TƏTHİR AYƏSİNİN ƏHLİ-BEYTİN MƏSUMLUGUNA DƏLİL
OLMASI
Təthir ayəsi quranda əhli-beytin məsumluguna
və hər bir xəta və gunahdan pak olmasına ən aydın delillerden biridir.Allah əhzab
surəsinin 33-cü ayəsində buyurur:
... إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ
أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهيراً.
“Ey əhli-beyt Allah sizden herbir çirkinliyi uzaqlaşdirib
sizi pak qərarlaşdırmaq istəyir”.
Bu ayə vasitəsi ilə əhli-beyt imamlarının məsumlugunu isbat
etmək üçün bir neçə məqama diqqət etməyimiz lazımdır.
Bu ayədə Allahın iradəsinin
انما kəlməsi ilə xüsusi olaraq işlədilməsi:
Bu ayə ərəb dilində mutləq bir şəkildə həsri ifadə etmək
ücün işlədilən انماədatı ilə işlədilmiş və mutləq olaraq ehli-beytə
daxil olan şəxslərin məsum, xətasız və hər hansı bir nöqsan və rəzalətdən uzaq
olduqlarını
Bəyan etmişdir.çünki bu ədat vasitəsi ilə hər
hansı bir məqsəd bəyan olunarsa o qaydalara görə həsri çatdırır.Həsr də bu ədatdan
sonar gelen hökmün və yaxud məqsədin haqqında soylədiyi şəxslər və ya mövzular
ücün qeyd-şertsiz mutləq dogru olub, onlardan qeyrilerinin de bu hökümden
istisna olduqlarını
Açıq aydın bildirir.Eyni zamanda الرجس kəlməsi də cinsi bildirən ال-ilə
gəlmişdir ki bununla Allah hər növ pislik ,nöqsan və çirkinliyin o böyuk
shexsiyyetlərdən uzaq oldugunu bildirmişdir.Yəni ehli-beyt imamları həm batini
həm zahiri gunahlardan arınmış və tam olaraq əxlaqı rəzalətlərdən təmizlənmışlər.
Beləliklə bu
ayədən istifadə edib demək mümkündür ki,ehli-beyt imamlarını məsum olmadan təsəvvür
etmək mumkün deyil və ayənin zahirinə tam zidd olan bir fikirdir.Çünki bu ədatla
mutləq iradə və yaxud
Hökmen
olacaq şeyler bəyan olunur.Deməli burada Allahın iradəsi mutləq olaraq təcəlli
edəcək və ziddi də düşünülməzdir.Əyər belə olmasa ayənin bu ədatla gətirilməsi
qeyri-düzgün olacaq və əldə etdiyimiz məna üçün əbəs olacaq.Allahın da əbəs bir
işi görməsi qeyri mumkundur.
ALLAHIN
bu ayədə bəyan etdiyi iradənin hətmi və məxsus bir iradə oldugunu Qurani-kərimin
digər ayələrindən də açıqca anlaya bilərik.çünki quranda ALLAHIN ümumi olub
mutləq olmayan iradəsindən də
Bəhs
edilmişdir.Əyər bu ayələri qarşılıqlı təhlil etsək görərik ki,o ayələr də də
ilahi iradədən sohbet getmiş lakin orada həsr ədatı ilə xüsusiləşməmişdir.Belə
ayələrdə bəyan olan iradə təşrii iradə olub məyyən şərtlər və səbəblər daxilində
həqiqət tapar.Yəni bu ayələrdə bəhs olunmuş iradənin şamil oldugu şexsler
ümumidir və onlarda həsr edilməmışdir.Eyni zamanda bunun əksinin də
baş verməsi mumkundur. Yəni insanlar bu iradənin əksnə davranıb həmin ayənin hökmünə
şamil olmamalrı da mümkündür.Məsələn dəstəmazın hökmünü bəyan edən aşagıdakı ayəyə
diqqət yetirin:
مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُمْ
مِنْ حَرَجٍ وَلَكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ
تَشْكُرُونَ
“Allah size çetinlik qərarlaşdırmaq istəmir.Bəlkə şükr edəsiniz
deyə, sizi paklamaq və nemətini sizə tamamlamaq istəyir.”(maidə 6)
Aydındır ki bu ayədəki iradədən məqsəd təşrii
iradə olub və butun möminlərə aid olur.və müəyyən bir şəxslərə məxsus olmur.Yəni
hər bir mömin lazım olan şərtləri özündə cəmləsə bu ayənin misdaqına(yəni nümunəsinə)
çevrilə bilər.beləliklə zaman-zaman möminler ta qiyamətə qədər bu ayənin hökmünə
tədriclə daxil olacaqlar.Qiyamətə qədər də hər bir mömin istisna olunmadan bu
ayədə qeyd olunan məqsədə çata bilər.Bə elə möminlər də ola biler ki imandan
dönüm bu ayənin misdaqından xaric olsun və Allahın möminlər üçün iradə etdiyi
paklıga sahib olmasın.
Lakin bu ayənin əksinə olaraq təthir ayəsinin şamil odugu şəxslər
belə deyil.Yəni onlarda iradə həsr ədatı ilə birgə bəyan olunmuş və paklıqları
da qey-şərtsiz qiyamət gününə kimi dəyişməzdir.Bə bir an olsun belə bəyan
olunan ismət və paklıqdan xaric olmazlar. Beləliklə quranin iki ayrı ayəsində
iki ayri və fərqli olan ismət və paklıgın fərqli bir şəkildə aydın olaraq bəyan
olundugunu gördük.
Bu ayə peygəmbərin xanımlarına şamil deyil.
Ehli-beyt mektebinin alimlərindən ferqli olaraq digər islami məktəblərinin bəzi
nümayəndələri bu ayənin
Digər şəxslərə o cumlədən peygəmbərin zövcələrinə də şamil
oldugunu izah etmək istəmişlər.Lakin bu fikrin yanlış olmasını isbat edən çoxlu
əqli və nəqli dəlillər mövcuddur.Biz onların bəzisini burada qeyd edəcəyik:
Bu ayə müstəqil bir ayə olaraq nazil olmuşdur:
Burada diqqətə
çatdırılması muhum olan bir nöqtə budur ki, bu ayə ayrıca nazil olmuş və özündən
əvvəlki və sonrakı ayələr ilə bir baglılıgı yoxdur.Bu fikiri isbat etmək üçün
ehli-sünnenin möteber menbelerinden hidden ziyadə səhih rəvayətlər gətirmək
mumkundür.hətta bu rəvayətlər arasında bir rəvayət belə tapmaq mümkün deyil k,
peygember xanımlarının da ehli-beyte daxil oldugunu tesdiq etmiş olsun.Lakin təssüf
olsun ki bəzi alimlər və fəqihlər buna ya diqqət etməmiş və yaxun görmemezliyə
vurmuşlar.
Eyni zaman heç bir mufessir de bu ayələrin bir
yerdə nazil oldugunu iddia etməmişdir. Hətta ikrimə kimi xəvaric əqidəsinə
sahib olan və bu ayənin peygəmbərin xanımlarına da şamil oldugunu iddia edən
bir şəxs də
Bu ayələrin bir yerdə nazil oldugunu deməmişdir.
PEYGEMBER VASİTƏSİ İLƏ BU AYƏNİN ŞAMİL OLDUGU
ŞƏXSLƏRİN BƏYANI.
Ehli-sünne menbelerinde peygemberin bu ayənin
kimlərə aid olmasını bildiren çoxlu sehih revayətləri qeyd olunmuşdur:
Muslim öz sehihinde
bele yazir: “Aişə dedi ki,Allah rəsulu evden çıxdı və onu üzərində qara tüklü
bir əba var idi. Sonra Həsən ibn Əli gəldi və onu əbanın içinə daxil etdi.Sonra
hüseyn gəldi və onu da əbanın altina daxil etdi.Daha sonar Əli gəldi onu da
paeygəmbər əbanın içinə daxil edib buyurdu:ALLAH SİZDEN EY EHLİ-BEYT HER BİR
GÜNAH VE ÇİRKİNLİYİ UZAQ EDİB SİZİ PAK QƏRARLAŞDIRMAQ İSTƏR.(SƏHİH-MUSLİM C4
S1883FƏZAİL KİTABİ EHLİ-BEYTİN FƏZİLƏTİ BABİ)
Tirmizi öz sunenunde bele yazir:
حدثنا قُتَيْبَةُ حدثنا محمد بن سُلَيْمَانَ
الْأَصْبَهَانِيِّ عن يحيى بن عُبَيْدٍ عن عَطَاءِ بن أبي رَبَاحٍ عن عُمَرَ بن أبي
سَلَمَةَ رَبِيبِ النبي صلى الله عليه وسلم قال لَمَّا نَزَلَتْ هذه الْآيَةُ على النبي
صلى الله عليه وسلم «إنما يُرِيدُ الله لِيُذْهِبَ عَنْكُمْ الرِّجْسَ أَهْلَ الْبَيْتِ
وَيُطَهِّرَكُمْ تَطْهِيرًا» في بَيْتِ أُمِّ سَلَمَةَ فَدَعَا فَاطِمَةَ وَحَسَنًا
وَحُسَيْنًا فَجَلَّلَهُمْ بِكِسَاءٍ وَعَلِيٌّ خَلْفَ ظَهْرِهِ فجللهم بِكِسَاءٍ ثُمَّ
قال اللهم هَؤُلَاءِ أَهْلُ بَيْتِي فَأَذْهِبْ عَنْهُمْ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا
قالت أُمُّ سَلَمَةَ وأنا مَعَهُمْ يا نَبِيَّ اللَّهِ قال أَنْتِ على مَكَانِكِ وَأَنْتِ
على خَيْرٍ.
Umər ibni əbi sələmə dedi:bu ayə peygəmbərə ummu- sələmənin
evində nazil olanda mən orda idim.Peygember fatimə ,Həsən və Huseyni çagırdı.Əli də o həzrətin
arxasında idi.Əbanı onların üzıərinə salıb
Buyurdu:Allahım bunlar mənim əhli-beytim dir bunlardan butun
pislikleri uzaq edib və onlareı pak qərar ver.
Ummu-sələmə dedi:Ey Allahın rəsulu mən
onlardanammı? Həzrət buyurdu öz yertinde qal sən xeyirlilərdənsən.(sunəni-tirmizi
c5 s351 hədis3205)
Tirmizi digər bir rəvayətdə ummu-sələmədən nəql edir:
حدثنا مَحْمُودُ بن غَيْلَانَ حدثنا أبو
أَحْمَدَ الزُّبَيْرِيُّ حدثنا سُفْيَانُ عن زُبَيْدٍ عن شَهْرِ بن حَوْشَبٍ عن أُمِّ
سَلَمَةَ أَنَّ النبي صلى الله عليه وسلم جَلَّلَ على الْحَسَنِ وَالْحُسَيْنِ وَعَلِيٍّ
وَفَاطِمَةَ كِسَاءً ثُمَّ قال اللهم هَؤُلَاءِ أَهْلُ بَيْتِي وَخَاصَّتِي أَذْهِبْ
عَنْهُمْ الرِّجْسَ وَطَهِّرْهُمْ تَطْهِيرًا فقالت أُمُّ سَلَمَةَ وأنا مَعَهُمْ يا
رَسُولَ اللَّهِ قال إِنَّكِ إلى خَيْرٍ قال هذا حَدِيثٌ حَسَنٌ وهو أَحْسَنُ شَيْءٍ
رُوِيَ في هذا وفي الْبَاب عن عُمَرَ بن أبي سَلَمَةَ وَأَنَسِ بن مَالِكٍ وَأَبِي
الْحَمْرَاءِ وَمَعْقِلِ بن يَسَارٍ وَعَائِشَةَ.
Ummu-sələmə peygəmbərdən nəql edərək deyir ki,peygember Əli,
həsən ,hüseyn və fatimənin üzərinə əba
ataraq buyurdu:Allahım bunlar mənim əhli-beytim və
yaxınlarımdır.bunlardan hə cür pisliyi uzaq et və onları pak qıl.Ummu-sələmə
dedi: ey allahın rəsulu mən də onlarla birlikdəyəmmi?həzrət buyurdu: sən
xeyirlilərdənsən.(sunəni-tirmizi c5 s699 h3871)
Hətta səhih muslimdə rəvayət vardır ki Zeyd
ibn Ərqəm açıq şəkildə peygəmbərin xanımlarının əhli-beytdən olmadıgını
bildirir: حدثنا محمد بن بَكَّارِ بن الرَّيَّانِ حدثنا حَسَّانُ يعنى بن إبراهيم
عن سَعِيدٍ وهو بن مَسْرُوقٍ عن يَزِيدَ بن حَيَّانَ عن زَيْدِ بن أَرْقَمَ قال دَخَلْنَا
عليه فَقُلْنَا له لقد رَأَيْتَ خَيْرًا لقد صَاحَبْتَ رَسُولَ اللَّهِ صلى الله عليه
وسلم وَصَلَّيْتَ خَلْفَهُ وَسَاقَ الحديث بِنَحْوِ حديث أبي حَيَّانَ غير أَنَّهُ
قال ألا وَإِنِّي تَارِكٌ فِيكُمْ ثَقَلَيْنِ أَحَدُهُمَا كِتَابُ اللَّهِ عز وجل هو
حَبْلُ اللَّهِ من اتَّبَعَهُ كان على الْهُدَى وَمَنْ تَرَكَهُ كان على ضَلَالَةٍ
وَفِيهِ فَقُلْنَا من أَهْلُ بَيْتِهِ نِسَاؤُهُ قال لَا وأيم اللَّهِ إِنَّ الْمَرْأَةَ
تَكُونُ مع الرَّجُلِ الْعَصْرَ من الدَّهْرِ ثُمَّ يُطَلِّقُهَا فَتَرْجِعُ إلى أَبِيهَا
وَقَوْمِهَا أَهْلُ بَيْتِهِ أَصْلُهُ وَعَصَبَتُهُ الَّذِينَ حُرِمُوا الصَّدَقَةَ
بَعْدَهُ.
“Zeyd ibni Ərqəmdən soruşdum:Peygəmbərin əhli –beyti
kimlerdir? Zövcələridirmi? Dedi:and olsun Allaha əsla yox .çünki arvad bir
müddet ər ilə yaşayar sonar əri ona təlaq versə öz ailəsinin və adamlarinin
himayisinə qayıdar”(səhih-muslimc4 s1874 h2408)
Bütün bunlarla belə
peygəmbərin (s) bir deyil bir neçə zövcəsi
var idi və zövcənin də ayrıca evi var idi. Ona görə də əyər ayədən məqsəd
peygemberin xanımları olsa idi gərək “əhli-beyt” kəlməsinin yerinə cəm olaraq “əhli-buyut
“ yəni evlər əhli gəlmiş olaydı.necəki digər bir ayədə :
و قرن
فی بیوتکن deyir. Yeni öz evlerinizde oturun.
Və əzhab surəsinin
53-cü ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا لَا تَدْخُلُوا
بُيُوتَ النَّبِيِّ.
Ey iman gətirənlər peygəmbərin evlərinə
daxil olmayın
Deməli peygemberin xanımlarınin evləri ilə
baglı olan ayələrin hamısında ev kəlməsi cəm halda işlənmişdir.
Biz islamın tarixinə və hədis mənbələrinə nəzər salsaq heç
bir yedə gore bilmərik ki, peygemberin xanımlarından hər hansı birinin özünü
ehli-beyt ayəsinin aid oldugu şəxslərdən hesab etmiş olsunlar.bu barədə rəvayət
olunan hədislərin əksəriyyəti peygemberin ummu-sələmə və aishə adlı zövcələrindən
nəql olunmuşdur ki, onlarda özlerini bu ayənin şamil oldugu şəxslərdən bilməmiş
və ayənin kisa əhli(yəni əbanın içində olanlar) haqqında nazil oldugunu təsdiq
eütmişlər.
Digər tərəfdən muxtəlif əhli-sunnə mənbələrində
təsdiq olunmuşdur ki,peygember həyatda oldugu muddətdə də dəfələrlə özünün və əhli-beytinin
məsuluguna işarə etmiş və bunu səhabələrinə xatırlatmışdır.
Beyhəqi dəlailu-nubuvvə ,suyuti ədurrul-mənsurdə peygəmbərdən
hədis nəql edərək o həzrətin belə buyurdugunu deyibler: (hedis uzundur lakin
biz onun sonunu xulasə olaraq qey edirfik)
ثم جعل القبائل بيوتاً فجعلني في خيرها بيتاً وذلك قوله عز وجل «إنما
يريد الله ليذهب عنكم الرجس أهل البيت ويطهركم تطهيراً» فأنا وأهل بيتي مطهرون من الذنوب.
“Mən və əhli –beytin günahlardan pak edilmişlerik”
(beyhəqi dəlailu-nubuvvə c1 s171 suyuti ədurrul-mənsur c6 s606)
BELƏLİKLƏ EHLİ-BEYTİN MƏSUMLUGU HƏM QURAN
AYƏSİ HƏM DƏ PEYGEMBER SÜNNƏSİ İLƏ SABİT OLAN BİR HƏQİQƏTDİR.
(DADASH ƏLIBEYLI)