понедельник, 20 февраля 2012 г.

TETHIR AYESININ EHLI-BEYTIN MESUMLUGUNA DELIL OLMASI


TƏTHİR AYƏSİNİN ƏHLİ-BEYTİN MƏSUMLUGUNA DƏLİL OLMASI
Təthir ayəsi quranda əhli-beytin məsumluguna və hər bir xəta və gunahdan pak olmasına ən aydın delillerden biridir.Allah əhzab surəsinin 33-cü ayəsində buyurur:
 ... إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهيراً.
“Ey əhli-beyt Allah sizden herbir çirkinliyi uzaqlaşdirib sizi pak qərarlaşdırmaq istəyir”.
Bu ayə vasitəsi ilə əhli-beyt imamlarının məsumlugunu isbat etmək üçün bir neçə məqama diqqət etməyimiz lazımdır.
 Bu ayədə Allahın iradəsinin انما kəlməsi ilə xüsusi olaraq işlədilməsi:
Bu ayə ərəb dilində mutləq bir şəkildə həsri ifadə etmək ücün işlədilən انماədatı ilə işlədilmiş və mutləq olaraq ehli-beytə daxil olan şəxslərin məsum, xətasız və hər hansı bir nöqsan və rəzalətdən uzaq olduqlarını
 Bəyan etmişdir.çünki bu ədat vasitəsi ilə hər hansı bir məqsəd bəyan olunarsa o qaydalara görə həsri çatdırır.Həsr də bu ədatdan sonar gelen hökmün və yaxud məqsədin haqqında soylədiyi şəxslər və ya mövzular ücün qeyd-şertsiz mutləq dogru olub, onlardan qeyrilerinin de bu hökümden istisna olduqlarını
Açıq aydın bildirir.Eyni zamanda الرجس kəlməsi də  cinsi bildirən ال-ilə gəlmişdir ki bununla Allah hər növ pislik ,nöqsan və çirkinliyin o böyuk shexsiyyetlərdən uzaq oldugunu bildirmişdir.Yəni ehli-beyt imamları həm batini həm zahiri gunahlardan arınmış və tam olaraq əxlaqı rəzalətlərdən təmizlənmışlər.
 Beləliklə bu ayədən istifadə edib demək mümkündür ki,ehli-beyt imamlarını məsum olmadan təsəvvür etmək mumkün deyil və ayənin zahirinə tam zidd olan bir fikirdir.Çünki bu ədatla mutləq iradə və yaxud
 Hökmen olacaq şeyler bəyan olunur.Deməli burada Allahın iradəsi mutləq olaraq təcəlli edəcək və ziddi də düşünülməzdir.Əyər belə olmasa ayənin bu ədatla gətirilməsi qeyri-düzgün olacaq və əldə etdiyimiz məna üçün əbəs olacaq.Allahın da əbəs bir işi görməsi qeyri mumkundur.
ALLAHIN bu ayədə bəyan etdiyi iradənin hətmi və məxsus bir iradə oldugunu Qurani-kərimin digər ayələrindən də açıqca anlaya bilərik.çünki quranda ALLAHIN ümumi olub mutləq olmayan iradəsindən də
 Bəhs edilmişdir.Əyər bu ayələri qarşılıqlı təhlil etsək görərik ki,o ayələr də də ilahi iradədən sohbet getmiş lakin orada həsr ədatı ilə xüsusiləşməmişdir.Belə ayələrdə bəyan olan iradə təşrii iradə olub məyyən şərtlər və səbəblər daxilində həqiqət tapar.Yəni bu ayələrdə bəhs olunmuş iradənin şamil oldugu şexsler ümumidir  və onlarda həsr  edilməmışdir.Eyni zamanda bunun əksinin də baş verməsi mumkundur. Yəni insanlar bu iradənin əksnə davranıb həmin ayənin hökmünə şamil olmamalrı da mümkündür.Məsələn dəstəmazın hökmünü bəyan edən aşagıdakı ayəyə diqqət yetirin:
مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
“Allah size çetinlik qərarlaşdırmaq istəmir.Bəlkə şükr edəsiniz deyə, sizi paklamaq və nemətini sizə tamamlamaq istəyir.”(maidə 6)
 
 Aydındır ki bu ayədəki iradədən məqsəd təşrii iradə olub və butun möminlərə aid olur.və müəyyən bir şəxslərə məxsus olmur.Yəni hər bir mömin lazım olan şərtləri özündə cəmləsə bu ayənin misdaqına(yəni nümunəsinə) çevrilə bilər.beləliklə zaman-zaman möminler ta qiyamətə qədər bu ayənin hökmünə tədriclə daxil olacaqlar.Qiyamətə qədər də hər bir mömin istisna olunmadan bu ayədə qeyd olunan məqsədə çata bilər.Bə elə möminlər də ola biler ki imandan dönüm bu ayənin misdaqından xaric olsun və Allahın möminlər üçün iradə etdiyi paklıga sahib olmasın.
Lakin bu ayənin əksinə olaraq təthir ayəsinin şamil odugu şəxslər belə deyil.Yəni onlarda iradə həsr ədatı ilə birgə bəyan olunmuş və paklıqları da qey-şərtsiz qiyamət gününə kimi dəyişməzdir.Bə bir an olsun belə bəyan olunan ismət və paklıqdan xaric olmazlar. Beləliklə quranin iki ayrı ayəsində iki ayri və fərqli olan ismət və paklıgın fərqli bir şəkildə aydın olaraq bəyan olundugunu gördük.

Bu ayə peygəmbərin xanımlarına şamil deyil.
  Ehli-beyt mektebinin alimlərindən  ferqli olaraq digər islami məktəblərinin bəzi nümayəndələri bu ayənin
Digər şəxslərə o cumlədən peygəmbərin zövcələrinə də şamil oldugunu izah etmək istəmişlər.Lakin bu fikrin yanlış olmasını isbat edən çoxlu əqli və nəqli dəlillər mövcuddur.Biz onların bəzisini burada qeyd edəcəyik:
 
 Bu ayə müstəqil bir ayə olaraq nazil olmuşdur:
Burada  diqqətə çatdırılması muhum olan bir nöqtə budur ki, bu ayə ayrıca nazil olmuş və özündən əvvəlki və sonrakı ayələr ilə bir baglılıgı yoxdur.Bu fikiri isbat etmək üçün ehli-sünnenin möteber menbelerinden hidden ziyadə səhih rəvayətlər gətirmək mumkundür.hətta bu rəvayətlər arasında bir rəvayət belə tapmaq mümkün deyil k, peygember xanımlarının da ehli-beyte daxil oldugunu tesdiq etmiş olsun.Lakin təssüf olsun ki bəzi alimlər və fəqihlər buna ya diqqət etməmiş və yaxun görmemezliyə vurmuşlar.
 Eyni zaman heç bir mufessir de bu ayələrin bir yerdə nazil oldugunu iddia etməmişdir. Hətta ikrimə kimi xəvaric əqidəsinə sahib olan və bu ayənin peygəmbərin xanımlarına da şamil oldugunu iddia edən bir şəxs də
  Bu ayələrin bir yerdə nazil oldugunu deməmişdir.
 PEYGEMBER VASİTƏSİ İLƏ BU AYƏNİN ŞAMİL OLDUGU ŞƏXSLƏRİN BƏYANI.

 Ehli-sünne menbelerinde peygemberin bu ayənin kimlərə aid olmasını bildiren çoxlu sehih revayətləri qeyd olunmuşdur:
 Muslim öz sehihinde bele yazir: “Aişə dedi ki,Allah rəsulu evden çıxdı və onu üzərində qara tüklü bir əba var idi. Sonra Həsən ibn Əli gəldi və onu əbanın içinə daxil etdi.Sonra hüseyn gəldi və onu da əbanın altina daxil etdi.Daha sonar Əli gəldi onu da paeygəmbər əbanın içinə daxil edib buyurdu:ALLAH SİZDEN EY EHLİ-BEYT HER BİR GÜNAH VE ÇİRKİNLİYİ UZAQ EDİB SİZİ PAK QƏRARLAŞDIRMAQ İSTƏR.(SƏHİH-MUSLİM C4 S1883FƏZAİL KİTABİ EHLİ-BEYTİN FƏZİLƏTİ BABİ)

 Tirmizi öz sunenunde bele yazir:
حدثنا قُتَيْبَةُ حدثنا محمد بن سُلَيْمَانَ الْأَصْبَهَانِيِّ عن يحيى بن عُبَيْدٍ عن عَطَاءِ بن أبي رَبَاحٍ عن عُمَرَ بن أبي سَلَمَةَ رَبِيبِ النبي صلى الله عليه وسلم قال لَمَّا نَزَلَتْ هذه الْآيَةُ على النبي صلى الله عليه وسلم «إنما يُرِيدُ الله لِيُذْهِبَ عَنْكُمْ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا» في بَيْتِ أُمِّ سَلَمَةَ فَدَعَا فَاطِمَةَ وَحَسَنًا وَحُسَيْنًا فَجَلَّلَهُمْ بِكِسَاءٍ وَعَلِيٌّ خَلْفَ ظَهْرِهِ فجللهم بِكِسَاءٍ ثُمَّ قال اللهم هَؤُلَاءِ أَهْلُ بَيْتِي فَأَذْهِبْ عَنْهُمْ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا قالت أُمُّ سَلَمَةَ وأنا مَعَهُمْ يا نَبِيَّ اللَّهِ قال أَنْتِ على مَكَانِكِ وَأَنْتِ على خَيْرٍ.
Umər ibni əbi sələmə dedi:bu ayə peygəmbərə ummu- sələmənin evində nazil olanda mən orda idim.Peygember fatimə ,Həsən  və Huseyni çagırdı.Əli də o həzrətin arxasında idi.Əbanı onların üzıərinə salıb
Buyurdu:Allahım bunlar mənim əhli-beytim dir bunlardan butun pislikleri uzaq edib və onlareı pak qərar ver.
 Ummu-sələmə dedi:Ey Allahın rəsulu mən onlardanammı? Həzrət buyurdu öz yertinde qal sən xeyirlilərdənsən.(sunəni-tirmizi c5 s351 hədis3205)
Tirmizi digər bir rəvayətdə ummu-sələmədən nəql edir:
حدثنا مَحْمُودُ بن غَيْلَانَ حدثنا أبو أَحْمَدَ الزُّبَيْرِيُّ حدثنا سُفْيَانُ عن زُبَيْدٍ عن شَهْرِ بن حَوْشَبٍ عن أُمِّ سَلَمَةَ أَنَّ النبي صلى الله عليه وسلم جَلَّلَ على الْحَسَنِ وَالْحُسَيْنِ وَعَلِيٍّ وَفَاطِمَةَ كِسَاءً ثُمَّ قال اللهم هَؤُلَاءِ أَهْلُ بَيْتِي وَخَاصَّتِي أَذْهِبْ عَنْهُمْ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا فقالت أُمُّ سَلَمَةَ وأنا مَعَهُمْ يا رَسُولَ اللَّهِ قال إِنَّكِ إلى خَيْرٍ قال هذا حَدِيثٌ حَسَنٌ وهو أَحْسَنُ شَيْءٍ رُوِيَ في هذا وفي الْبَاب عن عُمَرَ بن أبي سَلَمَةَ وَأَنَسِ بن مَالِكٍ وَأَبِي الْحَمْرَاءِ وَمَعْقِلِ بن يَسَارٍ وَعَائِشَةَ.
Ummu-sələmə peygəmbərdən nəql edərək deyir ki,peygember Əli, həsən ,hüseyn və fatimənin üzərinə əba  ataraq buyurdu:Allahım bunlar mənim əhli-beytim və yaxınlarımdır.bunlardan hə cür pisliyi uzaq et və onları pak qıl.Ummu-sələmə dedi: ey allahın rəsulu mən də onlarla birlikdəyəmmi?həzrət buyurdu: sən xeyirlilərdənsən.(sunəni-tirmizi c5 s699 h3871)
 Hətta səhih muslimdə rəvayət vardır ki Zeyd ibn Ərqəm açıq şəkildə peygəmbərin xanımlarının əhli-beytdən olmadıgını bildirir: حدثنا محمد بن بَكَّارِ بن الرَّيَّانِ حدثنا حَسَّانُ يعنى بن إبراهيم عن سَعِيدٍ وهو بن مَسْرُوقٍ عن يَزِيدَ بن حَيَّانَ عن زَيْدِ بن أَرْقَمَ قال دَخَلْنَا عليه فَقُلْنَا له لقد رَأَيْتَ خَيْرًا لقد صَاحَبْتَ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم وَصَلَّيْتَ خَلْفَهُ وَسَاقَ الحديث بِنَحْوِ حديث أبي حَيَّانَ غير أَنَّهُ قال ألا وَإِنِّي تَارِكٌ فِيكُمْ ثَقَلَيْنِ أَحَدُهُمَا كِتَابُ اللَّهِ عز وجل هو حَبْلُ اللَّهِ من اتَّبَعَهُ كان على الْهُدَى وَمَنْ تَرَكَهُ كان على ضَلَالَةٍ وَفِيهِ فَقُلْنَا من أَهْلُ بَيْتِهِ نِسَاؤُهُ قال لَا وأيم اللَّهِ إِنَّ الْمَرْأَةَ تَكُونُ مع الرَّجُلِ الْعَصْرَ من الدَّهْرِ ثُمَّ يُطَلِّقُهَا فَتَرْجِعُ إلى أَبِيهَا وَقَوْمِهَا أَهْلُ بَيْتِهِ أَصْلُهُ وَعَصَبَتُهُ الَّذِينَ حُرِمُوا الصَّدَقَةَ بَعْدَهُ.
“Zeyd ibni Ərqəmdən soruşdum:Peygəmbərin əhli –beyti kimlerdir? Zövcələridirmi? Dedi:and olsun Allaha əsla yox .çünki arvad bir müddet ər ilə yaşayar sonar əri ona təlaq versə öz ailəsinin və adamlarinin himayisinə qayıdar”(səhih-muslimc4 s1874 h2408)

Bütün bunlarla belə peygəmbərin (s)  bir deyil bir neçə zövcəsi var idi və zövcənin də ayrıca evi var idi. Ona görə də əyər ayədən məqsəd peygemberin xanımları olsa idi gərək “əhli-beyt” kəlməsinin yerinə cəm olaraq “əhli-buyut “ yəni evlər əhli gəlmiş olaydı.necəki digər bir ayədə :    
و  قرن فی بیوتکن  deyir. Yeni öz evlerinizde oturun.

Və əzhab surəsinin 53-cü ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تَدْخُلُوا بُيُوتَ النَّبِيِّ.
Ey iman gətirənlər peygəmbərin evlərinə daxil olmayın
 Deməli peygemberin xanımlarınin evləri ilə baglı olan ayələrin hamısında ev kəlməsi cəm halda işlənmişdir.
Biz islamın tarixinə və hədis mənbələrinə nəzər salsaq heç bir yedə gore bilmərik ki, peygemberin xanımlarından hər hansı birinin özünü ehli-beyt ayəsinin aid oldugu şəxslərdən hesab etmiş olsunlar.bu barədə rəvayət olunan hədislərin əksəriyyəti peygemberin ummu-sələmə və aishə adlı zövcələrindən nəql olunmuşdur ki, onlarda özlerini bu ayənin şamil oldugu şəxslərdən bilməmiş və ayənin kisa əhli(yəni əbanın içində olanlar) haqqında nazil oldugunu təsdiq eütmişlər.


 Digər tərəfdən muxtəlif əhli-sunnə mənbələrində təsdiq olunmuşdur ki,peygember həyatda oldugu muddətdə də dəfələrlə özünün və əhli-beytinin məsuluguna işarə etmiş və bunu səhabələrinə xatırlatmışdır.
Beyhəqi dəlailu-nubuvvə ,suyuti ədurrul-mənsurdə peygəmbərdən hədis nəql edərək o həzrətin belə buyurdugunu deyibler: (hedis uzundur lakin biz onun sonunu xulasə olaraq qey edirfik)
 ثم جعل القبائل بيوتاً فجعلني في خيرها بيتاً وذلك قوله عز وجل «إنما يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيراً» فأنا وأهل بيتي مطهرون من الذنوب.
“Mən və əhli –beytin günahlardan pak edilmişlerik”
(beyhəqi dəlailu-nubuvvə c1 s171       suyuti ədurrul-mənsur c6 s606)
 BELƏLİKLƏ EHLİ-BEYTİN MƏSUMLUGU HƏM QURAN AYƏSİ HƏM DƏ PEYGEMBER SÜNNƏSİ İLƏ SABİT OLAN BİR HƏQİQƏTDİR.                                                                                
(DADASH ƏLIBEYLI)

Комментариев нет: