воскресенье, 8 декабря 2013 г.

İNSANI ALLAHTANIMA VƏ DİN HAQQINDA ARAŞDIRMA ETMƏYƏ VADAR EDƏN SƏBƏBLƏR

Birinci Dəlil:
Fitrətdən qaynaqlanan  araşdırma  şüuru

İnsanı Allah Təalanı tanımaya və onu bu kimi mövzularda araşdırma etməyə məcbur edən şey, onun öz yaradılışı və fitrətidir. Başqa bir deyişlə insan ağılı öz zatində olan meyillərlə bu cür araşdırmalara girmiş və girmək məcburiyyətindədir də.

O meyillərdən biri, insanın  araşdırma şüuruna sahib olma instinktidir. Bu instinkt istisnasız hər insanda vardır. İnsanoğlu dünyaya gəldiyi andan etibarən ətrafında olan varlıqların nə olduqlarını, onların və özünün necə meydana gəldiyini və sonunda nə olacaqlarını anlamağa çalışar. Bunu qavramaq onun üçün ən böyük məqsəd sayılmaqdadır. Bu instinkt də uşaqlıqdan insanda oyanmağa başlar. Uşağın ata və anasını sual yağışına tutması, həqiqətdə  bu instinktin məcbur etməsi nəticəsidir. Əlbəttə bu instinkt hər şəxsdə var olmasına baxmayaraq, bütün insanlarda bərabər dərəcədə olmaya bilər və hər dövrdə iş sahəsini dəyişə bilər. Məsələn, uşaqlıq yaşlarında uşağı sadə şeyləri öyrənməyə məcbur edən bu instinkt, daha sonraları dərinləşərək insanı daha dərin və ağır şeyləri bilməyə məcbur edər. İşdə insanı Allah Təalanı tanımaya və bu kimi mövzularda araşdırma etməyə  cəlb edən ən böyük faktor da bu duyğudur. Çünki, qavrayış səviyyəsi yüksələn hər insanın zehinində bu dəfə; "Mən nəyəm? Bu aləm nədir? Haradan gəldik? Bizi var edən biri varmı? Hara gedəcəyik?" kimi suallar doğular və bunlara müsbət və ya mənfi bir cavab tapana qədər rahatlıq tapa  bilməz. O halda insan ağılı, yaradılışı gərəyi Allahı axtarmaq məcburiyyətindədir.
İkinci Dəlil:
Mümkün zərərdən qaçınma duyğusu

İnsanı bu sahədə araşdırmaya məcbur edən ikinci bir faktor da, yenə insanın öz yaradılışında olan mümkün zərərdən qaçınma və ola biləcək bir faydanı əldə etmə duyğusudur. Yəni, insan ağlı, doğuşdan hər hansı bir zərər ehtimalı olduğunda, xüsusilə də əhəmiyyət veriləcək bir zərər olduğu söz mövzusu isə, onu önləyici tədbirlərə baş vurar. Ola biləcək bir faydayla qarşılaşınca da onu əldə etmə yollarını araşdırar. Bu duyğu və ağılın bu hökmü hamımızda var. Məsələn, ola biləcək bir zəlzələ və ya sel qarşısında tədbir görməmiz və ya səhlənkarlıqdan ötəri əldə olunacaq bir faydanı qaçırdığımızda özümüzü qınamamız, bu duyğudan və ağılın bu hökmündən qaynaqlanar.

Bu duyğuya sahib olan insan, bir sıra çox möhtərəm, sadiq, dürüst və son dərəcə üstün ağıl və məlumat sahibi olan insanların, Allah tərəfindən göndərilən peyğəmbər olduqlarını iddia edərək, insanları Ona iman gətirib, Onun əmrlərinə itaət etməyə dəvət etdiklərini, Ona inanıb itaət edənlər üçün böyük mükafatların, kafir olub üsyan edənlər üçün də böyük və acı  verici əzabların olduğunu irəli sürdüklərini, üstəlik həm onların özlərinin bu yolda sabitqədəm olduqlarını, həm də doğru, ağıllı, məlumatlı kəslərin onlara iman edib uyduqlarını gördüyündə, istər istəməz içərisində onların sözünün doğru ola biləcəyi ehtimalı doğular və bu səbəblə öz yaradılışında olan bu duyğunun gərəkcəsi ilə ağlı, ona bu mövzuda lazım olan araşdırmanı edib tədbirli olmasını əmr edər. İşdə bu duyğu, insanı xüsusi olaraq Allah Təbarəku və Təala, ümumiyyətlə də din haqqında araşdırma etməyə məcbur edən, insanın öz yaradılışından qaynaqlanan ayrı bir faktorudur.
Üçüncü Dəlil:
Təşəkkür Duyğusu

İnsanı Allah Təalanı tanımaya sövq etdirən bir başqa faktor da, insanın yaxşılıq qarşısında minnətdar olma duyğusu və insan ağılının, hər yaxşılıq və nemət qarşısında yaxşılıq edənə və nemət sahibinə təşəkkür etmənin lazımlılığına dair olan hökmüdür. Beləki  bu duyğu və ağılın bu hökmünün gərəkçəsi olaraq, hər insan özünə edilən yaxşılıq qarşısında minnət duyaraq  yaxşılıq edənə təşəkkür edər.

Digər yandan insanoğlu, dünyaya gözünü açdığı andan etibarən özünün faydalanması üçün hazırlanan nemətlərin sayılmasının qeyri-mümkün olduğunu görər və istər istəməz sahib olduğu bu duyğu gərəyincə ağılı, ona bu nemətlərin sahibinə təşəkkür etmə əmrini verər. Nemət sahibini tanımadan da ona təşəkkür etmək mümkün olmadığından; ağılı onu bu nemətləri özü üçün hazırlayanı tanımaq və bu mövzuda araşdırma etmək məcburiyyətində buraxır.  Beləliklə insan nemət sahibini tanımaq üçün  araşdırmaya başlayar.

Buna görə, insanın Allah Təalanı tanıma istəyi və ümumiyyətlə dini araşdırması onun öz ağılından və fitrətində olan duyğulardan qaynaqlanar.

Beləcə bəzi materialistlərin irəli sürdükləri; "İnsanı din mövzusunda araşdırmaya dogru çəkən və dinə yönəldən bir sıra xarici faktorların olduğuna" dair görüşlərinin batil olduğu ortaya çıxmaqdadır. Lakin biz yenə də aşağıda onların irəli sürdükləri faktorları ələ alaraq qısaca araşdıracağıq.





(1)- İxlas Surəsi

(2)- Hədid: 1-3

(3)- Həşr: 22-24

(4)- et/ət-Tövhid: s. 25

(5)- uyuni əxbarı rıza s. 99, Bihar-ül Envar c. 3 s. 10