вторник, 22 января 2013 г.

DUANIN İNSAN HƏYATINDAKI ƏHƏMİYYƏTİ

Əvvəlcə bilməliyik ki,dua məxluqata yaradıcı tərəfindən əta olunmuş lutf və nemətlərdən biridir.Xilqət aləmini hər tərəfdən Allahın rəhmət və bərəkətinin əhatə etdiyini düşünsək,duanın bu rəhmət içərisində özəl bir yerinin oldugunu anlayarıq.İlahi rəhmətdən dogan fəzilət və nemətlər varlıq aləminə muxtəlif cəhətlərdən fayda verməkdə və həyat bəxş etməkdədir.Əyər varlıqlar içərisində insanın bu nemətlər muqabilində durumunu gözdən keçirsək ,hər nemətin onun üçün nəqədər dəyərli olub,həyatda qalması üçün əvəzsiz oldugunu başa düşərik.İlahi feyzdən qaynaqlanan nemətlər əsasən iki hissəyə ayrılırlar: maddi və mənəvi nemətlər. Necə ki, Allahu -təala bu həqiqətə işarə edərək buyurur:
"Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini ,zahiri və batini nemətləri sizə bolca ehsan etdiyini görmürsünüzmü..."?(logman20)
Allahın aşkar bəyan etdiyi zahiri və batini nemətlərdən insanların faydalanması da ,onların mərifət və məqamlarınin  fərqliliyi və dərəcələrinin müxtəlifliyi səbəbindən fərqlidir.Bəzən insanların əksəriyyəti maddəçi bir düşüncəyə sahib olduqlarına görə mənəvi nemətləri görə bilməz,  yalniz maddi dünyadan qaynaqlanan zahiri nemətlərlə kifayətlənərlər. Bu düşüncəyə yiyələnmələri onların kamil və mükəmməl bir şəxsiyyət kimi formalaşmalarına maneçilik törədər və biryönlü inkişaf edərək həyatda naqis qalmalarına gətirib çıxardar.Həyatda müşahidə etdiyimiz kimi insanların əksəriyyəti mənəvi nemət və fəzilətlərdən layiqincə yararlana bilmirlər.Bunun belə olması müxtəlif səbəblərə söykənməkdədir.Ən başlıca səbəb bundan ibarətdir ki, maddi nemətlər insanın zahiri ehtiyaclarına baglı olub, onun bilavasitə cismani vucudu ilə əlaqadardır.Ona görədə dünyəvi insanlar həyatverici amillərin yalnız maddi və zahiri dəyərlər oldugu qənaətində olurlar.Lakin mənəvi nemətlər və fəzilətlər insanın iç dünyası, fitrəti, ruhi və qəlbi yönu ilə baglı olub qeyri-maddi bir şüurun və idrakın olmasını gərəkdirir.Bu isə insanın müşahidə olunan fiziki dünya ilə kifayətlənməyib metafizik bir aləmlə rabitə qurması nəticəsində həqiqətə çevrilib öz əhəmiyyətini göstermiş olur. Belə bir rabitə də insan içindən dogan inanc və iman hissi ilə baş verir ki, bu hisslər özü də mənəvi nemətlərin ən əsaslarındandır.Digər batini nemətlər də bunlardan qaynaqlanaraq insanın həyatını zinətləndirirlər.Deməli mənəvi nemətləri anlamaq və onlardan yararlanmaq iman həqiqətinə dayanıqlıdır ki, bütün insani keyfiyyətlər də ondan yetişərək təkamülə çatır. Belə insani dəyərlər həddən artıq çoxdur.Lakin insanın həyatda həddən ziyadə ehtiyac duydugu və o  olmadan yaşayışın onun üçün çox çətin və sıxıntılı oldugu bir mənəvi nemət vardır ki, bu dua adlanır.Bu nemət ilahinin bəşəriyyətə  bəxş etdiyi elə bir dəyərdir ki, onu anlamaq, qəlbin dərinliklərində onu hiss etmək , insana  elə gözəl , zövqlü ,asayişbəxş ,şirin anlarla dolu bir həyat əta edir ki, başqa heç bir hiss bunu insana yaşatma gücünə sahib deyil. Dua, dediyimiz  bu həqiqət, əvəzsiz bir nemətdir ki , insanı maddi dünyanın sərhədlərindən çıxarıb ,ilahi dərgaha qədər ucalmasına vasitə olar.Dua , bu əslində bəşərin öz cismani vucudundan  və maddi səbəblərin hamısından öz çevirərək , xalisanə bir şəkildə mələkut aləmi ilə ünsiyyət qurması və rəbbinə özünü, həyatının keçmişini və gələcəyini tapşırmasıdır.Dua,  insanın rəbbinə dogru insana xass olan bir şəkildə yönəlməsidir ki, digər mövcudatın yönəlişində bu keyfiyyətlər yoxdur.Yəni insandan başqa heç bir mövcuda öz həyatını Allaha tapşırmaq üçün belə bir dua etmə imtiyazı verilməmişdir.Bu yönəliş insan üçün necə həqiqətə çevrilə bilər? İnsan hansı idrak içində olduqdan sonra ,qəlbində hansı duygular  baş qaldırdıqdan sonra,dua atmosferinə düşür, onu bir nemət olaraq anlayır və rəbbindən yardım diləmə duygusuna möhtac oldugunu dərk edir!?
 Bunun ilk olaraq əqidəyə və imana baglı olan məsələ oldugunu başa düşməyimiz lazımdır.Çünki iman həqiqətinə sahib olmadan rəbbə dogru yönəlmək ümumiyyətlə mümkün deyil.İnsan qəlbi iman nuru ilə işıqlandıgı zaman, rəbbinə qarşı diqqətlı olub, onu özünün hamisi olaraq qəbul edir və ondan yardım diləmə şövqi ilə yaşayır.Əyər Allaha iman insan qəlbində mövcud deyilsə, onun içində dua duygusunun yaranması və onu rəbbindən yalvarışa sövq etməsi də mümkün olmayacaq. Bunun səbəbi ondadır ki, dua ruhunu insanda yaradıb yetişdirən bəndəçilik və qulluq düşüncəsidir ki, onu ehtiyaclarından xəbardar edib möhtac olmayana dogru istiqamətləndirər.Dua etmək ruhu insanın özünü qul hiss etdiyi zaman və kiməsə möhtac durumda oldugunu derk etdiyi zaman yaranır.Qulluq hissi möhtaclıq duygusundan yarandıgı kimi , möhtac oldugunun kim olmasını anlamasından da çox asılıdır.Deməli, Allaha mohtac olduqlarını hiss etməyən insanlar ona dogru yönəlmə və yardım diləmə ehtiyacını da qəlblərində duymazlar.Lakin insan zatən möhtaç bir varlıq oldugu üçün  heç vaxt ehtiyaclardan tam qurtarma gücünə malik deyil.Buna görə öz derki seviyyesinde ehtiyaclarının kim terefinden temin ediləcəyini arayacaq. Bu zaman o ehtiyaclarının maddi səbəblər vasitəsi ilə odəniləcəyinə inanarsa, maddiyyata qul olub ,dunyəvi və maddi guclərə özünü möhtac biləcək və onlara dogru yönələcək. Belə insanlar həyatları boyu özlərini Allahdan qeyrilərinə ehtiyaclı görüb ,onlardan yardım dilərlər.Əslində bəşər tarixində yaranmış batil inanclarda ,zəlalətə ugramış təriqətlərdə insanların Allahdan qeyrisinin qarshısında əyilməsi, fitrətlərində olan möhtaclıq duygusunu düzgün mənbəyə yönəltməmələrindən dogmuşdur.
Tarixən insanlıq butun ehtuyaclarını təmin etmə gücündə olmadıgını anlamış və bu gücün özündən xaricdə oldugunu bilmişdir. lakin bu gucu təyin etmədə isə çox zamanlar səhvə yol vermiş və misilsiz guc və qüvvət sahibi Allaha deyil ,özləri kimi möhtac olana yönəlmişlər.Hətta Allahı yaradıcı kimi qəbul edən ummətlədə də belə hallar mövcud olmuşdur.Yəni onlar əqidə cəhətdən materialist olmasalar da onu rəbb olaraq tanımadiqları üçün ona bəndəçilik və qulluq hissində olmamışlar.Beləliklə dua məqaminda Allaha dogru yönəlməyən insanlar əqidə baxımından iki dəstədirlər: birincisi, ümumiyyətlə Allaha etiqadı və imanı olmayanlar, ikincisi isə Allahin yaradici oldugunu inkar etməsə də ona düzgün mərifət hasil etməyib onu kainatın və özünün rəbbi olaraq qəbul ertməyənlərdir. lakin ALLAH-TƏALA oz kitabında həqiqi dua ruhunda olan insanların kimlər ola biləcəyini bəyan edərkən, həmin şəxslərin imanlarında ixlaslı olub, bəndəçilikdə niyyətləri saf olan kəslər oldugunu bildirir. Allah yalnız belə özəlliyə sahib insanların dualarına icabət olunub isteklərinin qarshilanacagını bəyan edər.
"Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən (onlara)yaxınam.Dua edənin duasını qəbul edərəm.Gərək onlar da Mənim çagırışımı qəbul etsinlər və mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, dogru yola yetişsinlər."
 Ayədən də görunduyu kimi ALLAH bəzi şərtlərin də bəndəsi tərəfindən gerçəkləşdirilməsini ondan tələb edir. Əvvələn insan yönəldiyi , yardıma səslədiyi varlıgı layiqincə tanımalı və rəbbinin onun hər bir halına agah oldugunundan əmin olmalı və hər bir varlıqdan rəbbinin ona daha yaxın olduguna inanmalıdır.Eyni zamanda rəbbi tərəfindən aradan qaldırıla bilinməyəcək bir ehtiyacının ola bilməyəcəyinə iman hasil etməsi lazımdır. Bu dua olunan  varlıgın mükəmməlliyinin anlaşılması baxımından çox önəmli bir cəhətdir.Dua edən şəxs də müəyyən keyfiyyətlərə sahib olmalıdır.Hər şeydən əvvəl dua ilə rəbbinə yönələn şəxs duasında tam bir ixlasa yiyələnməlidir.Yəni rəbbindən dua edib bir şey dilədiyi zaman kimsəni ona şərik qərar verməməlidir.Dili ilə onu ehtiyacına dogru səslədiyi zaman ,qəlbində də bu çagırışa hazır olmalı,kimdən nəyi istədiyinin barəsində çox diqqətli olmalıdır. Əyər Allahdan bir şeyi dua edərkən ,hər hansı maddi səbəbin də mustəqil olaraq təsir etməsinə inanarsa duası məqbul sayılmayacaqdır.
Allah sırf onun üçün olan duaya misal olaraq , bütün maddi səbəblərdən əli üzülmüş insanın xalisanə çagırışını misal çəkir ki,zərrə qədər də olsun Allahdan başqası nəzərdə tutulmur. Baxmayaraq ki ,həmin şəxslər maddi rifah içində olduqları zaman,Allaha şərik qoşan insanlar idi.Lakin belə çıxılmaz hallar üz verdiyi an hemen ALLAHI xatırlayıb ona yönələrlər.
"Gəmiyə mindikləri zaman ,dini yalniz Ona məxsus edərək Allaha dua edərlər.Allah onları sag-salamat quruya çıxardıgı zaman yenə də (ona )şərik qoşarlar.(ənkəbut 65)
Dua edənin ən mühüm özəlliklərindən biri də əvvəlki ayənin sonunda qeyd olundugu kimi Allahın da onu  nəyə dogru dəvət etməsində diqqətli olmasıdır.İnsan özünün Allahdan istəklərinin oldugu kimi rəbbinin də ondan bəzi istəklərinin olmasının fərqinə varmalıdır.Əyər rəbbinin əmr və istəklərinə laqeyid və etinasız yanaşarsa Allah da onun dualarını dərgahına layiq bilməyib rədd edər.
  Duanın insan həyatına bəxsh etdiyi faydalara gəldikdə isə deməliyik ki, dəyişdirmə,islah etmə, əhv etmə və yaxınlashdırma kimi çox önəmli təsirlər buraxmaqdadır.Bunlardan ən önəmlisi dua edən şəxsin öz duası ilə ALLAHA qurb və mənəvi cəhətdən yaxınlıq əldə etməsidir.Çünki dua insanın rəbbi qarşısında kiçilməsi,təvazökarlıgı  və ona möhtac oldugunu anlatmasıdır.Dua Allahla insan arasındakı maniələri və pərdələri qaldıraraq onu xaliqinə dost və həmdəm edər.
"İmam Sadiq buna işarə olaraq bir hədisində belə buyurur:Sizə dua etməyi tövsiyyə edirəm.Onun kimi başqa heç bir şeylə ALLAHA bu qədər yaxın ola bilməzsiniz. heç bir hacəti də kiçik olduguna görə tərk etməyin  və ona görə Allaha dua edin.Çünki kiçik ehtiyacların əlində oldugu kəs elə böyük ehtiyacların da əlində oldugu kəsdir".(usuli-kafi)
İmamın bu bəynatında aydın olur ki ,insan butun hacətlərini Allahdan dilədiyi zaman əslində onunla öz arasını islah etmiş olur.Allah , insan ondan istəmədən də ona əta etmə gucunə sahibdir,lakin bəndəsinin dua ilə onun huzuruna çıxıb tərbiyyə olunmasını istəyir.Çünki insanın bəzi nəfsani rəzalətləri vardır ki, dua zamanı islah olaraq ,fəzilətlərə çevrilir. Belə ki, insan yalnız dua zamanı özünün nə qədər kiçik bir varlıq oldugunu anlaya bilir və bu zaman rəbbinə nə qədər yaxın olmagın əhəmiyyətini dərk etmiş olur.İnsan yalnız bu məqamda Allah qarşısında onun kiçilməsinə mane olan kibr rəzalətindən xilas olub, böyüklüyün yalnız Allaha məxsus oldugunu anlamış olur.Çünki, kibr və özünü bəyənmə hissidir ki,onun Allaha möhtac oldugunu ona unutdurar.Bu zaman  insanın xaliqindən nə qədər uzaqlaşdıgını anlamaq çətin deyil.Deməli insan dua ilə böyüklük iddasından əl çəkib ,rəbbinin qarşısında kiçilərək qulluq sədaqətini ona bildirmiş olur və bununla da əslində rəbbi onu ən uca mərtəbələrə qaldıraraq xilqətin ən şərəflisi edir.Bu ucalıq rəbbindən başqa yönələcək birinin olmadıgını anlayıb Allahdan başqalarından ixtiyari olaraq tamamilə əl çəkib qırılmaq deməkdir.Beləliklə insan özünü kiçiltməklə,rəbbi tərəfindən onun hər bir ehtiyacına qarşılıq veriləcəyini təmin etmiş olur.Bu da onun həqiqi olaraq bu ali dərəcəyə layiq oldugunu göstərən bir izzət və şərəf ucalıgıdır.
  Duanın insan həyatında ən önəmli təsirlərindən biri də onun bəndə üçün qoruyucu və mühafizə edici rol oynamasıdır.İnsan həyatı təyin olunmuş qəza və qədərdən ibarətdir.İnsanın taleyi, qədəri ,qarşıdakı günlərdə hansı hadisələrlə üzləşəcəyi insan üçün gizlindir.Bəzən insan bəla və çətin müsibətlərlə üzləşir.Bu bəla və müsibətlər  onun vucudunda ,həyat yaşayışında çox böyük izlər buraxır.Belə vəziyyətlərdə dua mömin üçün sipər və mühafizə rolunu oynayır.Bəşər dua vasitəsi ilə maddi səbəblərlə çözə bilmədiyi müşkillərin həll olunmasına nail olur, içinə düşdüyü sıxıntı və çətinliklərdən onun vasitəsi ilə nicat yolu tapır.Hansı ki, həmin müşküllər bütün həyatını qaraltmış, ümüdlərini üzmüş, həyatdan onu küsdürmüş idi.
 Dua həm də əhli-beyt imamlarının da buyurdugu kimi insan həyatının gələcək qarantisidir.Yəni dua ruhu ilə yaşayarsansa , gəlcəyin haqda naümid olmamagın lazımdır.Allahin onun dərgahına çox üz tutanların gələcək həyatlarını himayəsi altına aldıgından əmin olmalısan.
 "İmam Sadiq bu barədə belə buyurur: dua etmək qətiləşmiş bir qəzanı geri qaytarar. Bəs çoxlu dua et ki o hər bir rəhmətin açarı və hər bir diləyin təminatıdır.Bil ki ,ALLAH yanında olanlara yalnız dua ilə yetişmək mümkündür və elə çox döyülən bir qapı yoxdur ki, onun açılmasına ümid olmamış olsun"!
 Bu hədisdən bizə aydın olur ki,bəndənin rəbb qarşısında zəlilanə bir şəkildə dua etməsi elə bir güclü təsirə malikdir ki, hətta onun haqqında qətiləşmiş bir qəzanı geri qaytarmaq gücünə malikdir.Elə bir qəza ki, onun həyata keçirilməsi o bəndə üçün çox böyük mal və can itkisi ilə nəticələnə bilərdi.Bəzən mömin bir bəndə Allahın düşmənləri tərfindən böyük bir basqı və təzyiq altında olur və onlar tərəfindən çox ciddi xətərlərin törədilməsi onun üçün qaçılmaz bir durum olur.Bu zaman bəndə acizanə və xalisanə bir şəkildə əllərini uca dərgaha dogru qaldıraraq kömək diləməyə başlayır və ecazkar bir şəkildə metafizik aləmdən gələn qeybi yardımlar bu xalis qulu tapıb onu düşmənin təhlükəsindən xilas edir.
  Eyni zamanda həzrət buyurur ki ,Allah dərgahında dua ilə bəndənin yetişə biləcəyi çoxlu rəhmət dolu şeylər mövcuddur.Lakin bunlara bəndə dualarını çoxaltma və xalisləşdirməklə nail ola bilər.İnsanın ruzisi də bu qəbildən olan nemətlərdəndir ki,ilahi rəhmətdən dogur.Ona görə bəzən insan ruzini maddi səbəblərə baglı oldugunu düşünüb Allahdan gəldiyinin fərqinə varmaz.Amma möminin digərlərindən özəlliyi ondadır ki, ruzini  maddi səbəblərə baglı bilməz ,maddi səbəbləri Allahın yaratdıgı bir vasitə oldugunu dərk edər. Bununla da rizqi Allaha məxsus bilib onu dua ilə rəbbindən tələb etməklə böyük bir nemətə sahib olar.
  Dua insan həyatında gələcək üçün bir qaranti oldugu kimi insanın keçmişi üçün də örtük rolunu oynayır.İnsan yalnız dua ilə qazandıgı günahları bagışlada, nəfsində yıgılmış çirkinlikləri təmizləyə bilər.Bu məqamda dua günahlara nisbətdə bir əhv olunma vasitəsi , nəfsani rəzalətlərdən qurtulmaq üçün də bir paklıq vəsiləsidir.
  Məxsusən bəndənin duası qəlbinin yumşalması, gözlərinin yaşlanması ilə olarsa bu ALLAH yanında onun bagışlanmasını daha da tezləşdirər.Çünki aglayaraq Allahın dərgahına üz tutmaq  qəlbi bütün rəzalətlərdən təmizləyərək onu saflaşdırar. İmam Baqir (ə) buna işarə edərək buyurur:
"Allah yanında gecə qaranlıgında onun qorxusundan tökülən göz yaşından daha sevimli bir qətrə yoxdur.Hansı ki bu göz yaşı ilə yalnız O, qəsd olunmuşdur."(usuli-kafi)
  Bu hədislərdən sızıltılı bir halda Allahdan dua etmənin nə qədər insan üçün faydalı oldugunu anlayırıq.Allaha həqiqi qul olan bəndə dua edərkən   bu şərtlərə    kamil riayət edərsə, digər insanlardan fərqli bir ruha və qəlbə sahib olur.Təzərru ilə olan dua möminin qəlbini təmir edərək ona xüsusi bir duygu əta etmiş olur.Bu aramlıq və rahatlıq hissidir ki, mömini dünyəvi hadisələrin gətirdiyi sıxıntı ,qorxu ,nigarançılıqıdan qurtarmışdır.Lakin qəlbi duadan xəbərsiz olan insanlar
 isə daim huzn və maddi sixintiların içində qovrularaq həyatlarını zindana çevirmişlər.
    Mömin isə duası ilə qəlbini ilahi vədlərin sevinci ilə büsbütün cənnətə cevirmişdir.Fiziki bədəni bu dunyada olsa da duası ilə qəlbi cənnət intizarı ilə nəşələnmiş bir səadət içindədir.