вторник, 2 июля 2013 г.

Namazın hikmeti haqqında bir neçə söz

Bizim dünya həyatımız anların, saatların, günlərin, ayların və illərin ardıcıllıqla bir-birini əvəz etməsindən ibarətdir.Bu dünyada biz öz vucudumuzu zaman və məkan dəyişmələrinin içərisində görürük ki,həmin dəyişmələr, bizim cismimizin və ruhumuzun dəyişərək haldan-hala düşməsində önəmli rol oynayir.Zaman və məkanın insan həyatında çox önəmli olması ilə yanaşı, zaman və məkan içərisində baş verən hadisələrin, vəziyyətlərin, halların və nəfsi keyfiyyətlərin də onun vücudunun hansı məziyyətlərə sahib olub təkamülə yetişməsində çox əhəmiyyətli rolu vardır.Ona görədə zaman və məkan içərisində qərarlaşan insan üçün daha əhəmiyyətli olan onun bu gerçəklik içərisində hansı keyfiyyətlərlə özünü göstərməsidir. Çünki insan zamanda və məkanda varlıgı gerçəkləşən bir cansız və hərəkətsiz bir varlıq deyildir, əksinə insan davranışı,hərəkətləri ,düşüncəsi və ruhu keyfiyyətləri ilə zamana və məkana anlam verən ,onu mənalandıran,ona zinət verib dəyərləndirən bir varlıqdır.Əyər insana məqsədsiz,hərəkətləri və davranışları qayəsiz,yaşayışında düşüncənin və tədbirin heç bir müdaxiləsi olmayan şüursuz bir varlıq kimi baxsaq o halda onun üçün nə zamanın nə də məkanın bir dəyəri olmayacaq. Həqiqətdə O, yaşayışında günləri bir-bir ötüşdürmək və məkanları dəyişməklə məşgul olacaq ,onun üçün müəyyənləşdirilmiş zaman və məkan hissəsi tamama yetdikdə də onlardan fayda əldə etmədən sərgərdan bir halda ayrılacaqdır.İnsanın yaşadıgı anlarının, dayandıgı yerlərinin onun üçün faydalı olub ,onun yaşayışına məna verməsi üçün onun bu həqiqətlər içərisində hansı fikir və ruhi hallarla həyat sürməsi çox vacib bir məqamdır.İnsan üçün dünya həyatında çoxcəhətli,çoxşaxəli və bir-birinə zidd olan müxtəlif hallar ,durumlar,vəziyyətlər və xüsusiyyətlər mövcud ola bilər.Lakin bütün bu çoxcəhətli və təzadlı hallar və xüsusiyyətləri ümumi olaraq iki istiqamətə ayırmaq mümkündür. Birinci hal, insanın agıl və idrakla rəbbini tanıyaraq həyatını onun müəyyən etdiyi istiqamətə dogru quraraq buna uygun bir vəziyyət və hal içərisində var olmasıdır.
İkinci hal isə insanın həyatını həvayi-nəfsdən qaynalanan , agıl və məntiqə zidd olan istəklər istiqamətində qurmasıdır ki, bu da şeytanın ilham etdiyi bir yol olub insanı uçuruma sürükləməkdədir.Bu yola uygun da insanın dünyada durum və vəziyyətləri vardır ki,ona şeytani və nəfsani hallar demək mümkündür.
Lakin insana dünya həyatı ilə mükəlləf edilib bu dünyayə göndərildiyi zaman onun birinci bəyan etdiyimiz hala sahib olması məqsəd kimi ona rəbbi tərəfindən ilham edilmiş, ona uygun da hallar və vəziyyətlərə yiyələnməsi tövsiyyə olunmuşdur. Ona görə də insanın bu dünyada ən üstün halı özünü rəbbinin huzurunda hiss edərək onun bəndəçiliyini icra etdiyi durumudur.Bu hal insan qəlbinin ən üstün halıdır.Çünki bu hala sahib olduqda insan çoxlu sıxıntılardan qurtarır və zənginlik səadətinə qovuşur. Çünki ən böyük səadət zənginlikdir.Lakin bu zənginlik mal, güc və qüvvət çoxlugundan ibarət bir zənginlik deyil, bu Allahdan başqa bütün dayaqlardan insanı ehtiyacsız edən bir qəlbin zənginliyidir ki, yalnız ona qul olmaqla əldə edilməsi mümkündür.Bu qulluq Allahla bəndəçilik rabitəsini qurmaqdır.Onunla bəndəçilik rabitəsini qurmaq üçün ən dəyərli əməl namazdır.Çünki ALLAHLA rabitə yalnız insanın qəlbi ilə mümkündür ki, bu isə rəbbin qəlbdə zikr olunub yad edilməsi ilə həqiqət tapar.Qəlbdə Allah zikr olundugu anlarda da qəlb sıxıntılardan qurtarıb rahatlıq tapar,çünki, Allahdan qeyri önəm verdiyi dayaqlar,güclər,maddi güvənclər hamısı yox olub gedər. Allahın huzurunda dayanmaq ,onu tez-tez qəlbində yad etmək onu məxluqata möhtaclıq hissindən qurtararaq çox zəngin və ehtiyacsiz bir insana çevirər.Zənginlik və Allahdan qeyrisindən ehtiyacsızlıq duygusu da qəlbin ən mutməin və aram bir vəziyyətidir. Bu neməti və səadəti də insana nəsib edən əməl namaz ibadətidirki,Allah bu əməlin önəmi haqqında belə buyurur: “Məni yad etmək üçün namazı bərpa edin ,həqiqətən Allahı yad etməklə qəlblər aram olar”. Deməli, namaz bizim qəlbimizin təmir olunması və onun dagıntılardan mühafizə olunmasıdır.Əyər bir bəndə bu əməldən uzaqdırsa və ya onu tərk etmişdirsə qəlbini düşmən oxlarına nişangah qəarar vermişdir.Namazı tərk etmiş qəlb hücumlar nəticəsində viran olmuşdur.Həyat isə abad olan bir yerdə mümkündür, viran olmuş bir yerdə deyil.!