среда, 14 января 2015 г.

HAQQ VƏ BATİL DİN ANLAYIŞLARI.

Haqq və batil din anlayışları.
Əvvəlki yazımızda dinin Allah tərəfindən təkvini və təşrii olaraq təqdir edilmiş və qoyulmuş bir nizam oldugunu öyrəndik. Sonra izah etdik ki, bu nizamdan da xüsusi bir həyat tərzi dogur ki,toplumların ictimai,siyasi, mədəni və iqtisadi həyatlarını özünəməxsus xüsusiyyət və keyfiyyətlərlə şəkilləndirərək, onların yaşayışına məxsus bir forma bəxş edir.Lakin tarix boyu mövcud olan və indiki zamanımızda var olan toplumların həyat tərzlərini tədqiq etdiyimiz zaman, onların heç də hamısının eyni nizam və ideologiyadan qaynaqlanan dəyərlərə tabe olmadıqlarını görürük. Əksinə toplum halında yaşyan muxtəlif ümmətlər və millətlər, həm əqidə və inanc , həm əxlaq və davranış, həm də ictimai və mədəni qanunlar və dəyərlər baxımından bir-birinə zidd olan mövqedə durub , tamamilə fərqli istiqamətlə hərəkət edirlər. O zaman belə bir məsələ insanı düşündürür ki, əyər din Allahın qoydugu fitri bir nizamdırsa ,bunun nəticəsi olaraq bəşəriyyət eyni əqidənin ardıcılı olub, eyni əxlaqi və mədəni dəyərlərə sahib olmalı idilər.Lakin gerçək həyatda biz bunun ziddini muşahidə edirik və müxtəlif nizam və ideologiyaların toplumlara hakim olub onları öz bir-birindən fərqli olan qanun və idealları ilə yönəltdiyini açıq-aydın görürük. Əyər biz dünyada mövcud olan millət və ümmətlərin indiki, əqidə və inanclarını və tarixi keçmişlərini bu baxımdan araşdırsaq ,onların inanc cəhətindən nə qədər fərqli dini əqidələrə etiqad etdiklərini, ictimai həyatlarında da nə qədər müxtəlif qanunlara, ədəblərə, dəyərlərə söykənən nizam və quruluşlara tabe olduqlarını müşahidə edərik. Yer kürəsinin müxtəlif cografiyasında, fərqli zamanlarda, coxallahlıq,məcusilik, buddizim, dualizm, bütpərəstlik kimi batil və əsassız dini əqidələrin müxtəlif millətlərə əsrlərlə hakim olması, onları üzün zaman batil əqidə, fasid əxlaq və mənəvi böhran içərisində saxlaması, dinin vahid bir fitri nizam olub ondan dogması anlayışını şübhə altına alıb ,əksəriyyətin fikrini qarışdıra bilər.Belə bir yanlış düşüncə formalaşmasın deyə bütün agıl sahibləri və din ardıcılları bilməlıdir ki, dinin fitri bir duygu olması ilə , real həyatda mövcud olan batil dinlərin və əqidə məktəblərinin və yaxud tam inancsız kəsimin olması ilə heç də təzad hesab oluna bilməz.Ona görə də dinin fitrətdən qaynaqlanması ilə onun ictimai həyatda tətbiq olunub ,vahid bir nizam qurmasının hansı müstəvidə əlaqəli olmasını bəyan etməyə ehtiyac vardır. İlk olaraq deməyimiz lazımdır ki, dinin fitri olması ilə bəşərin real yaşayışı arasında cəbri yox ixtiyari bir əlaqə mövcuddur.Yəni dinin fitri olması, onun mütləq olaraq vahid bir formada insanın fərdi və ictimai həyatında özünü göstərməsi cəbri bir lazımlıq deyil.Əksinə insanın həyatı digər varlıqlardan fərqli olub ixtiyari səbəblərlərdən və vasitələrdən meydana gəldiyi üçün, din özünün müxtəlif cəhətləri ilə onun həyatında bir ixtiyari amil olaraq yer almalıdır.Daha açıq ifadə ilə desək insan azad və seşimli varlıq oldugu üçün ,fitrətindən qaynaqlanan dini həyatı yaşamaqda da azad olub heç bir məcburuyyət və məhduduyyətə tabe edilməmişdir.Bu cəhətdən dinin insanların ixtiyari həyatlarında tətbiq olunması Allah tərəfindən cəbri olaraq təqdir edilməmişdər.Bəlkə insanlar iradə azadlıgı ilə, Allahın onlara bəxş etdiyi agıl sayəsində, Allahın onların iradəsinə baglı tutdugu,dini təqdiri öz həyatlarında həqiqətə çevirməlidirlər.Beləliklə bəşərin ixtiyari həyatında dinin tətbiq olunması bir neçə müqəddimə işlərin həyata keçməsinə baglıdır.Birincisi, fitrətdə mövcud olan bu dini nizam,bəşərin aglı bə şüuru ilə düzgün dərk edilməli və təbii meyilləri ilə düzgün şəkildə tarazlaşdırılıb qəbul edilməlidir. Ona görə də bu dinin dəyər və qanunları insanın fitrətinə və aglına uyugun çatdırılmalı,dini təblig və ona dogru dəvət düzgün həyata keçməlidir.O zaman ilahi nizam düzgün dəvət və təbligat nəticəsində reallıga çevrilərək bəşəriyyətin həyatını əhatə edib ona dolgun məna bəxş edə biləcək.Elə bu səbəbə görədir ki,Allah bu nizamı həyata keçirmək üçün insanların işərisinə , dini onlara anladacaq elçilər göndərir.Əvvəlcə yer üzünün insanları , göndərilən peygəmbərlərin dəvəti ilə vahid nizama tabe olan bir ümmət kimi formalaşdılar.Biz Qurani-kərimin bəyanatlarına da baxsaq görərik ki, quran əvvəlcə insanların vahid bir ümmət oldugunu, sonradan bəzi səbəblərə görə ixtilafa düşüb firqələrə bölündüklərini bildirir.Allah beqere suresinin 213 cu ayesinde bele buyurur:
"İnsanlar tək bir ümmət idi.(sonra ixtilafa düşdülər) Allah onlara müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün O, peyğəmbərlərlə birlikdə haqq olan kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin (və həsəd) üzündən (dində) ixtilafda bulunanlar kitab əhlindən başqası deyildir. Onların ixtilafda olduqları həqiqətə Onun izni (idarəsi) ilə iman gətirənləri isə Allah doğru yola yönəltdi. Allah istədiyini düz yola istiqamətləndirər."
bu ayədən də göründüyü kimi ,yer üzündə ilk öncə vahid bir əqidə olmuş və bəşəriyyət tohid dininə tabe olmuşdur.Biz bunu vahid bir ümmət ifadəsindən anlayırıq , bu söz, vahid inanca tabe olan bir toplumu bəyan edir ki, bəşəriyyət ilk peygəmbərlərin dəvəti ilə bu tohid nizamı üzərində idilər.Lakin sonradan müxtəlif səbəblərə görə parçalandılar və vahid tohid əqidəsi də yavaş-yavaş çoxallahlıga, bütpərəstliyə və digər batil inanclara çevrildi. Sonra bu səbəbdən dolayı Allah peygəmbərlər və kitablar göndərdi ki, ixtilafı ardan qaldırb yenidən tohid dinini bərpa etsin.Təəsüf ki , həsəd və paxıllıq kimi nəfsani rəzalətlərdən dolayı insanlar hələ də əvvəlki ümmət halına qayıda bilmirlər.Deməli, insanların əksəriyyəti zaman-zaman peygəmbərlərin onlara bəyan etdiyi tohid nizamından və dinindən uzaq düşərək,fitrətlərindəki tohid inancını unutmuş , nəfslərinə xoş gələn və yaxud cəhalət üzündən qəbul etdikləri batil inanclara tabe olmuşlar. Nəticə olaraq deməliyik ki, haqq din olan tohid inancı bəşərin vahid əqidısinə çevrilib, onun həya nizamı olması üçün , peygəmbərlərin təblig və dəvətinə uygun bir metod işlənib həyata keçməlidir.
İkincisi, haqq dinin toplumun əvəzsiz inancı və həyat tərzi olması üçün bir-sıra maniələr ardan götürülməlidir.Bu maniələri ümumi olaraq agıla zidd olan nəfsani istəklərdən qaynaqlanan yollar adlandırmaq olar ki, bəşərin tarix boyu müxtəlif batil əqidələrə bölünməsinə və tohid dininin hakimolmasına mane olmuşdur.Eyni zamanda cəhalət, təssüb, həsəd kimi bəzi nəfsani rəzalətlər də bu parçalanmanı gücləndirmiş və batil dinlərin inkişafına zəmin yaratmışdır.
Beləliklə, haqq din olan tohid dini, təkvini həyatdan fərqli olaraq, bəşərin ixtiyari və ictimayi həyatında insanın iradə və seçimi ilə həyata keçdiyi üçün,onun əksi olan batil din və inanclar da yanlışlıqlara ugrama nəticəsində onun öz azad seçimi ilə qəbul edilib inkişaf ede bilər.Bəzən, həqiqətən də bu ,cəhalət üzündən baş verib ,haqq oldugu düşüncəsi ilə qəbul edilir, bəzən də təəssüb və inadcıllıq duygusunun təsiri ilə baş verərək ,batilliyinə agahlıq oldugu halda mənimsənilir.Bu isə zaman keçdikcə , insanları haqq dindən uzaqlaşdırıb, şirk, bütpərəstlik, dualizm, materializ,ateizm kimi insanların fitrətinə uyugun olmayan inanclar formalaşdırır.Bu cür əqidə və inanclar da öz növbəsində toplumlarda öz mənfi təsirini qoymuş,özünəməxsus həyat tərzini, ədəb və davranış qaydalarını miras buraxmışdır. Ona görə deyə bilərik ki, bu həyat tərzlərinin də idealları, inancları, dəyər və qanunları oldugu üçün bunlar da dindir.Lakin belə dinlər hakim olduqları toplumu hidayıt etməyən,onları xeyirə və islaha yetişdirməyən, səadət və xoşbəxtlikdən də məhrum edən dinlərdir.Əvəzində isə ardıyca apardıgı toplumu bədbəxt edən,fəsada ugradıb, həlak edən , onları həm dünyada həm də axirətdə ziyana düçar edib məhvə məhkum edən dinlərdir. Bu cəhətdən dini əfsanə sayıb ona inanmayan, cəmiyyətdə dinsizlik təblig etməyə cəhd edən cərayanları da din adlandırmaq olar.Çünki dinə qeydsiz olub onu inkar etmək özü də onlarda yeni bir əqidə formalaşdırmış,bu əqidə və ideolgiyaya uygun da həyat tərzinə sahib olmuşlar.Buna misal olaraq kommunist əqidəsini göstərə bilərik.Kommunizim ateist ideyalara söykənsə də , onun təlim və ideyaları bir həyat tərzinə çevrilərək ardıcıllarında vahid bir inanc formalaşdırmışdı.Onda olan bir sıra qanuin və dəyərlər hətta müqəddəs hesab edilərək hamının ehtiram etməsi vacib olan məsləkə çevrilmişdi.Öz zamanında komunist əqidəsi öz tərəfdarlarını allahsızlıq dininə dəvət edib onun ideyalarına baglı olmaga səsləyirdi.Eyniyle bunu islamdan önce məkkə müşriklərinin həyat tərzini formalaşdıran butpərəstlik əqidəsinə də şamil etmək olar.Çünki, bütpərəstlik əqidəsi Allaha şərik qoşsa da özünəməxsus inanc və ayinlərə sahib idi, məkkə müşriklərini həmin batil inanc ətrafında möhkəm birləşdirmişdi.
Qurani-kərim bütün batil inanclara da din adını verərək, haqq dinin ziddi kimi dəyərləndirmişdir.
Allah kafirun surəsində bunu açıq şəkildə belə buyurur;
(Ey peygəmbər, sənə bir il sən bizim bütlərimizə ,bir il də biz sənin Allahına ibadət edək, deyən müşriklərə)n “ De,ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm.Siz də mənim ibadət etdiyimə ibadət etməzsiniz.Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm.Siz də mənim ibadət etdiyimiə ibadət edən deyilsiz.Sizin öz dininiz var, mənim də öz dinim.”
Göründüyü kimi Quran sizin öz dininiz var ifadəsini açıq şəkildə müşriklər haqqında deyir.Müşriklər də öz batil dinlərinə təəssübən baglı olduqları üçün, Allah onların haqqa dönməyəcəklərini qəti olaraq bildirir.Deməli cəhalət və təəssüb üzündən baglanılıb itaət edilən bir din bəzə dəyişiləmyən qəti həyat tərzinə çevrilir.
Lakin haqq dinin sonunda qalib olub bütün batil dinləri aradan qaldıracagını da yenə Quran qəti olaraq bildirir.Çüki batil dinlərə tabeçilik bəşərin fitrətinə zidd oldugu üçün ona səadət gətirə bilməz və məcburi olaraq müəyyən zamandan sonra haqq dinin nuru ilə yox olub gedəcəkdir.
Bunu Allah fəth surəsinin 28-ci ayəsində bildirmiş, batil dinlərin çox olmasına baxmayaraq sonda haqq dinin daha qüvvətli, məqsədəuygun olması ilə aradan gedəcəklərini bəyan etmişdir.
“Onu (islamı) bütün dinlərə qalib etmək üçün öz peygəmbərini hidayət və haqq dinlə göndərən Odur.Allahın şahid olması kifayətdir.”
(D.Əlibəyli.)