Bu zamanlarda Qafqazda müsəlman millətinin vəziyyəti olduqca acınacaqlı idi. Yüzillik Rusiya İmperiyası əsarətində yaşadıqları zaman Qafqaz müsəlmanlarının orduya çağrılmamasına görə xalqın vəziyyəti hərbi cəhətdən çox acınacaqlı olmuşdu. Buna görə də sərhədlərdən geriyə dönən Rus ordusu İslam xalqına qarşı olmazın qırğınlar törədir, əzab və əziyyətlər verirdi.
Müsəlmanların, ermənilərin, rusların və gürcülərin də yaşadığı Bakı şəhərində çoxlu partiyalar, şuralar fəaliyyət göstərirdi. Bu partiyalardan ən aparıcı qüvvəyə malik olan, M.Ə.Rəsulzadənin başçılıq etdiyi Musavat Partiyası idi. Milli təşkilatlardan isə xalq arasında ən böyük nüfuza malik olanı «Bakı Müsəlman Şurası» hesab olunurdu. 1917-ci ilin yayında Musavat partiyası «Türk Federalistlər» partiyası ilə birləşdi və Musavatın nufuzu daha da artdı. Bakıda müsəlman firqə və təşkilatlardan başqa erməni milliyyətçi və şovnist firqəsi olan «Daşnaksutyun» firqəsi fəaliyyət göstərdi. Daşnakların məram və məqsədləri bolşeviklərin ziddinə olsa da müsəlmanları məhv etmək, islami və milli şüuru dağıtmaq üçün, çox asanlıqla onlar bir araya gələrək birləşdilər. Əvvəldə dediyimiz kimi Bakı sənaye şəhəri olduğu üçün burada çoxlu xadimlər və ruslar fəaliyyət göstərirdi. Burada fəaliyyətdə olan Bolşevik firqəsi də əslində rusların və daşnaklarla əlbir olan ermənilərin firqəsi idi. Müsəlman əhali arasında isə bolşeviklərin heç bir dayağı yox idi. Lakin o zaman Bakının durumu elə olmuşdu ki, bu iki yad və düşmən mövqeyli təşkilat nəinki burada möhkəmləndi, hətta hakimiyyəti belə ələ keçirtdilər. Bakı limanında olan əsgərlərin və tacirlərin əksəriyyəti ruslar olduğundan bolşeviklər onlara və ermənilərə arxlanaraq burada güclü «sovet» təşkil etmişdilər.
S.Şaumyan Petroqradda rəhbərlikdə olan qüvvələrlə gizli əlaqədə idi. 1917-ci ilin dekabrında İ.Stalinin təklifi ilə Şaumyan Qafqazın fövqəladə komissarı təyin olundu. Bununla da Şaumyan müsəlman xalqına qarşı beynində cızdığı qırğın planlarına rəsmi bir icazə almış olurdu. Əslində o, bir bolşevik deyil, qəddar niyyətli, qaniçən bir daşnak idi. M.Ə.Rəsulzadə «Azərbaycan Cumhuriyyəti» əsərində yazırdı: «Qəribədirki, Musavat məfkurəsinə qarşı bu sürətlə məhdudkar bir vəziyyət alan bolşevikhökumətinin Mavərayi-Qafqasiya müməssili (nümayəndəsi) Şaumyanın cibində rusişğal ordusunun təxliyyə (boşaldılan) edilən Türkiyə ərazisi üzərində ermənimuxtariyyatının elanına aid Lenin imzası ilə imzalanmış bir dekret bulunuyordu. Budekret ilə S.Şaumyan «əsrlərdən bəri məzlum erməni milətinin bəklədiyi amalimilliyəni qüvvədən felə çıxarmaq» üçün erməni müəssə və təşkilatına yardımetməklə müvəzzəf (vəzifələnmiş) idi. Şaumyandakı bu vəsiqənin təsiri elə olmaladırki, bir ay əvvəl Bakı bələdiyyəsindən rus məclisi-müəssisanını dağıdan bolşeviklərəqarşı bombalar, metralyozlar satan «Daşnaksutyun» firqəsi Bakı Soveti ilə sıx birrabitəyə və əsgəri bir ittifaqa girmiş oldu».
Bu yazılı sənədlər açıq şəkildə təsdiq edir ki, daşnakların Bakıda, Şamaxıda, Qubada, Lənkaranda və digər ərazilərdə törətdikləri qırğınların, müsəlmanların məhv edilməsinin əmri bolşeviklərin Petroqraddakı rəhbəri Lenin tərəfindən verilmişdi. Bu əmrdən sonra Bakı Soveti daşnakların və silahlanmış erməni alaylarının köməyi ilə öz xəyanətkar niyyətlərinə başladı və musavat firqəsi ilə «Milli Müsəlman Şurası»na qarşı hərb elan etdi. Bakının müsəlman əhalisi bolşeviklərin və daşnakların təcavüzlərinə qarşı öz etirazlarını bildirməyə başladılar. Lakin nə Milli Müsəlaman Şurasının, nə də Musavatın güclü silahlı qüvvəsi yox idi. Belə vəziyyət də Bakıda daşnakların həddən artıq özbaşınalıqlar etməsinə səbəb oldu və müsəlman əhalisi güclü silahlanmış erməni qarşısında silahsız və əliyalın qaldılar.
Ertəsi gün, yəni martın 30-da şəhərdə güclü mitinqlər başladı, xalq əsgərlərin silahlarının qaytarılmasını tələb edirdi.
Bu mitinq isə, daşnakların lideri S.Şaumyanın çoxdan bəri öz mənfur niyyətinin həyata keçirtməyə bir başlanğıc oldu. İki bir-birinə zidd ideyalar daşıyan bolşevik və daşnaksutyun firqələri müsəlmanları qırmaqda bir məramın daşıyıcıları kimi görünürdü. Deməli, Şaumyan bolşeviklərdən milliyyətçi niyyətlərini həyata keçirtmək üçün məharətlə istifadə etmişdi.
Etiraza qalxmış əhali bolşeviklər və daşnaklar tərəfindən gülləbaran edilməyə başladı. Həmin gün tarixin ən böyük cinayətlərindən biri baş verdi. İslam əqidəsinə qulluq edən on min əhali məhv edildi. Bütün bu qırğınlar bolşevizm adı altında getsə də erməni alayları öz milli niyyətlərini həyata keçirtdilər.
S.Şaumyan yazırdı: «Bizim süvari dəstəyə edilən hücumdan biz bir bəhanə kimiistifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlıqüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik milli hissələri var idi ki, o dabizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğınxarakteri verdi, lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlusurətdə getdik. Əgər müsəlmanlar üstün gəlsəydilər, onda Bakı Azərbaycanınpaytaxtı elan edilə bilərdi». (seçilmiş əsərləri; c.2, səh.246)
On səkizzinci il mart qırğınlarında daşnaklar yalnız on minlik müsəlman əhalinin qırmaqla kifayətlənmədilər, mənfur düşmən millətimizin dini abidələri və mədəniyyət obyektlərinə qarşı da öz düşmənçilik mövqeyini göstərdilər. Martın 30-da komissar Q.Əmiryanın bir qrup silahlı basqınçısı böyük mədəniyyət abidəsi olan «İsmailiyyə» (indiki EA-nın əsas binası) binasını yandırmağa başladılar. Daşnaklar müsəlmanların ibadət evi olan «Təzə Pir Məscidi»nə də ciddi ziyan vurdular. Toplardan atılan mərmilər «Təzə Pir»in minarələrini deşdi. Hacı Zeynalabdinin tikdirdiyi Şərqdə ilk teatr da ermənilər tərəfindən yandırıldı. Bununla kifayətlənməyən təcavüzkarlar «Açıq söz» və «Kaspi» qəzetlərinin mətbəələrini də dağıtdılar.
Bu din savaşının tarixi isə yalnız son yüzillik və yalnız da bu bölgə ilə məhdudlaşmır. Milliyyətindən asılı olmayaraq hər bir bölgədə və hər bir zaman müsəlmanlar xristianların təcavüzünə məruz qalmışdır. Lakin bütün dövrlərdə bu təcavüzlər İslamın səsini boğmağa çalışmış, müsəlmanları bir ümmət kimi parçalayıb məhv etmək istəmişdir. Müxtəlif əsrlərdə müsəlmanlar xristianların bu müharibə və basqınlarından zərərlər görmüşdür. Bu təcavüzlərin nəticəsi olmuşdur ki, müsəlmanlar böyük mədəniyyətlərindən uzaq düşmüş. parçalanmalar və münaqişələrə məruz qalmışdır.
Düşmənlər də həmişə bundan öz mənafeləri üçün istifadə etmişlər. XX əsrin əvvəllərində soyqırıma məruz qalmağımız, bu gün torpaqlarımızıdan məhrum olmağımız, qırğınlara məruz qalmağımız həmin əsərlərdən qalmış ümumi siyasətin bir nəticəsidir. Biz ümumi olaraq dünyada müsəlmanların təcavüzə məruz qaldığını müşahidə edirik. Fələstində müsəlmanların qırılması, Kəşmirdə müsəlmanlara edilən zülmlər, ümumi müsəlman ümmətinə qarşı bir təcavüzkar siyasətin mövcudluğunu göstərir. Erməni-müsəlman münaqişəsinin zahirdə daha çox milli bir münaqişə kimi görünməsinə baxmayaraq, beynəlxalq aləmdə bu təcavüzkarlığa göz yumulması və təcavüzkarlara hər cür maddi-mənəvi dəstəyin verilməsi bu münaqişənin də müsəlman ümmətinə qarşı olan təcavüzlər sırasında görməyə əsas verir.
Quranın 14 əsr əvvəl müsəlmana anlatdığı bu həqiqət bu gün də öz reallığını qoruyub saxlayar. Yəni yəhudilər və xristianlar müsəlmanı aradan aparmaq üçün çox asanlıqla bir araya gəlirlər. Bu Qiyamətə qədər olunmuş bir vəddir. Allah isə vədində aldatmayan yeganə varlıqdır. Bizim bu gün bu ayənin həqiqətinə iman gətirib, onun göstərdiyi istiqamətdə hərəkət etməyinizdən başla çarəmiz yoxdur. O zaman biz qurutuluşa nail ola bilərik ki, öz düşmənlərimizi yaxşıca tanıyıb, onlara qarşı mübarizədə öz qüvvələrimizi birləşdirə bilək! O, zaman Allahın Quranda müsəlmana vəd etdiyi nüsrət və qələbə bizim hamımıza şamil olacaqdır!
DADAŞ ƏLİBƏYLİ
Комментариев нет:
Отправить комментарий