понедельник, 12 января 2015 г.

DININ MAHIYYƏTİNİN BƏYANI.

 DİNİN MAHİYYƏTİ HAQQINDA.
Din ərəb sözü olub lügətdə “cəza “ , “itaət “ , “borc” kimi mənalara gəlir.Lakin din üçün lügətdəki məna qəsd olunmaqla yanaşı , onun başqa mənası da vardır ki, ondan insanın və toplumun həyat tərzini formalaşdıran ümumi dəyərlər və qanunlqar sistemi nəzərdə tutulur. Dinin təqdim etdiyi bu dəyərlər və qanunlar sistemi düzgün həyata keçirlidiyi zaman ,cəmiyyətdə tərəqqi və islahat yaradan nizam və həyat tərzi meydana gətirir. Bu mənada dini qəbul etsək o,bizim üçün daha geniş məna kəsb edib,bütövlükdə hayatımızı əhatə etmiş olur. Deməli bu mənada din həyatımıza istiqamət və nizam verən bir həqiqət olur ki,onun dəyərlər sisteminin içinə ,bəşəriyyətin həyatı üçün önəmli olan əqidəyə, əxlaqa ,ictimai və huquqi məsələlərə, əməl və davranışlara aid olan höküm və qanunlar daxil olur. Bunun nəticəsi olaraq da dinin bəşərin praktik həyatına çevrilməsi ilə,cəmiyyətin əqidə,inanc,əxlaq və davranışları  xüsusi bir nizama salınaraq , onun həyatına nənitəcə bəxş edəcək bir məna və məqsəd qazandırır.Bəşərin həyatının sonluq və nəticə etibari ilə ,məna və məqsəd qazanması yalnız dini dəyərlərin praktik həyata çevrilməsi ilə baş tutur və bu baximdan dindən qeyri heç bir idioloji məktəb bu nəticəni ona vəd etmir.Dinin və onun qanunlar sisteminin, insan həyatına məna qazandırması da onun bəşərə sonluqda xoşbəxtlik və səadətin əldə olunmasını vəd etməsi və onun yollarını göstərməsidir.Başqa fəlsəfi və ideoloji məktəb və cərəyanların baxış və düşüncələrini incələdiyimiz zaman bunların heç biri ilahi dinin bəyanatlarını əvəz edə bilməyib, insanlıgın haytının sonlugu barədə ona heç bir yol göstərə bilmir.Onların örnək və vədləri yalnız dünya həyatı haqqında yetərsiz mulahizələrdən və fikirlərdən ibarətdir ki, hətta dünya həyatında belə insanı xoşbəxt edəcək bir gücdə deyildir.Çünki bəşərin fitrəti gərəyi qəti olaraq deyə bilərik ki, dünya həyatında belə insanı yalnız o məktəbin görüşləri xoşbəxt edə bilər ki,onun ideyalarında bəşərin həyatının nəticə və sonlugu onun vicdan və fitrətinə uygun izah edilsin.Bu cəhətdən başqa məktəb və cərayanlar bəşərin vicdanından və fitrətindən dogan təlabat və ehtiyacları qarşılayacaq heç bir dəyərə sahib olmayıb ,bəşəri düşündürən məsələ və problemlərin həllinə yönələn heç bir şey vermir.Elə bu səbəbə görədir ki, dünyəvi məktəblərin təqdim etdiyi sistem ,dünya həyatında belə bəşəriyyət üçün islahat və nizam mənbəyi olmayıb ,əksər hallarda fəsad,hərc-mərlik,mənəvi boşluqlarla nətcələnəcək bir həyat quruluşu miras olaraq qoyur.Məsəlyə bu cəhətdən baxdıqda,bəşərin dünya həyatında belə islahedici nizama və xoşbəxt bir yaşayışa  sahib olması üçün də, ilahi dinin prinsip və bəyanatları tətbiq edilməlidir. Bunu əsas götürərək ilahi din  əhatə etdiyi  və bəhs etdiyi  mövzularda bəşəriyyətin ,sosial, siyasi,iqtisadi, huquqi və mədəhi həyatını tənəzzüldən mühafizə edib, ideal bir səviyyəyə gətirmək üçün  də tövsiyyələr və qanunlar müəyyənləşdirmişdir.Dinin bu sahələrlə əlaqəli olan nizamlı qanunları ilə yanaşı ,faydalı nəsihət və tövsiyyələri ehtiva edən bir sıra təqdimatları da mövcuddur. Bunlar da insanlıgın bir toplum olaraq dünya həyatında səadətə yetişib ,özlərini xoşbəxt hiss etmələri üçün şərait və mühit yaratmaq  üçün  yardımçı vasitələrdir.
      Bu mənada biz dini və onun dəyərlərini bəşəriyyətin dünyəvi və  uxrəvi həyatları üçün vacib sayıb , bu iki həyatda səadət və xoşbəxtliyə yetişmələrində ən böyük və əvəzsiz amil olaraq qəbul etməliyik. Dinin bəşəriyyət üçün bütün mütərəqqi cəhətlərini nəzərə alıb,onun insanlıgın ixtiyari və təklifi həyatlarının ən ideal və qənaətbəxş bir formaasının təminatçısı oldugunu ,təşrii həyatlarını nizama salmaqda ən üstün qanun və hökümləri ehtiva etdiyini qəbul etməklə yanaşı, onun eyni zamanda,təkvini həyatda da  qoyulmuş bir nizam, dəyişməz qanunlar düsturu kim də başa düşməyimiz lazımdır. Dini belə mükəmməl və ideal formada təsəvvür edib qəbul etdikdə onun həyatın hər iki cəhətinə: həm təkvini olub, bizim iradəmizdən asılı olmadan var olan həyat nizamına və kainatdakı dəyişilməz qanunauygunluqlara, həmdə təşrii olub, bizim iradəmizlə həyata keçməli olan həyat nizamına,toplumları və millətləri yönəldən qanunlar sisteminə  aid oldugunu dərk edəcəyik. O, zaman həm cəbri həyatın riyazi düsturlarının allahın bir qoydugu bir din oldugunu biləcək, həm də insanlıgın Allahın cəbri dini olan kainat nizamından ilham alaraq təşrii həyat qanun və nizamlarını da Allahın təqdim etdiyi dinin dəyər və qanunları ilə qurmalı  olacaqlarını dərk edəcəklər. Allahın dinin belə geniş mənada dərk olunması və onun səhvsiz nümunəsinin kainatda qoyulması,onun insanın ictimai olan təşrii (ixtiyari) həyatında da, ümumbəşəri, beynəlxalq, əbədi və dəyişilməz oldugunu anladır və yer üzündə həyatın sonuna qədər var olacagını çatdırır. Allahın dini bu mükəmməl xüsusiyyətləri əbədi olaraq daşıyır və har hansı bir toplum və ya millətin onu qəbul edib-etməməsindən asılı olmayaraq onda hər hansı bir eyb və yetərsizliyin olması düşünülə bilməz.Əksinə bəşəriyyət bu nizama tabe olmadıqda , fəsada ugramış və nöqsan sifətlərinə yiyələnmiş bir toplum kimi dəyərləndirilməlidir. Necə ki günəşin istisi və nurundan bilərəkdən özünü gizlədən insan üçün günəş naqis hesab oluna biməz, bəlkə o insan nurdan özünü məhrum etdiyi üçün naqis hesab olunmalıdır.
Beləliklə din ,bir nizam olaraq yaradılmış ,təqdir olunmuş  və insanlıq üçün bəyənilmiş bir həqiqətdir. Dinin bu keyfiyyətlərə sahib olub bir nizam olmasını ,qanunlarının dəyişməz olmasını , bizə anladan ilk mənbə , onun həqiqətlərini və dəyərlərinin özündə ehtiva edib bəyan Qurani-kərimin özüdür. Qurani kərimin rum surəsində bu mətləbə işarə olunaraq belə buyurulur:
“(ey  Muhəmməd) Üzünü hənif olaraq (pak bir muvəhhid kimi) Allahın insanları fitri olaraq onun üzərində yaratdıgı  dinə dogru döndər.Allahın dinində heç vəchlə diyşkənlik olmaz.Dogru din budur lakin, insanların əksəriyyəti bunu bilməz.(rum 30).
Bu ayədən anlayacagımız məna budur ki, din insanın yaradılışı ilə baglı olan məsələ olub, onu içində qoyulmuş bir həqiqətdir.Allah insanları yaradarkən, xəmirlərini dini hissi ilə yogurmuş, dinə olan sevgi və yönəlişi yaradılış etibari ilə onun içində qoymuşdur.Bu onu deməyə əsas verir ki insan iç dünyası gərəyi, fitri olaraq dini istəyir və onu arayır. Bu cəhətdən dini biz sonradan, fitrətə söykənmədən, peygəmbərlər tərəfindən insanlıga gətirilmiş yeni , xarici bir nizam  oldugunu qəbul edə bilmərik. Əyər onu bu cür dəyərləndirib qiymət versək, o zaman heç onun insanın vicdanı və fitrəti ilə uygun gəlib təsdiq oluna biləcəyini deyə bilmərik.  Həm də deməliyik ki , sonradan göndərilən bir dəyər Allahın kitabında insanın fitrəti olaraq qiymətləndirilə bilməz idi. Lakin ayələr dinin qoyulmuş bir həqiqət oldugunu , insanların da bu həqiqətə uygun yaradıldıqlarını açıq şəkildə bəyan edir.Necə ki, quranın başqa ayəsində dinin təkvini oldugunu iddia etdiyini görürük:
                                                                         ان الدین لواقع
“Həqiqətən din qoyulmuşdur”.
Ona görə də dinin qoyulmuş bir həqiqət  və nizam oldugunu , insanların da həm təkvini,(qeyri-ixtiyari) həmdə təşrii (ixtiyari)  olaraq  bu nizamın üzərində ona uygun xəlq olundugunu nəzərə alsaq və ilahi təqdirin də heç vaxt dəyışməyəcəyini , həyat var olduqca var olacagını dərk etsək  o zaman,  bunun ,cəbri bir qanunauygunluq oldugunu qəbul etməliyik.
Deməli din, bütün incəlikləri insan aglı ilə dərk olunmayan,lakin bütün cəhətləri ilə insanın qəlbinə və vicdanına uygun olub, ilahi bigi ilə öncədən təqdir olunmuş bir həqiqətdir. Lakin onun əksəriyyət tərəfindən təşrii həyatda qəbul olunmayıb, ona tebeçilik edilməməsi,ya incəliklərinin agılla düzgün dərk olunmaması , ya da ki onun qanunlarının insanin nəfsani istək və şəhvani meyillərinə zidd olmasına görədir.Çünki dinin şərii qanunları vicdanla təsdiq olunsada bəzən şəhvani meyillərlə uygun gəlmir.Bu cəhətinə görə insanlar onun dəyərlərinə tabe olmurlar, bunu fürsət bilən bəzi maddəçi mütəfəkkirlər  də onu yanlış izah etməyə çalışır və bununla onun yetərsiz və faydasız oldugunu cəmiyyətə qəbul etdirib ,onları dini həyatdan uzaqlaşdırmaga səy edirlər.
Lakin, Allah müqəddəs kitabinda dinin cəbri və təkvini yönünü kainatda oxumaga dəvət edir,ondan düzgün nümunə əldə edib yanlışlıqlara uymamaga çagırır.O, insanın iradə və ixtiyarından asılı olmayan təkvin aləminin və onun ümumi bir nizamının oldugunu bəyan edir.Onu möhkəm və mükəmməl bir din adlandırır, onda son dərəcə kamil bir təslimiyyət və itaətin mövcud oldugunu qeyd  edir.Bununla insana ayıltmaga çalışıb deyir ki,sənin müşahidə etdiyin və edə bilmədiyin bu böyük kainatda hər şey eyni nizama tabe olub mənə itaət etməkdədir.Bu mənim onlar üçün müəyyən etdiyim təkvini bir dindir. Ey mənim bəndəm! Sən də kainatımın bir parçasısan, cəbri olaraq sən də bu təqdir etdiyim dinin qanunauygunluqlarına tabesən.Lakin sənin üçün başqa bir təqdir etdiyim din də vardır.Bu sənin öz iradənlə tabe olub yaşayacagın din olacaq. Həmin dini yaşamaqda da sən kainatdakı təslimiyyətə baxmalı ,Allahın təkvini dininin nə qədər qüsursuz və ali oldugunu,bu dinə olan itaətdən kainatda necə bir hüzur və rəhmət meydana gəldiyini görməlisən.Sonra bu təslimiyyəti öz ixtiyari həyatına tətbiq etməli,təkvini həyatda olan huzur və rəhmətin eynini insanı həyatında yaratmalısan.    Bunu anlamaq üçün aşagıdakı ecazkar ayəni diqqətlə izləmyimizlazimdır:                                                                                                    
                                                                                                                افغیر دین اللله یبغون و له اسلم من فی السموات والارض
“Allahın dinindən qeyrisinimi arayırlar,halbuki, göylərdə və yerdə nə varsa hamısı ona təslimiyyət içərisindədir.”
Gördüyümüz kimi bu ayə, təslimiyyətin həqiqi çöhrəsinin kainatdakı qanunlarda oldugunu anlatmaga çalışır və təşrii həyatda xoşbəxtlik və səadətin qurulmasını buna uygun bir həyat nizamı quruldugu zaman baş berəcəyini bildirir. Allah bəşərin itaəti sayəsində qazandıgı bu təslimiyyəti din adlandırır.Bu din hər yönü ilə haqqı ehtiva edən tövsiyyə edən islam dinidir.Adəmdən sonuncu pegəmbər həzrəti Muhəmmədə qədər gələn bütün peygəmbıərlər yalniz bu dinə dogur insanları yönəltməyə çalışmışlar.Deməli butun peygəmbərlərin vəzifələndirilərək  göndərilb  bəyan etdikləri şəriətlər, gətirdikləri qanunlar əvvədən dəyişməz olan bu islam dinin qanunlarıdır.Bunu aşagıdakı ayə bəyan edir;                                                                                                          
                                                                                                 ان الدین عند اللله الاسلام

“Allah yanında din yalnız islamdır.