воскресенье, 30 июня 2013 г.

HƏZRƏT ƏLİ(Ə.S)NİN DÜNYA VƏ ONUN ZÖVQLERİNİN TƏNQİD EDƏN SÖZLƏRİ

Həzrəti Əli(ə)ın Dünya və Onun zövqlərini tənqid etməsi xüsusundakı Sözlerİ

Dünyadan çəkinmənizi tövsiyə edirəm. Çünki dünya, (zahiri) şirindir; yamyaşıldır (görünüşü gözəldir); həsrətlərlə örtülmüşdür; tez əldə edilən lakin dərhal keçib gedən zövqləri üçün sevilər; diləklərlə xoş olar, aldatmaqla bəzənər; lakin verdiyi sevincin davamlılığı yoxdur; onun qəflətən gələn müsibətindən etibarda olunmaz. 

Çox aldadan, çox zərər verən, yox olub bitən, keçib gedən, yeyib bitirən və həlak edəndir. Onu istəyənlər, onu əldə etməyə razı olanlar, diləklərini əldə etsələr belə, nöqsan sifətlərdən münəzzəh olan, şanı uca Allahın, bu: "(Dünya yaşayışı) göydən yağdırdığımız yağışa bənzər; yer üzünün bitkilərini sular, bünyələrinə girər də onları yaşıllaşdırar, yetişdirər; deyərkən bitkiləri quruyar, parçalanar, yellər də onları sovurar gedər və Allahın hər şeyə gücü yetər." buyruğundan kənara keçməz. 

Heç bir sevinib gülən yoxdur ki, ardından dünya onu kədərə salmış olmasın, ağlatmasın. Bolluğuyla bir qarını doyursa, sonunda yoxluğunu onun kürəyinə yüklər. Onda bolluq gətirən heç bir yağış yoxdur ki bəla buludu onu izləməsin. Səhər (birinə) kömək etsə, axşamüstü artıq onu tanımaz. Bir kimsə üçün bir tərəfi udulması asan, şirin olsa, o biri yanı ağrılı və xəstəlik olar. Axşamüstü onda sağlamlıq paltarı geyən, qorxulara düşərək səhərləmişdir. 

Dünya hiyləgərdir, onda nə varsa hamısı da insanı aldadar. Fanidir, onda olanların hamısı da yox olar. Azuqələri arasında günahlardan çəkinməkdən (təqvadan) başqa heç bir şeydə xeyr yoxdur. Dünyadan az bir şeyə razı olan, özünü təhlükəsizliyə qovuşduracaq çox şeyi qazanmağa yönələr. Ondan çox şey əldə edənin əldə etdiyi əbədi olaraq qalmaz və çox tez əlindən çıxar. Dünya, nə qədər güvənənlərini qəflətən gələn müsibətlərə salmış və nə qədər inananlarını yerə vurmuşdur; nə qədər ehtiyatlı insanları aldatmış və nə qədər böyükləri xor-alçaq etmişdir; nə qədər mütekebbirleri aç və kasıb etmiş və nə qədər taxt və tac sahiblərini üz üstə salmışdır. 

Dünyanın səltənəti zillətdir; yaşayışı bulanıqdır. Şirin suyu, acı və duzludur; dadı dili damağı ağrıdar. Dirisi ölümə, sağlamı xəstəliyə hədəfdir; qüvvətli olanı yıxılmağa məruzdur. Malı-mülkü keçicidir. Əzizi məğlub düşər, zəmanətdə olanı çətinliyə uğrayar; ona sığınan yağmalanar. Bunlardan sonra isə ölüm səkəratı və iniltiləri (can vermənin çətinliyi) qiyamətin dəhşətləri və ədalətli bir hakimin qarşısında dayanmaq gələr. "Pislik edənləri, etdiklərinə qarşılıq cəzalandırmaq və yaxşılıq edənlərə isə etdiklərindən daha yaxşı mükafat vermək üçün."

Sizlər, sizdən əvvəl daha uzun ömür sürənlərin, əsərləri daha açıq qalanların, sizdən daha hazırlıqlı olanların, orduları və inadları sizdən daha çox olanların yurdlarında deyilsinizmi? Onlar da dünyaya tapındılar, həm də necə tapındılar? Dünyanı seçdilər, həm də necə seçdilər? Sonra da zillətlə bu dünyadan köçüb getdilər. Yaxşı, siz belə (vəfasız) bir dünyanımı seçməkdəsiniz? Belə bir dünyayamı ehtiras edir, onamı güvənirsiniz?! 

Allahı Təala buyurur ki: "Kim dünya həyatını və zinətini diləsə onda etdiklərinin qarşılığını tam olaraq ödəyərik və onlar bu barədə heç bir zərərə uğramazlar. Onlar elə kəslərdir ki, onlara axirətdə ancaq atəş var, dünyada işlədikləri işlərsə boşa getmişdir; onsuz da bütün işlədikləri də boşdur". Bu dünya, ondan narahatlıqlanmayan və ondan qorxmayan kəslər üçün, nə də pis bir diyardır. 

Bilin, bilərsiniz də, sizlər onu buraxıb gedəcəksiniz. Dünya Allahı Təalanın onu vasfettiği kimidir: "Bilin ki dünya həyatı, ancaq bir oyundur, bir əyləncədir, bir bəzəntidir, aranızda bir öyünmədir və bir mal və övlad çoxaltma səyidir ancaq. " 

Hər yüksək təpədə, ehtiyacı olmadan bir quruluş quraraq əylənib dayanan, möhkəm strukturlar, qalalar edib əbədi qalacağını ümid edən və "kimdir bizdən daha qüvvətli" deyən kəslərdən ibrət götürün; yenə ibrət götürün öz gözünüzlə görmüş olduğunuz qardaşlarınızdan; necə onlar, dəvətsiz olaraq çiyinlərin üzərində daşınaraq qəbirlərinə endirildilər; qonaq çağırılmadan məzarlarına qoyuldular. Sığındıqları yerlər qəbir, kəfənləri torpaq oldu, qurumuş sümüklərlə qonşu oldular. Elə qonşu ki, çağırana cavab verə bilməzlər və zülmün önünü ala bilməzlər (düşdükləri zilləti aradan qaldıra bilməzlər); nə birinin ziyarətinə gedə bilərlər, nə də hallarını, xatirlərini soruşan olar. Kinləri yatışmış, həlım olmuş kəslərdir; həsədləri ölmüş, qəflət içindələr. Onların nə qəflətən hücumlarından qorxular, nə də köməkləri ümid edilər. Onlar əsla dünyaya gəlməmiş kəslər kimidirlər; necə ki Allahı Təala: "İşdə bu, o kəslərin evləridir 

ki, ölümlərindən sonra çox az bir zaman xaricində hamısı bomboş qalmışdır. Onlara varis olanlar bizik. "buyurmuşdur. Yerin üstünü altıyla, genişliyi dar bir yerlə, əhli-ayali qürbətlə, işığı zülmətlə dəyişdirmişlər. Yerdən ayrıldıqları (torpaqdan yaradıldıqları,) kimi təkrar ayaqları sadə, bədənləri çılpaq oraya döndülər. Əməlləriylə birlikdə dünyadan, əbədi bir həyata köçdülər, orada məskən əldə etdilər. Necə ki nöqsan sifətlərdən münəzzəh olan Allah da belə buyurmuşdur: "Əvvəl necə yaratdıqsa, təkrar yaradacağıq; bu bizim vədimizdir və həqiqətən də edəcəyik". 
(tuheful-uqul kitabı)