воскресенье, 12 февраля 2012 г.

sehifeyi-seccadiyyeden dualar


  • İMAM SƏCCADIN (Ə.S)Gözəl Aqibət İstəyiylə Əlaqədar Duası

    Ey, xatırlanması yad edənlər üçün şərəf olan; ey, şükrü şükr edənlər üçün zəfər olan və ey, itaəti itaət edənlər üçün qurtuluş olan (uca Allah), Məhəmməd və əlinə salat et və ürəklərimizi səni YAD ETMƏKLƏ digər xatırlamalardan, dillərimizi sənə şükr etməklə digər şükrlərdən və bədən üzvlərimizi sənə itaət etməklə digər itaətlərdən saxla. Əgər bizim üçün işdən artıq qalan boş bir zaman muqəddər etdinsə, onu salamatlıq zamanı qərar ver , ondan bir günah və ya bir yorğunluqla ayrılmayaq. Beləcə, pislikləri yazan mələklər, pisliklərimizin xatırlanmadığı tərtəmiz bir səhifəylə və yaxşılıqları yazan mələklər də, yazdıqları yaxşılıqlarımızla bizdən məmnun olaraq geri dönsünlər.

    (Allahım,) Məhəmməd və əlinə salat et və Həyatımızın günləri bitdiyi, ömürümüzün müddəti sona çatdığı və qəbul etməkdən başqa çarəmiz olmayan qaçınılmaz dəvətin (ölüm) gəlib çatdığı zaman, əməllərimizi yazan mələklərin bizdən qeyd etdikləri son əməli, qəbul olmuş bir tövbə et ki, artıq işlədiyimiz bir günah və ya üsyandan ötəri bizi hesaba çəkməyəsən.

    (Rəbbim,) Qullarını hesaba çəkdiyin gün şahidlərin (mələklər, peyğəmbərlər və imamlar) gözləri qarşısında günahlarımızı örtdüyün pərdəni açaraq bizi rəzil etmə. Heç şübhəsiz sən, sənə yalvarana çox mərhəmətlisən; səni çağıranı cavabsız buraxmazsan.
     

  • İMAM SƏCCADIN(Ə.S) Dolanışıq Çətinliyi Çəkdiyində Oxuduğu Dua

    Allahım, sən ruzilərimizdə pis zənn və güman, ömürlərimizdə uzun arzu ilə sınadın bizi. Belə ki, sənin ruzilərini, şəxsən sənin ruzinə möhtac olanların yanında axtardıq; arzularımıza qapılaraq uzun ömürlülərin ömürlərinə göz qoyduq.

    O halda, Məhəmməd və əhlinə salat et və ruzisini səndən qeyrisinin yanında axtarma cəhalətinə qarşı bizə yetəcək doğru bir yəqin; ruzi uğruna özümüzü yorub bitirməmizə mane olacaq xalis bir güvən ver . Vəhyində açıqca ifadə edib kitabında and ilə gücləndirdiyin vədini, bütün həyatımızı, şəxsən öz boynuna götürdüyün, zəmanət etdiyin ruzini əldə etməyə ayırmamıza maniə qərar ver . Necə ki, sən: "Sizin ruziniz və sizə vəd edilənlər göydədir." (Zariyat/22) buyurmusan və sözün haqqdır, ən doğrudur. Və "And olsun göy və yerin Rəbbinə, heç şübhə yox, eynilə sizin danışıgınız kimi bir gerçəkdir bu." (Zariyat/23) buyuraraq and içmisən və sənin andından daha doğru, daha bağlayıcı bir and yoxdur.
     

  • İMAM SƏCCADIN (ə.s)Uca Allaha Sığınmaqla Əlaqədar Duası

    Allahım, istəsən lütfünlə bizi bağışlayarsan; istəsən ədalətinlə bizə əzab edərsən. O halda, nemətinlə əfvini bizim üçün asanlaşdır və bağışlamasınla bizi əzabından qurtar. Çünki gerçək budur ki, bizim ədalətinə dözəcək gücümüz yoxdur; əfvin olmadan heç birimiz qurtulmarıq.

    Ey gənilerin gənisi (uca Allah), biz sənin qulların! Qarşında dayanmışiq (fəzlini və lütfünü ümid etməkdələr) və mən, sənə möhtac olanlar içərisində ən çox ehtiyacı olanam. O halda, geniş rəhmətinlə yoxsulluğumuzu apar; rəhmətini bizdən əsirgəyərək bizi ümidsizliyə salma. Əks halda səninlə xoşbəxt olmaq istəyəni bədbəxt etmiş, fəzlindən kömək ümid edəni məhrum buraxmış olarsan. O zaman da səndən başqa kimə yönələ bilər, qapından başqa hansı qapıya gedə bilərik ki?!

    Sən (hər cür əskiklikdən) pak və münəzzəhsən; biz isə dualarına razılıq etməyi söz verdiyin çarəsizlərik; çətinliklərini aradan qaldırmağı vəd etdiyin sıxılmışlarıq. Və sən, rəhmətini diləyəndən rəhmətini əsirgəməz, səndən yardım ümid edəni mədətsiz buraxmazsan! Çünki bu, iradənlə uyğunlaşmaz, böyüklüyünə yaraşmaz. O halda, sənə yalvarıb yalvarmamıza (baxaraq bizə) acıyaraq və qapına gəldiyimiz üçün (lütfünlə) bizi zəngin et.

    Allahım, sənə üsyan etmək üzrə şeytana itaət edince o, üzümüzə güldü. Bu halda, Məhəmməd və əlinə salavat gonder və sənin üçün onu (şeytanı) tərk etdikdən, ondan üz çevirib sənə yönəldikdən sonra təkrar onu üzümüzə güldürmə.