воскресенье, 4 сентября 2011 г.

NƏHCUL-BƏLAGƏDƏN HİKMƏTLİ KƏLAMLAR



16-   "İşlər qəza və qədərin hökmlərinə  tabedir; (buna görə bəzən) tədbir, insanın həlak və yoxluğuna səbəb olar."

17-   Müsəlmanlar Hz. Əliyə Peyğəmbərin; "Saqqalınıza xına yaxın, Yəhudilərə bənzəməyin." hədisini soruşduqda belə buyurdu: "Peyğəmbər bunu buyurduğunda din azlıqda idi. Amma bu gün din genişləmiş və güclənmişdir. Bu səbəbdən bu iş insanın istəyinə bağlıdır." (Mübah bir şeydir; fərz və ya müstəhəb deyil.)

18-   Cemel döyüşündə Abdullah b. Ömər, Sad b. Əbi Vakkas, Səid b. Zeyd, İbni Ömər, İbni Tufeyl, Usamə b. Zeyd, Məhəmməd b. Mesleme və Ənəs b. Malik kimi döyüşü "bir fitnə" olaraq, qiymətləndirib kənara çəkilməyi  qərarlaşdıran kəslər haqqında  belə buyurmuşdur: "Haqqı köməksiz buraxdılar; batilə də kömək etmədilər."

19-   "Əməlinin arxasınca qaçan, əcəliylə dolaşar (arzusuna qovuşmadan ölər)."

20-   "İgidlərin dolaşmalarına göz yumun; onlardan biri dolaşsa, Allahın əli onu ucaldar."

21-   "Qorxu ziyanla və yersiz həya da məhrumiyyətlə bərabərdir. Fürsət, bulud kimi keçib getməkdədir; o halda xeyirli fürsətləri qənimət bilin."

22-   "Bizim üçün bir haqq vardır, versələr (götürərik onu); əks halda gecə hər nə qədər uzun da olsa, (haqqımızı götürmək üçün hərəkətə keçərək) dəvə kürəyinə minərik."

23-   "Əməliylə bir yerə çata bilməyən kimsəni, soyu bir yerə çatdırmaz."

24-   "Məzluma kömək etmək və çətinlikli kimsəyə rahat bir nəfəs aldırmaq, böyük günahların kəffarələrindəndir."

25-   "Ey Adəmoğlu, sən üsyan etdiyin halda münəzzəh olan Allah sənə bir-biri ardınca nemət verdiyində artıq (Allahın əzabından) çəkin."

26-   "Kim ürəyində bir şey gizləsə, o şey ya onun dilinin sürüşməsində və ya üzünün rəngində ortaya çıxar."

27-   "Dərdlərin səninlə getdikcə onunla get." (Keçici dərdlərinlə dolanmağa çalış və ən kiçik bir xəstəlikdə yatağa düşmə.)

28-   "Ən üstün zöhd, zöhdü gizləməkdir."

29-   "Sən (gün və illəri) geridə buraxdığında və ölüm də sənə yönəldiyində, o zaman ölümlə görüşmən nə də tezdir!"

30-   "Çəkinin, çəkinin! Vallah (Allah), bağışlayarcasına günahlarınızı örtmüşdür." (O halda tövbə edin/ və çəkinin