdən biri, dinində vərəli, doğru danışan, əmanəti sahibinə verən və xalqa qarşı gözəl əxlaqlı olduğunda "Bu Şiədir" deyilər. Bu isə bizi məmnun edər. Allahdan qorxun, bizlərə bəzək olun, utanc vəsiləsi olmayın. Söhbətləri bizə doğru çəkin; hər növ pisliyi bizdən uzaqlaşdırın. Çünki biz, haqqımızda deyilən hər yaxşılığın əhliyik və haqqımızda deyilən hər pislikdən uzağıq. Allahın kitabında, bizim haqqımız, Hz. Rəsulullaha yaxınlığımız və Allah tərəfindən də tərtəmiz (günahsız) qılındığımız açıqlanmışdır. Bizdən başqa, haqq olaraq heç kim bu mövqeyi iddia edə bilməz.

Allahı və ölümü çox anın. Quranı çox tilavət edin. Peyğəmbər sallallahu əleyhi və alihə çox salavat gətirin. Çünki Peyğəmbərə salavat gətirmənin on hasenesi (savabı) vardır. Sizə etdiyim tövsiyələri unutmayın. Salamımı sizə çatdıraraq sizi Allaha əmanət edirəm.

13- İbadət, çox oruc tutmaq və çox namaz qılmaq deyil; ibadət, Allahın yaratdıqları haqqında çox düşünməkdir.

14- İkiüzlü və ikidilli olan qul nə də pis quldur; yüzünə qarşı qardaşını tərifləyər, arxasında isə (qeybət edərək) ətini yeyər. Qardaşına bir nemət çatsa onu qısqanar, bir bəlaya uğrasa onu tək buraxar.

15- Hirs, hər şərin açarıdır.

16- İki yüz altmışıncı (Hicri Qəməri) ilində şiələrinə belə buyurdular: Aranızda olduğumuz müddətcə sizə, sağ ələ üzük taxmağı əmr edirdik, indise geybet dövrümüz çatdığı üçün Allah bizim və sizin işlərinizi aşkar edənə (və haqq hükumet iş üzə-rine gələnə) qədər sizə sol ələ üzük taxmağı əmr edirik. Çünki bu, sizin biz Əhli Beytə olan dostluğunuzun bir nişanesidir. Bunun üzərinə şiələr İmamın hüzurunda üzüklərini sağ əllərindən çıxarıb sol əllərinə taxdılar. Daha sonra İmam (ə.s) onlara: "Bunu bütün Şiələrimizə çatdırın" deyə buyurdular.

17- Ən narahat insanlar, kin güdən kəslərdir.

18- İnsanların ən təqvalısı, şübhəli olan işlərə təşəbbüs göstərməyən kimsədir. İnsanların ən abidi, fərzləri əda edən kimsədir. İnsanların ən zahidi, haramları tərk edən kimsədir. İnsanların ən çox səy göstərəni, günahları tərk edən kimsədir.

19- Şübhəsiz, siz qısalan bir müddət və saylı günlər içərisində yer almısınız; ölümsə qəflətən gəlir. Xeyr əkən, səadət biçər. Şər əkən də peşmanlıq biçər. Hər əkinçi, əkdiyinə çatar. Ağır davranan, (dünyada özünə təyin olunan) nəsibindən məhrum qalmadığı kimi, həris də nəsibindən çoxunu əldə edə bilməz. Kimə xeyr verilsə, o xeyiri Allah bağışlamışdır. Kim  də  şərdən qorunsa onu da Allah qorumuşdur.

20- Mömin möminə bərəkət, kafirə isə hüccettir.

21- Ahmağın ürəyi ağızındadır; hikmət sahibi olan kimsənin ağızı isə ürəyindədir.

22- Zəmanətlənmiş ruzi, səni fərz bir işdən saxlamasın.

23- Dəstəmazlı olduğunda həddini aşan, dəstəmazını pozan kimsə kimidir.

24- Haqqı tərk edən hər güclü, zəlil olar; haqqa sarılan hər zəlil də, izzət qazanar.

25- Cahil ilə dost olan iztirab çəkər.

26- İki xüsusiyyətdən üstün bir şey yoxdur: Allaha iman etmək və qardaşlara faydalı olmaq.

27- Övladın kiçiklikdə ataya qarşı hörmətsizliyi, böyüdüyündə ona qarşı gəlməsinə səbəb olar.

28- Qəmli bir şəxsin yanında, sevincli olduğunu göstərmək ədəbsizlik sayılar.

29- Həyatdan daha yaxşısı, itirdiyində həyata nifrət etdiyin şeydir. Ölümdən daha pisi isə, başına gəldiyində ölümü arzuladığın şeydir.

30- Cahilə riyazət çəkdirmək (nəfsinin istəklərinə qarşı dayanmasını təmin etmək) və bir şeyə alışıq olanı vərdişindən imtina etdirmək, möcüzə kimi bir işdir.

31- Təvazö, qısqanılmayan bir nemətdir.

32- Bir kimsəni zəhmətə soxacaq bir şeylə ona ikramda ol/tapılma.

33- Qardaşına gizlidə öyüd verən onu bəzəmiş, açıqda (xalqın qarşısında) öyüd verən də onu pisləmişdir.

34- Allahın nemətiylə əhatə edilməyən heç bir bəla yoxdur.

35- Möminin, özünü alçaldacaq şeyə maraq göstərməsi necə də pisdir.

*     *     *

Комментариев нет: