четверг, 29 декабря 2011 г.

NƏHCUL-BƏLAGƏDƏN HİKMƏTLİ KƏLAMLAR


50-   "İnsanların ürəkləri ürkəkdir; o halda kim  isti münsibet göstererse ona yönelerler

51-   "Zaman sənə kömək etdiyi müddətcə (güc və səltənət səninlə olduqca) ayıbın gizli qalar."

52-   "İnsanların bağışlamağa ən layiq olanı cəzalandırmaga ən qadir olandır.

53-   Comərdlik, istənmədən verməkdir; istənildikdən sonra vermək utanmaq və qınanmaqdan qaçınmaqdır."

54-   "Ağıl kimi zənginlik, cəhalət kimi yoxsulluq, ədəb kimi miras, müşavirə kimi dəstək yoxdur."

55-   "Səbir iki cürdür: Xoşlanmadığın şeylərə qarşı səbir və sevdiyin şeylərə qarşı səbir."

56-   "Zənginlik qürbətdə vətəndir; kasıblıq isə vətəndə qürbətdir."

57-   "Qənaət, tükənməyən maldır."

58-   "Mal, şəhvətlərin və arzuların təməlidir."

59-   "Səni çəkindirən kimsə, səni müjdələyən kimsə kimidir,"

60-   "Dil yırtıcıdir  sərbəst buraxılsa dişleyer.

İMAM MUHƏMMƏD İBNİ ƏLİ(Ə.S)NİN İMAMƏT MƏSƏLƏSİ






Bir kimsənin yetkin olmadan əvvəl İmamet mövqesinə çatması mümkün müdir? İmam Cevad (ə.s.) 203 ilində İmam olduqdan sonra bu məsələ çox ciddi bir şəkildə Elmi kəlamı müzakirələrdə mövzu edilməyə başlandı və sonraları 220 hicri ilində İmam Hadı (a.s.)ın imameti və ondan sonra da Hz. Mehdi (a.f.)ın imametiyle əlaqədar olaraq tam zirvəyə qalxdı.

203 ilində İmam Riza (a.s.)ın şəhidliyindən sonra O həzrətin tək oğlu olan İmam Cevad də. s.) səkkiz və ya doqquz yaşında olduğundan ötəri şiələr dərin bir narahatlığa düşdülər. Bəzi tarixçilərin yazdığına görə, bu barədə şiələr arasında ixtilaf meydana gəldi, digər şəhərlərdəki şiələr də nə edəcəklərini bilmədilər. [6] Bunun üçün də onlardan bəzisi Abdürrahman b. Haccacın evində toplanaraq ağlamaya, sızlamağa başladılar.

İmanın ən əhəmiyyətli rüknünü məsum İmama itaət etmək olaraq bilən, fiqhi və dini problemlərlə qarşılaşdıqlarında günahsız İmama müraciət edən şiələr üçün bu məsələ böyük bir əhəmiyyət daşımaqda idi və bu problemi həll etmək məcburiyyətində idilər. İmam Riza (a.s.)ın oğulu İmam Cavad (a.s.)ı öz yerinə İmam olaraq təyin etdiyini qəti olaraq şiələr bilirdilər ancaq İmam Cavad (a.s.)ın yaşının kiçik olmasından qaynaqlanan bu problem/sualın, əmin və mutmain olmaları üçün daha sıx bir təhqiq etməyə məcbur edirdi, onları.

İmam Cevad (a.s.)ın imametiyle əlaqədar olaraq İmam Riza (a.s.)dan geriyə qalan naslar arasında xüsusilə belə xatırladılmışdır:

İmam Riza (ə.s.), kiçik yaşdakı oğulu İmam Cavad (a.s.)ı öz yerinə İmam olaraq təyin etmiş və bu iş üçün daha geniş bir fürsət varkən bunun üzərində israrla dayanmışdı. Hətta İmam Riza (a.s.)ın bəzi səhabələri İmam Cavad (a.s.)ın yaşının kiçik olduğuna diqqət çəkincə İmam Riza(ə.s.), Hz. İsa .(a.s.)ın süd əmdiyi bir dövrdə peyğəmbər olduğunu xatırlatmış və belə buyurmuşdu: "İsa (ə.s.) peyğəmbərliyə seçildiyində mənim oğulumdan daha kiçik idi.

Şübhəsiz ki İmam Riza (a.s.)ın şəhidliyindən sonra O həzrətin şiələri arasında meydana gələn sarsılma və qərarsızlıq, onların bəzilərinin İmam Riza (a.s.)ın qardaşı olan Abdullah b, Musanın ətrafına toplanmasına səbəb oldu. Lakin bunlar da dəlil görmədən kimsəni İmam qəbul etmədiklərindən ötəri onların bir qisimi Abdullaha bəzi suallar yönəltdilər və cavab verə bilmədiyini görüncə də onu tərk ettilər.

Onların bir qrupu da İmam kazim (a.s.)da dayanan Vəqfiyəyə qatıldılar. Nəvbahtiyə görə bu iki meylin hər ikisinin nə səbəbi, onların, yetkin olmağı imametin şərtlərindən biri olaraq bilmələri idi.

Bunlarla birlikdə şiələrin çoxu İmam Cavad (a.s.)ım imametini qəbul etdilərsə də onların bəzisi İmamın yaşının kiçik olduğunu İmam Cavad (a.s.)ın özünə söylədilər və İmam Cevad (ə.s.) isə onların cavabında, Hz. Süleyman (a.s.)ın Davud (a.s.)ın yerinə keçdiyinə işarə edib belə buyurdu: Hz. Süleyman (ə.s.) uşaqlıq dövründə, qoyunları otardığı bir zamanda Hz. Davud (ə.s.) onu öz yerinə keçirdi və bəni İsrailin abid və alimləri onun bu əməlini inkar edirdilər.

Navbahtinin yazdığına görə Əbu Cəfər (a.s.)ın imametine inananlar, Yəhya b. Zekeriyanın məsələsinə, İsa (a.s.)ın süd əmdiyi bir dövrdə peyğəmbər oluşuna, Yusuf (a.s.)ın hekayəsinə və Hz. Süleyman (a.s.)ın elminə söykənirdilər. Və bu saydıqlarımız da bunu göstərir ki, Allahın hüccetleri buluğ çağına çatmadan da heç bir təhsil və təhsil almadan, ledünni olaraq elm sahibi ola bilərlər.

İmamıyyə şiələri bir tərəfdən imametin ilahi təqdir olmasını göz önündə tuturdular, buna görə də İmamın yaşının kiçik olması qətiliklə onların inancında bir xələl və bir sarsılma meydana gətirə bilməzdi və başqa bir tərəfdən də əhəmiyyətli olan tək şey, bu ilahi ölçünün imamların elmində zühur etməsi idi. Həqiqətdə İmamlar şiələrin bütün suallarını cavablandıracaq bir mövqedə idilər. Bunun üçün də onlar bütün İmamlar haqqında bu əsli güdüb İmamlara müxtəlif suallar yönəldirdilər və soruşduqları suallara razı salıcı cavab aldıqlarında (və imameti haqqında nas da mövcud olduğunda) onu günahsız İmam olaraq qəbul edirdilər.

İmam Cavad (a.s.)ın yaşının kiçik olduğu nəzərə alındığında Onun haqqında da belə bir araşdırmanın edilməsi və müxtəlif sualların ONA yönəldilməsi daha zəruri görünməkdə idi. Bu məbna istiqamətində şiələr müxtəlif yerlərdə və fürsət gəldiyincə İmam Cavad (ə.s.) haqqında belə bir araşdırma etdilər və ondan sonra da şiələrin az qala hamısı -çox az kəslər xaric- xatircəm bir şəkildə Onun imametini qəbul etdilər.

Bu barədə bunu ifadə etməliyik ki: Bir az əvvəl də toxunduğumuz kimi, şiələr İmam Cevad (a.s.)ın imamet məsələsini təhlil etmək içib bir yerə toplaşdılar. İmam Riza (a.s.)ın etimad etdiyi şiələrdən biri olan Yunus b. Əbdürrəhman "İmam Cevad (ə.s.) böyüyənə qədər nə etməliyik?" dedi. Bu sırada Rayyan b. Tam etiraz edərcəsinə yerindən qalxıb belə dedi: "Sən zahirde İmam Cevad (a.s.)ın imametine inanmış göstərirsən özünü, ancaq qəlbində Onun imameti haqqında şübhə etdiyin aydındır. Əgər ONun imameti Allah tərəfindən isə O bir günlük uşaq belə olsa bizim böyüyümüz, şeyximiz yerindədir; lakin əgər Allah tərəfindən olmasa hətta min il belə yaşamış olsa bizim üçün başqalarıyla bir fərqi yoxdur." Oradakı şiələr ayağa qalxıb Reyyanı susdurdular... Beləliklə həcc mövsümündə Bağdaddakı və digər şəhərlərdəki şiə alimləri bir araya, toplanıb, səksən nəfərlik bir qrup meydana gətirərək Mədinəyə getdilər, əvvəl Abdullah b. Musanın yanına getdilər, lakin axtardıqlarını onda tapa bilməyincə ayrıldılar və İmam Cevad (a.s.)ın hüzuruna gəldilər. İmam Cevad (ə.s.) onların bütün suallarını cavablandırdı, onlar da İmametin və ilahi elmin əlaməti olan bu cavabları eşidincə çox sevindilər.

İkinci bir dəfə şiələr müxtəlif bölgələrdən gəlib İmamın yanında toplandılar və burada da çox müxtəlif mövzular haqqında İmama suallar soruşdular və İmam da onların bütün suallarını cavablandırdı. İmam bu sırada on yaşında idi. Bu rəqəmdə bir az mübaliğə edilmiş olması da olabiləcəkdir lakin rəvayətdən aydın olan bunlardır:

a - Şiələr İmamın elmi vəsiləsiylə onun imametini qəbul etməkdə israr edirdilər.

b - İmamın yaşı kiçik idi, amma imameti Allah tərəfindən olduğu üçün şiələrin elmi və fiqhi suallarını gözəl bir şəkildə cavablandırdı.

Şeyx Müfid -İmam Riza (a.s.)ın şəhidliyindən sonra bəzi şiələrin İmam Cevad (a.s.)ın imametini inkar edib Vakifiye inancına əyilmələrinə və bir qisiminin də Əhməd b. Musanın imam olduğuna inandıqlarına toxunaraq- şiələrin böyük bir əksəriyyətinin qəbul etdiyi İmam Cevad (a.s.)ın imameti üzərində təkidlə dayanıb, onun isbatı üçün də əqlı dəlilə əlavə olaraq Hz. İsa (ə.s.) haqqında nazil olan ayələrə istidlal edir. Eyni şəkildə Rəsulullah (s.a.a.)ın İmam Əli (a.s.)ı buluq çağına çatmadan İslama dəvət etməsinə də toxunur, halbuki ONun yaşındakı başqa uşaqlara belə bir dəvətdə olmamışdır. Şeyx Müfidin, görüşünün səhih olduğuna dair gətirdiyi başqa bir şahid də Peyğəmbərin Həsən və Hüseyni, uşaq olduqları halda mübahale hadisəsində özü ilə aparmasıdır.

İmamet məsələsində əhəmiyyətli olan şey bir əvvəlki İmamın, sonrakı İmamın imameti haqqında nəssının(aşkar bir delil) olmasıdır, ki Şeyx Müfid də İmam Riza(as.)ın, İmam Cavad (a.s.)ın imameti haqqındakı nəssı İmam Riza (a.s.)ın yaxın və böyük səhabələrinin bəzilərindən nəql edərək o nassın rəvayətçilərini belə sıralayır:

Əli b. Cəfər b. Məhəmməd əsSadik (ə.s.)

Safvan b. Yəhya

Muammer b. Hallad

Hüseyn b. Beşşar

İbni Qıya bilmə əl-Vasıti

Həsən b. Cahm

Əbu Yəhya əssənəni

əl-Hayrati

Yəhya b. Həbib b. əz-Ziyat və digər bir çox kəslər.

Şeyx Müfid bu şəxslərin bəzisinin rəvayətini "İrşad" kitabında zikr etmişdir və Ustad Atarudi isə az qala onların hamısını Müsned'ül İmam'il Cevad kitabında bir araya toplamıştır' Allame Məclisi də Bihar'ül Envar kitabında O həzrətin imameti haqqındakı nasları zikr etmək məqsədiylə xüsusi bir fəsil açmışdır.

Bu rəvayətlərdən yaxşıca aydın olmaqdadır ki İmam RİZA (ə.s.) dəfələrlə və qarşılaşdığı müxtəlif münasibətlərdə, oğulunun imametini xatırlatmış və öz böyük səhabələrini də hadisədən xəbərdar etmişdir. Həqiqətdə İmam Riza (a.s.)ın çoxu səhabələrinin o İmamın buyruqlarına söykənərək İmam Cavad (a.s.)ın imametinde israr etmələrinin özü İmam Cavad (a.s.)ın imametinin hakkaniyetini ən yaxşı bir şəkildə isbat etməkdədir. Çünki şiənin böyükləri, fəqihleri və hədisçiləri, imamların imametini qəbul edərkən böyük bir vasvasılıq göstərir və əvvəldən də toxunduğumuz kimi nassın olmasıyla birlikdə fərqli elmi suallar soruşduqdan sonra onların imametini qəbul edirdilər.

INSAN




  İnsan yeganə varlıqdır ki, Allahu təala ona ağıl vermiş və yalnız insan  ağıl vasitəsi ilə dünyada və kainatda baş verən hadisələri düşünür, yaxşı ilə pisi, haqla batili və başqa şeyləri derk edir, onları bir birindən ayırır və onların arasında öz düşüncə və təfəkkürünə görə bir seçim edir, həyatda özünə bir yol seçir. Bəzən bu seçim tam da insanın xəyal etdiyi kimi olmur. İnsan öz xəyalında bir şey düşünür və xəyal etdiyi şeyi zehnində canlandırmağı çalışır. Lakin nəticəyə varanda, görür ki, tamam başqa bir şey alınır. Nəticədə  insan alınmadığı şey üçün məyus olur və bir müddət əlini hər bir şeydən üzür. Hətda bu məyusluq insanı bəzi günahlara əl atmağa vadar edir. İnsan yolunu azmağa başlayır və özü də bunu hiss etmədən Allahın yolundan çıxır. Bəzən də tam əksinə olur. İnsanın həyatında baş verən hadisələr və problemlər onun həyat tərzini kökündən dəyişir və insan Allaha bağlanır və Allahın qoyduğu qanunlarla yaşamağa başlayır. Kim deyə bilər ki, Allahın insan üçün qoyduğu qanunlar insanın ziyanınadır ? Bunu iddia edən insan ya ağıldan kəm ya da səfeh olmalıdır, bunun başqa cavabı yoxdur. Əlbəttə insan həyatı problemsiz deyil. İnsan həyatını problemsiz təsəvvür etmək də olmaz. Əslində insan özü-özünə problemlər yaradır. Bu da onun nəfsindən irəli gəlir. Bu problemlər qarşısında insan səbirli olmalıdır və daima Allaha dua etməlidir. Yalnız bu zaman insan öz problemlərinə cavab tapa bilər. Amma elə problemlər yaranır ki, onların həlli insanın gücü öhdəsində deyil. Bu elə bir problemdir ki, insanın mənəviyyatını məhv edir hətda imanının itirməsinə səbəb olur. Bu halda insan nə etməlidir? Bu halda insan qayıtmalıdır lap başa, öz yaradılışının əvvəlinə. Bunun üçün də o, Allahın kitabına – Qurani Kərimə müraciət etməlidir. Çünki Quran bütün dərdlərin dərmanıdır. Odur insana bu qaranlıq dünyada yol açıb – göstərən, insanı zülmətdən nura tərəf çıxardan və insanın həyatını tənzimləyən. Çünki bu Quran, yeri, göyü və onların arasında olan hər şeyi yaradan Allahın kəlamıdır. Ona görə də yalnız Allah bilir öz yaratdığı insan üçün nə xeyirli və nə ziyandır. Bəqərə surəsinin 216-cı ayəsində Allahu təala buyurub:
 “…. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki o sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz.” 
   Bəli Allah bilir, biz isə bilmirik. Tək olan və hər şeyi bilən Allahdır. Allah alimdir, biləndir. Onun elminin, bilgisinin əvvəli yoxdur, sonu yoxdur. Çünki Allah özü əvvəldir və axirdir.Onun bilgiyə ehtiyacı yoxdur, çünki o ehtiyacsızdır. Lakin möhtac olan insandır. Allah insanı ehtiyac içində yaradıb. Amma insanın ehtiyacını ödəmək üçün də Allah hər şeyi yarabıb. Yaradıb ki, insan yaradıldığının və yaradılışın üzərində düşünüb Allaha şükr eləsin. İnsan üçün məkan lazımdır və Allah məkanı yaradıb, insan üçün hava lazımdır və Allah havanı yaradıb. İnsan üçün yemək lazımdır və Allah bunu da yaradıb. Görməyi o yaradıb, eşitməyi o yaradıb, səsi o yaradıb, düşüncəni o yaradıb. Allah yaradandır və bunların hamısını insan üçün yaradıb. Onun bunların heç birinə ehtiyacı yoxdur hətta insana belə ehtiyacı yoxdur.
    İnsanın insanlığı o zaman ortaya çıxır ki, o, bütün bunları görüb, düşünüb Allaha şükür edəcək. Və şükür o zaman şükür olur ki, insanın dilində olan şükrü əməli şükrə çevirir və Allaha əməlində ibadət eləyir, dili ilə yox. Allahu təala Qurani-Kərimdə də buyurub: 

  “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”.    
                                 
 İnsanın Allaha o zaman layiqli bəndə olduğı bilinər ki, insan, ona Allah tərəfindən bəxş olan nemətləri Allah yolunda xərcləyər. İnsan əgər Allah ona bəxş etdiyi əxlaqla əxlaqlanarsa, yalnız o zaman həqiqi insan olar. İnsanlıq bir zirvədir. O zirvəyə də çatmaq hər birimizin borcudur. Çünki bunu bizdən Allah istəyir. Bunun üçün Allah bizə nümunə olaraq Hz. Muhəmmədi (s) göstərir və Qurani-Kərimdə buyurur:

  “…Allah rəsulunda sizin üçün gözəl bir nümunədir”     

Hz. Muhəmməd insanlar üçün insanlıq nümunəsidir. Allahu Təala “İnsan” surəsini nazil etmişdir, Quranı-Kərimi nazil etmişdir ki, biz insan olaq, Allaha laiqli bəndə olaq və Allah da bizi vəd olunmuş cənnətə daxil etsin.
         Bunların hamısı ümumi olaraq insana aiddir.  Ancaq insanların seçimi və istəkləri fərqlidir. Kimisi dünyanı istəyir, dünyanın naz-nemətlərini qazanmaq üçün çalışır, cəhd eləyir. Baxmayaraq ki, Allah Qurani-Kərimdə buyurub:

“Bu dünya sizin üçün oyun oyuncaq yaradılmışdır”    

Dünya fanidir, Allah isə bizi əbədiyyətə dəvət edir. İmam Əli (ə) bu dünya barəsində belə buyurmuşdur :  “Allaha and olsun ki, sizin bu dünyanız mənim gözümdə cüzam xəstəliyinə tutulmuş şəxsin əlində olan ətsiz donuz sümüyündən də aşağı və dəyərsizdir”.   
Bu cür dahi şəxslərin, Hz. Peyğəmbərin (sas) insanlar üçün qoyduğu missiyanı yaşatmaq üçün, diri saxlamaq üçün, canından keçməyə razı olan şəxslərin kəlamlarına məhəl qoymayaraq, insanlıq içində bəzi müsəlmanlar da daxil olmaqla, bu zalım və haqsızlıqla dolu olan dünyanı seçirlər.
   Bəli, insan öz seçimində tam azaddır. Ancaq insana seçim haqqı verilib. Buna görə də, qiyamət günü, Allahu Təala insandan onun seçimi barədə soruşacaq, insan hər bir şey barəsində sorğu sual olunacaq.
   İnsanın seçimi də onun düşüncəsindən irəli gəlir. Düşüncə də insanın aldığı məlumatlardan, oxuduğu kitablardan, şahid olduğu hadisələrdən yaranır. Təbii ki, hər bir insanın özünə məxsus bir düşüncəsi var. Düşüncəsiz insan ola da bilməz. Düşünmək gözəldir. Düşünmək yalnız insana xas olan xüsusiyyətdir və yalnız düşüncə vasitəsi ilə insan səadətə çata bilər, yalnız düşüncə ilə insan iman əldə edə bilər və həyatda istiqamətini müəyyənləşdirə bilər. İnsan həyatında düzgün istiqaməti seçmək üçün, əvvəl gərək öz düşüncəsinə düzgün istiqamət versin. Yəni, bu istiqaməti artıq Allahu Təala insanı yaradan zaman vermişdir. Yuxarıda qeyd elədiyimiz ayəyə fikir versək :  “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”, görərik ki, bu Allahın insana verdiyi istiqamətdir. Biz isə bir insan olaraq, Allahın “şah əsəri” (Mustafa İslamoğlu) olaraq, bir müsəlman olaraq bu istiqaməti öz zehnimizdə canlandırmalı və həyatımızda tətbiq etməliyik. Bu istiqaməti biz inkişaf etdirməliyik və yaymalıyıq.


ALLAH BİZİ HAQQI QƏBUL EDİB, HAQQI YAŞADANLARDAN, ONA TABE OLUB ƏMƏL EDƏNLƏRDƏN VƏ LAYİQLİ BƏNDƏLƏRDƏN QƏRAR VERSİN.   AMİN!         
(AKRAM RUSTAMOV)