пятница, 4 ноября 2011 г.

İNSANLIGA ÖRNƏK OLAN İNSAN

Yer üzündə həyatın necə meydana gəldiyini, hansı zamandan etibarən inkişaf edərək yayıldıgını hələ də heç bir elm adamı dəqıq müəyyənləşdırə bilməmişdir.Bəlkədə bu  kainatda həyatın sona çatmasına qədər davam edəcək və bəşəriyyət üçün açılması mümkün olmayan ecazkar bir sirr olaraq qalacaqdir.
Yer üzündə uzun zaman hökm sürən mütləq cansızlıqdan sonra özünə həyat verilən  varlıqlardan biri də insandır.İnsana can və həyat verilməklə yanaşı, onu digər canlılardan kəskin şəkildə fərqləndirən özəlliklər də verilmişdir.Bu fərqləndirici xüsusuyyətlərə əsasən insan,həyaqtını başqa canlılara nisbətən tamamilə fərqli şəkildə qurur.Digər canlılarin həyatı isə, istər fərdi olsun, istərsə də toplum tamamilə dəyişilməz qanunlara əsasən qurulur.
Hər bir canlı varliga da onun idrak etmediyi bir qüvvədən həyatını necə quracagı haqda dəyişilməz bir bilgi verilir.
Ona görə də insandan qeyri canlı varlıqlarda inkişaf, geriləmə, cəmiyyət ,əqidə ,təfəkkür kimi insana xass məfhumlar təsəvvür olunmur.Min illər  bundan əvvəl yaşamış bir bal arısının həyat tərzi ,iş və fəaliyyəti ilə zamanımızdakı bal arısınin iş və fəaliyyəti arasında heç bir fərq yoxdur.Onların toplum həyat tərzlərinə aid olan cəbri qanunlar her fərdə eyni şekildə məlumdur.Lakin insanın ictimai və fərdi həyatı agıl ilə dərk etmə və iradə azadlıgı ilə seçməyə baglı oldugu üçün digərlərindən fərqlənir.Bütün canlılarda oldugu kimi insanda da nəfs qüvvəsi vardır.Onun işi ələ gətirmək və sahib olmaqdan ibarətdir.Bu nəfs deyilən həqiqətin istər heyvanlarda, istərsə də insanda olsun muxtəlif qərizə və yönləri vardır.İnsan nəfsinə hakim olan agılin heyvan nəfsinə hakim olan agildan fərqi budur ki, İNSAN bu agılla yaxşını pisdən,gözəli çirkindən, azı çoxdan ,varlıgı yoxluqdan seçib ayirmaq üstünlüyünə malikdir.Agılın gösterdiyi yola tabe olmaq baxımından da insanın nəfsi azad buraxılmışdir.Bu keyfiyyətlərə sahib olduguna görədir ki,insan həyati həddən artıq çox yönlü və çox şaxəlidir.
Bu çoxyönlü və çox şaxəli ictimai və fərdi həyatda insan aglının bir sıra məlumatlara və bu məlumatlar əsasında tərbiyyə və yetişməyə möhtaclıgı hiss olunur.
İnsan həyatını bütövlükdə əhatə edən,ondan heç vaxt ayrı təsəvvür edilməyən yönü, onun inanc, vicdan və etiqad yönüdür ki,insan bunun əsasında tərbiyyə olunub gözəl bir əxlaqa sahib olmalıdır.İnsan həyatının hər sahəsində oldugu kimi dini vicdan və etiqad yönündə də həm təlimə ehtiyac duyulmayan fitri bilgilərə , həmdə öyrədilməyə möhtac olan bilgilərə ehtiyac duyulur.
Bu inkar olunmaz bir həqiqətdir ki , bəşərın böyük əxlaq və tərbiyyəyə malik olması,onun hansı inanc və etiqada sahib olmasından aslıdir.Əyər bəşərin inancı və etiqadı saf və dolgundursa,onun əsasında formalaşan əxlaq və tərbiyyə də saf və təmiz olacaq.Yəni əgər bəşərin Allah və qiyamət etiqadı düzgün olarsa onun əxlaq və mənəviyyatı da sabit və və saf olacaqdır.Bəşərin bütün fərdlərinin içində fitri olaraq allah hissinin mövcud olması və bu hissə heç bir sapqınlıga uymadan yiyələnmək və bunun əsasında gözəl əxlaq  və mənəviyyata sahib olmaq üçün onların mütləq araşdırma aparıb dogrunu əldə etmələri labüddür.İnsanların arayıb axtarmaga möhtac oldugu bu düzgün əqidə və əxlaqın" muəllimlərı kim olmalıdır"?sualının cavabına gəldikdə isə deməliyik ki,onlar bu sahədə insanların bilmədiklərini bilən,materiya üstü aləmdən xəbərdar olan və sahib olduqları elmdə zərrə qədə də olsun ixtilafları olmayan kəslərdir.Onlar bu bilgini elə bir mənbədən almalıdırlar ki, o qeybə mutləq bilgisi olsun və kainatda həyatın yardadıcısı olsun.Bu isə sonsuz bir bilgiyə sahib olan yaradıcıdır.Allah bu bigilərin mutləq mənbəyidir. Ondan sonra isə onun insanlar işərisindən seçdiyi ,gözəl bir əxlaqla tərbiyyə etdiyi, materiya üstü bilgilərlə bilgiləndirdiyi peygəmbərlər və onların haqq canişinləridir.Onlar həqiqətən ilahi elmlə elmlənmiş , onun əxlaqı ilə tərbiyyə və təzkiyyə olunmuş şəxslərdir.Çünki insan həyatının yaradıcısı Alla oldugu üçün onun həyatının müxtəlif sahələrinə ,onun daxili hiss və duygularına, ruhi və cismani sirrlərinə,dərdinə və dəvalarına da tam və dolgun olaraq Allahın agahlıgı vardır.Ona görə də düzgün əqidəni ceçib tabe olmaqda və gözəl mənəvi və əxlaqı dəyərlərə sahib olmaqda ,Allah və rəsuluna tabe olmayan insanlar həqiqətdə yolunu azmış,sapqınlıga düçar olmuş, batil inanc və əxlaqa yiyələnmış insanlardır.Bu yolu seçmiş insanlar istər istəməz əqidə və əxlaqa sahib olmaqda Allah və peygəmbərlərindən qeyrilərinin yoluna tabe olcaq,özlərində qeyri-düzgün və normal olmayan bir əqidə hasil etdiklərindən əxlaq və mənəviyyatları pozulmuş və fəsada ugramış bir toplumun ardıcıllarına çevrilmiş olacaqlar.Necə ki bu gün dünyamız əqidə və əxlaqi fəsad və böhrana ugramış,pozgun və nizamsız cəmiyyətlərin səhnəsinə çevrilmişdir.
Belə bir cəmiyyət heç bir nizama tabe olmadan , dünyada öz mənfur niyyətlərini həyata keçirmək üçün istənilən  cinayət və f itnəni   törətməkdən çəkinməyəcəkdir.Bugünki dünyamızda törədilən vəhşılıklər,pul və mənfəət qullarına çevrilən siyasətçilərin heç nədən çəkinmədən  etdikləri fitnə və fəsadlar,əsrlərdir bəşəriyyətə hakim olan zillətin,əqidə və əxlaq böhranının gündən-günə şiddətlənərək davam etməsinin nətisəsidir.Bəşərin hər bir fərdi bu əxlaq və mənəviyyat böhranının fəsadlarını düşünməli ,çıxış yollarını arayıb axtarmalıdır.Nicat və hidayət yolları isə göstərilmişdir.Allah insanlıga gözəl əxlaq və mənəviyyat aşılamaq üçün kitab və o kitabın göstərdiyi yollara tam bələd olan , əxlaq və mənəviyyat nümunəsi peygəmbərlər göndərmişdir.Qurtuluş və nicat   tapmagın mümkünlüyünü isə onlara  tabe olub,əxlaqlarına uymaqda qərarlaşdırmışdır.İnsanlıq bunlara uymadıqca qurtulmayacaqdır.
Allah çox aydın bir şəkildə öz müqəddəs kitabında buyurur:"QEYBİ bilən ancaq odur və öz qeybini heç kəsə aşkar etməz.Yalnız bəyənib seçdiyi peygəmbərdən başqa!Allah onların önündə və arxasında gözətçilər qoyar ki,peygəmbərlərinin öz rəbbinin göndərdiklərini (necə) təblig etdiklərini bilsin"(əl-cinn 26-28)
Bu ayə əqidə sahəsində düzgün etiqada yiyələnməkdəyalnız Allah və peygəmbərinə söykənməyin vacibliyini bəyan edir.Çünki danılmaz bir həqiqətdir ki insan etiqadının böyük bir hissəsi qeybi həqıqətlərlə baglıdır.Mütləq mənada qeybi bilən isə Allahdır.Allah da bu həqiqətləri insanlara düzgün çatdırmaq üşün öz peygəmbərinə öyrətmişdir.
Etiqadi məsələlərdə Allah kitabına və peygəmbər sünnəsinə söykənmədən həqiqətləri insanlara izah etməyə çalışan fəlsəfi və ideoloji məktəblərin isə elmləri  məhdud oldugu və materiya üstü bilgilərdən xəbərsiz oldugu üçün  əksər rəy və nəzərləri zənn və ehtimal üzündən olacaqdır.Oların fikir vıə nəzərlərinə uymuş bir toplumun inanc və əqidəsi də zənnə və gümana söykənən qəti olmayan bir inanc olacaq.Əqidədə oldugu kimi əxlaq sahəsində də ALLAH kimə tabe olcagımızı müəyyən etmiş və əzəz peygəmbəri Muhəmməd(S)ə xitab edərək buyurmuşdur:"(Ey Peygəmbəp)həqiqətən sən çox böyük bir əxlaq üzərində göndərilmisən".
Deməli peygəmbərimizin əxlaqı,rəftarı və davranışı ən üstün, ən gözəl və butün nöqsan qusurlardan arınmış bir əxlaq və davranışdır.İnsanlara nicat verəcək , pozgunluq və  mənəvi  böhrandan xilas edə biləcək əxlaq da elə budur.Çünki peygəmbər nəfsini ilahi iradəyə tabe etmiş və bir an belə onu öz ixtiyarına buraxmadıgı yeganə şəxsiyyətdir.Ona görə də onun pak nəfsi ilahi ilahi sifət və keyfiyyətlərin göründüyü və zahir oldugu yer olmuşdur.Bu pak nəfs Allahın sevdiyi və bəyəndiyi bütün gözel sifətləri qazanmış və nəfsə xoş gələn, lakin ALLAHIN qəzəbləndiyi bütün çirkin və rəzalət sifətlərindən də tamamilə arınmışdır.Ona görə də bəşəriyyətin yetişə biləcəyi ən üstün dəyərlərin, humanistliyin, ulviliyin,kəramətin, dogrulugun,ədalətin,comərdliyin ,empati duygusunun (empati duygusu, qarşı tərəfi hissetmə , özünü onun yerinə qoya bilmə və davrandıqda onun duygularını nəzərə alaraq hərəkət etmə duygusuna sahib olmaya deyilir) yeganə mənbəyidir peygəmbər əxlaqı.
Kim peygəmbərin bu gözəl əxlaqı ilə əxlaqlanmışsa, sanki Allahın əxlaqı ilə əxlaqlanmışdır.Çünki Allah oz kitabında "kim peygəmbərə tabe olarsa, allaha tabe olmuşdur" deyə buyurur.
Həmin ulvi əxlaqdır ki,tarixin ən qaranlıq və cahiliyyət dönəmində,əxlaqsızlıq və fəsad girdabına bürünmüş dönməz, inadkar və nadan  bir qövmün içərisindən öz əxlaq və mənəviyyatı ilə  bütün bəşəriyyətə örnək olan insanlar tərbiyyə edib çıxartdı.Əli,Əbu-zər,Əbu-dərda,Miqdad,Abdullah ibni MƏSUD ,Bilal Həbəşi həmin əxlaq və tərbiyyənin yetişdirdiyi insanlardır ki,sonralar minlərlə ,milyonlarla insanın  müəllim və mürəbbisinə çevrildilər.Bu gün bəşəriyyət bunu unutmamalıdir.Bu gün də həmin cəhalərt, fəsad və əxlaq böhranı davam edir və özünün ən son həddinə çatmaqdadır.Peygəmbərin tarixini bilmədikcə,onun həyatını tədqiq edib ,əxlaqına yiyələnmədikcə nə bir fərd ,nə də ki bir cəmiyyət dəyər və imtiyaza sahib ola bilər.Ona görə də Allah diqqətimizi əziz PEygəmbərə dogru yönəltmək üçün quranin əzhab surəsində belə buyurur:"Həqiqətən Allah peygəmbərində sizi üçün,ALLAHA və qiyamət gününə ümid bəsləyənlər və ALLAHI çox zikr edənlər üçün gözəl örnəklər vardır".
Biz Allahın yardımı ilə gələcək yazılarımızda bu gözəl əxlaqi örnək  və nümunələri möhtərəm oxucularımısza təqdim edəcəyik. Peygəmbəri sevib onun yoluna tabe olanlara Allah yardım etsin!