воскресенье, 21 октября 2012 г.

IMAM HUSEYNIN EMR BE MERUF VE NEHY EH MUNKER HAQQINDAKI NESIHETI


YAXŞILIĞI ƏMR ETMƏ VƏ PİSLİKDƏN NEHY ETME

Ey insanlar! Allahın öz vəlilərinə öyüd vermək üçün yəhudi alimləri haqqında etdiyi qınamadan öyüd alın. Allahı Təala (yəhudi alimlərini qınayaraq belə) buyurur: "Nə üçün onların din alimləri, onları (yəhudiləri) günah olan sözləri söyləməkdən (və haram yeməkdən) məhrum etmədilər. "

Yenə Allahı Təala buyurur ki: "İsrailoğullarından kafir olanlara Davudun diliylə də lənət edilmişdi, Məryəm oğulu İsanın diliylə də. Bu da üsyan etdiklərindən və həddini aşmalarından  idi. İşlədikləri pislikdən, bir-birlərini  məhrum etməzdilər. Həqiqətən də etdikləri iş, nə qədər pis idi. "

Allahın onları qınaması, onların, aralarında olan zalımların etdikləri pis işləri görüb, onlar vasitəsiylə əldə etdikləri dünya mal və mövqeyinə olan bağlılıqları və məruz qalmaqdan qorxduqları təzyiq üzündən onları çəkindirməmələri üçündür. Halbuki Allahı Təala: "İnsanlardan qorxmayın, Məndən qorxun." deyə buyurmaqdadır.

Yenə buyurmaqdadır ki: "Kişi və qadın möminlər, bir-birlərinin (müşahidə edən və qoruyan) dostlarıdırlar, yaxşılığı əmr edərlər və pisliklərdən də çəkindirməyə çalışarlar. (Namaz qılarlar, zəkat verərlər, Allaha və Peyğəmbərinə itaət edərlər. )"

Görüldüyü kimi Allahı Təala (möminlərin sifətini saydığında) əmr be məruf nəhy en munkerle başlayıb ilk olaraq onu fərz edir. Çünki bilir ki əgər bu vacib haqqıyla yerinə yetirilib tətbiq olunsa, (artıq) bütün vaciblər istər asan olsun, istər çətin yerinə yetirilib tətbiq olunar. Çünki yaxşılığı əmr edib pislikdən saxlamaq; zülmə uğrayanların haqqlarının alınmasını, zalımlara müxalifəti, Beyt'ül-malın və qənimətlərin (ədalətlə) paylanmasını, zəkatın lazım olan yerlərdən alınıb lazım olduğu şəkildə sərf edilməsini təmin etməklə, İslama edilən (əməli) bir dəvətdir.

Sonra siz, ey elmlə məşhur olub xeyrlə xatırlanan, nəsihətlə tanınıb Allahın vəsiləsiylə xalqın könüllərində heybətli görünən birlik! (Bilin ki) şərəfli insanlar sizdən çəkinər, zəiflər sizə hörmət göstərər, öz səviyyənizdə olan və yaxşılıqda olmadıgınız kəslər sizi özlərinə üstün bilerler. (İnsanların) ehtiyacları qarşılanmadığı zaman sizin vasitənizlə qarşılanar. Yolda gedərkən padşahların heybəti və böyüklərin də izzətiylə gedərsiniz. Görəsən bunların hamısı sizdən gözlənilən ilahi vəzifənizi etməniz (haqqı hakim etməniz) üçün deyilmi? Amma siz vəzifənizin çoxunu etmirsiniz, qüsur edirsiniz. İmamların haqqını kiçik hesab edir, zəiflərin haqqını tapdalayırsınız. Lakin özünüz üçün sandığınız haqqa gəlincə onu tələb edirsiniz. Siz Allah yolunda nə bir mal xərclədiniz; nə də ONun üçün, yaratdığı nəfsi hər hansı bir təhlükəyə atdınız və nə də ONun razılığı üçün bir qəbiləyə (birliyə) düşmən oldunuz. (Bununla birlikdə) Allahın cənnətinə girməyi, peyğəmbərləriylə qonşu olmağı və əzabından da xilas olmağı  arzu edirsiniz.

Ey (əməlsiz olaraq) Allahdan xeyr gözləyənlər; sizlərin ONun əzab və intiqamına düçar olmanızdan qorxaram. Çünki sizlər, Allahın sizə ikramı sayəsində mövqe və üstünlük qazanmış və ONun adıyla qulları arasında hörmət görməkdəsiniz. Halbuki Allaha itaət etməklə tanınan kəslərə hörmətiniz yoxdur.

Öz gözlərinizlə Allahın əhdlərinin pozulduğunu görməniz sizləri narahat etmir. Halbuki atalarınızın bəzi əhdlərinin (söz və vəsiyyətlərinin) tapdalanmasından narahat olursunuz. Peyğəmbər sallallahu əleyhi və alihin əhdləri kiçik hesab edilməkdə; kor, dilsiz və iflic kəslər şəhərlərdə sığınacaqsız və baxıcısız qalmış, hallarına acıyanları belə yoxdur; sizlər də nə mövqenizdən faydalanıb onların haqqında bir iş edirsiniz və nə də (sığınacaqsız insanlara) bir iş görən kəslərə köməkçi olursunuz. Zalımlara yaltaqlıq  edərək zəmanət əldə etməyə çalışırsınız. Bütün bunları Uca Allah sizə qadağan etmişdir; halbuki sizlər bundan qəflət edirsiniz.

Əgər şüurunuz olsaydı, anlar idiniz ki insanların içərisində ən böyük müsibətə uğrayan, üləmanın həqiqi mövqesindən uzaq düşmüş olan sizlərsiniz. Çünki işləri icra etmək və hökmləri tətbiq etmək, Allahın halal və haramına əmin olan üləmanın əlində olmalıdır. Halbuki bu mövqe sizin əlinizdən alınmışdır. Bu mövqe yalnız açıq dəlillər gəldikdən sonra haqqda ayrılığa düşməniz və sünnədə ixtilaf etməniz üzündən əlinizdən çıxdı.

Əgər əziyyətlərə səbr edib Allah üçün çətinliklərə dözəcək olsaydınız, ilahi işlər sizdən çıxar və sizə dönərdi. Amma siz mövqenizi zalımlara buraxaraq ilahi məsələləri onlara təslim etdiniz. Onlar da şübhə üzərinə hərəkət edib eqoist arzularına uyurlar. Zalımları bu işə müsəllət edən, siz alimlərin ölümdən qaçmanız və sizdən ayrılacaq həyata könül bağlamanızdır. Sizlər gücsüz xalqı onlara təslim etdiniz. Onlardan bəziləri əzik kölələr vəziyyətinə düşmüş, bəziləri də dolanışığını təmin edə bilməyən məğlub mustaz'aflar halına gəlmişdir. Onlar (zalımlar) eşrarla (pislərlə) birlikdə Allaha qarşı gəlməyə cürət edərək, məmləkətdən istədikləri şəkildə faydalanırlar; heva və həvəslərinə uyub  hər pisliyə müraciət edirlər.


Hər şəhərdə bəlağətli natiqləri vardır. Məmləkətin hər tərəfi onlara boyun əymiş vəziyyətdədir; hər tərəfdə suverenliklərini qurmuş, xalq da onların kölələri vəziyyətinə gəlmiş və özlərini müdafiə edəcək bir gücləri qalmamışdır. Xalqa hakim olanlar  qəddar, isyankar və zəiflərə qarşı mərhəmətsizcə davranan zalımlardır. Ya da Allaha və qiyamətə inancı olmayan, əmrinə uyulan səlahiyyət sahibləridir. Heyrət! Necə heyrətə düşməyim ki, İslam torpaqları saxtakar və zalım zəkat yığıcılarının və möminlərə qarşı şəfqətsiz və insafsız olan xain hökmdarların nüfuzu altındadır. Münaqişə etdiyimiz barədə, bizimlə sizlərin arasında hökm verəcək olan, tək Allahdır. İxtilafa düşdüyümüz mövzularda da bizləri mühakimə edəcək olan Odur.

Allahım, sən bilirsən ki bizim tərəfimizdən reallaşan (kıyam), səltənət üçün yarış və dəyərsiz dünya mallarından bir şeyə çatmaq üçün deyil. Sənin dininin nişanelerini (təlimlərini) göstərmək, diyarlarında işləri düzəldib yoluna oturtmaq, məzlum qullarına təhlükəsizlik və zəmanət qazandırmaq və İslamın fərzlərinə, Rəsulullahın sünnə və hökmlərinə əməl olunması üçündür. Sizlər də bizə kömək etməyib haqqımızda insaflı olmasanız, zalımlar sizlərə hakim olar və Peyğəmbərinizin nurunu söndürməyə çalışarlar.

Allah bizə kifayətdir. ONA təvəkkül etmişik, ONA yönəlmişik və dönuş də ONADIR.
(TUHEFUL-UQUL KITABI)