среда, 31 августа 2011 г.

Quran dunyanı necə tanıtdırır?

Hər şeydən əvvəl bilməliyik ki,yaşadıgımiz dünya həqiqət və reallıqlardan ibarıtdir.İsan dünyayə göz açdıgı gündən bu dünyanın əşyaları. rəngləri və çalarları ilə qarşılaşır , yaşadıqlarının rallıq oldugunu anlayır.Dünyanı maddi olaraq dərk etmək hər bir fərdin yetişə biləcəyi bir şeydir.Çünki hər bir insan maddi dünyanın nemıtlərindən faydalanır,havası ilə tənəffüs edir,içəcək və yeyəcəklərindən istifsdə edir, zinətləri ilə zinətlənir.Ona görə də ilk baxışda dünyayə diqqət yetirən insan dünyadan faydalanmagın yalnız maddi yönünü dərk edir. Bu səbəbdən də belə düşünən insanlar dünyadan yalnız üç heyvani faydanı əldə edə bilərlər. Bu üç heyvani fayda: yemək-içmək,zinət,cinsi ləzzət və istirahətdir.Büt bu faydalar insanın bioloji bədəni və nəfsi istəkiləri ilə əlaqəlidir.Belə olduqda dünyayə gəlmiş hər bir insan məqsəd olaraq həyatda yalnız bu üç istəyə yetişmək üçün səy edəcək.O zaman dünyanın maddi olaraq ələ gətirilməsi və mümkün qədər orada çox qalmaq istəyinin həyata keçirilməsi üçün çox ciddi səylər və tədbirlər həyata keçiriləcək.Dünya insanın görə biləcəyi son mənzil olacaq.Beləliklə insan, ona verilən böyük fitri istedadı qısa və ötəri bir həyatın qazanılmasına sərf edib aldanacaq.Bu yolda ona verilmiş daha böyük bir neməti,ömrünü əbəs olaraq sərf edib məhv edəcək.Çüki əldə etdiyi bütün şeylər və faydalar ona daimi yardım etməyib sonunda tənha buraxacaq.Bunlardan daha dəyərli şeyləri əldə etmək üçün verilmiş ömür günləri, bu aldadıcı maddi dünyanın törətdiyi maniələrin aradan qaldırilmasına sərf olunacaq.Bu çətinliklər və manıələr içərisində çabalayan insan isə,çətinlik və maniələri bir-bir dəf edə-edə elə zənn edəcək ki, sınaqlardan qurtulmaqla maddi dünyanın səadətli həyatına yetışəcək.Lakin tam əksinə olaraq çətinliklər və sınaqlar daha böyük problemləri ardıyca gətirəcək və maddi xoşbəxtlik ardınca olan insanı daha çətin sıxıntılara salacaq.Əslində, insan aldadıcı və yalançı xoşbəxtliyə yiyələnməklə həqiqi səadət və xoşbəxtliyi itirəcək.Bu yalançı xoşbəxtliyin qurulması ugrunda öz cinsindən olan digər insanların da haqq və huquqlarına təcavüz edib zülm edəcək.İnsanlar arasında ədavət, nifaq,zülm,təcavüz,xəyanət kimi rəzalət sifətləri yaygin və normal bir hal kimi dəyərlənəcək.İnsan oglu üçün qan tökmək və var-dövlət , mənsəbpərəstlik, irqçilik,millətçilik kimi rəzil şüarlar üçün mübarizə aparmaq adi hal olacaq.Qurbana çevrilmiş insanlar və xalqlar isə bacarıqsız,ləyaqətsiz,mədəniyyətsiz, sivil olmayan  ifadələrlə aşagılanacaq.Bütün bunlardan əks tərəf yalnız ötəri və keçici olan maddi keyf və ləzzətə yiyələnəcək.Belə olduqda insan üçün bu dünyanın ,zahiri və maddi görünüşünün ,ləzzətlərinin nə faydası var?Görəsən belə bir həyatın ardiyca olan insanlar onun nə ilə nəticələnəcəyi haqqda düşünürlərmi?Məgər onlar yıgdıları var-dövlətin,qurduqlar cah-cəlallı hakimiyyətin sonunda yox olub unudulacagını düşünürlərmi?                                           Əyər insanların əksəriyyətinin həyat tərzinə baxsaq ,onlarin zərrə qədər də olsa söylönilənlər haqda düşünmədikləri ortaya çıxar.Sanki bu haqda düşünmək onların haqqı vəzifəsi deyilmiş.Bəs niyə özünü bu qədər sevən və xoşbəxtliyinin ardiyca olan insan düzgün yolu seçməyib sonunda məhv olur?                                                      Bu sualın cavabını tapmaq o qədər də çətin və müşkül məsələ deyildir.Yuxarida sadalanan fəsadların törənməsinin əsas səbəbləri özünüdərk və dünyanı tanıma və dəyərləndirmənin qeyri düzgün olmasından qaynaqlanır.Əsas problem insanların dünyayə və maddi həqiqətlərə olan münasibətindən törənir.Dünyayə vəmaddi həqiqətlərə olan insani münasibətlər sırf maddi və cismanı xarakter daşıdıgından, o istiqamətdə qurulan həyat da tam dünyəvi olacaq.İnsanlıgın əsas problemi əxlaqi deyil ,ideoloji və əqidə problemidir.Adəm oglu dünyanı düzgün dərk etmədikcə,düzgün əxlaqlı və nizamlı həyat qura bilməyəcək.Dünyaya insani baxış maddiyyatla tamamlanan , mənəvi və metafizik yönü olmayan bir baxış olmamalıdır.Dünyaya insani baxış bir heyvani baxışdan fərqlənməli,yalniz bu dünyada sag qalmaq, ləzzətlərdən istifadə edib istirahət etmək kimi düşüncələrləməhdud olmamalıdır.İnsan daha dərinliklərə nufuz edəcək bir baxışla dünyaya baxa bilməli,zahirən real görünən bu maddi dünyanın əks tərəfində həqiqi real həyatı və dünyanı görə bilməlidir.Bəs nə etməli, dünyaya hansı baxışla baxmalı , ötəri və keçici olmayan reallıqlara yetişmək qçqn hansı istiqaməti götürməliyik?                                                                                                                                                                                                   Dünyanın əsl mahiyyətini dərk edib , gerçək həyat həqiqətlərini anlamaq üçün dünyaya baxış tərzimizi dəyişməliyik.Yəni biz dünyayə məhdud bir çərçivədən baxıriq və onagörə də nəticədə səhvə yol veririk.Dünyayə məhdud olmayan,onun başlangıc və sonundan xəbərdar olan, tam əhatəli elmə malik olan birisini baxışı ilə baxmalıyıq.Yalnız həmin şəxs dünyanı düzgün dəyərləndirib, layiqincə tanıtdira və həyat istiqamətlərinin necə qurulmasını anlada bilər.İnsan dünyaya tam əhatəli bir elmə malikdirmi?Həyatın əvvəlindən və sonundan xəbərdardırmı?Əsla yox! insan dünyadan çox qısa və məhdud bir elmə malikdir. Ona görə də real həyat onun üçün duya biləcəyi,görə biləcəyi,hiss orqanları ilə dərk etdiyi, bir az da təcrübi elmlərin kəşf etdiyi həqiqətlərdən başqa bir şey deyil.                                                                                                                                                Anladıq ki, MƏXLUQ yalnəz dünyanın zahiri üzünü görə bilər,onun batini üzünə öz dar və məhdud bilgisi ilə vaqif ola bliməz.Bu zaman insanın həyatını bu məqsədsiz yolçuluqdan qurtarmaq və onun yaşayışına məna və düzən verib,nəticə bəxş edən dünyəvi vir idrak əta etmək lazımdır.İnsana bu ibrakı yalnız yaradılışın hər zərrəsindən xəbərdar olub,həyatı yoxluqdan var edən,məqsəd və məramını ona düzgüngöstərən yaradıcı verə bilər.Çünki bu dünyanı o yaratmış məqsəd və məramını da o müəyyən etməlidir.bu zaman Adəm oglunun rəbbinin ona dünya həyatının nə oldugunu və həqiqətdə nəyə bənzədiyini və sonunda insana nə gətirəcəyini anlatdıgı muqəddəs kitabına diqqətini yönəltməkdən başqa bir yolu qalmır.İndi Allahin dünya həyatını anlatdıgı quran ayələrinə nəzər salaq.Hədid surəsinin 20-ci ayəsində belə buyurur:  (ey insanlar!) "BİLİN Kİ DÜNYA HƏYATI OYUN-OYUNCAQ, BƏR-BƏZƏK, BİR-BİRİNİZİN QARŞISINDA ÖYÜNMƏK VƏ MAL DÖVLƏTİ, OGUL UŞAGI ÇOXALTMAQDAN İBARƏTDİR.BU ELƏ BİR YAGIŞA BƏNZƏYİR Kİ ,ONU YETİŞDİRDİYİ BİTKİ(məhsul) ƏKİNÇİLƏRİN XOŞUNA GƏLƏR.SONRA O QURUYAR VƏ SƏN,ONUN SARALIB SOLDUGUNU ,DAHA SONRA ÇÖR-ÇÖPƏ DÖNDÜYÜNÜ GÖRƏRSƏN.AXİRƏTDƏ İSƏ(aldananlara)ŞİDDƏTLİ ƏZAB VƏ (aldanmayanlara )  ALLAHIN BAGIŞLANMA VƏ RAZILIGI VARDIR.DÜNYA HƏYATI ALDANIŞDAN BAŞQA BIR ŞEY DEYİL"                                                                                                                                                                              Bu ayə həyata olan baxışımızı tamamilə dəyişərək axırətə dogru istiqamətləndirir.Allah əvvəlcə dünya həyatının oyun-oyuncaq oldugunu bildirir və muxatəblər tərəfindən bunun bilinib anlanmasını istıyir.Quranın bu ecazkar ifadəsi,dünyayə aldanan insanları həqiqətdə bir uşagın valideyinlərinin onun üçün aldıgı oyuncaqlarla aldanmasına bənzədir.Çünki uşaq oyuncaqların həqiqi mahiyyətinə varmadan onlarla yzlnız vaxt ötürməklə məşgul olur.Allah bizə anladır ki ,dünya həyatı da Axirət hayatına bir vəsilə deyilsə oyun-oyuncaqdan başqa bir şey olmayacaq.Çün ki, insan bulug həddinə çatmamış bir uşaq kimi  dünyanın aldadıcı şeyləri ilə bir müddət oynayır,uşagın oyuncaqlarrı tərk etdiyi kimi sonunda onları tərk edər.Sonra ALLAH dünya həyatının zinət, bər-bəzək oldugunu xatırladır.Bu da eyni zamanda bir uşagın muxtəlif rəng və çalarlarla bəzədilmiş oyuncaqlarını xatırladır.Çünki oyuncaqların rəng və çalarları onun diqqətini daha çox cəlb edir və onu tamamilə ətrafdan təcrid edərək özünə məşgul edir.Dünya bər-bəzək və zinətləri də muxtəlif rəng və çalarları ilə insan üçün eyni rolu oynayır.Bu zaman agılı bir insanın aldanması ilə bir körpənin aldanmasında heç bir fərq qalmır.Əyər biz məsələnin mahiyyətinə diqqət yetirsək ,dünyanın yaradısı tərəfdən bir ibrət evi oldugunu görərik.Çünki bu cəhətdən dünya Allahın sənət əsəri,yaradıcılıq qüdrətini göstərən nışanələrlə dolu olan bir yurd yeridir.DÜNYADA OLAN GÖZƏLLİKLƏR , HEYRƏTAMİZMƏNZƏRƏLƏR, əzmətli daglar,meşələr çaylar hamısı insanin ayılmasına, dünya ilə axirət arasında bir körpü yaratmasına xidmıt edir.             Bəs nədir dünyanı insan üçün ibrət olmaqdan uzaqlaşdırıb, ona aldadıcı zinət vurub, rəng verən.Bu məqamda qurandan digər bir ayəni diqqətinizə çatdırıriq.Hicr surəsi 39-cu ayədə Allah şeytanın dilindən belə buyurur:"(iblis)DEDİ:RƏBBİM MƏNİ AZDIRDIGIN ÜÇÜN ,YER ÜZÜNDƏ ONLAR ÜÇÜN(hər şeyi) ZİNƏTLƏNDİRƏCƏMVƏ ONLARIN HAMISINI AZDIRACAM."     sonra 40-cı ayədə deyir:"yalnız sənin xalisləşdirilmiş bəndələrindən başqa".sonra ALLAH 41-Cİ ayədə iblisə cavab olaraq buyurur:"(ALLAH)dedi:bu mənə dogru yönələn düzgün yoldur".Bu ayələrin üzərində düşünsək görərik ki əslində dünyanı ibrət olmaq məqamından endirən və zinət,bər-bəzək,rəng düşkünlüyünə çevirən şeytanın insanlar üçün qurdugu bir hiylə planıdır.Şeytan Allah dərgahından qovulmasını bir azgınlıq kimi qəbul edib,bunun əvəzində adəm oglunu dogru yoldan sapdıracagına söz verdı.Şeytanın dogru yoldan sapdırması isı dünya və dünyada olanların zahirinə yalançı zinət və rəng vurmasından ibarətdir.Diqqət edin, dünyadan hər hansı bir gözəllik əslində insanı bu gözəlliyin mahiyyəti haqqında düşünməyə dəvət edir,onun batini çöhrəsini görməyə təşviq edir.Gözəl bir bagı seyr edən insan,həqiqətdə bu bagın bir-birindən gözəl və dadlı meyvələrini düşünərək bunların maddə çərçivəsinə sıgmayan bir  mələkuti nurdan yarandıgını dərk etməlidir.Hamısı eyni torpaqdan , Eyni hərarət və  sudan qidalanıb var olan  lakin dadında rəngində bir-birindən fərqlənən bu meyvələr özünə məxsus bir dillə bizə xitab edərək deyir,eyni torpaqdan cücərdiyimizə baxmayaraq ,bizə maddənin çərçivəsinə sıgmayan bir nur saçdı və bizi bu heyrətamiz müxtəliflikdə yaratdı.Lakin bu haqq dəvətçiyə qulaq asarkən,insanı digər tərəfdən yeni bir dəvətçi çagırdı.Bu yeni dəvətçi isə insanı yalnız bu var olanların zahirinə baxmaga səslədi.İnsanı bu həqiqətlərin batini ilə məşgul olub düşüncələrlə özünü yormamaga və məsuliyyətdən uzaq durmaga çagırdı.Eyni zamanda öz dəvətinə uygun olaraq  dünyada var olanlara elə bir zinət, bər-bəzək  muxtəlif çalarlı rənglər vurdu ki,Adəm oglunu məftun edə bildi.Bu insanin nəfsinə daha xoş gəldi və bir müddət həmin zinət və rənglərin sevinci ilə aldandı.Bunlara məftun olan insan ,zinət bər-bəzək nəşəsinin damavlı olacagına inanaraq özünü şeytanın qurdugu hiyləyə aldadib məhv etdi.Ey insan diqqət et!iblisi n məqsədi məkr edib dunyanı zinətləndirərək sənə gözəl göstərməkdir.SƏN də aldanaraq onu əbədi bir məkan sanırsan!İblis dünyanı sənə yanlış tanıtdırıb və bununla səni bədbəxtlik uçurumundan yuvarlamışdır.Sən isə hələ də bu zər -zibanın səni xilas edib xoşbəxtliyə qovuşduracagına inanırsan.MƏGƏR SƏNDƏN  əvvəlkilərin yıgdıgı daş-qaşların onlar tənha buraxıb  həlakətə atması sənin üçün ibrət olmaga kifayət deyilmi?   Sonra AllAH dünya həyatını aldanan insanlar arasında fəxr ,öyünmə, təkəbbürlük kimi mənfi xislətlərin mənbəyi oldugunu xatırladır.Deməli dünyadan qeyri-düzgün isatifadə həm də bir sıra nəfsani rəzalətlərı gətirmiş,insanları bir-birinə qarşı münasibətdə qeyri-vicdani davranmalarına səbəb olmuşdu.Dünya həyatı məqsəd oldugu üçün var-dövlət, məqam  insanı öyünməyə vadar etmış , bunlara yiyələnə bilməyən insanı aşagılamaga sövq etmişdir.Buna görə də insan sərhədsiz olaraq varlanmaga aludə olmuş və mülkə özündən birinin sahib çıxması üçün çoxlu övladlarınin olmasıni istəmişdir.                                                                       Allah bütün bunları təbiətdə baş verən hadısələrə bənzətmiş və insanların bundan ibrət almasını istəmişdir.Bu əkinçinin sevincinə səbəb olan yagışdır ki,onun bərəkəti ilə bitki bol məhsul verir.Lakin yagışın yetişdirdiyi bu bitki həmişə yaşıl deyil , bir müddətdən sonra qızmar günəş onu saraldıb quru çöpə döndərər.Eynən bunun kimi insan həyatı da mivəqqəti çiçəklənmə dövrünü yaşayır, bir müddətdən sonra isə solaraq məhv olur.                  Buraya qədər anladıq ki,dünyanı tanıyanlar iki dəstədir:zahirinə aldanıb zinətlərinə tabe olanlar.İkincisi isə batininə nüfuz edib həqiqətini dərk edən insanlar.Bu iki dəstənin taleyi haqda quran naziat surəsindsə belə buyurur:"o gün insan nələr etdiyini yadına salacaq.Cəhənnəm də hər görənə aşkar olacaq . kim azgınlıq etmişsə dünya həyatını üstün tutmuşsa, şübhəsiz ki, cəhənnəm onun məskənidir.Amma kim rəbbinin məqamından qorxub və nəfsinə istəyini qadagan etmışsə  həqiqətən onun yurdu cənnətdir."                                                             Hidayətə tabe olanlara salam olsun!
       

понедельник, 29 августа 2011 г.

Hüseynin(ə.s) aşurası və bidətlər


Allahu-Taala bəşər aləminə sonuncu Peyğəmbər olaraq Həzrət Mühəmməd (s)-i göndərmiş və öz dininin qanunlarını onun vasitəsi ilə insanlara bəyan etmişdir. İslam dininin bütün qanunları bəşərin cəhalətdən çıxmasına və inkişaf edərək kamil bir cəmiyyətə çevrilməsinə xidmət edir. Allaha iman gətirib və müsəlman olduğunu  iddia edən hər bir kəs bu dinin qanunlarına tabe olmalı və onun ziddinə olan hər hansı adət və ənənələrdən uzaq olmalıdır.
Ona görə də hər bir müsəlman öz dininin vacib əməllərini tanımalı, hansı işlərin onun dindən çıxmasına səbəb olacağını öyrənib bilməlidir. Bunu  bil¬mək üçün də bütün müsəlmanlar Allah tərəfindən onlara nazil edilmiş Kitaba müraciət etməli, orada Allahın müsəlmana haram və halal etdiyi işləri öyrənməlidir. Allahın kitabında olan qanun və hüquqları  təfsilatı ilə bəyan edən Peyğəmbərimizin Sünnəti də mövcuddur  ki, bununla biz dində olmayıb sonradan insanlar tərəfindən dinə gətirilmiş bir sıra xurafi adət-ənənələri tanımalı və onlara qarşı  mübarizə  aparmalıyıq.
Allah Rəsulu,  Allahın Kitabının insanlar tərəfindən düzgün başa düşülməsi və Peyğəmbər Sünnətinin bidətlərlə əvəz olunmasının  qarşısını  almaq  məqsədi  ilə  bütün  insanları  Allah  Kitabına  və Peyğəmbər sünnətini hamıdan çox agah olan Əhli-Beyt  İmamlarına  söykənmələrini  istəmişdir.
Əhli-Beyt İmamları Peyğəmbərdən  sonra dinin qanunlarına hamıdan  çox  agah  olduqları üçün İslama zidd olan cəhalət və xurafatla dolu bidətlərə qarşı həmişə mübarizə  aparmışlar. Belə bidətlərə  qarşı  mübarizə  aparan İmamlardan biri də İmam Hüseyn (ə)-dır  ki, Peyğəmbərin  gətirdiyi  din  dəyişdirildiyi, sünnətlərin  yerini  yenidən  cahiliyyət dövrünün  bidətləri  doldurduğu  bir  vaxtda  qiyam  etdi və şəhadəti ilə də İslamın aradan getməsinin qarşısını  aldı. Deməli, İmam  Hüseyn (ə)-ın  aşurası  İslamın və Peyğəmbər  sünnətinin yaşandığı və bidətlərin məhv olduğu gündür. Bu  hərəkəti  ilə  də  İmam bü¬tün  müsəlman ümmətinə bir dərs vermiş, sünnətin və dinin  aradan  gedib, xurafatın  və bidətin  cəmiyyətə daxil olduğu bir dövrdə, hansı mövqedə dayanmalarını bəyan etmişdir. Həqiqətdə Aşura Qurani-Kərimdə nəzəri olaraq göstərilmiş əqidə və fikirlərin əməli  olaraq yaşanması  günüdür. Kərbəla  şəhidləri ogün tovhidi, Allahın rübubiyyətini, Qiyamətin  varlığını, insanların hesabgünü Allahın  hüzuruna gətiriləcəklərini  öz  vücudları ilə əməli  olaraq  göstərdilər. Aşura  insanın Allaha  və  dininə bəslədiyi  dərin  bir  məhəbbətin, imtahan zamanı gəldikdə o məhəbbətin zahir olub onu dünyaya bağlayan  ünsürlərin  tamamilə yox  edilməsinin və bütün istəklərinin  Allah  yolunda  qurban  verilməsinin  sözdə və  fikirdə deyil, əməldə də nişan  verilməsi  günüdür. Bu  gün  səflərin  çəkildiyi, batili  seçənlərlə  haqqı  istəyənlərin ayrıldığı, nəfsini özünə hakim edib dünyanın quluna  çevrilənlərlə, qəlbinin  bəsirəti ilə qeyb  aləmini  müşahidə edib Axirəti  özünə  mənzil  seçən  insanların  üz-üzə  gəldiyi, qarşı-qarşıya durduğu gündür. O  gün  dünyanın  Axirət ilə, küfrün imanla vuruşduğu, sonunda  isə  Axirətin  və  imanın  qalib  gəldiyi  gündür. Həqiqətdə  72  nəfərin  şəhadəti  ilə  iman  küfrə  qalib  gəlmiş, dünyanın  vəfasızlığı,  Axirətin  isə  həqiqi  mənzilgah  olduğu  sübuta  yetirilmişdir.
Hüseynin Aşurası özündə baş verənlərlə hər gün, insanlıq aləminə xitab etməkdə və  insanları  küfrün rəzalətlərindən qurtularaq, imana və dinə gəlməyə, bir gün ölümün onun  qapısını  döyəcəyini  ona  bildirməklə ölümə hazır olmağı tövsiyə etməkdədir. Aşura  bir  məktəb, elm öyrədən, iman  verən  bir  müəllimdir. Lakin başqa məktəblərdən və ustadlardan fərqli olaraq öz şagirdini  daha  tez  bir  zaman  içində tərbiyə edib məqsədə çatdıran  bir  məktəbdir. Buna görə də bütün insanlar  Hüseynin  Aşurasına sığınmaqla, onu özünə ustad və müəllim qərar verməlidir. Buna  görə  də  insanların  hadisələrdən ibrət alması, qəflət yuxusundan ayılaraq  həqiqəti  anlaması  üçün  yaşadıqları  hər  bir  məkan onlar üçün  Kərbəla, hər  bir  zaman  isə  Aşura  olmalıdır. Hər  an  insanlıq  Kərbəladan  və  Aşuradan  ilham  almalıdır.
İmam Hüseyn (ə) Kərbəlaya səfər etdiyi zaman öz qiyamını mahiyyətini bəyan edərək belə buyurmuşdur: “Həqiqətən bu dünya dəyişərək tanınmaz olmuşdur. Onun xeyri aradan  getmiş, yaxşılıqlarından kasanın dibində nəmlik qaldığı kimi kiçik bir şey qalmışdır. Məgər möminlər haqqı ilə Allahın görüşünə rəğbətlənsinlər deyə haqqa riayət olunmadığını və batildən çəkindirilmədiyini görmürsünüzmü? Həqiqətən, mən ölümü  səadətdən,  zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm. Həqiqətən, insanlar  dünyanın quludurlar, din isə dillərində gəzir, imtahan zamanı gəldikdə isə dindarlar  azalırlar”.
Bu  kiçik  xütbəsi  ilə  İmam  Aşura  hadisəsinin  mahiyyətini  bəyan  etmiş, dünyanın  zülm  və  haqsızlıqla  dolduğunu,  dünyapərəstliyin  insanlara  hakim  olduğunu  bildirmişdir. O, insanları  Aşuradan  ibrət götürərək  zülmə  deyil, haqqa  itaət  etməyə, dünyapərəstliyə  deyil, Axirətə  meyl  etməyə  səsləmiş, məqsədi  hər  cür  məhrumiyyətlərə  dözərək  ölümlə  üzləşdikdə  belə, onun  gözünə  dik  baxmağı  tövsiyə  etmişdir.
Lakin  cəmiyyətimizin  bu  tövsiyələri  və  haqqın  nidalarını  necə  dinləmələrinə, itaət  etdiklərinə  gəlincə  isə  demək  olar  ki, bu  günkü  cəmiyyətdə  Aşuradan  və  Kərbəla  vaqiəsindən  quru  bir  addan  başqa  heç  bir  şey  qalmamışdır. Kərbəla  hadisəsindən  alınacaq  dərslərin  və  götürüləcək  ibrətlərin  yerini  başdan-başa  cəhalət  və  xurafatla  dolu  olan  bidətlər  əvəz  etmişdir. Hər  il  başqa  millətlərdə  olduğu  kimi  bizim  millətimiz  də  Kərbəla  hadisəsini  qeyd  edir  və  Aşura  günü  toplum  halında  məscid  və  meydanlara  toplaşırlar. Lakin  bu  mərasimləri  seyr  edən  hər  hansı  bir  ağıllı  insan  İmam  Hüseyn  Aşurasına  ləkə gətirən  əlamət  və  nişanələrin  olmasını  aydın  şəkildə  görər. Bunun  əsas  səbəbi  Aşura  mərasimi  ilə  bağlı  olmayan  çoxlu  bidətlərin  cəmiyyətimizdə  adət  halına  çevrilməsidir. Bu   bidətlərin kütləvi  şəkildə  cəmiyyətdə  yer  alması  və  o  bidətlərin  məxsusən  bu  gündə  icra  olunması  insanların  İmam  Hüseynə  və  Aşuraya  verdiyi  qiymət  və  dəyərdən  asılıdr.
Çünki  əksəriyyət  insanlar, kişilər, qadınlar, qocalar, cavanlar  hər  bir  niyyətlə  bu  gün  məscidə  toplaşırlar. Bəzi  insanlara  ata-baba  adətlərinə  tabe  olaraq  bu  gün  hər  işdən  çəkinib  məscidə  getməyi  bir  vəzifə  bilir, bununla  da  bütün  işlərin  tamam  olduğunu, özünün  də  dini  bir  vəzifəsini  yerinə  yetirdiyini  hesab  edir. Bəziləri  də  özlərinin  niyyətlərində  tutduqları    məqsədlərinin  həqiqətə  çevrilməsinə  xatir  məxsusən  bu  gün  məscidlərə  gedir  və  müəyyən  nəzirlər  verməyi  niyyət  edirlər. Digər  bir  qisim  isə  Aşura  günündə  məscidə  toplaşıb  bəzi  əməllərdə  iştirak  etməklə  özünün  mürtəkib  olduğu  günahların  bağışlanacağını  zənn  edərək  bu  gün  məscidə  yığışırlar. Onlar  bu  işləri  yerinə  yetirdikdən  sonra  vəzifələrinin  tamam  olduğunu  hesab  edir  və  yenidən  əvvəlki  həyatlarına  qayıdırlar.
Tarixən  insanlar   arasında  Aşuranın  həqiqi  mahiyyətini  dərk  etməyərək, bu  günə  münasibətdə  belə  niyyət  və  qəsdlərdə  olmaları  hər  millət  və  cəmiyyətdə  öz  niyyət  və  qəsdinə  uyğun  bidət  və  təhriflərin  yaranmasına  səbəb  olmuşdur. Məsələn, Aşura  gününün  ən  böyük  bidətlərindən  biri  ələmpərəstlik  və  ələmə  nəzir  niyyət  etmək  halının  cəmiyyətdə   yayqın  olmasıdır. Bu, get-gedə  insanlar  arasında  ələmin  qeyri-adi  bir  qüvvə  olması, onların  hacət  və  istəklərini  təmin  edə  bilmə   gücünə  sahib  olma  fikrini  yaratmışdır. Məscidə  toplaşan  əksər  qadınlar  və  kişilər  bu  fikirlə  ələmin  qarşısına  gəlib  dua  edir, öz  istəklərinin  və  niyyətlərinin  qəbul  olunmasını  ondan  xahiş  edərlər. Bu  da  insanın  Allaha  deyil, cansız  əşyalara  tapınmasının  bariz  nümunəsidir. Bu  bütpərəstlərin  bütün  qarşısında  dayanaraq  ondan  öz  istək  və  arzularını  tələb  etməsindən  zərrə  qədər  də  fərqlənmir. Müəyyən  arzunun  həyata  keçməsi  üçün  nəzir  niyyət  edib  ələmin  parçalarına  bir  şey  bağlamaq  qətiyyən  dinimizdə  olmayan  və  Aşura  ilə  heç  bir  əlaqəsi  olmayan  bir  işdir. Ələmpərəstliyin  bidət  olaraq  vurduğu  zərbələrdən  biri  də  insanlarda  onun  məhərrəmlik  mərasimlərində  hərəkətə  gələrək, qorxulu  səhnələr  yaranması  inancıdır. Bu  inancda  olmaq  və  bu  əməli  məhərrəmlik  günlərində  camaat  arasında  icra  etmək, məhərrəmlik  mərasimlərinin  həqiqi  mahiyyətinin  tamamilə  itməsinə  səbəb  olub, insanların  diqqətini  İmam  Hüseyn (ə)-ın  qiyamından  yayındıraraq, bir  dəmir  parçasının  ətrafında  cahil  halda  birləşdirməkdən  başqa  bir  şey  deyildir. Ələmin  hərəkətə  gəlməsi  etiqadında  olmaq  və  bu  işin  icarçısına  çevrilmək, dinimizdə  əsla  icazə  verilməyən  bəzi  hadisələrin  baş  verməsinə  səbəb  olur. Məsələn, bunun  nəticəsində  bir  sıra  qorxulu  səhnələr  təşkil  olunur, insanlar  sərgərdan  halda  qışqıraraq  o  tərəf  bu  tərəfə  qaçır, qadınların  və  uşaqların  dəhşətli  ruhi  sarsıntılarla qarşılaşmasına  səbəb  olur. İndi  soruşuruq, bu  əməlləri  edənlər  görəsən  hansı  dəllilər  əsasında  Aşura  günü  və  digər  məhərrəmlik  günlərində  bu  bidət  əməllərini  törədirlər?
Məgər  onlar  İmam  Hüseyn (ə)-ın  öz  qiyamının  məqsədini  bəyan edən  buyruqlarında  bu  əməllərin  və  bidətlərin  heç  birinin  şəri  bir  əsasının  olmadığını  bilmirlərmi? Onlar  İmam  Hüseyn (ə)-dan  sonra  Əhli-Beyt  İmamlarının  bu  mərasimləri   necə  keçirmələrini  və  bu   əməllərin  heç  birinin  onların  mərasimlərində  təzahür  etmədiyini  bilmirlərmi? Əgər  bilmədən  bu  bidətlərə  yol  verirlərsə, agah  olsunlar  ki, bu  əməllərin  heç   birinin  Aşura  ilə  bağlılığı  olmayıb   sonradan  müəyyən  yollarla  məhərrəmlik  mərasimlərinə  gətirilmişdir.
Məhərrəmlik  günlərində  şəri  əsası  olmayan  işlərdən  biri  də  qəmə  ilə  baş  yarmaq  və  dəmir  zəncirlərlə  sinəyə  vurub  qan  çıxartmaq  əməlləridir. Bütün  müsəlmanlar  bilirlər  ki, şəriətdə  insanın  özünə  zərər  yetirməsi, soyuq  silahlarla  vurub  bədənin  müəyyən  bir  hissəsini  yaralaması  düzgün  deyildir. Bu  İslam  şəriəti  tərəfindən  haram  edilmiş  bir  əməldir. Belə  bir  əməlin  İmam  Hüseyn  (ə)-a  xatir  edilməsinin  də  heç  bir  şəri  əsası  yoxdur. Çünki  İmamlarımızın  heç  birinin  buyruqlarında  bu  əməli  şəri   nöqteyi-nəzərdən  qanuniləşdirən  heç  bir  dəlilimiz yoxdur. Çünki  İslam  dinində  Allah  tərəfindən  haram  edilmiş  bir  əməl  Peyğəmbərə  və  yaxud  İmama  görə  halal  edilə  bilməz. Çünki  Peyğəmbər  və  İmamlar  özləri  mükəlləfdirlər  ki, haram  və  halala  riayət  edib,  digərlərini  də  bu  işdən  çəkindirsinlər. Allah  Rəsulu  da  öz  hədislərində  bu  məsələyə  işarə  edərək  buyurur: “Mühəmmədin  gətirdiyi  halal, Qiyamət  gününə  qədər  halal, gətirdiyi  haram  da  Qiyamət  gününə  qədər  haramdır”. Baş   yarmaq, kürəyi  və  sinəni  də  vuraraq  qanlı  bir  vəziyyətə  gətirmək  Peyğəmbər  tərəfindən  ümmətə  haram  edilmiş  əməllərdir. Ona  görə  də  belə  bir  işi  Aşura  mərasimlərində  qanuniləşdirən  heç  bir  dəlil  ola  bilməz. Fəqət   bəzi  insanlar  bu  işləri  görməklə  özünün  Allah  qarşısında  etdiyi  günahların  bağışlanmasını  güman  edir, mərasimlər  tamam  olduqdan  sonra  isə  yenidən  əvvəlki  həyatlarına  qayıdırlar.
Məhərrəmlik  və  Aşurada  camaat  tərəfindən  topluluqla  icra  olunan  əməllərdən  biri  də  müəyyən  bir  niyyət  edib  onun  həyata  keçməsi  üçün  biləklərinə  qara  lentlərin  bağlanmasıdır. Eyni  zamanda  qara  lentlərlə  yanaşı  məscid  qapılarına, pəncərələrinə  və məscid  həyətində  bitən  ağacların  budaqlarına  müxtəlif  rəngli  parçalar  bağlanır. Müəyyən  bir  niyyət  edərək  biləyə  qara  parça  bağlamağın  və  o  lent  qırıldıqdan  sonra  onu  məscid  həyətində  olan  ağaclara  bağlamaq, o  niyyət  və  arzuların hasil  olmasına  heç  bir  təsiri  yoxdur. Çünki  arzu  və  istəklərin  həyata  keçməsi  qadir   olan  Allahın  iradəsinə  bağlıdır. Ona  görə  də  arzu  və  istəyin  hasil  olmasını  Allahdan deyil, ələmdən  istəmək  və  yaxul  biləyə  bağlanmış  qara  lentdən, məscid  qapılarına  bağlanmış  şeylərdən  tələb  etmək  Allaha  şərik  qoşmaqdır. Hələ  qara  lentin  biləkdən  qırılandan  sonra  ağaca  bağlanmasına  gəldikdə  isə  bu  hərəkətin  bütpərəstlikdən  keçməsini  inkar  edə  bilmərik. Çünki  bütpərəstlər  hər  bir  verilmiş  and  və  ya  gerçəkləşmiş  arzuya  görə  minnətdarlıq  əlaməti  olaraq  kral  bağçasında  bitən  “müqəddəs” Bo  ağacına  müxtəlif  qara  lentlər  bağlayırlar. Bu,  o   “müqqədəs”  Bo  ağacıdır  ki, onun  altında  şahzadə  Qautama  inkişaf  etmiş  və  budda  olmuşdur. Bütün  bu  saydığımız  əməllərin  heç biri  İslam  dinində  olmamış, bütpərəstlərin  və  batil  dinlərə  sitayiş  edən  millətlərin  əməllərindən  müsəlmanlara  sirayət  etmişdir. Sonra  da  məhərrəmlik  mərasimləri  və  Aşura  bu  batil  əməllərin  toplum  şəkildə  icra  olunması  üçün  əlverişli  bir  vasitəyə  çevrilmişdir.
Hər  bir  müsəlman  bildiyi  halda  bu  bidətlərə  qarşı  mübarizə  aparmalı  və  belə  bidətlərin İmam Hüseyn (ə) qiyamının mahiyyətini aradan aparmasına razı  olmamalıdır. Çünki  Peyğəmbərimiz (s) buyurmuşdur: “Ümmətimin arasında bidətlər zahir  olduqda  onların  alimlərinə  elmlərini  zahir  edərək  mübarizə  etmələri  vacibdir. Əgər  belə  etməsələr, Allahın  lənəti  onlara  olsun”.
Əziz  oxucu! Burada  yazdığımız  bəzi  əməllərin  mahiyyətini bəyan  etməkdə  məqsədimiz, müsəlmanların  Aşura  mərasimlərində mövcud olan bəzi bidət  və  qeyri-düzgün  əməlləri  tanıyıb  bilməsidir. Hər  bir  insanın  da  bu  məsələlərdə  təəssüb  və  inadı  bir  tərəfə  qoyaraq  haqq   və  insaf  ilə  nəticə  çıxarması  vacibdir.

суббота, 27 августа 2011 г.

Imam Muhəmməd Baqir əleyhi salamın tələbəsi Cabiri Cufiyə nəsihəti




İmam Məhəmməd Mis (a.s)dan Hikmət, Züht, Nəsihət, Yaxşılığı Əmr və Pislikdən Neyhetme və Bənzəri Mövzularda Nəql edilən Hədislər
Cabiri Cu'fi'ye vəsiyyəti

İmam aleyhissələm Cabirə belə buyurdu: Ey Cabir öz zamanının insanlarından beş şeyi qənimət bil: Hazır olduğunda tanınmamanı, hazır olmadığında axtarılmamanı, bir yığıncaqda  tapıldığında səninlə müşavirə edilməməsini, bir şey söylədiyində qəbul edilməməsini, evlənmə təklifində oldugunda rədd edilməsini.

Yenə beş şeyi sənə tövsiyə edirəm: Zülmə uğradığında zülm etmə; xəyanət etsələr xəyanət etmə; təkzib edildiyində sinir­lenme; mədh edildiyində sevinmə; qınandığında səbirsizlənmə. Haqqında deyilən sözlər barəsində düşün; söylədikləri şeyləri özündə tapsan, (bil ki) deyilən haqq sözə qarşı hirsləndiyində Allahın gözündən düşmənin müsibəti, səni qaygılandıran xalqın gözündən düşmək müsibətindən daha böyükdür. Amma əgər səndə olanın əksini söyləyərlərsə, (o zaman) zəhmətsiz savab əldə etmiş olarsan.

(Yenə) bil ki, yaşadığın şəhərin bütün xalqı sənə: "Sən pis insansan."  desə, bu, səni üzməməli; "Sən yaxşı insansan" desə də bu, səni sevindirməməli; belə olmadıqca bizlərin dostu ola bilməzsən. (Hər vəziyyətdə) sən özünü Allahın kitabına təqdim etməlisən; əgər onun yolunda gedir, onun kiçik hesab etdiyini kiçik hesab edir, sevdirdiyini sevir və qorxutduğundan da qorxursansa, o zaman stabillik göstər və haqqında deyilən sözlərin sənə bir zərəri olmadığı üçün də özünü müjdələ. Amma əgər Qurandan uzaq sənsə, (o zaman) nə səbəbə özünü aldadasın? Mömin heva və həvəslərinə qalib gəlməsi üçün daim nəfsinə qarşı cihad halındadır; bəzən nəfsin əyriliklərini düzəldib Allah rizası üçün heva və həvəsinə müxalif çıxar; bəzən də nəfsi, onu məğlub edər və öz heva və həvəsinə uydurar; amma Allahı Təala dərhal onun əlindən tutar və o da özünə gələr. Allah onun büdrəməsinə göz yumar; o da Allahı xatırlayar, tövbə və təqvaya yönələr; (əzab və cəzadan) qorxusu artdığı üçün bəsirət və bacarığı da artar. Necə ki Allahı Təala belə buyurur: "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə çatdığında (əvvəl) yaxşıca düşünərlər (Allahı zikr edib-xatırlayarlar), sonra dərhal baxarsan ki doğru yolu görüb bilmişlər." (1)

Ey Cabir! Allahın sənə verdiyi ruzinin şükrünü yerinə gətirə bilməyin üçün az ruzisini çox say. Nəfsinin ayıblarını görə bilməyin və bağışlanmağın üçün Allaha olan ibadət və itaətini az bil. Qarşılaşdığın pisliyi, əldə etdiyin bilgi ilə özündən uzaqlaşdır; bilgini da xalis əməllə işlət; xalis əməli də, tam bir oyanıqlıqla böyük qəflətlərdən qoru; kamil olan oyanıqlığı da, gerçək qorxuyla əldə et. Mövcud həyata razı olaraq nümayişdən qaçın. Ağla uyğun gələrək heva və həvəs təhlükəsindən özünü qoru. Eqoist istəklər qalib gəldiyində elmin irşadıyla özünü nəzarət et. Xalis əməlləri mükafat günü üçün qoru. Ehtirasdan (həddindən artıq istəkdən) qaçınmaqla, qənaətkar olmağa çalış. Qənaəti seçməklə şiddətli tamahkarlığı özündən uzaqlaşdır. Arzuları azaltmaqla, zahidliyin dadını  qazan; insanlardan ümidini kəsərək tamahın kökünü kəs. Nəfsi tanımaqla, eqoizmin yolunu bağla. (Çünki nəfsinin, pis əxlaq və təbiətini və gizli istəklərini bilən insan özünü böyük görməz.) Doğru bir tefvizle (işi Allaha buraxmaqla) ruhi rahatlığa qovuş. Bədən rahatlığını ürəyin hüzurunda axtar . Az səhv etməklə, ürək  dincliyinə qovuş. Təklikdə çox zikr etməklə, yumşaq ürəkli olmağa çalış. Daimi hüznlə, ürəyini işıqlandır. Gerçək qorxuyla Şeytandan qorun. Yalan ümiddən  çəkin (günah işləyib Allahın rəhmətinə boşuna ümid baglama). Çünki belə bir ümid səni, gerçək qorxuya (həqiqi əzaba) soxar. Allah qarşısında, əməllərdə doğru olmaqla (ixlasla) özünü bəzə. Köçməyə tələsməklə  (ölümə hazırlanmaqla) özünü ONA (Allaha) sevdir. İşi gecikdirməkdən və, sonra edəcəyəm, deməkdən çəkin. Çünki həlak olanlar bu dənizdə qərq olmuşdur. Qəflətdən uzaq ol. Çünki ürəyin qatılaşması qəflətə dalmaqdadır. Üzrün olmadığı yerlərdə zəiflik etmə. Çünki peşman olanlar ona sığınar. Tam bir peşmanlıq və çox tövbə etməklə keçmiş günahlarından dön. Gözəl bir dönüşlə, Allahın rəhmət və əfvinə yönəl. Gözəl dönüş üçün də, gecələrin qaranlığında, xalis dua və münacat ilə Allahdan kömək tələbində ol. Az ruzisni çox və çox itaəti də az saymaqla, böyük şükrü əldə et. Çox şükr etməklə, nemətin çoxalmasını qazan. Nemətin əldən çıxması qorxusuyla, böyük şükrə sarıl. Tamahı öldürməklə, əbədi izzəti tələb et. Xalqdan ümidsizliyin verdiyi izzətlə, tamahın zillətini özündən uzaqlaşdır. Uca himmətlə də, xalqdan ümidi kəsmək izzətini əldə et. Arzunu azaltmaqla, dünyadan (axirətin üçün) azuqə yığ. Fürsət varkən hədəfə qovuşmaq üçün tez davran. Bədənin sağlam olması və boş zaman kimi, yaxşı bir fürsət olmaz. Etibarsız insanlara, etimad etməkdən çəkin. Çünki yemək vərdişi kimi pisliyə də alışkınlık vardır (pisliyə alışkın biri vərdişini buraxa bilməz).

Bil ki, sağlamlıq tələb etməkdən üstün bir elm və ürək sağlamlığından da üstün bir sağlamlıq yoxdur. Nəfsin istək və arzularına müxalif çıxmaq kimi ağıl, günahdan saxlayan qorxu kimi qorxu, xeyirli əmələ təşviq edən ümid kimi də ümid, ürək kasıblığı (tamah vs.) kimi kasıblıq, könül zənginliyi kimi zənginlik, eqoist istəklərə qalib olmaq kimi də güc yoxdur. Yəqin nuru kimi nur, dünyanı kiçik görmək kimi yəqin və özünü tanımaq kimi də məlumat yoxdur. Hüzur kimi nemət, şərtlərin əlverişli olması kimi dinclik yoxdur. Uca himmət kimi şərəf, arzunu azaltmaq kimi zühd, mövqe üzrə yarışmaq kimi də ehtiras  yoxdur. İnsaf kimi ədalət, zülm kimi təcavüz, heva və həvəsə uyğun gəlmək kimi də zülm yoxdur. Fərzləri əda etmək kimi itaət, kədər kimi də qorxu yoxdur. Ağılsızlıq kimi müsibət, yəqin azlığı kimi ağılsızlıq, qorxusuzluq kimi yəqin azlığı, qorxunun olmamasına kədərlənmənin azlığı kimi də qorxusuzluq yoxdur. Günahı kiçik saymaq və mövcud vəziyyətinə razı olmaq kimi müsibət, cihad kimi fəzilət, heva və həvəsə qarşı mübarizə etmək kimi də cihad yoxdur. Hirsi məğlub etmək kimi qüvvət, daimi yaşamaq sevgisi kimi günah, tamah zilləti kimi də zillət yoxdur. Fürsət varkən, səhlənkarlıq etməkdən çəkin. Çünki səhlənkarlıq, əhlini hüsrana uğradan bir sahədir.

пятница, 26 августа 2011 г.

Əlinin həmişə haqq ilə haqqın da Əli ilə olması barədə peygemberden neql olunan hedislər



birinci rəvayət:


حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبَّادٍ الْمَكِّيُّ، حَدَّثَنَا أَبُو سَعِيدٍ، عَنْ صَدَقَةَ بْنِ الرَّبِيعِ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ، عَنْ أَبِيهِ قَالَ: كُنَّا عِنْدَ بَيْتِ النَّبِيِّ (ص) فِيْ نَفَ ilə olması haqqda peygemberden neql olunan rəvayətlər
رٍ مِنَ الْمُهَاجِرِينَ وَالأَنْصَارِ، فَخَرَجَ عَلَيْنَا فَقَالَ: «أَلا أُخْبِرُكُمْ بِخِيَارِكُمْ؟» قُلْنَا: بَلَى. قَالَ: «خِيَارُكُمُ الْمُوفُونَ الْمُطَيِّبُونَ، إِنَّ اللَّهَ يُحِبُّ الْخَفِيَّ التَّقِيَّ»

قَالَ: وَمَرَّ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ فَقَالَ: «الْحَقُّ مَعَ ذَا، الْحَقُّ مَعَ ذَا»
əbu səiddən nəql olunmuşdur ki, dedi: biz mühacirlərdən və ənsardan olan bir dəstə ilə birlikdə Allah rəsulunun evinin kənarında idik.Allah rəsulu evdən xaric oldu və dedi:Sizin ən üstününüzün kim oldugunu sizə xəbər verimmi?dedik bəli.Buyurdu:sizing ən xeyirliniz o kəsdir ki öz əhdinə vəfa edər,gözel etirlerden istifadə edər.Həqiqətən ALLAH gizlində təqvaya riayət edənləri sevər.                                                                  ƏBU SƏİD dedi:həmin anda Əli ibn əbu talib ordan keçdi.Allah rəsulu da  buyurdu: haqq onuladır,haqq onuladır.
 (musnədi əbu yəla c2 s318, ibni əsakir tarixi diməşq c42s 449,suyuti camiu əhadis c4 s258,muttəqi hindi kunzul əmmal c11 s285)

   
  Ikinci rəvayət:
Hakim nişapuri mustədrək əlas-səhiheyn kitabında yazır,


(4566)- [3: 121] أَخْبَرَنَا أَبُو بَكْرٍ مُحَمَّدُ بْنُ عَبْدِ اللَّهِ الْحَفِيدُ، ثنا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ نَصْرٍ، ثنا عَمْرُو بْنُ طَلْحَةَ الْقَنَّادُ الثِّقَةُ الْمَأْمُونُ، ثنا عَلِيُّ بْنُ هَاشِمِ بْنِ الْبَرِيدِ، عَنْ أَبِيهِ، قَالَ: حَدَّثَنِي أَبُو سَعِيدٍ التَّيْمِيُّ، عَنْ أَبِي ثَابِتٍ مَوْلَى أَبِي ذَرٍّ، قَالَ: كُنْتُ مَعَ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ يَوْمَ الْجَمَلِ، فَلَمَّا رَأَيْتُ عَائِشَةَ وَاقِفَةً دَخَلَنِي بَعْضُ مَا يَدْخُلُ النَّاسَ، فَكَشَفَ اللَّهُ عَنِّي ذَلِكَ عِنْدَ صَلاةِ الظُّهْرِ، فَقَاتَلْتُ مَعَ أَمِيرِ الْمُؤْمِنِينَ، فَلَمَّا فَرَغَ ذَهَبْتُ إِلَى الْمَدِينَةِ، فَأَتَيْتُ أُمَّ سَلَمَةَ، فَقُلْتُ: إِنِّي وَاللَّهِ مَا جِئْتُ أَسْأَلُ طَعَامًا وَلا شَرَابًا وَلَكِنِّي مَوْلَى لأَبِي ذَرٍّ، فَقَالَتْ: مَرْحَبًا فَقَصَصْتُ عَلَيْهَا قِصَّتِي، فَقَالَتْ: أَيْنَ كُنْتَ حِينَ طَارَتِ الْقُلُوبُ مَطَائِرَهَا؟ قُلْتُ: إِلَى حَيْثُ كَشَفَ اللَّهُ ذَلِكَ عَنِّي عِنْدَ زَوَالِ الشَّمْسِ، قَالَ: أَحْسَنْتَ، سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ يَقُولُ: " عَلِيٌّ مَعَ الْقُرْآنِ، وَالْقُرْآنُ مَعَ عَلِيٍّ لَنْ يَتَفَرَّقَا حَتَّى يَرِدَا عَلَيَّ الْحَوْضَ ".
 ƏBU ZƏRİN azadlı köləsi olan Əbu sabit dedi ki,cəməl günü ƏLİ əleyhi salam ilə birlikdə idim.birdən gözüm ayaq üstə dayanmış Aişəyə sataşdı.başqalarının qəlbinə daxil olan şübhələrin bəzisi mənim də qəlbimə daxil oldu.Zöhr namazı vaxtı Allah şəkki mənim qəlbimdən apardı və nəticədə həzrəti Əli ilə birlikdə onun düşmənləri ilə vuruşdum.müharibə qurtardıqdan sonar Mədinəyə gəldim və UMMU SƏLƏMƏNİN yanına getdim  və dedim: And olsun Allaha mən sənin evinə nə yemək nə də ki, içmək üçün gəldim. Mən Əbu zərin azadlısıyam.Ummu sələmə mənə xoşgəldin dedi.Mən də cəməl günündəki vəziyyətimi ona danışdım.Ummu Sələmə dedi: qəlblərin öz yerlərinə pərvaz edib uçdugu vaxt harda idin? Cavabında dedim ki,ta ora qədər pərvaz etdim ki, Allah mənim qəlbimdən şübhəni yox etdi və zöhr vaxtı haqqın qapısı mənim üzümə açıldı.(və hqqın yolunda canımdan keçerək aşıqanə şəkildə düşmənlə vuruşdum.)UMMU SƏLƏMƏ dedi:əhsən sənə! həqıqətən ALLAH rəsulundan eşitdim ki, buyurdu:Əli həmişə quranla, quran da həmişə Əli ilə birlikdədir və bunlar hovuzda mənə yetişənə qədər bir-birindən ayrilmazlar.
Hakim nişaburi bu hədisi nəql etdikdən sonar deyir, bu hədis səhihdir , lakin buxari və muslim onu nəql etməmişlər.
 ÜÇÜNCÜ HƏDİS:
 HAKİM MUSTƏDRƏKİNDƏ  yazır:

4629 أَخ كَامِلٍ الْقَاضِي، ثنا ْبَرَنَا أَحْمَدُ بْنُ أَبُو قِلابَةَ، ثنا أَبُو عَتَّابٍ سَهْلُ بْنُ حَمَّادٍ، ثنا الْمُخْتَارُ بْنُ نَافِعٍ التَّمِيمِيُّ، ثنا أَبُو حَيَّانَ التَّيْمِيُّ، عَنْ أَبِيهِ، عَنْ عَلِيٍّ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ: " رَحِمَ اللَّهُ عَلِيًّا اللَّهُمَّ أَدِرِ الْحَقَّ مَعَهُ حَيْثُ دَارَ ".
ƏLİ əleyhi salamdan nəql olunmuşdur ki,ALLAH rəsulu buyurdu:Allah Əliyə rəhmət əta etsin! ALLAHIM! Haqqı Əli ilə birlikdə dövr etdir!
Sonar hakim yazır ki bu hədis muslimin şərtinəgörə səhihdir. Lakin buxari və muslim onu nəql etməmişlər.
(mustədrək əlas-səhiheyn c3 s 134 )
  ƏHLİ-SÜNNƏNİN böyük müfəssirlərindən olan Fəxri Razi aşkar şəkildə qeyd edir ki,səhih rəVayətlərlə nəql olunmuşdur ki,kim dinində Əliyə baglanarsa hidayət tapar.sonra öz sözünün təsdiqi üçün “Allahim haqqı Əli ilə birlikdə dövr etdir” hədisinə istinad edərək yazır;
 BEYHƏQİ öz sunəni kubrasında ƏBU  HUREYRƏDƏN nəql edir ki,Allah rəsulu namazda bismillahı ucadan oxuyurdu.Sonra Beyhəqi Ömör ibni xəttabdan,ibni Abbasdan,ibni Ömərdən və ibniZubeyrdən də nəql edir ki,onlar da ucadan oxuyurdu.Və ƏLİ əleyhi salamın da bismillahı ucadan oxudugu nəql olunmuşdur.həqiqətən mütəvatir yollarla sabıt olmuşdur ki,kim dinində ona baglanarsa hidayət olar.Bunun dəlili də həzrətin bu sözüdür ki buyurub:”Allahim haqqı həmişə ƏLİ ilə birlikdə dövr etdir”!
(təfsiri-kəbir c1 s168)
  
  



четверг, 25 августа 2011 г.

imam Əli ibni Muhəmmədin cəbr və təfviz əqidəsini rədd edən məktubu




İmam Əli Naki (a.s)ın Cəbr Və Tefviz(1) Əhlinin Rəddi Və Cəbrlə Tefvizin Arasında ortaq həddin  İsbatı Haqqındakı Məktubu

Bu Məhəmməd ibni Əli tərəfindən göndərilən bir məktubdur:

Allahın salam, rəhmət və bərəkəti  sizlərin  və  hidayət yoluna uyanların üzərinə olsun.

Məktubunuz çatdı, zikr etdiyiniz şeyləri anladım; qədər bəhsinə dalaraq dininiz haqqında ixtilafa düşmüsünüz, bəziləriniz cebre, bəziləriniz isə tefvize inanmışdır. Bu məsələ haqqında işiniz ayrılığa, bir-birinizlə əlaqəni kəsməyə və düşmənlik etməyə qədər varmış. Nəhayət bu məsələnin izahı haqqında məndən görüş ifadə etməmi istəmisiniz; bunların hamısını anlamış olmaqdayam.

Allah sizə rəhmət etsin, bunu bilməlisiniz ki, biz nəql edilən bir çox rəvayət və hədislərə baxdıq; Allahı  tanıyan və İslamı qəbul edən bütün təriqətlərin əlində mövcud olan hədis və rəvayətlərin iki qisimdən ibarət olduğunu gördük. Bu hədislər ya qəbul edilməsi lazım olan haqqdır və ya rədd edilməsi lazım olan batil. Bütün ümmət, aralarında heç bir ixtilaf olmadan Quranın haqq olduğunda görüş birliyindədir. Bütün təriqətlər Quranın hakkaniyeti və doğruluğunu etiraf etmişlər. Rəsulullah sallallahu əleyhi və alih belə buyurmuşdur: "Ümmətim  zəlalət üzrə birləşməz." Beləcə ümmətin, üzərində ittifaq etdiyi və bir-birləriylə ixtilaf etmədikləri hər şeyin haqq olduğunu bildirmişdir. Quran haqqdır, onun Allah tərəfindən endirildiyi və doğruluğu haqqında ümmət arasında heç bir ixtilaf yoxdur. Elə isə Quran bir hədisi te'yid edər, ümmətdən bir qrup da onu inkar etməyə cəhd etsə, Quranın doğruluğunun hər kəs tərəfindən qəbul edilmiş olması qanunu hökmüylə, tərəddüdsüz onun doğruluğunu qəbul və təsdiq etmələri lazımdır. Bu vəziyyətdə, onu inkar etməkdən imtina etməzlərsə, (o zaman) dindən çıxmağa məhkum olarlar.

 Quranın təsdiq və te'yid etdiyi və doğruluğuna Qurandan şahid göstərə biləcəyimiz ilk hədis, Peyğəmbər sallallahu əleyhi və alihdən nəql edilən, kitaba uyğun olan və heç bir sözün onunla ziddiyyət təşkil etməyən bu hədisdir; Rəsulullah sallallahu əleyhi və alih buyurmuşdur ki: "Mən sizin aranızda iki qiymətli şey buraxıram: Allahın kitabını və yaxınlarım olan Əhli Beytimi, bunlara sarıldığınız müddətcə pozğunluğa düşməzsiniz və bu ikisi hovuzun (Kövsərin) kənarında mənə çatana qədər bir-birindən ayrılmazlar."

Bu hədisin doğruluğuna dəlil olaraq Quranda açıq-aşkar şahid var. Məsələn bu ayə kimi:

"Sizin vəliniz, ancaq Allah və ONun elçisi, namaz qılan və rüku halındaykən zəkatı verən möminlərdir. Kim Allahı, ONun Rəsulunu və (haqqında danışılan) möminləri vəli əldə etsə, heç şübhə yox, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır. "(2)

Əhli Sünnə alimləri mövzuyla əlaqədar olaraq rəvayət etmişlər ki, bu ayə Əmr-ül Möminin Əli aleyhissələm haqqında nazil olmuşdur. Çünki Hz. Əli aleyhissələm rüku halında üzüyünü sədəqə olaraq vermiş, Allahı Təala da adı çəkilən ayəs(n)i nazil edərək onu tərifləmişdir. Görürük ki Rəsulullah sallallahu əleyhi və alih də belə buyurmaqdadır: "Mən kimin mövlası əmsə, Əli də onun mövlasıdır." Yenə Hz. Əliyə buyurmuşdur ki: "Sənin mənə nisbət mövqen Harunun Musaya mövqesi kimidir. Ancaq məndən sonra peyğəmbər gəlməyəcək." Yenə buyurmuşdur ki: "Əli, mənim borcumu ödəyən, vədlərimə vəfa edən və məndən sonra sizə xəlifəmdir."

Digər hədislərin mənşə və qaynağı olan birinci hədis səhih və müttəfiqin əleyhdir, onlardan heç kim bu hədis haqqında ixtilaf etməmişdir; bu hədis, ayrıca Qurana da razıdır. Quran və digər hədislərin bu hədisi te'yid etdiyinə görə, ümmətin istər istəməz bunu qəbul edib təsdiq etməsi lazımdır. Çünki bu hədislərin Qurandan açıq dəlilləri vardır; Quran onlarla müvafiqdir, onlar da Quranla. Daha sonra Hz. Peyğəmbərdən gələn bu hədislərin məzmunu, sadiq olan imamlardan da gəlmiş və onları məşhur və etibarlı bir qrup nəql etmişlər. Bundan ötəri bu hədislərə hər mömin kişi və qadının uyğun gəlməsi lazımlı və fərzdir; inad əhlindən başqa heç kim buna qarşı çıxmaz. Çünki Əhli Beytin sözləri, Allahın sözlərinə muttasıl (bağlı)dır. Məsələn, Allahı Təala Quranda belə buyurur:

"Gerçək budur ki, Allah və Rəsulunu incidənlər; Allah, onlara dünyada da axirətdə də lənət etmiş və onlar üçün aşağıla idiçi bir əzab hazırlamışdır. "(3)

Bu ayənin bənzərini Peyğəmbərin sözlərində də görməkdəyik; buyurmuşdur ki:

"Kim Əlini incitsə məni incitmişdir, kim məni incitsə Allahı incitmişdir, kim də Allahı incitsə, Allahın intiqamına düçar olar."

Digər bir hədisdə də belə buyurmuşdur:

"Kim Əlini sevsə məni sevmişdir, kim də məni sevsə Allahı sevmişdir."

Məni Vəliyə qəbiləsi haqqında da belə buyurmuşdur: "Allah və rəsulunu sevən, Allah və rəsulunun da özünü sevdiyi öz nəfsim kimi olan birini onlara göndərəcəyəm; Ey Əli qalx, onlara doğru hərəkət et."

Hayber döyüşündə də belə buyurmuşdur:

"Sabah elə bir  adamı   onlara göndərəcəyə(i)m  ki,  O, Allahı və Rəsulunu sevər; Allah və Elçisi də onu sevər. O elə bir adamdır ki, davamlı hücum edər, qaçmaz və Allah onun əliylə fəthi müyesser etmədikcə geri dönməz."

Beləcə  Peyğəmbər sallallahu əleyhi və alih,  onu (düşmənin üzərinə) göndərmədən əvvəl zəfər müjdəsi verdi; bütün səhabələr görəsən bu fəzilət kimə nəsib olacaq deyə həyəcanla gözləyirdi. Sabahısı gün Rəsulullah sallallahu əleyhi və alih, Əli aleyhissələmi çağırıb (Yəhudilərin cəbhəsinə) göndərərək onu bu fəzilətlə seçmə etdi; ona "Kerrar, qeyri ferrar"(4) ləqəbini verdi; və "Allah və Rəsulunu sevən" biri deyə səciyyələndirərək, Allah və Rəsulunun da onu sevdiyini bildirdi.

Mən bu şərhi, haqqında danışılan mövzuyla əlaqədar bir dəlil və cəbr, tefviz və bunların arasında olan  orta həddi   yacağımız   şeyə   bir   te'yid  olaraq  zikr etdim. Kömək  və  güc  Allahdandır və bütün işlərimizdə ONA təvəkkül edirik.

Biz mövzuya İmam Sadiq aleyhissələmin bu hədisiylə başlayırıq; buyurmuşdur ki:

"Nə cəbr doğrudur və nə də tefviz; doğru olan bu ikisinin arasında mövcud orta həddir.   Bu isə bunlardan ibarətdir: Bədənin səhhəti, yolun açıq olması, kafi zamanın olması və azuqənin, məsələn miniyin varlığı və insanı işə yönəldən səbəbin (saikin) var olması."

 beləliklə İmam Sadiq aleyhissələm bütün fəzilətləri bu beş şeydə bir yerə toplamışdır. Əgər, qulun bunların hər hansı birində nöqsanlığı olsa o  nöqsanlıqdan  ötəri məsuliyyət ondan qalxar. İmam Sadiq aleyhissələm insanların (cəbr və tefviz haqqında) axtarıb öyrənmələri lazımlı olan şeylərin əsasını açıqlamış, Quran bunu te'yid etmiş və Peyğəmbər sallallahu əleyhi və alihin açıq-aşkar sözləri də ona şahidlik etmişdir. Çünki, Peygambersalla'llahu əleyhi və alih və Əhli Beytinin sözləri Quranın sərhədlərini aşmaz. Bu səbəbdən əgər səhih hədislər nəql edilər və onların dəlilləri Qurandan araşdırılar, Quranın da onlarla müvafiq və onlara bir dəlil olduğu görülsə, onlara uyğun gəlmək fərz olar.

Məktubun əvvəlində zikr etdiyimiz kimi, inad əhlindən başqa heç bir kimsə bunu aşıb keçməz. Biz də İmam Sadiq aleyhissələmin cəbr və tefviz arasında  olan orta həddi   isbat edib, cəbr və tefviz əqidəsini rədd etməklə əlaqədar olan bu sözü haqqında təhqiq etdiyimiz zaman, Quranın bu sözün doğruluğuna şahidlik etdiyini və onu təsdiq etdiyini görürük.

İmam Sadiq aleyhissələmdən, onun te'yidinde digər bir rəvayət də  nəql olunmuştur. İmam Sadiq aleyhissələmə: "Allah, qulları günah işləməyə məcburmu etmişdir?" deyə soruşulduğunda İmam Sadiq aleyhissələm: "Allah bundan daha ədalətlidir." cavabını verdilər. "Elə isə, işləri onlara tefviz (həvalə) mi etmişdir?" deyildiyində də: "Allah bundan daha müqtədirdir" buyurdular.

Digər bir hədisdə də belə buyurmuşdur:

"İnsanlar qədər haqqında üç qisimdir: Bəziləri işlərin onlara həvalə edildiyini sanarlar; bunlar, Allahın qüdrətini zəif sayıb həlak olanlardır. Bəziləri Allahın qulları günah işləməyə məcbur etdiyini və onları güc çatdıra bilmədikləri halda bir şeyə mükəlləf etdiyini zənn edərlər; bunlar da, Allahı hökmündə zalım bilib həlak olanlardır. Bəziləri də, Allahın, qulları gücləri qədər mükəlləf etdiyini və güclərinin xaricində olan bir şeyi onlardan istəmədiyini söyləyərlər və yaxşılıq etdiklərində Allaha şükr edərlər, pis iş etdiklərində də Allahdan bağışlama diləyərlər; işdə bunlar yetkinləşmiş müsəlmanlardır.

Beləcə İmam Sadiq aleyhissələm xəbər vermiş ki: "Kim cəbr və tefvize  uyub və bunlara inansa haqqa zidd hərəkət etmişdir."

Mən (bu bəyanla), cebre inananın səhvə yol verdiyini, tefvizi qəbul edənin də batilə düçar olduğunu izah etdim. Bu səbəbdən həddi orta bu ikisinin arasında iştirak etmiş oldu.

İmam aleyhissələm, daha sonra belə buyurmuşdur:

Mən məsələni, həqiqəti axtaran kimsənin mövzunu daha asan qavraya bilməsi və məsələnin izahını asanca araşdıra bilməsi üçün bu (üç növ) yolların hər birinə, Quranın açıq-aşkar ayələrinin doğruluğuna şahidlik etdiyi və ağıllıların təsdiq edəcəyi bəzi nümunələr verirəm. Tofiq və ismət Allahdandır.

İnananın səhvdən xilas ola bilməyəcəyi cəbr əqidəsinə gəlincə;  bu inanc Allahı Təalanın, qulları günah işləməyə məcbur edib, bununla birlikdə onlara əzab edəcəyini sanan kəslərin inancıdır. Kim belə düşünsə, Allahı hökmündə zalım bilmiş olar və ONun bu sözünü təkzib və rədd etmişdir. Çünki Allahı Təala buyurur ki:

"Rəbbin heç bir kimsəyə zülm etməz. "(5)

 Yenə başqa bir ayədə cəhənnəm əhlinə xitab olaraq buyurur ki:

"Bu (əzab) da, sənin əllərinin əvvəldən təqdim etdiyi (hazırladığı) şeydir. Heç şübhə yox ki Allah, qulları üçün zülm edici deyil. "(6)

Yenə digər bir ayədə də belə buyurmaqdadır:

"Şübhə yox ki Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanların özləri özlərinə zülm edərlər. "(7)

Bu mövzu haqqında digər bir çox ayə də mövcuddur. Elə isə kim günah işləməyə məcbur olduğunu sansa, günahını Allahın üzə-rine atmışdır və günahkarlara cəza vermədiyi üçün Allaha, zülm isnad etmişdir; Allaha zülm isnad edən kimsə isə, ONun kitabını təkzib etmişdir və Quranı təkzib edən də ümmətin icmasıyla kafirdir.

Cəbr əqidəsinin misalı buna bənzər ki; öz nəfsinə və dünya malından heç bir şeyə malik olmayan bir köləyə sahib olan əfəndi, onun vəziyyətini çox yaxşı bildiyi halda pul vermədən bir mal alıb g ət irmək üçün onu bazara göndərər, köləyə sahib olan əfəndinin özü də istədiyi malların sahiblərini razı edərək əvəzi ödənmədən heç bir kimsənin o malları alıb götürməyə cürət edə bilməyəcəyini bilər, əlavə olaraq bu kölənin əfəndisi özünü ədalətli, insaflı, həkim və zülm etməyən biri olaraq tanıtdığı və kölənin bir şeyə malik olmadığını və özünün də istədiyi şeyin əvəzini ona vermədiyini və mal sahibinin də pulsuz ona bir şey verməyəcəyini bildiyi halda köləyə, alınması lazım olan malı alıb  gətirməzsənsə belə-belə edərəm deyərək təhdid  edər, kölə də əli boş bazara gedib əfəndisinin əmr etdiyi şeyi təmin etmək istədiyində mal sahibinin, pul vermədən heç bir şey verməyə hazır olmadığını görərək məcbur olaraq ümidsiz və əli boş olaraq əfəndisinin yanına geri dönər və əfəndisi də bu vəziyyətdən hirslənər ona işgəncə edər.

Görəsən bu vəziyyətdə əfəndisinin, köləsinin dünya malından heç bir şeyə sahib olmadığını və ona alınması lazım olan malın pulunu vermədiyini bildiyi üçün ədalət və hikməti gərəyi onu cəzalandırmaması lazım deyilmi? Əgər onu cəzalandırsa haqsız yerə ona zülm etmiş olmazmı? Sözünü etdiyi ədalət, insaf və hikmətini də batil etmiş olmazmı? Bu vəziyyətdə əgər onu cəzalandırmazsa, o zaman da özünü yalanlamış olar; çünki, əvvəlcə yalan yerə onu cəzalandıracağını söyləmişdi. Bunların hər ikisi də ədalət və hikmətlə uyğun gəlməz.

Allahı Təala zalımların söylədiyi sözlərdən daha ucadır.

Elə isə; cəbr və ya cəbri tələb edən əqidəyə inanan, Allahı zalım bilmiş və ONU zülm və təcavüzlə günahlandırmışdır. Çünki belə bir vəziyyətdə Allah məcbur etdiyi kəslərə əzab etmiş olar. Kim, Allahın qulları məcbur etdiyini (öz iradələri xaricində işlər etdirdiyini) sansa, Allaha zülm isnadında ol/tapılmamaq üçün məcbur olaraq, Allah, qullardan əzabı qaldırmışdır demək məcburiyyətində qalacaq. Kim də Allahın, günahkarları əzabdan azad etdiyini sansa Allahın vədlərini təkzib etmişdir. Çünki Allah belə buyurmaqdadır:

"Xeyr, iş elə deyil; kim bir pislik işlər də günahı özünü əhatə etsə (artıq) onlar atəş əhlidirlər, orada əsaslı qalıcıdırlar". (8)

"Gerçək budur ki, yetimlərin  mallarını  zülmlə  yeyənlər, ancaq atəş yeyərlər, (o mallar, qarınlarında atəşdir sanki) və onlar, alovlu atəşə girəcəklər. "(9)

"Şübhəsiz ayələrimizə qarşı küfrə sapanları yaxında atəşə soxacağıq. Dəriləri yanıb töküldükcə, əzabı dadmaları üçün onları başqa dərilərlə dəyişdirəcəyik. Şübhə yox ki Allah, güclü və üstün olandır, hökm və hikmət sahibidir. "(10)

Bu mövzu haqqında başqa bir çox ayələr də mövcuddur. Hər kim Allahın vədlərini təkzib etsə, Quranın ayəsini təkzib etdiyi üçün kafir olar. Bu adam, Allahın buyurduğu bu kəslərdəndir; "Yoxsa siz kitabın bir hissəsinə inanıb da bir hissəsini inkarmı edirsiniz? Artıq sizdən belə edənlərin cəzası, dünya həyatında alçaldılmaq; qiyamət günündə də əzabın  ən şiddətli olanına uğradılmaqdır. Allah etməkdə olduqlarınızdan qafil deyil. "(11)

Amma bizim əqidəmiz belədir:

Allahı Təala qulları, onlara verdiyi gücdən ötəri öz əməl və hərəkətlərinə görə cəzalandırmaqda və eyni güclə də onlara əmr və nəhy də var.

Quranda belə buyurulur:

"Kim bir yaxşılıqla gəlirsə, özünə bunun on bərk/qatı vardır, kim də bir pisliklə gəlirsə, onun mislindən başqasıyla cəzalandırılmaz və onlar haqsızlığa da uğradılmazlar. "(12)

"O gün bir gündür ki hər kəs, etdiyi hər xeyiri hazır bir halda qarşısında tapacaq, işlədiyi pisliklə də özü arasında çox uzun bir məsafə olmasını arzulayacak. Allah, sizi özüylə çəkindirər. "(13)

"Bu gün (qiyamət günü) hər bir nəfs, öz qazandığıyla qarşılıq  görər. Bu gün zülm yoxdur. "(14)

İşdə bu açıq-aşkar qəti ayələr, cəbr və cebre inananları açıq bir şəkildə rədd etməkdədir. Quranda buna bənzər çox ayələr vardır; amma mövzunun çox uzanmaması üçün onlardan, yalnız bir hissəsini zikr etdik. Tofiq Allahdandır.

İmam Sadiq  aleyhissələmin  batil  bildiyi və ona inanan və ona uyanları qüsurlu gördüyü tefviz meslesi də bu kimsənin sözüdür ki:

''Allahı Təala, öz əmr və nəhyi ilə işlədikləri əməlləri qullara təhvil vermiş və onları öz iradəsinə buraxmışdır.'' Belə bir sözün açıqlanmasını və üzərində diqqətlə dayanılmasını istəyən kəslər üçün, Hz. Peyğəmbərin Əhli Beytindən olan hidayətə çatmış imamların açıqladığı dəqiq bir nöqtə vardır: Onlar bu mövzuda belə buyurmuşlar: "Əgər Allah, həqiqətən təklif işini xalqa/halqa buraxmış olsaydı o zaman Allahın, xalqın seçdiyi hər şeyə razılaşması və nəticədə Allahın mükafatına layiq olmaları və etdikləri heç bir cinayətdən ötəri cəzalandırılmamaları lazım idi."

Bu söz gerçəkdə bu iki mənas(n)ı ehtiva etməkdədir: Ya qullar Allaha üsyan edib öz əqidə və fikirlərini istəsə də istəməsə də zorla/məcbur et ONA qəbul etdirmişlər; belə bir iş Allahın qüdrətinin zəifliyi və zəifliyini tələb edir və ya bu mənas(n)ı ehtiva edər ki: Allahı Təalanın onları, istəsinlər və ya istəməsinlər öz əmr və nəhylərinə itaət etmələri üçün məcbur edəcək bir gücü yoxdur, buna görə də əmr və qadağanlarını və bunların tətbiq olunmasını onların öz istəyinə buraxmışdır; yəni Allah, onları öz iradəsinə itaət etdirməkdən aciz olduğundan ötəri iman və küfrü seçməkdə onları səlahiyyət sahibi və muxtar etmişdir.







(1)- Bir işi birinə buraxmaq; tefviz əhlindən məqsəd; Allahın, insanların işlərini özlərinə buraxdığına inanan və tarixdə Qədəriyyə təriqəti deyə tanınan təriqətdir. Cebriyye təriqəti isə bunun əksinə varlıqların bütün işlərində məcbur olduqlarına inanan təriqətdir.

nehcul-bəlagədən hikmətli kəlamlar




1-        "Fitnəyə qarşı iki yaşındakı dəvə kimi ol; onun nə miniləcək kürəyi, nə də sağılacaq məməsi vardır."

2-        "Tamaha sarılan, özünü kiçiltmişdir; çətinliyini açıqlayan, zillətə razı olmuşdur; dilini öz üzərinə əmr sahibi edən (dilinə gələni söyləyən) alçaq olmuşdur."

3-        "Xəsislik ardır (utancdır); qorxaqlıq nöqsanlıqdır; kasıblıq, ağıllı insanı dəlilini sərgiləmədə dilsiz etməkdədir; yoxsul öz şəhərində qəribədir."

4-        "Acizlik fəlakətdir; səbir (müqavimət) cəsarətdir, züht sərvətdir; günahlardan çəkinmək, (əzaba qarşı) qalxandır; qəza və qədərə razı olmaq nə gözəl yoldaşdır."

5-        "Elm qiymətli bir mirasdır. Ədəb (xasiyyətlər) yenilənən zinətlərdir. Fikir saf bir aynadır."

6-        "Ağıllının sinəsi, sirrinin sandığıdır. Gülər üzlülük, dostluq bağıdır. Dözüm,  eyıbərın məzarıdır." Nehc'ül-Belağa'nın bəzi nüsxələrində isə belə keçmişdir: "Barış,  eyıblərin   örtüşüdür. Özünü bəyənənə qızan çox olar."

7-        "Sədəqə, qurtarıcı bir dərmandır; qulların dünyadakı əməlləri, qiyamətdə gözlərinin önünə tikiləcək."

8-        "Bir yağ parçasıyla görən, bir et/ət parçasıyla danışan, bir sümüklə eşidən və bir dəlikdən tənəffüs edən bu insana təəccüb edin doğrusu! (Onun yaradılışı haqqında düşünün.)"

9-        "Dünya bir kimsəyə yönəldiyində, başqalarının yaxşılıqlarını ona gətirər; ondan üz çevirdiyində də, öz yaxşılıqlarını ondan alıb götürər."

10-   "İnsanlarla; öldüyünüzdə sizə ağlayacaq, yaşadığınızda isə sizin üçün darıxacaq bir şəkildə dolanın."

11-   "Düşməninə qalib gəlincə, bu qalibiyyətin şükrü olaraq onu bağışla."

12-   "İnsanların ən acizi, qardaş qazanmada acizlik edəndir; ondan daha acizi isə, qazandıqdan sonra itirəndir."

13-   "Nemətlər sizə axın edincə az şükr etməklə onu özünüzdən uzaqlaşdırmayın."

14-   "Ən yaxınların tərk etdiyi kimsənin köməyinə (Allahın inayətiylə) ən uzaqdakılar qaçar."

15-   "Hər fitnə və bəlaya düçar olan qınanmaz."

вторник, 23 августа 2011 г.

islami fəthlər haqqında




İslam dininin dünya ölkələrində yayılması və genişlənməsi bir çox dünya tarixçiləri və şərqşünasları tərəfindən müxtəlif cür izah edilir. Bəzi tarixçi və şərqşünaslar İslamın yayılmasını ərəb xilafətinin digər ölkələri işğal etməsi kimi dəyərləndirirlər. Onların fikrincə İslamın yayılması və genişlənməsi məsələsi həqiqətdə, işğalçı və irticaçı bir mahiyyət daşıyan ərəb xilafətinin siyasi məqsədlərinə xidmət edirdi. Çünki din amili fəth etməkdə daha çox yetərli olduğu üçün, ərəb xəlifələri bu amildən öz məqsədlərini həyata keçirmək üçün lazımınca istifadə edirdilər. Əsl məqsəd isə yeni-yeni əlverişli xüsusiyətlərə malik olan əraziləri ələ keçirmək, iqtisadiyyatı və ticarəti öz əllərində təmərküzləşdirməkdən ibarət idi. Bununla da bütün şərq və qərbin ən əhəmiyyətli məntəqələrini ələ keçirib, dünya iqtisadiyyatı və ticarətinə hakimlik etmək onlar üçün asanlaşmış olurdu. Buna görə də Quranın və İslamın vəhdətə çağırış amilindən öz məqsədlərini həyata keçirmək üçün, zahirdə İslam dinini yaymaq və təbliğ etmək adı ilə fəthlərə başlayır və zor gücünə bu dini digər xalqlara qəbul etdirirdilər. Çünki İslam dininin zorla qəbul etdirilməsi onların işğalçılıq niyyətlərini də tez bir zamanda həyata keçirməyə imkan verirdi.

Lakin məsələni tarixi nöqteyi-nəzərdən araşdırdıqda, biryönlü təhlillər aparan qərb şərqşünaslarının təhlillərinin qeyri-düzgünlüyü ortaya çıxır. Əgər biz İslamın yaranma tarixinə nəzər salsaq, görərik ki, o dövr dünyaya meydan oxuyan iki böyük imperiya; Bizans və Sasani imperiyalarının ən qüvvətli dövrləri idi. Şərqşünasların islami işğallar adlandırdıqları, islami zəfərlər də əsasən bu iki imperiyanın ərazilərində baş verirdi. Bu gün biz o dövrün tarixi səhnəsinə nəzər saldıqda görərik ki, nə qədər qısa bir zaman fasiləsində yeni yaranmış zəif İslam qoşunları, son dərəcə qüdrətli olan bu imperiyaların ərazilərini necə də asanlıqla fəth edirdilər. İslamın meydana gəlməsindən əvvəl ərəb qəbilələrinin dünya siyasi səhnəsində heç bir nailiyyətinin olmamasını görüb, İslamdan sonra böyük imperiyaların öz ərazilərini bir-bir müsəlman icmasına təslim etməsini müşahidə etmək, son dərəcə heyrətləndirici bir haldır. Həzrət Peyğəmbərin vəfatından az sonra müsəlmanlar Suriya, Fələstin, Antakiya kimi, Bizansın ən əhəmiyyətli ərazilərini fəth edib, islamlaşdırırdılar.

Eyni zamanda Sasani kimi qüdrətli bir dövlətin iki çayarası kimi əraziləri müqavimətsiz olaraq İslam qoşunlarına təslim olurdular. Deməli, Cahiliyyət Dövrünün dəyərsiz və qeyri-insani qanunları ilə idarə olunan ərəb qövmləri İslamdan sonra yeni bir dəyər və mədəniyyətə sahib olmuşdular. Cahiliyyət Dövründə yaşayan ərəb qövmləri, hətta öz tayfa və qəbilələri arasında da belə bir ülfət və vəhdətə nail olmamışdılar. O dövrdə bu qəbilələrə hakim olan Cahiliyyət qanunları, nəsil və nəsəb təəssübkeşliyi, elm və maarifdən tamamilə uzaq olmaq, ərəbləri o zamankı dünyanın ən geridə qalmış bir millətinə çevirmişdi. Lakin İslam zühur etdikdən sonra isə Cahiliyyət adət və ənənələri ilə barışmaz olan, elmi və mənəvi dəyərləri dəstəkləyən qanun və qadağalar ərəb cəmiyyətində görünməyən çevrilişə və islahata səbəb oldu. Özündə tamamilə humanist və sülhsevər məziyyətləri daşıyan İslam dini, bütün millətlərin psixologiyasına və fitrətinə uyğun idi. Elə buna görə də İslam dini ərəb qəbilələri arasında əsrlərlə mövcud olub, heç bir amilin kökünü kəsib ata bilmədiyi qan və nəsil düşmənçiliyini tez bir zamanda aradan apardı. İslam onlarda bu hissin əvəzində, dostluğun, məhəbbətin, ülfətin əsasını qoyub vəhdət toxumunu səpdi. Həmin bir-birinə düşmən qövmləri bir məqsəd və amal uğrunda birləşdirdi. Buna işarə olaraq Allah Qurani-Kərimdə buyurur: «Ey Peyğəmbər! Əgər sən yer üzündə olanları onların arasında, ülfət yaratmaq üçün xərcləsəydin, bunu bacarmazdın, lakin Allah onların arasında ülfət yaratdı».

Yəni Allah İslam və iman həqiqəti ilə onlar arasında bir ülfət və birlik yaratdı. Deməli, İslamın gətirdiyi qanunlar, o qədər humanist və ədalətli idi ki, hətta bir-birinin qanına susamış tayfalar belə, o qanunları cəmiyyətləri üçün əhəmiyyətli sayıb bir mərkəz ətrafında birləşirdilər.

Eynən İslam qoşunları qonşu ölkələrə yürüşlər etdiyi zamanda İslami dəyərləri əllərində əsas tutduqları üçün onun göstərdiyi hüdudlardan kənara çıxmırdılar. Buna görə də Bizans və Sasani imperiyalarının zülm və ədalətsizliyindən cana doymuş Yaxın Şərq və Aralıq dənizi ətrafında yaşayan xalqlarda İslam və müsəlman icması böyük rəğbət hissi oyatmışdı.

Bunun ən mühüm səbəbləri Bizans və Sasani dövlətlərinin imperialist siyasət yürütmələri, xalqların və millətlərin mədəniyyət və mənəviyyatına qarşı mürtəce bir niyyətə sahib olmaları idi. Bu imperiyaların dövlət quruluşu, hakim siniflərin həddən artıq xalqa əzab və əziyyət vermələri, aşağı təbəqə arasında onlara qarşı çox güclü bir nifrət yaratmışdı. Sasani və Bizans saray sistemində həddən artıq bir təbəqələşmə mövcud idi. Bu sinifləşmə bir təbəqənin həddən artıq varlanmasına və güclənməsinə, digər bir təbəqənin isə işgəncə və zülmə düçar olub, hüquqlarının amansızcasına pozulmasına gətirib çıxardırdı.

Bu imperiyaların dini və məzhəbi durumu da çox acınacaqlı bir vəziyyətdə idi. Sasani imperiyasında zərdüştlük və atəşpərəstlik, Bizansda isə xristianlıq hakim sinfin mənafeyinə xidmət edirdi. Bizans imperatorlarının xristian dininin əsaslarını, öz xeyirlərinə necə açıq şəkildə dəyişdirdikləri tarixçilərə məlumdur. Ruhani sinfi Bizansda və İranda şahənşah və imperatorun hər hansı qeyri-qanuni hərəkətinə dini bir əsas verərək rəsmiləşdirirdilər. İranda zərdüştlüyün bidətlərinə qarşı baş vermiş, məzhəbi bir hərəkat olan məzdəkizm də buna açıq bir misal ola bilər. Məzdəkizm cərəyanının mənfi xüsusiyyətlərinə baxmayaraq, dövrün hakim və dini təbəqəsinə qarşı baş verən bir hərəkat idi.

Belə bir siyasi və dini şəraitdə yaşayan millətlər İslam dininin qanunları və müsəlman icması ilə üzləşdikdə, onlarda tamamilə bunun əksini müşahidə etdilər.

Onlar müsəlmanların sadəliyini, müsəlman icmasının fərdləri arasında heç bir fərqin qoyulmamasını, ədalətin və haqqın onlara hakim olmasını gördülər. Bunu gördükdən sonra anladılar ki, bu insani keyfiyyətləri onlarda yaradıb yaşadan yalnız, din və İslam amilidir.

Bu da o xalqların dini düşüncələrinin dəyişməsində, ədalətə və haqqa səsləyən İslam dininə qarşı onlarda xoş bir təəssüratın yaranmasında, böyük bir təsir qoydu.

Deməli, İslam fəthlərində heç bir xalqa və millətə qarşı İslamiyyəti qəbul etməkdə zor işlətməmişlər. Əksinə tarixi faktlarda Bizans və Sasani tabeçiliyində olan millətlərin İslam qoşunlarına könüllü olaraq təslim olmaları faktları mövcuddur.

Lakin bəzi tarixçilər hadisələri təfərrüatına qədər bilmədikləri üçün lazımsız yerə hadisələri ümumiləşdirərək arasındakı fərqlərə varmadan təhlillər etmişlər. Nəticədə islahat xarakteri daşıyan fəthlərlə, işğalçı mahiyyətli fəthlərin səbəblərini eyniləşdirərək, eyni cür dəyərləndirmişlər.

Tarixdən söyləyəcəyimiz dəlillər isə «yeni-yeni əraziləri işğal etmək niyyəti ilə İslamı zorla yaymışlar»-deyən şəxslərin fikirlərini alt-üst edir.

Məsələn, İslam qoşunlarının Beytül-Müqəddəsə girişi zamanı bütün Fələstin əhalisi müsəlmanları xoş əhvali-ruhiyyə ilə qəbul etmişdilər. Hətta xəlifənin qoşun başçısı Əbu Übeydə İbnil-Cərrah ona bir məktub yazmış və bu məktubda fələstin yəhudi və xristianlarının müsəlmanları böyük ehtiramla qarşıladıqlarını və məxsusən xəlifənin özü ilə sülh əhdnaməsi bağlamaq istədiklərini bildirmişdi. Buna görə də Xəlifə Ömər ibn Xəttab həzrətləri özü Beytül-Müqəddəsə getmiş və Əhli-Kitab da təntənə ilə xəlifəni qarşılamışdılar. Xəlifə də onlarla sülh müqaviləsi bağlamışdı.

Beynənnəhreyn (iki çay arası) əraziləri də İslam qoşunları tərəfindən fəth olunan zaman yerli aramilər və digər xalqlar müsəlman icmasını razılıqla qarşılamışdılar. Onların ədalətsevərliyini, aralarında hökm sürən bərabərlik və qardaşlığı, Sasani zülm və sitəmindən qurtuluş kimi qiymətləndirmişdilər. Eləcə də Suriyanın və Antakiyanın fəthi buna bariz bir nümunədir. Xristian dini və siyasi həyatından bezmiş Suriya və Antakiya xalqı açıq şəkildə İslama və müsəlmanlara meylli olduqlarını aşkar etdilər. Müsəlman qoşunları da rahatlıqla bu ərazilərdə yerləşib İslami quruculuğa başladılar.

İslam qoşunları fəqət bu ərazilərdə İslamın yayılmasını istəməyən Bizans imperatorunun qoşunları ilə vuruşmuş və bu əraziləri onların işğallarından qurtarmışdı.

Hətta bəzi şərqşünaslar da islami fəthlərin məqsədini düzgün şəkildə başa düşərək, İslamın zorla qəbul etdirilməsi fikrini qəbul etmirlər.

Bunlardan biri böyük qərb şərqşünası Y.Vellhausendir. O, islami fəthlərin zorakılıq və işğalçılıqla aparılmasını qəbul etməyərək, onun tez bir zamanda böyük-böyük ərazilərə yayılmasını daşıdığı ümumbəşəri keyfiyyətlərlə əlaqələndirirdi. Onun fikrincə İslamın əsas ideyasına çevrilən zülm və ədalətsizliyə qarşı mübarizə, insanları bəşərin zülmündən xilas olub, ilahi bir vəhdətə doğru səsləyiş onun tez bir zamanda yayılmasının əsas səbəbi idi.

Vellhausen şərqşünasların əksinə olaraq müsəlmanların çoxlu əraziləri işğal etmək niyyətində olmalarını rədd edərək deyir ki, əslində müsəlmanlar fəth olunmuş ərazilərdə İslamın təbliğinə üstünlük verərək, islahat işləri ilə məşğul olurdular.

İslamın zorla digər ərazilərə qəbul etdirilməsi fikrini rədd edən dəlillərdən biri də tabeçiliyə gətirilmiş ərazilərin idarə olunma qaydası idi.

Bütün tarixçilər bunu çox gözəl bilirlər ki, fəth olunmuş ərazilərdə yaşayan kafirlər İslamı qəbul etməyə məcbur edilmirdilər. Onlar müsəlmanların himayəsində yaşayaraq, öz toxunulmazlıqlarını qoruyub saxlayır və öz dinlərini yaşayırdılar. Belə millətlərə müsəlman dövləti himayəsində yaşayan «zimmi» kafirlər deyilirdi. Əgər İslamın zorla qəbul etdirilməsi düzdürsə, bəs onda niyə onlara müsəlmanların himayəsində yaşayıb öz dinlərinə etiqad etmək icazəsi verilmişdi.

Düzdür, sonradan bəzi sülalələr xilafətdə hakimiyyət başına gəldikdən sonra öz niyyətlərinə çatmaq üçün islami fəthlərin əsas mahiyyətini dəyişdirdilər. Çünki artıq Peyğəmbər (s) dövründə mövcud olan müsəlman icması öz mahiyyətini itirmiş, xilafət isə bir səltənət sisteminə çevrilmişdi. Ancaq belə ünsürlərin yaranması İslam dinini aradan apara bilməmiş və yerlərdə səltənət sahiblərinə qarşı güclü etiraz və qiyamların baş verməsinə gətirib çıxarmışdı. Məsələn, Bəni-Üməyyə sülaləsi İslamı tamamilə aradan aparıb, onun yerində bir şahlıq sistemi yaratmaq istəyirdilər. Bu da İmam Hüseyn (ə)-ın onlara qarşı bərk etirazına və qiyamına səbəb olmuşdu.

İslami fəthlərin başlanğıc dövründə də belə ünsürlərin müsəlman icmasında olmasına baxmayaraq, zahirdə İslamın qanun və şərtlərinə riayət etmək məcburiyyətində idilər. Onlar yeni-yeni əraziləri fəth etdikdə də Peyğəmbər (s)-in sünnətinə riayət edib, onun kimi addım atmalı idilər.

Bütün dünya tarixçilərinə bəllidir ki, Peyğəmbərimiz  İslami dəvətini zorla deyil, sülh yolu ilə etmişdir. O, böyük məntəqələrin hakimlərinə məktublar yazaraq, onları Allahın itaətinə və İslam kimi kamil bir dini qəbul etməyə dəvət etmişdi. Peyğəmbərimizin bu cür dəvəti də bir çox məmləkət padşahlarında xoş təəssürat yaratmış və o Həzrətə qarşı dərin bir məhəbbət hissi oyatmışdı.

Hətta bəzilərinin, Həbəşistan hakimi Nəcaşi kimi şəxsiyyətlərin İslamı qəbul etməsinə səbəb olmuşdu. Peyğəmbərimiz qılıncla fəth etməkdənsə, Quranla hidayət etməyə daha çox üstünlük verir, öz səfər və yürüşlərində də əməli olaraq bunu göstərirdi.

Ona görə də Peyğəmbərimizin atdığı addımlar müsəlmanlar üçün bir örnək olduğuna görə onlar öz fəth və yürüşlərində də onun sünnətini yaşadır, fəth etdiyi ölkələrin xalqları ilə dinin və sünnətin hüdudları çərçivəsində davranırdılar. Fəth olunmuş ərazilərdə gedən təbliğat metodu bunu təsdiq edir. O zaman hər hansı əraziyə valilər göndərməklə yanaşı, güclü mühəddis və alimlər də göndərilirdi. Məsələn, Salmani Mühəmmədi Mədain ərazisinə vali təyin olunan zaman, Abdullah ibn Məsud da oraya İslamı təbliğ etmək niyyətilə fiqh və hədis müəllimi kimi göndərilmişdi.

Həzrət Əli (ə) da ölkələrə valilər təyin etdiyi zaman onların əhalisi ilə yaxşı şəkildə davranmağı tapşırar, qeyri-müsəlman əhalisi ilə də ədalətlə rəftar etməyi tövsiyə edərdi. Bunu Həzrətin Malik Əştəri Misirə vali təyin etdiyi zaman yazdığı əhdnamə sübut edir. O əhdnamədə Həzrət buyurur: «Ey Malik! Həqiqətən onlar iki dəstədirlər; ya səninlə din qardaşları, ya da xilqətdə səninlə bərabər olub sənin kimi insandırlar».

Deməli, tarixdən gətirdiyimiz faktlar hadisələri biryönlü təhlil edən şərqşünasların fikirlərini alt-üst edərək, o dövrdə müsəlmanların işğalçılıq niyyətinin olmamasını təsdiq edir və İslamın zor gücünə qəbul etdirilməsi nəzərini tamamilə rədd edir.

imam həsən əsgəri(Ə.S)ın ishaq adlı tərəfdarına məktubu



İmam Həsən Əsgəri (a.s)ın Müxtəlif Mövzularla Əlaqədar Hədisləri

İmam Həsən Əsgəri (a.s)ın İshak İbni İsmayılı Nişaburi'ye(1) Məktubu

Allahı Təala, bizi və səni öz örtüsüylə örtsün və bütün işlərində səni öz lütfüylə güdsün. Məktubunu (oxudum və nə demək istədiyini) anladım. Allah sənə xeyr versin. Biz, Allahın şükrü və neməti sayəsində dostlarımıza acıyan, Allahın onlara ard arda verdiyi lütfkarlıq və fəzlindən ötəri sevinən və Allahın onlara verdiyi hər nemətə hörmət edən bir Əhli Beytik.

Ey İshak, Allah, sənə və sənin kimi bəsirətli etdiyi kəslərə mərhəmətiylə nemətini tamamlasın, nemətinin tamamlanmasını da cənnətə girmək olaraq  müqəddər etsin. Hər nemətin şükrü -o nemət nə qədər böyük və dəqiymətli olsa belə-  əlhəmdulillah deməklə (Allaha həmd etməklə) yerinə yetirilər. Mən də: "Sənə  bagışda  bulunub təhlükədən səni qurtardığı və çətin yolu sənə asanlaşdırdığı üçün Allaha, əbədiyyətə qədər həmd edənlərin ən üstün həmdiylə həmd olsun." deyirəm. Allaha and olsun ki bu iş (imamı tanımaq), olduqca çətin və çətindir; və əvvəlki səmavi kitablarda zikri keçmiş olan  çətin bir keçiddir.

Siz həm əvvəlki imamın dövründə onun vəfatına qədər və həm də mənim zamanımda bəzi işlər gördünüz ki, mənim nəzərimdə o işlərdə bəyəniləcək bir görüş və müvəffəqiyyətə sahib deyil idiniz.

Ey İshak, bunu qəti olaraq bil ki, kim bu dünyadan kor olaraq çıxarsa, axirətdə də kor və yol cəhətdən daha  azgın olar.

Ey İshak, (bu) gözlər kor olmaz, lakin sinələrdəki  qəlblər kor olar. Necə ki Allahı Təala kitabının möhkəm ayəsində zalım olan kimsə haqqında belə buyurur: (O zalım deyər ki:) "Rəbbim, məni niyə  kor olaraq  həşr etdin halbuki mən görürdüm?" (Allah da) Deyər ki: "İşdə belə; sənə ayələrimiz gəlmişdi də sən onları unutmuşdun  ( qəlb gözünü açmamışdınıl), bu gün də sən işdə belə unudularsan. "(2) Allahın, xalqına olan hüccetinden, şəhərlərində olan əminindən və qullarına olan müşahidə edicisindən -əvvəlki ataları olan peyğəmbərlər və sonrakı ataları olan   vəsilər xaricində-  hansı   nişanə  daha  böyükdür? (İşdə  bu  yüzdən Allahın ən böyük ayəs(n)i olan zamanın imamını tanımamaq qiyamət günündə korluğa səbəb olar).

Sizi çaşmış halda hara aparırlar? Siz də heyvanlar kimi başınızı aşağı salıb hara gedirsiniz? Haqqdan imtina edib batiləmi yönəlirsiniz? Allahın nemətinə nankorluqmu edirsiniz? Yoxsa Allahın kitabının bəzisinə iman edib, bəzisini inkar edən kəslərdənmi olursunuz? Sizdən və sizdən olmayanlardan belə edənlərin cəzası, dünya həyatında alçaldılmaq və baqi olan axirət yurdunda da uzun əzabdan başqa bir şey deyil. Allaha and olsun ki bu, böyük bir alçaqlıqdır.

Allahı Təalanın, minnət və rəhmətiylə bəzi vəzifələri sizə fərz etməsi, sizə möhtac olduğundan ötəri deyil. Çünki ONdan başqa ilah yoxdur. Özündən bir rəhmət olaraq; yaxşını pisdən ayırd etməsi, sinələrinizdəki sirləri sınaması, ürəklərinizdə olanları təmizləməsi, rəhmətinə doğru yarışmanız və cənnətdəki mövqelərinizin (əməllər hasebiyle) bir-birindən üstün olması üçün o vəzifələri sizə fərz etdi. Beləcə həcci, ümrəni, namazı, zəkatı, orucu və vəlayəti (Əhli Beyt İmamlarını tanımanı) sizə fərz etdi. Fərzlərin qapılarını açmanız üçün, sizə bir qapı açdı və yolunu tapmanız üçün, sizə bir açar (yəni vəlayəti) verdi.

Əgər Məhəmməd sallallahu əleyhi və alih və övladlarından olan qəyyumları olmasaydı, heyvanlar kimi  azgınlıq içərisində qalıb  fərzlərdən heç birini tanımazdınız. Görəsən şəhərə, giriş qapısından başqa bir yerdən girilərmi? Allah Peyğəmbərdən sonra vəlilər təyin etməklə sizə olan nemətini tamamladığında kitabında bu ayəs(n)i endirdi: "Bu gün dininizi ikmal etdim, üzərinizdəki nemətimi tamamladım və sizə din olaraq İslamı seçib bəyəndim. "(3) Vəliləri üçün sizin üzərinizdə bəzi haqqlar fərz etdi.  həyat yoldaşlarınız, mallarınız, yemək və içkilərinizi sizə halal olması üçün o haqqları əda etməyi sizə əmr etdi. Allah buyurur ki:

"De ki: Sizdən, təbliğimə qarşılıq bir ödəniş istəmirəm, istədiyim ancaq yaxınlarıma sevgi göstərmənizdir. "(4)

Bilin ki kim (bu haqqları ödəməkdə) xəsislik etsə bu xəsisliyi yalnız öz zərərinədir; Allah müstağnidir (ehtiyacsızdır), sizlərsə möhtacsınız. ONdan başqa ilah yoxdur. Lehinizə və əleyhinizə olan danışmalar  uzandıqca uzandı.

Əgər Allahı Təala, üzərinizdəki nemətini tamamlamağı iradə etmiş olsaydı, əvvəlki İmam aleyhissələm vəfat etdikdən və siz aqibətinizin nə olacağı haqqında qəflət içində olduğunuz bir dövrdə İbrahim ibni ABdəni sizə   vəkil etdikdən və Məhəmməd ibni Musa Nişaburi vasitəsiylə sizə göndərdiyim məktubdan sonra mənim nə bir yazımı görərdiniz, nə də bir sözümü eşidərdiniz. Hər vəziyyətdə kömək istənəcək olan ancaq Allahdır. Əsla/çəkin Allah haqqında (və din barəsində) qüsur  etməyin;  yoxsa   hüsrana   uğrayanlardan olarsınız. Allahın itaətindən üz çevirən və onun övliyasının öyüdlərini qəbul etməyən kimsə, Allahın rəhmətindən uzaq olsun.

Allah sizə, özünə, Rəsuluna və ulu-l əmrə itaət etməyi əmr etmişdir. Allah, sizin gücsüzlüyünüz və qəflətinizdən ötəri sizə mərhəmət edib işlərinizdə sizi səbirli etsin. İnsanı, Kərim olan Rəbbinə qarşı məğrur edən nədir? Əgər sərt daşlar, bu məktubda olan şeylərin bəzisini anlamış olsadılar, Allah qorxusundan parçalanaraq ONA itaətə yönələrdilər. Dilədiyiniz şeyi edin; "Allah sizin əməllərinizi görəcək, ONun Elçisi də, möminlər də. Daha sonra gizlini də açığı da bilənin yanına çeviriləcəksiniz və O, sizə etməkdə olduqlarınızı xəbər verəcək. "(5)

Həmd, aləmlərin rəbbi Allahadır. Allahın rəhməti, Məhəmməd və bütün soyuna olsun.

quran peygemberi nece tanıtdırır



Bəşəriyyəti öz ardınca aparmaq istəyən hər bir məktəb və cərəyan hər şeydən əvvəl əz öndər rəhbəri ilə tanınır. Həmin öndər rəhbər bu ideoloji məktəbin məqsəd və məramının nədən ibarət olmasını insanlara açıqlayan şəxsiyyətdir. Onun hadisələrə, həqiqətlərə, dəyərlərə verdiyi o qiymət məktəbin tərəfdarları üçün də nümunə və örnəkdir. Bəşəriyyət tarixi, belə cərayan və məktəblərə və onların ideoloqlarına çox şahid olmuşdur. Belə məktəb və cərəyanların əksəriyyətinin ideya və fikirləri ya zamanındaca cəmiyyət tərəfindən inkar edilmiş, və yaxud zaman keçdikcə öz dəyər və əhəmiyyətini itirmişdir. Deməli, bu cərəyanların heç birinin məram və məqsədləri, bəşərin fitrətinə uyğun olmamış və onların ehtiyaclarına cavab verməmişdir. Bəşər həqiqətdə öz fitrətinə uyğun olub və ehtiyaclarına tam cavab verən məktəb və rəhbər axtarışındadır. Örnək ideoloji məktəb, insanın fitrətində olan həqiqətlərdən agah olmalı, onların ehtiyaclarını bilməli və həqiqətdə onların nəyi arayıb-axtardığını onlara anlatmalıdır. Biz bəşər tarixinə nəzər saldıqda, bunu yalnız vəhy məktəbində və ilahi din olan İslam dinində görə bilərik. Yalnız vəhyə söykənən məktəb bəşərin ehtiyaclarını tamamilə ödəmə qabiliyyətinə və yalnız ilahi səfirlər bəşərə nümunə olacaq keyfiyyətlərə malik ola bilərlər. Çünki vəhyə söykənən məktəb bəşərin tamamilə varlığını əhatə etdiyi üçün onu səadətə çatdıracaq yolları çox aydın şəkildə onları bildirir və o məktəbin peyğəmbərləri də bu yolu aşkar bir nümunə olmaqla əzm və səbrlə gedirlər.
 Bütün peyğəmbərlərin həyatı dediklərimizi təsdiq etmək üçün açıq-aydın bir dəlildir. Peyğəmbərlərin əsas məqsəd və məramı insanları iman və ibadət ilə Allaha doğru dəvət etmək və axirətə səsləyiş olmuşdur. Lakin onların işi yalnız dəvət və çağırışla məhdudlaşmamış, vücudları ilə bu səadət yolunun əməli davamçıları olmuşlar. Bu ilahi səfirlik silsiləsi nəticədə öz son həddinə çatmış, Hz.Muhəmməd (s)-ın seçilməsi ilə kamilliyi yetişmişdir. O, son olaraq bəşəriyyətə nicat yolunu göstərən kamil bir insan olmuşdur. Yer üzündə həyatın sonuna qədər insanlar kamilliyi, ülvi dəyərləri bilmək və qazanmaq üçün Hz.Muhəmmədi tanımalı, onun əxlaqı ilə əxlaqlanmalıdır.
 Bu əxlaqi gözəllikləri ilk olaraq bizə Quran tanıtdırır. Quran ilk növbədə ümumi olaraq Peyğəmbəri örnək olaraq tanıtdırır.Əhzab surəsinin 21-ci ayəsində oxuyuruq: “Həqiqətən Allah rəsulunda sizin üçün, Allaha, qiyamət gününə ümid edənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəklər vardır.” Quran bu ayə ilə ümumi olaraq peyğəmbərimizi insanlığa örnək kimi göstərir və nümunə arayanları Peyğəmbərə doğru yönəlməyə səsləyir. Ona görə də doğru yola yönəlmək istəyən insanlar Peyğəmbərdə olan nümunəvi dəyərlərin nədən ibarət olmasından xəbərdar olmalıdırlar. Bunu bilməyin yolu isə Hz.Muhəmmədin həyatını, tarixini, sünnətini və onu gözəl şəkildə vəsf edən Quranı bilməkdən keçir. Əlbəttə, Peyğəmbərdə insanlığa nümunə olacaq dəyərləri sayıb-qurtarmaq mümkün deyildir. Lakin biz burada bizim üçün çox önəmli və əhəmiyyətli olan bir neçə nümunəni qeyd edəcəyik.
 Həyatımız boyu Allah rəsulundan nümunə alaraq götürəcəyimiz ən böyük dəyər istiqamətə sahib olmaqdır. Allah rəsulu (s) bütün həyatı boyu böyük hədəfə yönələn istiqamətə malik olmuşdur. Onu məqsədinə yetişdirən, məramının nədən ibarət olmasını izah etməyə müvəffəq edən də istiqamətli bir insan olmasıdır. Allah rəsulunun həyat istiqaməti onu axirətə doğru yönəldən yol olmuş və bu istiqamətdə qarşılaşdığı bütün maneə və sədləri də çox böyük məharətlə keçmişdir. Quran peyğəmbərin istiqaməti haqqında belə buyurur: “(Ey Muhəmməd! Əgər sənə Allahın lütfü və rəhməti olmasaydı, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdılar. Halbuki, onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Quranı və hikməti nazil etdi və bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür.”
 Bu ayənin məğzindən bir neçə həqiqət aydın olur:
 1. Quran Hz.Muhəmməd (s)-ın düzgün istiqamət üzərində olduğunu bildirir və bunu Allah tərəfindən ona əta olunmuş lütf və rəhmət kimi dəyərləndirir.
 2. Bir dəstə insanın Peyğəmbəri bu düzgün istiqamətdən döndərməyə çalışmaq istədiklərini və bu yolun qarşısında böyük maneələr yaratdıqlarına işarə edir. Sonra isə bu maneələrin Peyğəmbərin istiqamətinə heç bir zərər vura bilməyəcəyini bəyan edir. Çünki Allah bu maneələri dəf etmək üçün Öz rəsulunu bir neçə şeylə qüvvətləndirmişdir. Onlardan birincisi Qurandır. Allah Quranla peyğəmbəri qüvvətləndirmişdir. Sonra, Peyğəmbərə haqqı batildən seçmək üçün hikmət bəxş etmişdir. Peyğəmbərə bilmədiklərini də, yəni qeybi həqiqətləri öyrətmişdir. Deməli, bunlar peyğəmbərə öz yolunda istiqamətli olması üçün maneələr və çətinliklər qarşısında yardım etmişdir. Allahın kitabı, peyğəmbərin həyatında onun üçün bir nur rolunu oynamış, zülmətlə qarşılaşdıqda ona yol göstərmişdir. Bu gün bəşəriyyət müxtəlif zülmət və qaranlıqlarla üzləşir. Bu zülmətlər insanlığı öz həqiqi yolunda istiqamət götürməkdə maneçilik törədir. Bəşər bu maneəni dəf etmək üçün Peyğəmbəri özünə örnək qərar verməli və yalnız Qurana söykənməlidir.
 Peyğəmbəri bu istiqamətli həyatında qüvvətləndirən amillərdən biri də Quranın da bəyan etdiyi kimi yəqinlikdir. Peyğəmbər qeybi həqiqətlərə agah olmaqla yəqinlik mərtəbəsinə ucalmışdır. Düzgün yolda tərəqqi etməkdə insan üçün yəqinlikdən böyük fəzilət yoxdur. Əhli-Beyt imamları (a)ndan söylənilən hədislərdə də yəqinlikdən üstün bir fəzilətin olmadığı bəyan edilmişdir. Allah rəsulu (s) nun həyatı tamamilə yəqinlikdən ibarətdir. Onun əzmlə, fədakarlıqla apardığı küfrə qarşı mübarizəsinə diqqət edin; müşriklər arasında böyük nüfuza malik olan bir neçə şəxs, Peyğəmbərin əmisi Əbu Talibin yanına gələrək himayəsində olan qardaşı oğlunun, təbliğ etdiyi etiqadından əl çəkməsini tələb edirlər. Onlar Hz. Muhəmməd (s)-a Məkkənin rəisliyini, nə qədər var-dövlət istəyirsə verəcəklərini təklif edirlər. Əks təqdirdə isə Peyğəmbəri böyük məhrumiyyətlərlə üzləşəyi barədə təhdidlər edirlər. Lakin vədlər və təhdidlər Peyğəmbərin istiqamətinə zərrə qədər də olsa təsir göstərmir. Allah rəsulu onların cavabında belə buyurur: “Əgər Günəşi sağ əlimə, Ayə da sol əlimə versələr, öz məqsədimdən dönmərəm.” Bu gücü və qüvvəni zahirən köməksiz görünən Peyğəmbərə verən onun Allahın qüdrətinə olan yəqinliyi və axirətə olan şübhəsiz inamı idi. Yalnız bu inam və yəqinlik, müşriklərin zahiri güc və qüvvələrini insanın gözündə kiçildib məhv edə bilər. Allah Rəsulu bu əxlaqı ilə insanlığı öyrədir ki, “Ey bəşər! İnsanı məqsəd və məramına yetişdirən onun var-dövlətə, gücə və məqama sahib olması deyil, gedəcəyi məqsədə, yəqinliklə iman gətirməsi, etiqad etməsidir.” Şübhəsiz ki, Peyğəmbər (s) çox böyük istiqamətə sahib olan insan idi və bu yolda çox əzmkarlıqla səy edərək, bir dəstə insanı da öz ardınca aparırdı. Lakin bu yolda Peyğəmbərin davamlı olaraq addımlamasına səbəb onun çox səbrli və sınmaz iradəyə sahib olması idi. Allah rəsulu (s)çətinliklər, bəlalar, müsibətlər qarşısında həddindən artıq səbr və iradə nümayiş etdirirdi. Onun iyirmi üç illik təbliğatı və bu illər ərzində qarşılaşdığı bütün hadisələr, onun son dərəcə böyük səbrə tə təmkinə sahib olduğunu göstərir.
 Allah rəsulunun ən çətin və acınacaqlı günləri Məkkə dönəmində olmuşdur. O zamanlarda Peyğəmbərə təşkil olunan hücumlar, onun təhqirlərə məruz qalması, canının, malının, yaxınlarının çox böyük təhlükələrlə üzləşməsiadi insanın dözə bilməyəcəyi işlər idi. O həzrətə yönələn hücumlar o həddə qədər yüksəlir ki, onu və ona iman gətirən insanları zor ilə MƏkkədən xaric edirlər. Sonra onları Məkkənin kənarında olan dərənin ətrafında iqtisadi blokadaya salırlar. Məkkə əhlindən heç kim nə onlara maddi yardım edə bilir, nə də onlarla əlaqə saxlaya bilirdilər. Bu şiddətli və əzablı müddət üç il ərzində davam etdi. Müsəlmanların tamamilə ərzaqları qurtardı və onlar ölümlə üz-üzə qaldılar. Lakin Peyğəmbər ilə ona iman gətirənlərin səbr və dözümü, bu dəhşətli çətinliyi də onların gözündən yox edir və Allahın yardımı onlara nəsib olur. Deməli, bütün Məkkə müşrikləri birləşərək kiçik bir dəstəni öz etiqadından döndərmək üçün əllərindən gələn bütün güc vasitələrini işlədirlər, lakin onların səbr və əzmini qıra bilmirlər.
 Bu Allah rəsulu (s) nun yetişdiyi uca bir məqamdır. Bu, aləmlərin Rəbbi olan Allaha inamdan və təfəkkürdən yaranan bir məqamdır. Bəşər bu məqama yetişərsə, hansı müsibətlə qarşılaşmasına baxmayaraq, Allah rəsulu kimi davranacaqdır. Bu dəyərə yiyələnmək üçün mütləq Allah rəsulunun həyatından ibrət almaq lazımdır. Çünki ən çətin müsibətlərlə üzləşənlər də Allah rəsulları olmuş və o çətinliklərə səbrlə sinə gərənlər də onlardır. Allah Qurani-Kərimdə bu keyfiyyətlərə sahib olan insanları vəsf edərək buyurur: “Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. “(Ey Muhəmməd!) səbr edən şəxslərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman biz Allahdanıq və Ona tərəf qayıdacağıq!”-deyərlər.”

понедельник, 22 августа 2011 г.

hezreti Əlinin(ə.s) şəhadəti


a
Müttəqilərin mövlası, elm və hikmət çeşməsi Həzrət Əli ibn Əbutalib hicrətin 40-cı ili ramazan ayının 19-u çərşənbə günü Kufə məscidində qılınc zərbəsi ilə başından yaralanmış, 21-i cümə gecəsi isə şəhadətə çatmışdır.
O, Həzrət Peyğəmbərin peyğəmbərliyini izhar etməmişdən əvvəl on və ya on iki il ömür sürmüş, 23 il isə Peyğəmbərlə bərabər olmuşdur. Həzrət Rəsuli-Əkrəmdən sonra 30 il yaşamışdır. Şəhadətə yetişdiyi vaxt 63 və ya 65 yaşı var idi.
Həzrət Əli (ə) uşaqlıq çağlarında da Həzrət Peyğəmbər ilə bir yerdə olmuş və onun gözəl əxlaqı ilə əxlaqlanmışdır. Həzrət Mühəmməd (s) Allah tərəfindən peyğəmbərliyə seçildikdə də ona ilk iman gətirən şəxs Əli əleyhissəlam olmuşdur.
Peyğəmbərlə olduğu illərdə də həmişə onun arxası olmuş, ən çətin günlərdə ona ən yaxşı yardımçı olmuşdur. Bütün əhli-sünnə və şiə mənbələri o böyük şəxsiyyətin fəzilətləri ilə doludur. İslam yolunda göstərdiyi rəşadət və igidliklər də misilsizdir.
Peyğəmbər o Həzrətə xitab edərək buyurmuşdur: “Ey Əli! Sənin mənə olan nisbətin, Harunun Musaya olan nisbəti kimidir, lakin məndən sonra peyğəmbər yoxdur. Sən dünyada axirətdə mənim qardaşımsan”.
Deməli, əshabə içərisində Peyğəmbərə ən yaxın olan şəxs Əli (ə)-dır ki, onu özünün dünya və axirət qardaşı hesab etmişdir. Əli (ə)-dan başqa bu məqam və fəzilət heç kimsəyə nəsib olmamışdır.
Rəsuli-Əkrəm bir çox hədislərində Həzrət Əli (ə)-ın şəhadətinə də işarə etmiş, onu öldürəcək şəxsin dünyanın ən pis insanı olacağını qabaqcadan xəbər vermişdir.
Nəsai öz mötəbər sənədi ilə Əmmar ibn Yasirdən bu hədisi nəql etmişdir. Əmmar demişdir ki, mən Əli (ə) ilə bərabər bir döyüşdə idim. Allah Rəsulu “İnsanların ən pisi olan iki nəfər haqqında sizə məlumat verimmi? – dedi. Biz, “Bəli, ey Allah Rəsulu!” – dedik. Həzrət Peyğəmbər: “Birincisi, Səmud qövmündən olub Saleh peyğəmbərin dəvəsini öldürən Uhaymir, o biri sənin burandan vurub qanını buraya qədər axıdan kəsdir” – buyurdu və əli ilə Həzrət Əli (ə)-ın başı ilə saqqalını göstərdi.
Xəlifə Osman ibn Əfvandan sonra Həzrət Əli (ə) müsəlmanların təkidi ilə zahiri xilafətə yetişdi. Osmanın xilafəti dövründə yaranmış hərc-mərclik nəticəsində xilafətdə çaxnaşma və pərakəndəlik yaranmışdı. Əli (ə) xəlifə olduqdan sonra pərakəndəliyi aradan götürmək məqsədi ilə daxildə islahat işləri aparmağa başladı, lakin Həzrət bu islahat əsnasında çoxlu maneələrlə rastlaşdı.
Bu maneələrdən biri də xəvaric hərəkatı idi. Onlar Siffin döyüşü zamanı Həzrət Əli (ə)-dan ayrılmış və onun xilafətinə qarşı mübarizə aparmışdılar. Xəvariclər həddən artıq düşüncəsiz, quru və zahiri ibadətlərə meyil edib həqiqəti anlamayan insanlar idi. Həzrət Əli (ə) onların İslam üçün nə qədər təhlükəli olduğunu nəzərə alaraq onlarla ciddi bir mübarizəyə başladı. Həzrət Nəhrəvan döyüşündə demək olar ki, onların əsas qüvvələrini aradan aparıb İslam dünyasını bu böyük təhlükədən xilas etdi. Xaricilərə divan tutulması və onların törədəcəyi fitnənin gözünün Həzrət Əli (ə) tərəfindən kor edilməsi onlarda o Həzrətə qarşı düşmənçilik hissini oyatdı.
Təbəri və İbni Əsir öz tarixlərində Həzrət Əli (ə)-ın şəhadətinin səbəblərini belə izah edirlər. Əbdürrəhman ibn Mülcəm Muradi, Həccac ibn Abdullahi Teymumiyyi Sarimi, Əmr ibn Əbubəkr Teymumiyyi Sədi bir yerə toplaşdılar. Onların üçü də xarici idilər. Onlar xalqın arasına düşən ixtilafdan danışdılar. Bu ixtilafın törədicilərinin hakimlər olduğunu deyib, onları aradan aparmaq niyyətinə gəldilər.
İbn Mülcəm Əli (ə)-ın öldürülməsini öz üzərinə götürdü. Bərkə adı ilə tanınmış Həccac ibn Abdullah, Müaviyəni, Əmr ibn Əbubəkrə isə Əmr Ası qətlə yetirəcəyini bildirdi.
Onlar üçü də öldürməyi əhd etdikləri adamları öldürmədikcə, yaxud bunun uğrunda ölmədikcə öz qərarlarından dönməyəcəklərinə söz verdilər. Onlar ramazan ayının on doqquzuncu günü sabah vaxtı bu işi görməyi qərarlaşdırdılar.
İbn Mülcəm Kufəyə gələrək öz məzhəbdaşları ilə görüşdü, lakin görəcəyi iş barədə kimsəyə bir söz demədi.
Bir gün İbn Mülcəm öz məzhəbdaşlarının birinin evində Qutam adlı gözəl bir qadın gördü. İbn Mülcəm onunla evlənmək istədiyini söylədi. Qadın öz mehriyyəsinin çox ağır; üç min dirhəm, bir qul və bir də Həzrət Əli (ə)-ın öldürülməsi olduğunu dedi, lakin İbn Mülcəm Əli (ə)-ın öldürülməsi şərtini yerinə yetirə biləcəyini söylədi. Qutamın atası və qardaşı Nəhrəvanda Əli (ə) tərəfindən döyüşdə öldürülənlərdən idi. İbn Mülcəmin onu öldürməsini öz üzərinə götürməsi onu çox sevindirdi və öz qövmündən Vərdan adlı bir şəxsi də ona köməkçi təyin etdi.
Bu zaman Əşca qəbiləsindən olan Şəbib adlı bir şəxs İbn Mülcəmin yanına gəlmişdi. İbn Mülcəm ona “Dünyada və axirətdə ucalmağını istəyirsənmi?” – dedi. Şəbib onun nə demək istədiyini soruşduqda, o Həzrət Əli (ə)-ı öldürəcəyini söylədi. Şəbib: “Anan vayına otursun. Əlini necə öldürəcəksən? Sən onun keçmişini, necə müsəlman olmasını, şərəfini, digərlərindən üstünlüyünü, ilk müsəlman olduğunu bildiyin halda onu necə öldürə bilərsən?”
İbn Mülcəm ona Nəhrəvanda öldürülənləri xatırlatdı. Orada ölənlərin qisasının alınmasının vacib olduğunu bildirdi. Şəbib onun sözlərinə aldanaraq ona qoşuldu. Onlar çərşənbə gecəsi Kufə məscidinə gedərək, Həzrət Əli (ə)-ın gələcəyi yerdə gizləndilər.
Bütün qaynaqlara əsasən hicrətin 40-cı ili ramazan ayında Həzrət Əmirülmöminin bir gecə Həzrət Həsənin, bir gecə Həzrət Hüseynin, bir gecə də Həzrət Zeynəbin evində iftar edərdi. Lakin hər yerdə iftar zamanı üç tikədən artıq bir şey yeməzdi. O, “Mənim üçün mədənin dolu olmadığı ac olduğum bir halda Allah hüzuruna getmək sevimlidir”, – deyərdi.
Həzrət Əli (ə) bu ilin ramazan ayında tez-tez yaxınlarına onlardan ayrılıb Allahın görüşünə gedəcəyindən danışar və ilahi rəhmətə qovuşacağına görə sevinərdi.
Hətta ramazan ayının birinci günü bir xütbəsində belə buyurub: “Ramazan ayı daxil oldu. O, ayların ən üstünü, ilin əvvəlidir. Bilin ki, gələcək ramazanda artıq mən sizin aranızda olmayacağam”.
Həzrət Həsən (ə) belə buyurub: “Atamın yaralandığı sabah, sübh açılmağa başlamışdı. Atam namaz qılırdı. Mənə dönərək: “Ey oğul! Bu gecə yuxuda Həzrət Rəsuli-Əkrəmi gördüm. “Ey Allahın Rəsulu! Sənin ümmətindən pislikdən düşmənçilikdən başqa bir şey görmədim”, dedim. Həzrət Rəsuli-Əkrəm “Onlara bəd dua et! buyurdu. Mən , “Ey Allahım! Məni onlardan daha xeyirli olanlara qovuşdur, onlara isə çox pis birini hakim et”, deyərək dua etdim”.
Həqiqətən də, Həzrət Əli (ə)-dan sonra Bəni-Üməyyə sülaləsi hakimiyyət başına gəldi. Onlar istədikləri kimi bu ümmətlə davranmağa başladılar. Həzrət Əli kimi ədalətli hakimə qarşı çıxanlar sonunda bu xanədanın kölələrinə çevrildi. Onlar da istədikləri kimi bu ümməti idarə etməyə başladılar.
Təbəri və İbn Əsirin rəvayətlərinə görə Həzrət Əli (ə) həmin sabah məscidə getmiş və xalqı “Namaz, namaz” – deyərək sübh namazına dəvət etmişdi.
Bu arada Şəbib, Həzrət Əli (ə)-a bir qılınc zərbəsi yönəltdi, lakin qılınc məscidin qapısına dəydi. Bundan sonra ibn Mülcəm: “Ey Əli! Hökm Allahındır. Sənin və sənin adamlarının deyil”, – deyə bir qılınc zərbəsi vurdu. Qılınc Həzrət Əlinin düz başının ortasına dəydi. Bu zərbədən sonra Həzrət, “And olsun Kəbənin Rəbbinə ki, qurtuldum muradıma çatdım”, – deyə buyurdu.
Həzrət Əlinin namaz qılarkən və ya namazdan əvvəl vurulduğu haqqında ixtilaf vardır. Məşhur rəvayət sübh namazının birinci səcdəsinə gedərkən vurulduğunu bildirir.
Həzrət Əli vurulan zaman bütün məscid əhli bir-birinə dəydi. “Möminlərin əmirini vurdular, hidayət çırağı söndü”, – deyə qışqırıb haray-həşir salmağa başladılar.
Həzrəti məsciddən öz evinə apardılar.
Bu zaman Həzrəti yaralayan İbn Mülcəmi onun hüzuruna gətirdilər. Həzrət Əli üzünü ona tutaraq dedi: “Ey Allahın düşməni, mən sənə yaxşılıq etmədimmi, mən sənin üçün yaxşı bir əmir deyildimmi?
Sonra oğlu İmam Həsənə dönərək: “Ey oğlum, o mənə bir qılınc zərbəsi vurdu. Əgər ölərəmsə, sən də onu bir qılınc zərbəsi ilə öldür, çünki mən Allah Rəsulundan eşitdim ki, deyirdi: “İşgəncə ilə öldürməkdən çəkinin, qudurmuş köpək də olsa, əziyyətlə öldürməyin”.
Nubatə ibn Əsbəğ deyir ki, biz hamımız Həzrətin evini dövrələyib oturmuşduq. Həzrət Həsən (ə) evdən çıxıb dağılışmağımızı tələb etdi. Camaat getdi, lakin mən qaldım. Evdən ağlaşma səsləri ucalırdı. Həzrət Həsən yenə çıxıb “Sizə evlərinizə gedin demədimmi?” – dedi. “And olsun Allaha, möminlərin əmirini görməsəm, getməyəcəyəm”, – dedim.
Sonra o Həzrətin hüzuruna girdim. Möminlərin əmiri bir yastığa söykənmişdi. Çoxlu qan itirdiyindən üzü saralmışdı. Əyilib üzündən öpdüm və ağladım. İmam buyurdu: “Ey Əsbəğ, ağlama. Həqiqətən, mən Cənnətə doğru gedirəm”.
“Ey möminlərin əmiri! Sənin Cənnətə gedəcəyini yəqin bilirəm, lakin səni itirdiyim və səndən ayrıldığım üçün ağlayıram”, – dedim.
Həzrət ramazan ayının 21-ci gecəsi şəhadətə yetişdi. Qurtuluş və nicat gəmisi batdı, elm və hidayət çırağı söndü.
O Həzrətdən sonra oğlu İmam Həsən (ə) müsəlman ümmətinin imamı oldu.