воскресенье, 29 апреля 2012 г.

SALMAN FARSININ IMANI


 Selmanı Farsının İslama Yönelişi

İmam Musa min Cəfər (a.s)dan Selmanı Farsının necə müsəlman olduğu soruşulunca belə buyurdular: "Əməril- Möminin Əli (ə.s), Selmanı Farsı, Ebuzeri Gifari və Qureyşdən bir qrup camaat Peyğəmbər (s.a.a)ın qəbirinin yanında toplandıqları bir sırada Hz. Əli (ə.s) Selmana: "Ya Eba Abdillah, haradan gəlib necə müsəlman olduğunu bizə izah edərsənmi?" dediyində, Selmanı Farsı belə dedi:

"Ya Emir'el- Möminin! Əgər səndən başqası belə bir istəkdə  olsaydı, ona izah etməzdim. Mən İsfahan'ın "Ciy" kəndindənəm və atam cütçü biri idi. Məni həddindən çox sevirdi və bundan ötəri evdən çölə çıxmama icazə vermirdi. Mən uşaqlığım səbəbiylə Mecus dinindən başqa inanclardan xəbərdar deyildim.

Atamın bir tarlası vardı. Bir gün tarlaya gedib orada çalışanlara bir şeylər deməyimi əmr etdi. Tarlaya getmək üçün evdən çölə çıxdım və yolda Xristianların kilsəsinə uğradım. Orada bir qrup camaatın namaz və duayla məşğul olduğunu gördüm. Daha çox məlumat əldə etmək üçün kilsəyə daxil oldum. Oradakı insanların Allaha  yalvarışları məni özlərinə cəzb etdi. Oradakıların dininin mənim atalarımın dinindən daha yaxşı olduğunu anladım. Axşam olunca evə döndüm. Atam: "Harada idin, niyə gec gəldin?" deyə soruşdu.

Cavab olaraq: "Xristianların kilsəsinə getmişdim; onların dini mərasim, namaz və ibadətləri mənim əlaqəmi çəkdi; onların dininin atalarımın dinindən daha üstün olduğunun fərqinə vardım" dedim.

Atam: "Sənin atalarının dini daha üstündür" dedi.

Mən: "Xeyr, onların dini daha üstündür. Onlar Allaha tapınırlar; ONA ibadət və qulluq edirlər. Amma siz, öz əlinizlə yandırdığınız atəşə tapınırsınız; əl çəkdiyinizdə isə o sönür" dedim.

Atam, bu sözlərimdən ötəri əsəbiləşərək məni həbs etdi və ayağıma qandal vurdu.

Biri vasitəsiylə Xristianlara bir mesaj göndərərək onların dinini qəbul etdiyimi və onların dini mərkəzinin harada olduğunu soruşdum.

Cavab olaraq: "Şamdadır" dedilər.

Yenə onlara bir mesaj göndərərək: "Şamdan bir karvan gəlirsə, döndüyü zaman onlarla birlikdə Şama getməm üçün mənə xəbər verin" dedim. Bir ticarət karvanı Şamdan gəlir gəlməz, ayağımdakı zənciri açıb onlarla birlikdə Şama getdim.



Selman Xristian Oskoflarının Məktəbində

Şama çatdığımda: "Xristian dininin ən böyük alimi kimdir?" deyə soruşdum. "Kilsənin rəisi oskoftur" dedilər. Onun yanına çataraq dedim ki: "Sizin xidmətinizdə olmaq istəyirəm, məni öyrədin." O da xahişmi qəbul etdi.

Bir müddət onun yanında elm təhsil aldım. O dünya sevən biri idi, onu çox sevmirdim... Nəhayət bu dünyadan köçdü. Onun yerinə keçən şəxs, zahit və təqvalı biri idi. Bir müddət istək və rəğbətlə yanında qaldım. Amma çox keçmədən o da dünyayla vidalaşdı.

O vəfat etmədən əvvəl, ondan: "Sizdən sonra kimin yanına gedim, kimi tövsiyə edirsiniz?" deyə mənə köməkçi olmasını istədim.

Cavab olaraq: "Övladım, mən Musuldə təqvalı bir alim tanıyıram; vəfatımdan sonra onun yanına get" dedi.

Mən Musilə gedərək o alimin yanına getdim və: "Filan oskof məni sizə göndərdi" dedim. Bir müddət də onun yanında qaldım. Nəhayət onun da ölümü yetişdi. Son anlarında ona: "Artıq siz dünyadan ayrılırsınız; mənə kimin yanına getməmi tövsiyə edirsiniz?" deyə soruşdum.

Cavab olaraq: "Oğulum! Nəsibində çox qiymətli bir alim vardır; onun yanına get. Mən ondan daha yaxşı birini tanımıram" dedi.

Onun ölümündən sonra Nəsibinə gedərək o alimin hüzuruna vardım; o qiymətli biri idi. Bir müddət də onun yanında qaldım və sonunda onun da ölüm zamanı yetişdi. Ölüm zamanı o, Amuriyedə (Şam şəhərlərindən biri) olan bir alimin yanına getməmi tövsiyə etdi. Mən Amuriyeyə gedərək onun tövsiyə etdiyi Xristian aliminin yanına getdim. O da yaxşı biri idi, bir müddət də onun yanında elm təhsil almaqla məşğul oldum... Onun da əcəli yetişdi. Ona: "Kimin yanına getməmi tövsiyə edirsiniz?" dedim.

Cavab olaraq belə dedi: "Özüm kimi birini tanımıram. Amma çox yaxın bir zamanda Ərəb məmləkətində bir peyğəmbər peyda olacaq. O peyğəmbər öz doğulduğu yerdən (Məkkədən) çox xurmalıqlı və iki daşlı səhra arasında  yer alan bölgəyə (Mədinəyə) hicrət edəcək. O peyğəmbərin xüsusiyyətləri bunlardır:

1-    Onun iki çiyini arasında peyğəmbərlik damğası vardır.

2-    Hədiyyəni qəbul edər və ondan yeyər.

3-    Sədəqəni qəbul etməz.

Bu nişanelerle onu yaxşıca tanıya bilərsən. Özünüzü ona çatdırmanız lazımdır.



Selman Mədinəyə Hərəkət edir

O alimin vəfatından sonra, ticarət üçün Ərəbistana hərəkət etmək istəyən bir karvana: "Bütün sərmayəmi sizə versəm, məni də özünüzlə birlikdə apararsınızmı?" deyə təklifdə oldum. Onlar da qəbul etdilər. Amma yolun yarısında mənə xəyanət edərək bir kölə adıyla Yəhudilərdən birinə satdılar. Məni alan adam, məni evinin oldugu xurmalıqlı bir yerə apardı. Mən ora vəd edilən bölgə olduğu ümidiylə onların yanında yaşayırdım. Amma sonradan anladım ki ora vəd edilən bölgə deyilmiş. Nəhayət Beni kurayza Yəhudilərindən biri məni o Yəhudidən alıb özüylə birlikdə Mədinəyə apardı.

Mədinəni gördüyümdə eşitmiş olduğum nişanelerle oranın, Peyğəmbər (s.a.a)ın hicrət edəcəyi yer olduğunu anlamış oldum və onun bağçasında sevinclə çalışmaqla məşğul oldum. Hz. Məhəmməd (s.a.a)ın zühurunu gözlədiyim bir sırada O Həzrətin Məkkədə zühur etdiyini öyrənmiş oldum.

Kölə olduğumdan ötəri çox araşdırma edə bilmirdim. Nəhayət Peyğəmbər (s. a. a) bir neçə səhabələriylə birlikdə Mədinəyə hicrət edərək "Kuba" adında bir yerə gəldilər.



Selman Hz. Peyğəmbər (s.a.a)ı Tanımaq istəyində

Mən gecə özümlə bir az yemək aparıb əfəndimin evindən gizlicə çölə çıxdım. Kubada Peyğəmbər (s.a.a)ın yanına çatdığımda dedim ki: eşitdiyimə görə siz saleh bir insansınız və bir qrup insanlar da sizə tabe olmuşlar. Mən özümlə kasıblara məxsus olan bir miqdar sədəqə gətirmişəm; siz də kasıb olduğunuz üçün bunu məndən qəbul edin.

Peyğəmbər (s. a. a) səhabələrinə: "Onun gətirdiyi yeməkdən yeyin" buyurdu. Amma özü yemədi. Mən öz özümə: "Onun, sədəqə olan maldan bir şey yeməməsi, mənə deyilən peyğəmbərlik xüsusiyyətlərindən biridir" dedim.

Daha sonra oldugum evə döndüm. Hz. Peyğəmbər (s.a.a)da Mədinəyə gəldi. Mən yenə özümlə bir miqdar yemək Peyğəmbər (s.a.a)ın yanına apararaq: "Sizin sədəqə olan maldan bir şey yemədiyinizi gördüyümdən ötəri bunu hədiyyə olaraq sizə gətirdim" dedim. Hz. Peyğəmbər və səhabələri birlikdə o yeməkdən yeddilər. Öz özümə dedim ki: "Hədiyyəni qəbul etməsi də peyğəmbərlik xüsusiyyətlərindən ikincisidir."

Daha sonra böyük bir sevinclə evə döndüm. Üçüncü xüsusiyyət arxasında idim. Təkrar Peyğəmbər (s.a.a)ın yanına getdim. Həzrət səhabələriylə birlikdə cənazə mərasiminə qatılıb bir cənazəni teşyi edirdilər. Üzərində iki əba vardı; onlardan birini geyib digərini isə, çiyininə atmışdı. Peyğəmbərlik nişanesi olan damğanı görmək üçün Peyğəmbər (s.a.a)ın ətrafında gəzirdim. Mənim nə üçün gəzdiyimin fərqinə vardığında əbanı çiyinindən qaldırdı. Peyğəmbərlik damğası və nişanesini mənə söylədikləri kimi gördüm. Özümü ONun ayağına ataraq öpüb ağladım. Məni öz yanına çağırdı, mən də gedib ONun kənarında oturdum.

Peyğəmbər (s. a. a) başımdan keçən hadisələri səhabələrə izah etməmi istədi. Mən də başımdan keçən macəranı əvvəldən sonuna qədər izah etdim. İşdə o zamandan etibarən İslamı qəbul edib müsəlman oldum.

Kölə olduğumdan ötəri İslam proqramlarından sərbəstcə faydalana bilmirdim. İşdə bundan ötəri İslam Peyğəmbərinin təklifi üzərinə məni alan əfəndimlə, məni aldıgı pulu ona yavaş yavaş ödəyərək azad olmam üçün bir andlaşma etdik. Müsəlmanların köməyi və Allahın lütfüylə azadlığa qovuşdum. İndi bir müsəlman olaraq azadca yaşayıram. Hərçənd kölə olduğumdan ötəri Rəsulullah (s.a.a)ın kənarında Bədir və Uhud döyüşlərinə qatıla bilmədim. Amma Xəndək və digər döyüşlərə qatıldım. "

понедельник, 2 апреля 2012 г.

IMAM SADIQDEN HIKMETLI KELAMLAR


İMAM SADİQİN BƏZİ HİKMƏTLİ SÖZLRİ

Ağılı olmayan, islah ola bilməz. Elmi olmayan anlaya bilməz. Anlayan, nəzakətli olar. Həlım və yetkin olan, müzəffər olar. Elm sipərdir. Düzgünlük izzətdir. Cəhalət zillətdir. Anlayış ululuqdur. Comərdlik müvəffəqiyyətdir. Gözəl əxlaq, dostluğa gətirib çıxarar. Zamanını tanıyana, şübhələr hücum etməz. Sağlam fikir, zənnin şamıdır. Allah, özünü tanıyanın dostudur və ONU tanımadığı halda tanıyır kimi görünənin də düşmənidir. Ağıllı insan, bağışlayıcı olar; cahil isə qəddar. Hörmət görmək istəyirsənsə, yumşaq davran. Alçaq olmaq istəyirsənsə, sərt ol. Alicənab olanın, ürəyi yumşaq olar. Sərt olanın, ürəyi bərk olar. Vəzifəsini etmədə qüsur edən, uçuruma düşər. İşin sonundan narahatlığı olan, bilmədiyi şeydə ehtiyatlı davranmalıdır. Bilməyərək bir işə təşəbbüs göstərən, öz burnunu yerə sürtər (zillətə düçar olar). Elmi olmayan, anlamaz; anlamayan xilas olmaz; xilas olmayan, qiymətli olmaz; qiymətli olmayan, əzilər; əzilən, çox qınanar; belə olan bir kimsəyə isə peşmanlıq yaraşar. Tanınmamağa güc çatdıra bilsən bunu et. Xalqın səni tərifləməməsi sənə bir zərər verməz.

Əmr-ül Möminin Əli aleyhissələm belə buyururdu:

"İki adam xaric, həyatın heç kimə xeyiri yoxdur: 1- Hər gün yaxşılıqlarını artıran; 2- günahlarını tövbə ilə  yuyan."

Evindən çıxmamağa gücün çatırsa bunu et. Çölə çıxdığında isə əsla qeybət etmə, yalan danışma, həsəd etmə, nümayiş etmə, özünü gözəl göstərmə, yaltaqlıq etmə. Müsəlmanın inzivaya çəkildiyi məbədi, nəfsini, gözünü, dilini və tenasül orqanını həbs etdiyi öz evidir. Kim ürəyiylə Allahın nemətini tanısa, daha şükrünü dilində göstərmədən nemətin artmasını temin etmiş olar.

İmam Sadiq aleyhissələm, sonra belə buyurdu:

Nə qədər insanlar var ki, Allahın özlərinə verdiyi nemətə aldanarlar. Nə qədər kəslər var ki, Allahın örtüsü vasitəsiylə həlak olmağa doğru irəliləyərlər. Nə qədər kəslər var ki, xalqın tərifləməsiylə özlərini itirərlər.


Üç kimsə xaric bizləri haqqıyla tanıyan kəslər üçün qurtuluş ümid edirəm: Zalım sultanla birlikdə olan, heva və həvəsə uyan  və açıqca günah işləyən fasiq.

Sevgi, qorxudan üstündür. Allaha and olsun ki, dünyanı sevən və bizdən başqasına tabe olan kimsə, Allahı sevməmişdir. Kim bizləri haqqıyla tanıyar və bizi sevsə, mütləq Allahı sevər. Daim quyruq ol, baş olma.

Rəsulullah belə buyurmuşdur: "Qorxan kimsənin dili tutular (ağızına gələn hər şeyi söyləməz.)"
(TUHƏFUL-UQUL KİTABI)