пятница, 25 мая 2012 г.

HƏZRƏT ƏLİNİN İMAM HƏSƏN VƏ HUSEYNƏ MƏKTUBU


İbni Mülcəm tərəfindən yaralandıqdan sonra həsən və Hüseynə yazdığı məktub

Allahdan qorxmanızı, dünya sizi istəsə belə onu istəməmənizi vəsiyyət edərəm. Ona aid bir şeyə çatmadığınız və ya itirdiyiniz üçün kədərlənməyin. Haqqı söyləyin; axirət əcri üçün çalışın. Zalıma düşmən, məzluma köməkçi olun.

Siz ikinizə, bütün övladlarıma, əhlimə və bu vəsiyyətin çatdığı kəslərə Allahdan qorxmağı, işlərinizdə intizamlı olmağı, bir-birinizə yaxşılıqla davranmağı, insanlarla sülhlə yaşamağı vəsiyyət edərəm. Mən babanız Rəsulullahdan (s. a. a) belə eşitdim: "Bir-biriylə sülhlə yaşamaq bir illik namaz və orucdan daha fəzilətlidir."

Allah üçün, Allah üçün yetimlərin haqqını güdün, onları biri aç biri tox buraxaraq sayənizdə məhv etməyin.

Allah üçün, Allah üçün qonşularınızın haqqına riayət edin. Onlar, sizə Nəbinizin vəsiyyətidirlər. O, qonşular haqqında elə tövsiyələrdə olardı ki biz onların mirasa da daxil olacaqlarını sandıq.

Allah üçün, Allah üçün Qurana uyun; ona əməl etmədə başqası sizdən qabaqda olmasın.

Allah üçün, Allah üçün namaza diqqət yetirin; çünki namaz, dininizin direğidir.

Allah üçün, Allah üçün, Rəbbinizin evi Kəbəyə diqqət yetirin, var olduğunuz müddətcə oranı kimsəsiz buraxmayın, əgər oranı tərk edəcək olsanız əzab barəsində sizlərə fürsət belə verilməz.

Allah üçün, Allah üçün mallarınızla, canlarınızla və dillərinizlə Allah yolunda cihad edin. Sizə düşən vəzifə, qarşılıqlı yaxşı əlaqələrdə olmaq, qarşılıqlı olaraq hədiyyələr verməkdir. Arxa çevirib getməkdən və bir-birinizə incik yanaşmaqdan çəkinin, yaxşılığı əmr edib pislikdən məhrum etməyi tərk etməyin. Əksinə etdiyiniz təqdirdə başınıza pisləriniz keçər və sonra nə qədər çağırsanız da artıq sizlərə razılıq edilməz.

Sonra belə buyurdu:

Ey Abdulmuttalip oğulları!   "Möminlərin əmri qətl edildi" deyərək Müsəlmanların qanını axıtmaqdan, qisas almağa cəhd etməkdən çəkinin. Əsla, mənim üçün qatilimdən başqasını öldürməyin.

Bir az gözləyin baxın; əgər onun zərbəsindən ölsəm, zərbəsinə qarşı özünə bir zərbə vurun, orqanlarını kəsməyin. Mən Rəsulullahın belə dediyini eşitdim: "Öldürəcəyiniz quduz it belə olsa, cəsədi ibrət verici bir şəklə salmaqdan çəkinin."