среда, 7 сентября 2011 г.

KITABA ƏHATƏLİ BİLGİYƏ SAHİB OLAN KİMDİR?



   KİTABIN BİLGİSİNİN YANINDA OLDUGU ŞƏXS ƏLİDİR
Əhli-sünnənin müxtəlif mənbələrində “kitabın bilgisinin yanında oldugu şəxsin “ həzrət Əli odugu səhih rəvayətlərlə qeyd olunmuşdur.Bu əhli-beyt imamlarının Qurana əhatəli bir bilgiyə sahib olmalarının sübutu və qurana tabe olmaqda onların xəttinə yiyələnməyin vacib olmasına bir dəlildir.

Sələbi  “kitabın bligisinnin yanında oldugu” şəxsin kimliyi haqda  Əbu Cəfər əleyhi salamdan bir rəvayət nəql edir ki , bu şəxs Əlidir.
  O belə yazır ki ,İBNİ ƏTA dedi: ƏBU CƏFƏRLƏ birlikidə məsciddə əyləşmişdim və əbdullah ibni salamın oglunun da digər bir tərəfdə oturdugunu gördüm.ƏBU CƏFƏRƏ dedim onlar elə zənn edirlər ki, kitabın bilgisi yanında olan şəxs  Əbdullah ibni salamdır.İMAM BAQİR(ə,s)buyurdu:xeyr belə deyil kitabın bilgisi yanında olan şəxs Əli ibni Əbu talibdir.
(təfsiri sələbi c5 s 303)

HAKİMİ HƏSKANİ də şəvahidud-tənzil kitabında  bu ayənin aid oldugu şəxsin həzrəti Əli oldugunu bildirmişdir.
 O qey edir ki İBNİ ABBASDAN KİTABIN BİLGİSİ YANINDA OLAN ŞƏXS KİDİR DEYƏ SORUŞULDUQDA əLİDİR DEYƏ CAVAB VERDİ. VƏ QEYD EDİR Kİ MUHƏMMƏD İBNİ HƏNƏFİYYƏDƏN KİTABIN BİLGİSİ KİMİN YANINDADIR SORUŞULDUQDA ƏLİ ƏLEYHİSALAMDİR DEDİ.
Və imam Sadiq də buyurmuşdur ki ,”kitabın bilgisi yanında olan şəxsdən” məqsəd Əli əleyhi salam və hidayət imamlarıdır.
 Bərid ibni Muaviyə İmam Sadiqdən belə rəvayət edir ki, buyurdu:bu ayədən məqsəd biz əhli-beytik və bizim peygəmbərdən sonar ən üstünümüz və fəzilətlimiz həzrət Əlidir.
Bu mətləbi daha da quvvətləndirən Şəbinin rəvayətidir ki, dedi: Heç kəs peygemberden sonar allahın kitabına ƏLİ qədər alim deyildir.
(şəvahidid-tənzil c1 s402)


 .

 Suleyman QUNDUZI  bu ayənin təfsirini yazərkən Əbu Səid Xudridən hədis nəql edərək ayədən məqsədin həzrət Əli oldugunu bildirir. O hədis belədir: Əbu SƏİD Xudru dedi ki, peygemberden “kitabdab bəzi bilgilərə sahib olan şəxsin” kim oldugunu soruşdum.Buyurdu o qardaşım Davud əleyhi salamdır. Sonra soruşdum EY ALLAHIN rəsulu digər bir ayədə Allah belə buyurur “de ki sizinlə mənim aramda şahidlik baxımından ALLAH və kitabın bilgisi yanında olan şəxs kifayət edər.”Buyurdu bu ayədən məqsəd isə qardaşım Əlidir.
(yənabiul- məvəddəti c1 s 307)