суббота, 10 ноября 2012 г.

ŞEYX TUSİNİN QISA TARİXÇƏSİ

ŞEYX TÛSİ

Doğumu:

Şeyh'ut-Taife olaraq da bilinən Əbu Cəfər Məhəmməd b. Həsən Tusi, h. 385 ilində Xorasansada doğuldu. İslam dünyasının ən parlaq ulduzlarındandır. Fiqh, üsul, kəlam, hədis, təfsir, rical vs. kimi sahələrdə bir çox əsərləri vard

Ailəsi:

Şeyx Tusi (r.ə)ın ailəsi, bir neçə nəsil sonra da, içində alim və fəqihlerin yetişdiyi bir ailədir. Oğlu Şeyx Əbu Əli, "Mufidi Sani" ləqəbini almış qiymətli bir fəqih idi. Müstedrek, c. 3, s.498də nəql edildiyinə görə, Emali adında bir əsəri vardı. Atasının ən-Nihayə adlı əsərini də şərh etmişdir.

Lülu'ul-Bahreyn adlı kitabın nəqlinə görə, Şeyx Tusinin qızları da alimə və fəzilət sahibi kəslər idi.

Şeyx Əbu Əlinin oğulu Şeyx Əbul Həsən, atasından sonra elm hövzəsinin başçılığını və mərciliyini boynuna götürmüşdür.

İmad Taberi bu mövzuda belə deyər: "Əgər peyğəmbərlərdən başqasına salavat göndərmək caiz olsaydı mən bu adama salavat göndərərdim."

Şeyx Əbu Əli (Şeyx Tusinin oğulu), h. 540 ilində vəfat etmişdir.

Təhsili:

Şeyx Tusi, h. 408 ilində, 23 yaşındaykən Bağdada hicrət etdi. Ömürünün sonuna qədər İraqda qaldı. Ustadı mərhum Alem'ul-Hüda Seyid Murtazanın vəfatının ardından riyaset, mərcilik və fətva məqamı ona intiqal etdi.

Şeyx Tusi, beş il boyunca Şeyx Mufiddən dərs aldı. Şeyx Mufidin qiymətli tələbəsi Seyid Murtazadan da uzun müddət faydalandı. Ustadı Seyid Murtaza h. 436da vəfat etdikdən sonra 12 il orada qaldı.

Moğolların hücumu üzündən ortalıq bir xeyli qarışmış idi. Evi yandırılıb yıxılmış, malları yağmalanmışdı. Bunun üzərinə Nəcəfə hicrət etdi. Qısa müddətdə buranı elm hövzəsinə çevirdi. Hicri 460 ilində də orada vəfat etdi.

Elmi Şəxsiyyəti:

Həmişə İslami elmlər sahəsində təhsil alan tələbələrin dərs kitabı olaraq oxuduqları ən-Nihayə adlı əsər, Şeyx Tusiyə aiddir. Şeyxin bir başqa əsəri də zamanının ən geniş fiqh kitabı olan əl-Mebsut adlı kitabıdır. Ayrıca, əl-Xilaf adlı bir başqa əsərində də Şiə və Əhli Sünnə fəqihlerinin fikirlərini bəyan etmişdir. Şeyxin fiqh sahəsində fərqli əsərləri də vardır.

Keçmiş üləma arasında "Şeyx" deyildiyində ağla ilk gələn adam, Şeyx Tusi idi. "Şeyhayn" deyildiyində də, Şeyx Tusi və Şeyx Mufid ağla gəlir idi. Qısacası Şeyx Tusi, hələ də  fiqhin bütün sahələrində adı parlayan seçmə bir fəqihdir.

Şiəyə Öndərliyi:

Şeyx Tusi, Alem'ul-Hüda Seyid Murtazanın vəfatından sonra Şiənin liderliyini boynuna götürdü. Bağdadın Kereh məhəlləsində olan Şeyxin evi, o zamanlar Müsəlmanların sanki məskən yeri halına gəlmişdi. İslam aləminin müxtəlif bölgələrindən bir çox elm aşiqi, aydın elm və hikmət mənbəsindən faydalana bilmək üçün Bağdada, Şeyxin hüzuruna gəlirdi.

Tələbələri:

Şeyxin fəqih, müçtəhid və alimlərdən ibarət olan Şiə Məzhəbinə mənsub üç yüzü aşan şagirdi vardı. Bunun yanında, Əhli Sünnədən yüzlərlə alim də onun elmindən faydalandı.

Uca məqamı

Şeyx Tusinin elm, əxlaq, təqva və zühdü İraq sərhədlərini aşmış, dünyanın ən ücqar künclərinə da çatmışdı. Onun inkar edilə bilməz bu uca mövqeyi, Abbasi xəlifələrindən əl-Qaim Biemrillahın əlaqəsini çəkmiş, Ali Buveyhın da köməyiylə xilafət mərkəzində kəlam dərslərini tədris etməsi üçün kürsü vermişdi. O zamanlar bu kürsüyə çox dəyər verilər, bu haqq, ölkənin qabaqda gələn elm adamlarına tanınardı. Qısacası bu, o dövrdə gərək Bağdadda, gərəksə bütün İslam ölkələrində kəlam tədrisində Şeyx Tusidən daha üstün və daha layiq birinin olmadığını göstərməkdədir.

Kədərli Bir Hadisə:

Hicri 447 ilində Səlcuqlular, Ali Buveyhın zəifliyindən faydalanaraq Bağdada hücum etdilər. Qısa müddətdə Ali Buvey hökumətinə son verdilər. Bu vaxt Tuğrul Beyin çox fanatik baş vəziri Abdulmelik, Şiə məhəllələrinə hücum edərək Şiələri qılıncdan keçirib mallarını yağmaladı. Necə ki, Şeyxin də evinə hücum etmişlər, özünü tapa bilməyincə də bütün kitablarını atəşə vermişlər idi.

Elm dünyasına enən bu çox ağır, kədərli və kompensasiyası mümkün olmayan hadisədən sonra Şeyx, Nəcəfə getdi.

Nəcəfi Əşrəf:

O dövrlərdə Nəcəf, hələ kiçik bir qəsəbə idi. Möminlərin əmri Hz. Əli (a.s)ın Şiələri, İmamın müqəddəs türbəsi ətrafında yaşayırdılar. Şeyx, cahillərin yandırmış olduğu bu fitnə atəşi az da olsa yatışdıqdan sonra burada Şiənin ən böyük elmi mərkəzi olan Nəcəfi Əşref Hövzəsini qurdu.

Əsərləri:

Şeyx Tusi, Şiənin təməl qaynaq kitabları olan Qütbü Erbaadan Tehzib'ul-Ahkam və əl-İstibsar adlı fiqh hədislərini ehtiva edən iki kitabın müəllifidir. Bunların xaricində digər əsərlərindən bəziləri də bunlardır:

1- ən-Nəhayət

2- əl-Mebsut

3- əl-Xilaf

4- Uhdet'ul-Usul

5- ər-Rical

6- əl-Fihrist

7- Temhid'ul-Usul

8- et-Tibyan

Vəfatı:

Şeyx Tusi, 22 Məhərrəm 460 hicridə Allahın rəhmətinə qovuşdu və Nəcəfdə, öz evində torpağa verildi. Onun ölümüylə İslam dünyası, ən böyük və ən məşhur fakihlerden birini daha itirmiş olurdu. Belə ki, tarix, onun kimilərinə çox az şahid olmuşdu. Bu gün da bir çox fəqih, onun elminin səmərələrindən faydalanmaqdadır.

Şeyx Tusinin dəfn edildiyi ev, indiki vaxtda məscid olaraq istifadə edilməkdədir.