вторник, 30 июля 2013 г.

ORUCUN HIKMETLƏRI HAQQINDA BIR NEÇƏ SÖZ

Orucun hikmetleri haqqinda bir neçə söz.
İslamda insanın və cəmiyyətin tərbiyyəsi, yetişib inkişaf etməsi üçün ibadətlər çox önəmli bir yer tutur.Dinimizdə bizlərə vacib edilmiş hər bir ibadət növünün də insanın tərbiyyəsi və təzkiyyəsi(paklanmaq) üçün özünəməxsus bir rolu vardır. Hər ibadət növü özünə uyugun bir cəhətdən insanın ucalmasına ,inkişafına, paklıgına xidmət edir.Bu ibadət növləri arasında orucun yerinin xüsusi qeyd etməyimiz lazımdır.Çünki oruc digər ibadətlər kimi insanın tərbiyyəsinə xidmət etdiyi kimi, həm də insanın bu ibadət içərisində hər saat hər dəqiqə sınanması ,imtahan olunması deməkdir. Oruc başqa ibadətlərdən fərqli olaraq insanın butun gününü əhatə edən bir bir ibadət əməlidir ki, insanı gün ərzində ibadət halında qalmasını təmin edir və bu müddət ərzində günahlardan və nəfsani rəzalətlərdən uzaq qalmasını ondan tələb edir. Yəni oruc tutmuş insan bu əmələ niyyət etməklə artıq ibadət halına daxil olur, orucunu iftar edən ana qədər də hər saniyəsi və dəqiqəsi ilahi dərgahda ibadət hesab olunaraq qeyd olunur.Bu cəhətdən oruc ibadətlər arasında misilsiz məqama sahibdir. Çünki orucdan başqa heç bir ibadət insanın butun saatlarını və anlarını əhatə etmir. Hər ibadətin bəlli vaxtı vardır ki, o vaxtda icra edtdikdən sonra insan ibadət halından xaric olur. Lakin oruc bu cəhətdən istisna məziyyətə sahibdir. Ona görə də oruc tərbiyyə və təzkiyyə etmə baxımdan daha güclü bir təsirə malik olan bir əməldir.Digər bir cəhətdən oruc başqa ibadətlərdən fərqli olaraq bilavasitə insanın nəfsinin ram edilməsi və konrtola alınması ilə baglıdır. Oruc qədər heç bir əməl nəfsi konrola almada bu qədər yetkin təsirə malik deyil. Çünki oruc ibadətilə birlikdə insan nəfsinin tərbiyyəsi ilə əlaqədar bir sıra şərtlər cəbri olaraq həqiqət tapır və nəfsi yönləndirir.Əvvəlcə bilməyimiz lazımdır ki, oruc ibadəti bilavasitə insanın əza və orqanlarına aid olan ibadətdir.Yəni bəndə oruc oldugu zaman onun əza və orqanları bəlli şərtlər və sərhədlər daxilində fəaliyyət göstərmək məcburiyyətində qalır.İnsan nəfsinin tərbiyyə olunun yetkinləşməsi üçün də əza və orqanların bəlli sərhədlər içərisində fəaliyyət göstərib həddlərini aşmamaları lazımdır. Çünki əza və orqanlar nəfsin tabeçiliyində olan alətlər və silahlardır ki, nəfs onlar vasitəsi ilə özünü göstərir.Bu əza və orqanlar müəyyən sərhədlər daxilində fəaliyyət göstərmədikdə nəfs həddi aşıb təcavüz etməyə meyl edər. O zaman nəfsin əsgərləri olan göz,qulaq,əl ,ayaq,qarin, fərc (cinsiyyət orqanı) və. s. orqanlar təcavüzə meyl edərək nəfsi təhlükələrə atıb məhv edirlər.İnsan üçün əza və orqanların bu cür təcavüzlərinin qarşısını almaq bəzən mümkün olmur.Çünki nəfs bu əza və orqanlar vasitəsi ilə icra olunan ləzzətlərə şiddətli bir şəkildə ehtiyac duyur.İnsan isə agıl vasitəsi ilə təcavüzə gətirib çıxardan bu ləzzətlərin ardında olan nəfsi kontrol edib itaətə gətirməkdən aciz qalır. Çünki agıl bu hədsiz ləzzətlərin insan üçün fəlakət gətirici oldugunu bilsə də bunun qarşısını necə alacagını bilmir və sonun nəfsin istəklərinə tabe olaraq, orqanların həddini aşmasına göz yumur. Ona görə də aglın nəfsin istəkələrinə qalib gəlib vücüda hakim kəsilməsi üçün bir sıra cəbri təmrinlərə(uygulamalar) ehtiyacı vardır.Bu isə Allah tərəfindən vacib olaraq qərarlaşdırılmış və əməl olunması agıl tərəfindən mütləq oldugu anlaşılan ibadətlərdən başqası ilə mümkün deyil.Çünki agıl ibadətlərin Alllah tərəfindən gəlib itaət olunmasının vacibliyini təsdiq etdikdən sonra nəfsin tabe olmaqdan başqa çarəsi qalmır.Belə olduqda nəfsə itaətə gəlmək xoş olmasa da agıl bunun ona qaçılmaz bir yol odugunu göstərir.Ona görə də Allah bəzi inadətləri, o cümlədən orucu bizə vacib olaraq qərarlaşdırıb.Çünki bir ibadət kimi orucun şərtləri, bilavasitə insanın əza və orqanlarının sərhədlənməsi və bununla da nəfsin bu sərhəd içərisində paklanıb ucalması ilə baglıdır.Beləliklə, insan bu ibadəti ixtiyari seçməklə ,cəbri təzkiyyə metodları ilə nəfsi mühafizə edərək təqvaya çatır. necə ki Allahu təala quranda bu ibadətin təqvaya vəsilə olmasını bəyan edərək buyurur:"EY İMAN GƏTİRƏNLƏR ORUC SİZDƏN ƏVVVƏLKİ ÜMMƏTLƏRƏ VACİB EDİLDİYİ KİMİ SİZƏ DƏ VACİB EDİLDİ Kİ, BƏLKƏ TƏQVA SAHİBİ OLASINIZ"