воскресенье, 25 сентября 2011 г.

EHLI-BEYT IMAMLARININ HEDISLERINDE AQIL INSAN


     
 



  
  
  
                                   

                        Insan varlıq aləminin ən üstün və sirli mövcududur.insan bədən və ruh adlanan iki həqiqətdən təşəkkül tapmışdır.Onun vucudunda bədənin yəni maddənin xüsusiyyətlərindən qeyri keyfiyyətlər də görünməkdədir ki, bu insanın ruhu və nəfsi ilə baglıdır.yəni insanda nefsi meyillər və istəklər deyilən şeylər vardır ki,həmin istək və meyillər baş qaldırdıqda bədəni də özünün əmr etdiyi işləri görməyə təşviq edir.Bunlara nəfsani istəklər və ya həvayi nəfs deyilir.Bu, insan vucudunda olan bir mərkəziyyətdir.Əyər bu nəfsani istəklər müəyyən bir hədd çərçivəsində konturol edilməzsə,sonunda bir çox fəsadların törənməsinə və insanın fasiqləşməsinə gətirib çıxarar.Lakin insan vucudunda nəfsani istəkləri kontrollaşdırib bir nizama salan  başqa bir mərkəziyyət də var ki,ona əql qüvvəsi deyilir.Çünki bu qüvvənin fəaliyyəti yaxşını pisdən ayırmaq,gözəllikləri çirkinlikdən seçib ,insanı pis və çirkin işlərdən çəkindirib,yaxşı və gözəl işlərin ardınca getməyə sövq edir.Lakin insan bu iki mərkəziyyətin əmrlərini qəbul etməkdə azaddır.Yəni ƏYƏR NƏFSİN İSTƏKLƏRİNİN ƏMRİNƏ TABE OLSA , fasid ,yox əyər aglın dəvət etdiyi yollarla gedərsə saleh bir insan olar. Qurani kərimdə və əhli-beyt məktəbinin bəyanatlarında aglın müxtəlif keyfiyyətləri izah olunmuş, aqil insanların üstün məziyyətləri bəyənilmişdir.                                                                             
Əhli-beyt imamlarının deyerli kəlamlarında aglın nə olması ,agıllı insanın hansı üstün keyfiyyətlərə sahib olması haqda çox dəqiq və düzgün izahatlar verilmişdir. Məsələn “Usuli-kafi” kitabının “əql və cəhl”bölməsində imam Musa ibni Cəfər (Ə)in  Hişam ibni Həkəm adlı səhabəsinə etdiyi nəsihətlərdə aqil insanin sifət və xususiyyətləri bəyan olmuşdur. O, bu nəsihətlərinin birində buyurur:”ey Hişam! Kim özündə üç şeyi üç şeyə hakim etsə ,elə bil özü, öz aglını puç etmişdir; onlardan birincisi uzun-uzadı arzularla öz təfəkkürünün nurunu söndürmək,ikincisi hikmət və bəlagət çeşməsini artıq və mənasız danışıqlarla korlamaq,üçüncüsü isə şəhvani hisslərlə ibrət nurunu aradan aparmaqdır.Kim belə edərsə , sanki özü öz aglını zay edir.Aglı olmayan insanın da dini və dünyası fəsada ugrayar.”Bu hədisi şərifdə agıl qüvvəsinin üç böyük məziyyətinə işarə olunmuş və onların hansı amillərlə aradan getməsi bəyan olunmuşdur.Birincisi agıllı adamın güclü bir təfəkkürə sahib olmasıdır.Dərin təfəkkür onun aglının bir bəhrəsidir ki ,onun vasitəsi ilə həqiqətlər barəsində fikirləşər və öz yolunu düzgün dəyərləndirib seçər.Çünki insan daim agıl qüvvəsinin itaətində olarsa ,puç və əfsanə şeylərin haqqında deyil , sabit və daimi qalacaq şeylər barəsində düşünər.Nəticədə insan niyə həyata gəldiyini,öldükdən sonra hara gedəcəyini anlayıb tapar.Yox, əyər insan aglının bu böyük nemətini puç və uzun –uzadı arzularla korlayarsa , həyatdan heç bir şey anlamadan gedər.çünki uzun arzular və boş xəyallar insanın təfəkkürünü kor edib onun həqiqi şeylər barədə düşünməsinin qarşısını alar.İnsan bütün ömrü boyu ələ gətirilməsi mümkün olmayan boş və əfsanə xəyalların əsirinə çevrilərək, yaradılışın əsl məqsədini unudar.O Bu xəyallar içərisində əbədi qalacaginı zənn edərək aldanar.Belə insanlar həyatın müvəqqəti oldugunu və ölümün də mütləq bir gün onların qapısını döyəcəyini bildikləri halda belə,sonu olmayan arzulara qapılıb ölümü və ölümdən sonrakı həyatı unudarlar.Aglin hədisdə bəyan olunan ikinci məziyyəti isə insanın dərin hikmət və gözəl bəlagətə sahib olmasıdir.Bu da aglın insana bəxş etdiyi ikinci böyük hədiyyəsidir.Agıllı insanlar varlıgın mahiyyəti barəsində səhih bir təfəkkürə malik olduqlarına görə qəlbləri hikmət xəzinəsinə çevrilir.çunki agıldan qaynaqlanan düşüncə insanlara reallıqların mahiyyətini,yaradılış aləminin əsl  qayə və məqsədini öyrədir.Ona görə də öyrəndikləri hamısı elm və hikmətedən ibarət olur.Danışdıqları zaman isə öz hikmətli  və bəlagətli sözləri ilə insanları faydalandırırlar.Dil qəlbdə yatan hikmətin aynasına çevrilir.Əyər insan əsasında elm və fəzilət durmayan bihudə sözlərə aludə olsa,dilindəki hikmət aradan gedər.Dilinin bəlagətini vəfəsahətini bihudə və mənasız sölər,hiktməli qəlbini isə cəhalət zülməti bürüyər.Çünki çox uzun-uzadı mənasız danışıqlar agıl ilə hikmətdən deyil ,yersiz adət və çirkin bir mühitə aludə olub itaət etməkdən qaynaqlanır.Aglın hedisde beyan olunan üçüncü gözəl xüsusiyyəti insanın hər şeydən ibrət almasıdır.Yəni agıllı adam hər hansı bir şeyə nəzər saldıqda ondan ibrət götürər.İbrət götürməyin mənası budur ki,insanın nəzər etdiyi şeylər onun kamilləşməsi və müdrikləşməsi üçün  bir vasitə olar.Lakin insan əşyalara nəfsani istəklər və şəhvanı nəzərlərlə baxsa,onda əşyalar ,onun üçün ibrət almaq mahiyyətini itirib. Başqa hisslər oyadar.insan nəfsinə xoş gələn hər bir işi görməyə həvəslənər,hər şeylə üzləşdikdə tez onu ələ keçirməyə çalışar.bu da nəticədə insanda acgözlük kimi vıhşi bir duygunun yaranmasına getirib çıxarar.bütün bu deyilənlər insan aglının suqut edib korlanmasına və dünya və axirət həyatının məhv olmasına səbəb olar.               İnsanlar aglın bu özelliklərinə riayət etmədikdə çox böyük bəla və müsibətlərlə üzləşirlər,lakin eyni zamanda düşünmədən özlərini həyatın ən xoşbəxt və səadətli insanı hesab edirlər.              
Başqa bir hədisində imam buyurur;”ey Hişam!həqiqətən agıllı oadamdır ki,halal nemətlər onu Allaha şükr etməkdən uzaqlaşdırmayıb ,harab olan şeylər də onun səbrini qırıb ,ona qalib gəlməsin.”Allahın insanlar üçün yaratdıgı nemətlər o qədər  çoxdur ki,bütün dünyanın insanları birləşib onu saymaq istəsələr ömürləri buna çatmaz.Lkin insanlar bu nemətlərdən istifadə edərkən onun ALLAH terefinden verildiyini düşünmeli və onun şükrünü əda etməyə səy etməlidirlər.Bəzən nemətlərin şirinliyi və insanın içində yaratdıgı sevinç duygusu şükür hissini ona unutduraraq özünə məşgul edir.Bəzən də haram buyurulmuş şeylər,insan içində onlaraböyük əlaqə oldugu üçün insanın səbr əzmini qıraraq Allaha üsyan etməklə nətiçələnir.Amma aqil insan bu işlərin nəticəsində olan fəsadı agahlıqla  başa düşüb ,haram olan şeylərə münasibətdə,nəfsinin ona qalib gəlməsinin qarşısını alaraq ,çətiliklərə sinə gərib səbr edər.
Sonra imam başqa bir nəsihətində aglın güc və qüvvəsinə işarə edərək buyurur;”ey Hişam!insanın tənhalıga dözüb səbr etməsi onun aglının qüvvətli olmasının əlamətlərindəndir.Kim Allah barəsində düşünsə,dünya əhlindən və dünyayə aludə olan insanlardan uzaq olub,allahın yanında olan şeylərə meyl edər.Allah da qorxu və vəhşət anında ona üns vəsiləsi , təklikdə bir yoldaş, yoxsulluqda bir varlıq,qohum və nəsəbi olmadıqda bir izzət mənbəyi olar.” Bu hədisi-şərifdə aqil insanın elə əlçatmaz əxlaqı keyfiyyətlərinə işarə olunur ki ,qeyri-aqil davranan və sarsaq olan insanlarda heç vazxt bu gözel sifetler yarana bilməz.Birncisi tənhalıq və təklikdir ki bəzən insana üz verir.Belə olduqda insan əhatəsində oldugu cəmiyyətdən təcrid olma və hamı tərəfində özünə qarşı bir laqeyidliklə qarşılaşır.Bu da insanın ruhuna təsir qoyaraq böyük sıxıntıların meydana gelmesinə səbəb olur.Bu hallar baş verdikdə aqillər qüc və qüvvətin yalnız ALLAHDA oldugunu dərk edib üns qurulacaq varlıgın da fəqət o, oldugunu anlayırlar.Buna görə də dünyayə qul olanlardan əl götürüb Allaha sıgınırlar.Beləliklə ALLAHI hər an özünə nazir bilənlərə vəhdət, vəhşət və fəqirlik anlarında yeganə təsəlli mənbəyi Allahdır.İnsan hər an Allahla oldugunu düşünərək, qəlbində böyük bir aramlıgın yrandıgını hiss edir.Dünyəvi insanlara hüzn və sıxıntı gətirən şeylər onun ruhuna əsla təsir etməyib öz məqsədindən döndərə bilmir.Fəqət dünyəvi ruhiyyə və düşüncəyə sahib olan şəxslər dünyanın gətirəcəyi qəm və tənhalıga təsirlənib özünü üzüntüyə atar.çünki onların məqsədi dünyada olanlara yetişmək və onlarla öz arzuları yaşayıb  şəhvani ləzzətlərdən kam almaqdır.ŞÜBHƏSİZ Kİ BU İSTƏKLƏRİNƏ ÇATMADIQDA həddən artıq qəmlənib ruhi sarsıntı keçirirlər.LAKİN agılı özünə hakim etmiş insan bu ruhi sarsıntı və hüzünlərin onun həyatında heç bir dəyişiklik etməyəcəyini bilib nəfsini Allahın yadı və zikri ilə məşgul edər.Nəfsini Allaha bu cür söv etdirmə onu çoxlu dünyəvi sıxıntılar ilə üzləşdirsə də sonunda böyük bir səadətə çatacagını düşünərək səbr edər.
Agılın insana verdiyi faydalardan ən əsası isə onun daima öz əməllərinə diqqətli olmasıdır.İmam buna işarə olaraq başqa bir nəsihətində belə buyurur;”ey Hişam!qəlbin Allahın əmr etdiyi şeylərdən digərləri ilə məşgul olub ,nəfsini aglına hakim edib onaitaət etdiyin zaman,sənin əməlinin Allah dərgahında nə dəyər və qiyməti ola bilər?”Nə qədər də düzgün və gözəl bəyan edilib.Həqiqətən də insan qəlbini Allahın yasaq etdiyi şeylərlə məşgul edib,nəfsini öz aglına hakim edərsə,heç vaxt öz əməlinə diqqətli ola bilməz.çünki nəfs agıla hakim olduqda agıl öz fəaliyyətini dayandırar və insan heç  vaxt əməllərin yaxşı və pisliyinə nəzər yetirməz. Bütün əməllər yalnız nəfsin istəyi əsasında görülər və aglın süzgəcindən keçırilməz.insan bu zaman öz əməlləri qarşısında məsuliyyət hissini itirər.Nəfs öz hakimiyyətini agıla təhvil verməyincə,insan saleh əməl sahibi ola bilməz.Əməllərin məsləhətli və faydalı oldugunu yalnız agıl müəyyənləşdirib hök edir.Nəfsə qul olan adam da  bu özəlliyi özündə tapmadıgı üçünözünün gözəl əməl sahibi oldugunu fərz edər və bununla öyünər.Ona görə də aglini nəfsinə qul etmiş insan bəzən yaxşı əməl etdikdə də bunun ona faydası olmur.çunki nadan adamın əməlləri agahlıq və elm üzündən olmadıgı üçün heç bir dəyərə sahib deyil.
Buna görə digər nəsihətində imam buyurur;”ey hişam elm və agahlıq əhlindən baş verən az bir əməl qəbul,cahil və nəfsə itaət edən əhldən baş verən çox əməl isə qəbul deyildir.”
Deməli əməllərin qəbulu onun düşünülmüş şəkildə kimin üçün edildiyinə baglıdır.Belə olduqda o kimin qarşısında durub və nə işlə məşgul olduguna agahlıqla diqqət edər.
Agılın göstərdiyi yolla gedib ,hidayətə tabe olanlara salam olsun!