воскресенье, 22 декабря 2013 г.

NAMAZ NƏFSIN PAKLANMA VASITƏSIDIR.

Təzkiyeyi Nəfs vasitəsi: Namaz

İnsan, çox uca şəfqətli yaradanı qarşısında çox gücsüz bir varlıq sayılır. Bu naçiz məxluqu bənzərsiz Allahın əzəməti ilə uygunlashdiran isə namaz və duadır. Namaz, Canın Canan qarşısındakı huşusunun göstəricisidir. İnanın könülünü quru buludlar və kədərlər örtdüyündə yalnız eşq mehrabında qılınan namazın xoş qoxusu insanı hüzura qovuşdurarkən Allahı xatırladan gözəl çiçəkləri, könül bağçasında yaşıllaşdırır. Namaz, İlahi rəhmətin əngin dənizindəki insan niyazının coşğulu əks olunmasıdır. Ucalıgın çətinliklərlə dolu yolu ancaq eşq ilə çırpınan namazın qanadları ilə uçaraq qət edilə bilər. Niyə namaz qılırıq, sualı hər kəsin zehinini qarışdırır ola bilər. Maddi həyatın gündəlik problemləri bir çox zaman insanları sıxarkən, kədərləndirir. Bu vəziyyətlərdə insan əmin və bir o qədər dinc bir mühit arzulayır. Bu istəklərə qovuşmaq üçün hər kəs bir şeylərə sığınır, bəziləri oxuyarkən, bəziləri musiqi dinləyir, digərləri isə bəlkə də tək qalaraq problemlərinə həll axtarır. Lakin bunların təsiri daimi deyil. İslam həyatın keşmekeşleri və problemlərindən xilas olmaq üçün hər vaxt axmaqda olan dum-duru bir bulaq insanlara təqdim edir. Bu bulaqda könüllər və ruhumuzu yuyub duruladığımız təqdirdə sonsuz güvən və paklığa çatarıq. Bu abi- həyat, namaz Allah ilə əlaqə yaratmaqdır. İngilis araşdırmaçı Henry Lenk, 10 mini aşan günahkar və depressiya keçirən insan üzərinə etdiyi araşdırma nəticəsində belə deyir: İndi insanların həyatındakı dini inancların təsiri və əhəmiyyətini indi çox yaxşı anlayıram. Etdiyim bütün təcrübələr və təhlillərdə əhəmiyyətli bir mövzuya çatdım, o da dini inanclara bağlı olanlar və ya davamlı ibadət məkanlarında olanların uca bir şəxsiyyətə sahib olmalarıdır. Amerikada sinir xəstəlikləri mütəxəssis doktor Edwin Fredrik Pawzer belə deyir:
Biz, dünyanın ən tanınmış və ağıllı həkimlərinin müalicəsindən aciz qaldıqları bir çox hadisə ilə qarşılaşırıq. Lakin söz mövzusu xəstələrin yaxşılaşmasındakı ən əhəmiyyətli faktor, bir möcüzə yaradan onların Allah ilə olan əlaqələri və etdikləri dualarıdır.

Başqa bir ifadə ilə namaz qılmaq və bunu gündə bir neçə dəfə təkrarlamaq insanın ruhunu sakitləşdirən və hüzura qovuşduran ən təsirli proqram olduğu xüsusilə namaz qılanlar üçün çox açıq bir mövzudur. Əslində ağılın insanın şəxsiyyətini ortaya çıxardığı kimi namaz da insanın mənəvi ehtiyaclarını qarşılayır. Buna görə İslam peyğəmbəri Hz. Məhəmməd (səv) namazı, göz bəbəyi olaraq təriflərkən belə buyurur: Hər şeyin bir çöhrəsi var, dinin də çöhrəsi namazdır. Bu çöhrənin gözəlliyi və camalını qorumağa çalışın. Hədislərdə də izah edildiyi kimi namaz vaxtı yaxınlaşdığında Rəsulullah (səv) belə buyururmuş: Ey Bilal, bizləri namazla hüzura qovuşdur. Ayrıca Nəbiyi Əkrəmin kədərləndiyində namaz qılaraq Allahdan kömək dilədiyi də izah edilir. Namaz qılaraq ürəklərin gözəlləşdiyi və yaxşılıqlara alışdığı bir mühitə yaxınlaşılır. İnsanoğlu namaz qılarkən müqəddəs İlahi gücə bağlanır, könülü və ruhu gözəlliklərə doğru olan bir hərəkətin başladığını hiss edir. Quran Kərim namazın, insanları bütün pis hərəkətlərdən saxladığı və cinayət törətmə mühitini azatdığını ifadə edir. Buna görə din alimləri namazı, eqoist istəklərlə mübarizə üçün ən möhkəm dayaq, iradənin gücləndirilməsi üçün ən böyük təcrübə olaraq ifadə edirlər. Əslində namaz, təmizlik, dəstəmaz almaq, əllər və üzü yumaq, dişləri fırçalamaq və təmiz paltarlar geymək kimi gözəl sifətlərlə insanda kök salır. Hər nə qədər namazın sözləri və hərəkətlərinə diqqət yetirilsə, könülü şəffaflaşdırma və cilalanılmasında bir o qədər daha təsirli olur. Ayetullah Seyid Əli Xamenei xalq və səlahiyyətlilərin diqqətini namazın əhəmiyyətinə çəkərək belə deyir: Bu uca vəzifədə özümüzü hesaba çəkməli və sınamalıyıq. Bir bağbanın müvəffəqiyyətini sınamaq, yetişdirdiyi meyvələrin keyfiyyətinə bağlıdır. İnsanı yetişdirən bu vacib çağlayan bir bulaq kimi hər kəsin həyat və könülünü ümidin təzə çiçəkləri ilə bəzədiyi zaman müsbət nəticələr əldə edilər. Təbii ki namaz qılmaq, məkanın qəsb yolundan qazanılmaması, namaz qılanın təmiz paltar geyməsi və başqalarının haqqlarına riayət edilməsi kimi digər bir çox şərtə bağlıdır. Bu şərtlərin hər biri də insanı digərlərin məhrəmiyyətinə toxunmaga maneə törədir. Bu mövzu namazın ictimai əlaqələrin yaxşılaşmasında, ayrıca həyatın hər ölçüsündə ədalətə diqqət yetirilməsindəki təsiri gözlər önünə çəkir.
(tibyan.net)