четверг, 1 марта 2012 г.

İMAM SADİQİN TOVHİD İMAN ƏHLİ-BEYT SEVGİSİ, VE KÜFR HAQQINDAKI SOZLƏRİ


tövhid, İman, əhli beyt sevgisi və küfr haqqındakı sözləri

Biri İmam Sadiq aleyhissələmin hüzuruna çatdığında İmam ona: "Kimlərdənsiniz?" deyə soruşdu. O da: "Sizi sevənlərdən və sizi izləyənlərdənəm." dedi. İmam Sadiq aleyhissələm buyurdu ki: Allahu Təala öz dostluq və vəlayətini qəbul etmədikcə bir qulu sevməz və kimi dost qəbul etsə cənnəti ona fərz edər.

Daha sonra buyurdular ki: "Bizi sevənlərin hansı qisimindənsiniz?" Adam, susub qaldı. (İmam aleyhissələmin səhabələrindən olan) Sidr: "Ey Rəsulullahın oğulu sizi sevənlər neçə qrupdur?" deyə soruşdu. İmam aleyhissələm də belə buyurdu: "Bizi sevənlər üç qrupdur. Birinci qrup, bizi (yalnız) açıqda sevər, gizlidə deyil. Bir qrupda bizi gizlidə sevər açıqda deyil. Digər bir qrup isə, bizi həm gizlidə sevər, həm də açıqda; işdə bu qrup ən üstün olandır. Bunlar şirin və bol qaynaqdan susuzluqlarını  aradan qaldıran Quranın şərh və təfsirini bilən, haqqı batildən ayırt edən və səbəblərin səbəbini (Allahı) tanıyan kəslərdir. Bunlar toplumların ən üstün olanıdır. Kasıblıq, yoxsulluq və müxtəlif bəlalar, atın sürətindən daha sürətli bir şəkildə onlara yönəlməkdədir; onlar şiddət və əziyyətlərə uğrayar, sarsılıb işgəncə görər; bir qisimi öldürülüb bir qisimi yaralanar və uzaq şəhərlərə dağılarlar. Allah, onların hörmətinə xəstələrə şəfa verər, kasıbları ehtiyacsız edər, sizə kömək edər, yağış göndərər və sizə ruzi verər. sayları azdır; amma Allah qatında dəyər və mərtəbə baxımından çox ucadırlar. İkinci qrup (əsasdakı sıralamada ilk qrup) qrupların ən aşağısıdır. Açıqda (dildə) bizi sevərlər, amma padşahların yolu ilə gedərlər (onların yaşayışları kimi yaşayarlar.) Dilləri bizimlədir, qılıncları isə bizim əleyhimizədir. Üçüncü sinif isə (əsasdakı sıraya görə ikinci sinif olur) orta olan sinifdir; gizlidə bizi sevərlər, lakin özlərini mühafizə etmək üçün sevgilərini aşkar etməzlər. Canıma and olsun ki əgər onlar, gizlidə həqiqətən bizləri sevirlərsə gündüzləri oruc tutarlar, gecələri ibadət edərlər və çöhrələrində zahidlik əsəri görünər. Yenə onlar sülh və itaət əhli olarlar.

O adam: "Mən sizi həm gizlidə və həm də açıqda sevənlərdənəm." dedi. İmam aleyhissələm buyurdular ki: Bizi gizlidə və açıqda sevənlərin bəzi əlamətləri vardır. Onlar, bu əlamətlərlə tanınarlar." Adam: "Bu əlamətlər nələrdir?" dedi: İmam aleyhissələm belə buyurdu: "Bunlar bir neçə xüsusiyyətdir; ilki (budur): Onlar tövhidi haqqıyla qavramışlar. Tövhid elmini sağlamlaştırmışlar. Allah və sifətlərinə iman etmişlər və daha sonra imanın sərhədini, həqiqətini, şərtlərini və şərhini bilmişlər." Sidr: "Ey Rəsulullahın oğulu! İndiyə qədər imanı belə vasfettiğinizi eşitməmişdim." dedi. İmam alehissələm dedi ki: "Bəli ey Sidr! İmanın kimdə olduğunu bilmədən əvvəl "iman nədir" deyə soruşmağa kimsənin haqqı yoxdur." Sidr: "Ey Rəsulullahın oğulu! Əgər uyğun bilsəniz bu sözü açıqlayın" dedi.

 İmam alehissələm belə buyurdular: Hər kim Allahı qəlbi tevehhümlerle(vəhmlər) tanısa ONA ortaq qoşmuş və kim Allahı mənayla deyil də adla tanısa əskikliyini qəbul etmişdir. Çünki adlar hədisdir; sonradan meydana çıxmışdır; (Allahın müqəddəs künhü isə qədimdir.) Kim ad ilə mənaya (birlikdə) tapınsa (adı) Allaha ortaq qoşmuşdur. Kim mənaya, idrak vasitəsiylə deyil də sifət vasitəsiylə çatsa, imanını geyıb olan bir şeyə ətf etmişdir.

Kim sifət və mevsufa(yəni sifətlənən) tapınsa, tövhidi batil etmişdir. Çünki sifət, mevsuftan ayrıdır. (İkilik tövhidlə uyğunlaşmaz)

Kim mevsufu sifətə izafə etsə (sifətlə mevsufu tanımaq istəsə), böyüyü kiçiltmiş və Allahı layiqiylə tanımamışdır."

- "Elə isə tövhidə çatmanın yolu nədir?" deyə soruşduqlarında belə buyurdu: Araşdırma yolu açıqdır və bu çıxmazlardan xilas olmaq da mümkündür. Hazırda olan bir şeyi tanımaq, sifətini tanımaqdan əvvəldir.  Amma gayıbın sifətini tanımaq, onun özünü tanımaqdan əvvəldir. (Allahı Təala hazır olduğu üçün əvvəlcə Allahı tanımaq lazımdır, daha sonra digər varlıqları.)

- "Hazır birinin şəxsini, sifətindən əvvəl necə tanıya bilərik?" dediklərində də belə buyurdu:

Elm və idrak əvvəl ONun vucuduna taalluk edər və daha sonra (ONun qüdrətinin bir əsəri olan) özünü də ONun vəsiləsiylə tanıyarsan. Özünü öz vasitən və öz bədəninlə (Allahın bədənindən müstəqil olaraq) tanıya bilməzsən. Bilməlisən ki bədənində olan hər şey ONun üçündür və ONA bağlıdır. Necə ki Yusufun qardaşları, Yusufa belə dedilər: "Şübhəsiz ki sən Yusufsan. Yusuf da: Bəli mən Yusufum və bu da qardaşım dedi.  Yusufun qardaşları Yusufu, onun özü vasitəsiylə tanıdılar, başqasının vasitəsiylə deyil. Onlar Yusufun Yusuf olduğunu, öz vəhm və xəyalları vəsiləsiylə təsbit etmədilər.

Allahın "Bağçaların bir ağacını da dahi bitirmək sizin üçün mümkün deyil. " deyə buyurduğunu görmürsünüzmü? Yəni öz tərəfinizdən bir imam seçməyə və öz iradəniz və istəyinizlə onu haqq sahibi olaraq adlandırmağa haqqınız yoxdur.

Daha sonra bunları əlavə etdi: Qiyamət günü Allahı Təala üç qrupla danışmayacaq, onlara (rəhmət gözüylə) baxmayacaq və onları (günahdan) təmizləməyəcək və onlar üçün əzablı bir əzab vardır.

a) Allahın bitirmədiyi bir ağacı tikan kimsə; yəni Allahın təyin etmədiyi bir kimsəni imam olaraq təyin edən kimsə.

b) Allahın seçdiyi bir imamı inkar edən kimsə.

c) Və bu iki qrupun İslamda bir payı olduğunu sanan kimsə.

Allahı Təala belə buyurur: "Rəbbin dilədiyini yaradar və seçər; seçmək digərlərinə aid bir haqq deyil. "
İmanın Xüsusiyyəti

İmanın mənası, təsdiq etmək və bu təsdiqlə Allahın qarşısında huzu etmək, ONun qatına yaxınlaşmaq, tövhid və Allahı tanımaqdan başlayaraq itaət edilməsi lazım olan bütün vacibləri, sonuna qədər sırasıyla kiçik və ya böyük olsun hamısını yerinə yetirməkdir. Bunların hamısı bir-birləriylə bir yerdə və bir-birinə bağlıdırlar. Vasfettiyimiz şəkildə bildiyi və öyrəndiyi fərzləri əda edən kimsə mömin sayılar, imanlı olma sifətini gerçekleşdirib  və savaba da layiq olar. Çünki imanın bütün mənası təsdiqdir; təsdiqin mənası da itaətlə təsdiq etmək və boyun əyməkdir. Beləcə kiçik və böyük itaətlərin bir-birləriylə birlikdə olmalarının mənası açıqlanmış oldu.

Mömin bir kimsə, iman sifətini tələb edən şeyləri, yəni böyük fərzləri əda edib böyük günahları işləməyi tərk edib onlardan uzaqlaşdığı müddətcə iman sifətindən çıxmaz. Kiçik fərzləri tərk etmək və kiçik günahlara düçar olmaqla böyük fərzləri tərk etmədikcə və böyük günahları işləmədikcə imandan çıxmaz. İnsan böyük günahlar işləmədiyi müddətcə mömindir. Çünki Allahı Təala buyurmuşdur ki:

"Nəhy edildiyiniz böyük günahlardan qaçınsanız, sizin digər günahlarınızı da örtərik və sizi şərəfli və üstün bir mövqeyə çatdırarıq"

Yəni kiçik günahlar bağışlanılar. Amma insan böyük günahları işlərsə (o zaman) kiçik və böyük bütün günahlarıyla sorğuya çəkilib cəzalandırılar və əzab görər. İşdə bunlar imanın və savaba layiq olan möminin xüsusiyyətləridir.
İslamın Xüsusiyyəti

İslamın mənası, hökmü açıq və qəti olan bütün fərzləri təsdiq edib yerinə yetirməkdir. İnsan, ürəklə bağlı olmadan zahirde bütün fərzləri təsdiq etsə müsəlman adını gerçek etmişdir. zahiri vəlayəti (dostluğu), şahidliyinin qəbul olmasını və miras ala bilmə haqqını qazanmışdır. Yenə müsəlmanların, zərər və faydalarında onlarla ortaq olmuşdur. İşdə bu İslamın xüsusiyyətidir.

Müsəlmanla möminin arasındakı fərq də budur: Müsəlman zahirde muti (itaatkar) olduğu kimi qəlbində də muti olsa mömin olar. Amma (yalnız) zahirde bunu etsə müsəlman olar. Lakin həm zahirde və həm də qəlbində huzu və şüurla bunu etsə mömin olar. Beləcə bəzən bir qul müsəlman olar, lakin mömin olmaz; amma müsəlman olmadıqca da mömin ola bilməz.
İmandan Çıxmanın Şərhi

Mömin olan bir kimsə, bir-birinə bənzəyən beş şey səbəbiylə imandan çıxar: Küfr, şirk, zəlalət, fasiqlik və böyük günahlar.

Küfr: (Dində var olan) kiçik və ya böyük bir şeydə inkarçılıq, onu yüngül saymaq və kiçik hesab etməklə Allaha qarşı işlənən günahdır. O hərəkətin faili kafir və (o əməlin) həqiqəti isə küfrdür. Bu xüsusiyyətdə bir günahı işləyən kimsə, hansı din və ya təriqətə mənsub olsa olsun kafirdir.

Şirk: Din adına (bidət çıxarmaqla) Allaha qarşı edilən hər növ günahdan ibarətdir; o günah istər kiçik olsun istər böyük onu edən müşrikdir. (Belə bir kimsə, ilahi dinin qarşısında yeni bir din çıxarmış olduğu üçün müşrik sayılar.)

Zəlalət: Vacib qılınan şeylərə cahil olmaq, yəni haqqında açıq bir dəlil olan və müsəlmanlara bildirilən böyük vaciblərdən birini tərk etməkdir. Bu vacibləri etməyən biri mömin adını almaga layiq olmaz. Bunları tərk etməsi, Allahın hökmünü inkar etmək və ya din adına onları dindən çıxarmaq qəsdiylə olmayıb zəiflik, qəflət və digər şeylərlə məşğul olmaqdan ötəri olsa belə bir kimsə pozğun olub iman yolundan çıxmış, imanın həqiqətinə cahil qalmış və ondan ayrılmışdır.


Bu sifəti daşıdığı müddətcə zəlalət və pozğunluq adına layiqdir. Amma əgər inkar etmək, yüngül saymaq və kiçik hesab etməkdən ötəri günah işlərsə kafir olar. Yenə əgər şərh, təqlid, təslim, keçmiş ata və atalarının sözünə razı olaraq din adına bidət çıxarmaqla günah işlərsə, bu təqdirdə müşrik olar. Bir müddət pozğunluqda qalıb və açıqladığımız şeylərə (küfr və şiryə) meyl etməyən kimsə çox az olar.


Fasiqlik: Ləzzət, şəhvət və günaha həddindən artıq meyldən ötəri işlənən hər böyük günahdan ibarətdir. Bu günahı edən fasiqdir. Fasiqlikdən ötəri də imandan çıxmışdır.

Əgər işlədiyi günahı, kiçik hesab edib sadə görəcək dərəcədə günah işləməyə davam etsə, bunlardan ötəri kafir olması qaçınılmaz olar.

İmanın pozulmasına səbəb olan böyük günahlar; inkar, bidət, ləzzət və şəhvət olmadan, təssüb və hirsdən ötəri heç çəkinmədən israrla işlənən günahlardır. Məsələn böhtan atmaq, söymək, öldürmək xalqın malını zorla alıb götürmək, insanların haqqını verməmək, şəhvət və ləzzət olmadan edilən digər böyük günahlar. Yalan yerə and içmək, faiz yemək və ləzzət üçün edilməyən digər günahlar da belədir. Şərab, zina və lehv (mahnı, türkü vs. şeylərlə əylənmək) də yenə belədir.

Bu hərəkətlərin hamısı imanı pozan və müşrik, kafir və pozğun olmağa səbəb olmadan insanı imandan çıxaran şeylərdir. Çünki bu əməllər, cəhalətdən qaynaqlanmaqdadır. Amma yuxarıda keçən sifətlərə yönəldiyi təqdirdə o qrupdan sayılar.(TUHƏFUL-UQUL KİTABI)