суббота, 4 августа 2012 г.

İMAM CAVADIN(Ə.S) HƏYAT TARİXÇƏSİ





   İmam Cavadın (ə.s.) həyat tarixi haqqında geniş bir məlumata sahib deyilik. Çünki xəlifələr, müxaliflərinin fəaliyyətlərindən amanda olmaq və qorunmaq üçün siyasi məhdudlaşdırmalar gətirərək daim günahsız imamlar haqqındakı xəbərlərin yayılmasına mane olurdular. Buna əlavə olaraq da İmam Cevadın (ə.s.) ömürü də çox sürmədiyindən onunla əlaqədar göz doldurucu xəbər və məlumatlar əldə edilə bilməz.

  Bunu bilirik ki İmam Riza (ə.s.) Tusa aparıldığında ailəsindən heç bir kimsəni bərabərində aparmadı və Tusda tək olaraq yaşadı. Ancaq İmam Riza (ə.s.) Tusda olduğu müddət ərzində İmam Cevadın (ə.s.), atasıyla görüşmək məqsədiylə bura gəlib gəlmədiyi barəsində yalnız İbni Funduq "Beyhak Tarixi"ndə O Həzrətin 202 ilində Tusa gəldiyini və atasıyla müsahibə etdiyini yazmışdır. İbni Funduqun bu xüsusdakı yazısının mətni belədir:

  "Ləqəbi Taqiy olan Məhəmməd b. Əli b. Musa er'Rıza (ə.s.) 202 ilində -Damegan yolu o zaman gediləcək bir yol olmadığından və yenilikdə gediş hala gətirildiyindən, Tabes Mesina yolunu seçərək dənizdən keçdi və Beyhak bölgəsinə gəldi, Şestmed kəndində endi və oradan da atası Əli b. Musa er'Rıza'nın (ə.s.) ziyarətinə getdi. "[1]

  Bu xəbər digər qaynaqlarda mövcud deyil və İmam Riza (ə.s.) şahidliyiylə əlaqədar rəvayətlərdən, İmam şəhid olduğunda İmam Cevadın (ə.s.) Mədinədə oldugu və yalnız atasına qüsl etmək və namazını qılmaq üçün Tusa gəldiyi aydın olmaqdadır. Lakin bundan əvvəl bir dəfə Tusa getmiş olması da mümkündür. Adı çəkilən rəvayətə diqqət yetirildiyində İbni Fundukun, bu rəvayəti Hakimi Nişaburinin Nişabur tarixindən götürmüş olduğu ehtimalı ağla gəlməkdədir. İmam Riza (ə.s.) şəhidliyindən sonra 204 ilində Memun Bağdada döndüyündə İmamdan dolayı rahatlıga qovuşmuşdu ancaq bunu da bilirdi ki, Şiələr İmam Rizadan (ə.s.) sonra İmam Cevadın (ə.s.) imametini qəbul edəcəklər, beləcə də təhlükə yenə mövcud olacaq və olduğu kimi yerində qalacaqdı. O İmam Kazimin (ə.s.) atası tərəfindən  Bağdada gətirlib zindana atilma siyasətini unutmamış və bu siyasətdən ilham alaraq, eyni şeyi İmam Riza (ə.s.) haqqında da tətbiq etdi ancaq bu dəfə elə bir hiyləgər plan etdi ki zahirde zindan məsələsi yox idi və hətta İmama maraq duyduğunu və ONU sevdiyini başqalarına göstərməyə çalışdı. Və indi də İmam Cevadı (ə.s.) nəzarət etmə sırası gəlmişdi. Belə ki; Memun öz qızını İmam Cevad (ə.s.) ilə evləndirəcək, ONU özünə kürəkən edəcək və beləliklə İmamı göz altında tutacaq və hədəfinə çatmış olacaqdı. Nəticə də Memun bir tərəfdən İmamı nəzarət etmiş olacaq və başqa bir tərəfdən də Şiələrin gəliş-gedişlərini O Həzrətlə olan əlaqələrini nəzarət edəcəkdi. Buna görə də bəzi rəvayətlərə görə Məmun, Bağdada gəldikdən sonra 204 ilində- dərhal sonra İmamı Mədinədən Bağdada çağırdı. [2]


  Ayrıca olaraq Memun, xalq tərəfindən İmam Riza (ə.s.) şəhid etməklə günahlandırılırdı və indi bu ittihamdan xilas ola bilmək üçün ONun oğulu İmam Cevada (ə.s.) belə davranmaq məcburiyyətində idi. Buna da diqqət yetirməliyik ki bəzi rəvayətlərə görə Məmun, vəliəhdliyi İmam Rizaya (ə.s.) buraxdığında qızı Ümm'ül Fəzli də İmam Cevadla (ə.s.) evləndirmiş və ya söz vermişdi. Təbəri və İbni Kəsrin yazdığına görə Memunun qızı Ümmü Həbib 202 ilində İmam Riza (ə.s.) ilə evləndiyində Memunun digər qızı Ümm'ül Fəzl də İmam Cevadla (ə.s.) evləndi. [3] Bu mövzunun özü "Beyhaq Tarixi" yazarının, "İmam Cevad (ə.s.) atasını görmək üçün 202 ilində Tusa gəlmişdir" sözünü təsdiqləyən bir şahid və dəlildir bəlkə də.

  Şeyx Müfidin, Rayyan b. Sabibdən nəql etdiyi rəvayətdən aydın olan budur:

Məmun, qızı Ümm'ül Fəzli İmam Cevadla (ə.s.) evləndirməyə qərar verincə Abbasilər bu qərara reaksiya verdilər. Çünki Memundan sonra xilafətin artıq Əli (ə.s.) xanədanına dönəcəyindən qorxurdular. Onlar İmam Riza (ə.s.) haqqında da eyni reaksiyanı daha bərk bir şəkildə göstərmişdilər . [4] Lakin üstdəki iki rəvayətdən də aydın olduğu kimi onlar bu müxalifətlərini başqa bir şəkildə dilə gətirib belə dedilər: "Allahın dini haqqında hər hansı bir məlumatı olmayan, halalı haramı tanımayan və fərzi sünnədən ayıra bilməyən bir uşaqlamı qızını evləndirirsən?" Məmun bu müxalifət qarşısında onların səhv etdiklərini özlərinə izah edə bilmək üçün elmi bir yığıncaq təşkil edərək İmam Cevadı (ə.s.), Əhli Sünnənin o dövrdəki ən böyük alim və fəqihi olan Yəhya b. Ağsamla elmi müzakirəyə dəvət etdi. [5] Ümm'ül Fəzl İmam Cevadla (ə.s.) evləndiyində, o sıralarda İmama "sabiy" deyilirdi. Ancaq mövzumuzla əlaqədar belə bir təfsirə istidlal etmək möhkəm bir istidlal ola bilməz.

  İbni Tayfur, İbni Kəsr və digər bəzi alimlərdən nəql edilən rəvayətə, zahirən etimad edilə bilər. Memun 215 ilində Tikritə gəldiyində İmam Cevad (ə.s.) də Mədinədən Bağdada gəlmişdi. İmam, Memunla görüşmək üçün Tikritə getdi və oradan da Ümm-ül Fəzl ilə evləndi. Daha sonra həcc mövsümü gələnə qədər İmam Cevad (ə.s.) Bağdadda Dəclənin yanında bina edilən Əhməd b. Yusufun evində qaldı və həcc mövsümü gəlincə də ailəsiylə birlikdə həcc mövsümünü yerinə yetirmək üçün Məkkəyə getdi və oradan da Mədinəyə dönüb orada qaldı. [6]

  Bu rəvayətə görə İmam Cevad (ə.s.) yalnız bu müddət ərzində Bağdadda qalmışdır ancaq müəllif, İmamın dəyişik zamanlarda Bağdadda qalmış ola biləcəyini rədd etməməkdədir. Bu barədə İrbilidən nəql edilən bir başqa rəvayət də belədir: Məmun Bağdada gəldiyində, İmam Cevaddan (ə.s.) də bu şəhərə gəlməsini istədi. Memun bir gün, İmamın Bağdadda öz yaşındakı uşaqlarla oynadığını gördü. Məmunun  yaxınlaşdığını görən uşaqlar onun yolundan çəkilərək qaçdılar amma İmam bir kənarda, hərəkətsiz və özünə xas bir əzəmət və sükunətlə dayandı. Məmun bu vəziyyəti görüncə çaşdı və "Niyə sən də digərləri kimi qaçmadın?" dedi. İmam "Mən hər hansı bir səhv etmədim ki onun cəzasını görməkdən qorxub qaçım, ayrıca yol sizin keçişinizə maneə törədəcəyəim qədər də dar deyil" dedi. Memun "Siz kimsiniz?" deyə soruşdu. İmam "Mən Məhəmməd b. Əli b. Musa er'Rıza'yam." dedi.

  Bu rəvayətin arxasında sözlər də zikr edilmişdir və onlar da bəzi təhqiqçilərin tənqidinə məruz qalmışdır.Böyük  ustad Əllame Seyid Cəfər Murtaza o sözləri  təsdiq etmək üçün çox çalışmışdır. [7] Amma onun mətnində bəzi mövzulara toxunmuşdur ki onu qəbul etmək təhlükəlidir. Çünki bu rəvayətin səhih olduğunu qəbul etsək, Məmunun 204 ilində Bağdada gəlib dərhal sonra və ya qısa bir müddət sonra İmam Cevadı (ə.s.) Bağdada çağırdığını da qəbul etməliyik amma əgər ondan sərfi nəzər etsək belə deməliyik: İmam 215 ilində Bağdada bir dəfə gəldikdən sonra, Mutəsım O həzrəti 220 ilində Bağdada çağırana qədər İmam Mədinədə yaşayırmış. Çünki 215 və 220 illəri arasında İmamın Bağdada gəldiyinə dair bir hədis hələlik əlimizdə mövcud deyil, əksinə İmamın Mədinədə gəzdiyi və xalqın O Həzrətə ehtiram göstərdiyi barəsində bəzi rəvayətlərdə də az da olsa bir sıra məlumatlar mövcuddur. [8]                                                  





  İmam Cevadın (ə.s.) 220 ilində Xəlifə Mutasım tərəfindən Bağdada çağırılması, həm də hökumətin ilk ilində belə bir işi etməsi məsələnin siyasi ölçülərlə maraqsız olduğu deyilə bilməz. Xüsusilə də İmamın Bağdada gəldiyi il 25 yaşında dünyadan köçdüyünü göz önündə saxladığımızda məsələnin siyasi ölçüsünün olduğu qaçınılmaz olar. Abbasilərin Əli (ə.s.) övladlarıyla, xüsusilə çox sayda bir birliyin o zaman özünə bağlandığı və itaət etdiyi Şiələrin İmamıyla olan düşmənliyi, O Həzrətin Bağdada çağırılması və çağırıldığı il də Bağdadda vəfat etməsi, O Həzrətin Abbasi xəlifəsi (Mutasım) tərəfindən şəhid edildiyini göstərən şahidlərdir və bunlar da inkar edilə bilməz gerçəklərdir.

  Mərhum Şeyx Müfid, İmam Cevadın (ə.s.) zəhərlədilməsi və şəhid edilməsiylə əlaqədar rəvayətlərə toxunaraq O Həzrətin öz əcəliylə ölmüş olmasının şübhəli olduğunu bildirmişdir. [9] Müxtəlif qaynaqlarda nəql edilən adı çəkilən rəvayetlerin[10] yanında İmamın şəhid ediləcəyinə açıqca dəlalət edən bəzi şahid və dəlillər da mövcuddur. Müstevfinin rəvayət etdiyinə görə Şiə, O Həzrətin Mutasım tərəfindən zəhərlədilerek şəhid edildiyinə inanmaqdadır. [11] Bəzi Əhli Sünnə qaynaqları, İmam Cevadın (ə.s.) öz istəyi ilə Mutasımı görmək üçün Bağdada getdiyinə işarə etməkdədir. [12] Halbuki digər qaynaqlarda Mutasımın İmam Cevadı (ə.s.) Bağdada gətirilməsi[13] üçün İbni Ziyadı vəzifələndirdiyini yazmaqdadır. İbni Sabbağ da Mutasımın ONU Mədinədən gətirtməsi" ibaresiyle[14] bunu təsdiq etmişdir.

  Məsudunun nəql etdiyi rəvayətə görə, İmam Mədinədən Bağdada, Mutasımın yanına gəldiyi zaman Ümm'ül Fəzlin əliylə şəhid edilmişdir. [15] Ümm'ül Fəzl bu çirkin əməlinin mükafatı olaraq, İmamın şahidliyindən sonra xəlifənin hərakatinə qatıldı. [16] Bunu unutmamaq lazımdır ki Ümm'ül Fəzl İmamla birlikdə yaşadığı müddətcə uşaq sahibi ola bilmədi və İmam da çox  onunla maraqlanmadı.

  Ümm'ül Fəzl bir dəfə İmamın bir neçə cariyəsi olduğunu atası Memuna yazaraq şikayət etdi və Memun da cavab olaraq belə yazdı:

  Biz halalı haram etmək üçün səni Əbi Cəfərlə evləndirmədik. Bir daha belə şikayətlər etmə. [17]

Hər vəziyyətdə Ümm'ül Fəzl, atasının ölümündən sonra İmamı Bağdadda zəhərlədi. Ümm'ül Fəzlin xəlifənin hərəminə alınması, onun Mutasımın əmriylə bu işi etdiyini göstərməkdədir. Necaşinin rəvayətində isə İmamın, Mutasımın əmriylə onun katiblərindən biri tərəfindən zəhərlədildiği zikr edilmişdir. [18]

------------------------------------------------------------------------------------

[1] Beyhak Tarixi, s: 46.

[2] İmam Cevadın Siyasi Həyatı, s: 65. Bəzilərinin nəql etdiyi rəvayət budur, ancaq sonradan da toxunacağımız kimi İmam Cevadın (ə.s.) 215 ilində Bağdada gəldiyinə dair Taberinin rəvayəti daha çox nəql edilmişdir.

[3] Tarixi Taberi, c: 7, s: 149. əl-Bidaye ven-Nihaye, c: 10, s: 260.

[4] İrşad (Şeyx Müfid), s: 319.

[5] İrşad, s: 319-32.

[6] Tarixi Taberi, c: 7, s: 190 (215 ilində inkişaf edən hadisələr). Bağdad Tarixi, c: ?, s: 142-143. Musul Tarixi, s: 215. əl-Kamil Fit-Tarih, c: 6, s: 417. Müsned'ül İmam'il Cevad, s: 55. əl-Hayat'üs Siyasiyye lil-İmam'il Cevad, s: 79.

[7] əl-Hayat'üs Siyasiyye lil-İmam'il Cevad, s: 68-75.

[8] Üsulu Kafi, c: 1, s: 492-493.

[9] İrşad, (Şeyx Müfid), s: 326.

[10] Fusul-ul Mühimme (Maliki), s: 276.

[11] Seçmə Tarix "Tarixi Kuzide", s: 205-206.

[12] əl-Eimmet'ül İsna Aşar (İbni Tulun), s: 103. Şuzüratıq Zaheb, c: 2, s: 48.

[13] Bihar'ül Envar, c: 50, s: 8.

[14] Fusul-ul Mühimme, s: 275.

[15] Murucuq Zaheb, c: 3, s: 464.

[16] əl-Eimmet'ül İsna Aşar, s: 104. Fusul'ul Mühimme, s: 276.

[17] İrşad (Şeyx Müfid), s: 323. Bihar'ül Envar, c: 50, s: 79-80.

[18] Üsulu Kafi, c: 1, s: 323.