вторник, 22 ноября 2011 г.

BAKI SOVETININ MUSELMAN XALQINA QARSHI SOYQRIM CINAYETI


 

XX əsrin əvvəllərində dünyada və Rusiyada vəziyyət həddən artıq gərgin olmuşdu. Birinci Dünya savaşı başladı və milyonlarla qurbanları ilə sona çatdı və bu dünyanın siyasi sahəsində çox böyük dəyişikliklərin meydana gəlməsinə səbəb oldu. Bu illərdə Böyük Rusiya İmperiyası və onun işğal etdiyi Qafqaz regionunda da çaxnaşmalar,  sinfi mübarizələr, millət və din savaşları ən son həddinə çatmaqda idi. Böyük ərazini, çoxlu millətləri, müxtəlif dinlərdə olan xalqları öz əsarətində əsrlərlə saxlamış Çar Rusiyasının sutunları artıq silkələnməkdə idi. Bu həm Rusiyanını öz içində baş qaldıran sinfi mübarizənin və həm də əyalətlərdə milli və dini oyanışın nəticəsində alovlanan milli etirazların sayəsində baş verdi. 1917-ci ilin oktyabrında Leninin rəhbərliyi ilə oktyabr inqilabı qələbə çaldı və Lenin bütün Rusiyada yaşayan millətlərə və müsəlman xalqlarına bir bəyannamə ilə xitab etdi. Bu bəyannaməyə əsasən millətlər azad şəkildə öz müqəddaratlarını həll edə bilərlər. Onlar Rusiyadan ayrılıb öz müstəqil dövlətlərin qura bilərdilər. Lakin bu bəyannamə bolşeviklərin əsl gizli və işğalçı niyyətlərinin qarşısından pərdə salmaq məqsədi daşıyırdı. Çox qısa zamandan sonra bu yeni ideologiya ilə peyda olan hökumətin də niyyətləri aşkar oldu. Milli və dini ayrılıqdan istifadə edib, bununla öz niyyətlərinə çatmaları Qafqazda gedən proseslərdə özünü göstərdi. Qafqaza sonradan gəlmə element olan erməni xalqı və onların işğalçı rəhbərləri bolşeviklərin bu siyasətindən öz mənafeylərinə lazımınca istifadə etdilər.
Bu zamanlarda Qafqazda müsəlman millətinin vəziyyəti olduqca acınacaqlı idi. Yüzillik Rusiya İmperiyası əsarətində yaşadıqları zaman Qafqaz müsəlmanlarının orduya çağrılmamasına görə xalqın vəziyyəti hərbi cəhətdən çox acınacaqlı olmuşdu. Buna görə də sərhədlərdən geriyə dönən Rus ordusu İslam xalqına qarşı olmazın qırğınlar törədir, əzab və əziyyətlər verirdi.
Rusiyada oktyabr inqilabı qələbə çaldıqdan sonra, Qafqazda erməni, gürcü və azərbaycan nümayəndələri birləşərək «Zaqafqaziya Seymi»ni yaratdılar. Zaqafqaziya Seymində milli alaylar təşkil edilməsi və torpaqların qorunması haqqında əmr verilmişdi. Buna görə də ermənilər və gürcülər rus ordusunda iştirak etdikləri üçün tezliklə öz alaylarını yarada bildilər. Lakin müsəlman alayları isə yuxarıda dediyimiz səbəblərə görə təşkil oluna bilmədi, bu da az sonralar çox böyük qırğınların törədilməsinə gətirib çıxardı. Lakin regionda iri sənaye şəhəri hesab olunan Bakıda isə vəziyyət tamamilə başqa idi.
Müsəlmanların, ermənilərin, rusların və gürcülərin də yaşadığı Bakı şəhərində  çoxlu partiyalar, şuralar fəaliyyət göstərirdi. Bu partiyalardan ən aparıcı qüvvəyə malik olan, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Musavat Partiyası idi. Milli təşkilatlardan isə xalq arasında ən böyük nüfuza malik olanı «Bakı Müsəlman Şurası» hesab olunurdu. 1917-ci ilin yayında Musavat partiyası «Türk Federalistlər» partiyası ilə birləşdi və Musavatın nufuzu daha da artdı. Bakıda müsəlman firqə və təşkilatlardan başqa erməni milliyyətçi və şovnist firqəsi olan «Daşnaksutyun» firqəsi fəaliyyət göstərdi. Daşnakların məram və məqsədləri bolşeviklərin ziddinə olsa da müsəlmanları məhv etmək, islami və milli şüuru dağıtmaq üçün, çox asanlıqla onlar bir araya gələrək birləşdilər. Əvvəldə dediyimiz kimi Bakı sənaye şəhəri olduğu üçün burada çoxlu xadimlər və ruslar fəaliyyət göstərirdi. Burada fəaliyyətdə olan Bolşevik firqəsi də əslində rusların və daşnaklarla əlbir olan ermənilərin firqəsi idi. Müsəlman əhali arasında isə bolşeviklərin heç bir dayağı yox idi. Lakin o zaman Bakının durumu elə olmuşdu ki, bu iki yad və düşmən mövqeyli təşkilat nəinki burada möhkəmləndi, hətta hakimiyyəti belə ələ  keçirtdilər. Bakı limanında olan əsgərlərin  və tacirlərin əksəriyyəti ruslar olduğundan bolşeviklər onlara və ermənilərə arxlanaraq burada güclü «sovet» təşkil etmişdilər.
Bütün Zaqafqaziya Tiflisdə təşkil olunmuş «Seym»ə itaət etdiyi halda «Bakı Soveti» ona tabe olmayıb «Petroqrad» hökumətini tanıyırdı. «Bakı Soveti»ndə bolşeviklərin və daşnakların möhkəmlənməsində Musavat firqəsinin də böyük səhvləri var idi. Musavatçılar Bakı Sovetinə keçirilən seçkilərdə ümumi səslərin 40%-dən çoxunu qazanmalarına baxmayaraq Sovetin tərkibinə daxil olmaqdan imtina etdilər. Bu da nəticədə daşnakların və onların mənafeyinə xidmət edən bolşeviklərin sovetdə güclü qüvvəyə çevrilmələrinə gətirib çıxartdı. Bolşevik adı altında daşnakların aparıcı rəhbərlərindən olan S.Şaumyan Bakı Sovetində ən yüksək kürsüyə yetişdi.
S.Şaumyan Petroqradda rəhbərlikdə olan qüvvələrlə gizli əlaqədə idi. 1917-ci ilin dekabrında İ.Stalinin təklifi ilə Şaumyan Qafqazın fövqəladə komissarı təyin olundu. Bununla da Şaumyan müsəlman xalqına qarşı beynində cızdığı qırğın planlarına rəsmi bir icazə almış olurdu. Əslində o, bir bolşevik deyil, qəddar niyyətli, qaniçən bir daşnak idi. M.Ə.Rəsulzadə «Azərbaycan Cumhuriyyəti» əsərində yazırdı: «QəribədirkiMusavat məfkurəsinə qarşı bu sürətlə məhdudkar bir vəziyyət alan bolşevikhökumətinin Mavərayi-Qafqasiya müməssili (nümayəndəsiŞaumyanın cibində rusişğal ordusunun təxliyyə (boşaldılanedilən Türkiyə ərazisi üzərində ermənimuxtariyyatının elanına aid Lenin imzası ilə imzalanmış bir dekret bulunuyorduBudekret ilə S.Şaumyan «əsrlərdən bəri məzlum erməni milətinin bəklədiyi amalimilliyəni qüvvədən felə çıxarmaq» üçün erməni müəssə  təşkilatına yardımetməklə müvəzzəf (vəzifələnmişidiŞaumyandakı bu vəsiqənin təsiri elə olmaladırkibir ay əvvəl Bakı bələdiyyəsindən rus məclisi-müəssisanını dağıdan bolşeviklərəqarşı bombalarmetralyozlar satan «Daşnaksutyun» firqəsi Bakı Soveti ilə sıx birrabitəyə  əsgəri bir ittifaqa girmiş oldu».
Bu yazılı sənədlər açıq şəkildə təsdiq edir ki, daşnakların Bakıda, Şamaxıda, Qubada, Lənkaranda və digər ərazilərdə törətdikləri qırğınların, müsəlmanların məhv edilməsinin əmri bolşeviklərin Petroqraddakı rəhbəri Lenin tərəfindən verilmişdi. Bu əmrdən sonra Bakı Soveti daşnakların və silahlanmış erməni alaylarının köməyi ilə öz xəyanətkar niyyətlərinə başladı və musavat firqəsi ilə «Milli Müsəlman Şurası»na qarşı hərb elan etdi. Bakının müsəlman əhalisi bolşeviklərin və daşnakların təcavüzlərinə qarşı öz etirazlarını bildirməyə başladılar. Lakin nə Milli Müsəlaman Şurasının, nə də Musavatın güclü silahlı qüvvəsi yox idi. Belə vəziyyət də Bakıda daşnakların həddən artıq özbaşınalıqlar etməsinə səbəb oldu və müsəlman əhalisi güclü silahlanmış erməni qarşısında silahsız və əliyalın qaldılar.
Belə bir şəraitdə, mart ayının 29-da erməni hərbi hissələrini tərkisilah etmək əvəzinə, Bakı Sovetinin əmri ilə Ə.Əsədullayevin başçılıq etdiyi, Lənkərana getməyə hazırlaşan yeganə müsəlman diviziyası olan «Dikaya diviziya»nın atlı polkunun əsgər və zabitlərinin silahları alındı. Bu isə Bakının müsəlman əhalisinin etiraz yürüşlərinə başlamasına səbəb oldu.
Ertəsi gün, yəni martın 30-da şəhərdə güclü mitinqlər başladı, xalq əsgərlərin silahlarının qaytarılmasını tələb edirdi.
Bu mitinq isə, daşnakların lideri S.Şaumyanın çoxdan bəri öz mənfur niyyətinin həyata keçirtməyə bir başlanğıc oldu. İki bir-birinə zidd ideyalar daşıyan bolşevik və daşnaksutyun firqələri müsəlmanları qırmaqda bir məramın daşıyıcıları kimi görünürdü. Deməli, Şaumyan bolşevik­lər­dən milliyyətçi niyyətlərini həyata keçirtmək üçün məharətlə istifadə etmişdi.
Etiraza qalxmış əhali bolşeviklər və daşnaklar tərəfindən gülləbaran edilməyə başladı. Həmin gün tarixin ən böyük cinayətlərindən biri baş verdi. İslam əqidəsinə qulluq edən on min əhali məhv edildi. Bütün bu qırğınlar bolşevizm adı altında getsə də erməni alayları öz milli niyyətlərini həyata keçirtdilər.
S.Şaumyan yazırdı: «Bizim süvari dəstəyə edilən hücumdan biz bir bəhanə kimiistifadə etdik  bütün cəbhə boyu hücuma keçdikBiz artıq 6 min nəfərlik silahlıqüvvəyə malik idikDaşnakların da 3-4 min nəfərlik milli hissələri var idi kio dabizim sərəncamımızda idiMəhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğınxarakteri verdilakin onun qarşısını almaq mümkün olmadıBiz bu işə şüurlusurətdə getdikƏgər müsəlmanlar üstün gəlsəydiləronda Bakı Azərbaycanınpaytaxtı elan edilə bilərdi». (seçilmiş əsərləri; c.2, səh.246)
Görürsünüz müsəlman xalqına qan uddurulmuş, uşaqlı, qocalı, qadınlı günahsız 10 min əhalinin bir gündə qətl etdirmiş bir qatili bizim sovet rejiminə qul olan rəhbərlərimiz necə də müqəddəsləşdirmişdir. Bakıda milli qırğın törədən bu qatil və onun havadarlarına paytaxtımızda abidələr ucaldılmış, böyük rayon, təşkilat, müəssisə və xiyabanlar isə onların adını daşımışdı. Hansı ki, bu çox uzaq bir keçmişdə olmamış, xalqımız bu hadisələrin canlı şahidi olmuşdu.
On səkizzinci il mart qırğınlarında daşnaklar yalnız on minlik müsəlman əhalinin qırmaqla kifayətlənmədilər, mənfur düşmən millətimizin dini abidələri və mədəniyyət obyektlərinə qarşı da öz düşmənçilik mövqeyini göstərdilər. Martın 30-da komissar Q.Əmiryanın bir qrup silahlı basqınçısı böyük mədəniyyət abidəsi olan «İsmailiyyə» (indiki EA-nın əsas binası) binasını yandırmağa başladılar. Daşnaklar müsəlmanların ibadət evi olan «Təzə Pir Məscidi»nə də ciddi ziyan vurdular. Toplardan atılan mərmilər «Təzə Pir»in minarələrini deşdi. Hacı Zeynalabdinin tikdirdiyi Şərqdə ilk teatr da ermənilər tərəfindən yandırıldı. Bununla kifayətlənməyən təcavüzkarlar «Açıq söz» və «Kaspi» qəzetlərinin mətbəələrini də dağıtdılar.
Bu faktları bildikdən sonra artıq heç bir şübhə qalmır ki, bolşevik ideyası adı altında Bakıda törədilən bu qırğınlar sinfi bir mübarizə deyildi. Burada qanına qəltan edilmiş minlərlə insanlar bolşeviklərin müdafiə etdiyi yoxsul fəhlə sinfinin nümayəndələri idi. Əlavə olaraq mədəniyyət və dini abidələrin də vəhşiliklə dağıdılması bu hadisələrin bolşevik pərdəsi altında, müsəlmanlara qarşı millət və din savaşına çıxmış erməni şovinistlərinin xalqımıza vurduğu həm maddi, həm mənəvi bir zərbə olduğu məlum olur.
Bu din savaşının tarixi isə yalnız son yüzillik və yalnız da bu bölgə ilə məhdudlaşmır. Milliyyətindən asılı olmayaraq hər bir bölgədə və hər bir zaman müsəlmanlar xristianların təcavüzünə məruz qalmışdır. Lakin bütün dövrlərdə bu təcavüzlər İslamın səsini boğmağa çalışmış, müsəlmanları bir ümmət kimi parçalayıb məhv etmək istəmişdir. Müxtəlif əsrlərdə müsəlmanlar xristianların bu müharibə və basqınlarından zərərlər görmüşdür. Bu təcavüzlərin nəticəsi olmuşdur ki, müsəlmanlar böyük mədəniyyətlərindən uzaq düşmüş. parçalanmalar və münaqişələrə məruz qalmışdır.Düşmənlər də həmişə bundan öz mənafeləri üçün istifadə etmişlər. XX əsrin əvvəllərində soyqırıma məruz qalmağımız, bu gün torpaqlarımızıdan məhrum olmağımız, qırğınlara məruz qalmağımız həmin əsərlərdən qalmış ümumi siyasətin bir nəticəsidir. Biz ümumi olaraq dünyada müsəlmanların təcavüzə məruz qaldığını müşahidə edirik. Fələstində müsəlmanların qırılması, Kəşmirdə müsəlmanlara edilən zülmlər, ümumi müsəlman ümmətinə qarşı bir təcavüzkar siyasətin mövcudluğunu göstərir. Erməni-müsəlman münaqişəsinin zahirdə daha çox milli bir münaqişə kimi görünməsinə baxmayaraq, beynəlxalq aləmdə bu təcavüzkarlığa göz yumulması və təcavüzkarlara hər cür maddi-mənəvi dəstəyin verilməsi bu münaqişənin də müsəlman ümmətinə qarşı olan təcavüzlər sırasında görməyə əsas verir.
Ümmətin başına gələn bu cür bəla və müsibətlərin kökü yenə ümmətin öz içində axtarılmalıdır. Çünki Quran 14 əsr bundan qabaq müsəlmana onun düşməninin kim olduğunu anlatmışdır. Həmin Quran bu düşmənin hiyləsindən, təcavüzündən müsəlmanların qurtuluşunu da anlatmışdır. Bütün bunlar aşkar və açıq şəkildə bəyan edilmişdir. Allahu-Taala Quranın «Maidə» surəsində buyrur: «Ey iman gətirənlər!Yəhudi  xaçpərəstləri (özünüzədost tutmayınOnlarbir-birinin dotdurlarSizdən kim onlarla dostluq edərsəo daonlardandırAllah zalim tayfanı düz yola yönəltməz».
Quranın 14 əsr əvvəl müsəlmana anlatdığı bu həqiqət bu gün də öz reallığını qoruyub saxlayar. Yəni yəhudilər və xristianlar müsəlmanı aradan aparmaq üçün çox asanlıqla bir araya gəlirlər. Bu Qiyamətə qədər olunmuş bir vəddir. Allah isə vədində aldatmayan yeganə varlıqdır. Bizim bu gün bu ayənin həqiqətinə iman gətirib, onun göstərdiyi istiqamətdə hərəkət etməyinizdən başla çarəmiz yoxdur. O zaman biz qurutuluşa nail ola bilərik ki, öz düşmənlərimizi yaxşıca tanıyıb, onlara qarşı mübarizədə öz qüvvələrimizi birləşdirə bilək! O, zaman Allahın Quranda müsəlmana vəd etdiyi nüsrət və qələbə bizim hamımıza şamil olacaqdır!
DADAŞ ƏLİBƏYLİ