понедельник, 28 ноября 2011 г.

IMAM ZEYNULABIDIN ƏLEYHISALAMIN HUQUQ RİSALƏSİ


Allah sənə rəhmət etsin; bil ki Allahı Təalanın sənin hər hərəkətində, duruşunda, getdiyin yerdə, üzvləri hərəkət etdirməyində və istifadə etdiyin alətlərdə səni əhatə etmiş haqqları vardır. Bu haqqlardan bəziləri bəzilərindən daha böyükdür. Allahın sənə vacib etdiyi, bütün haqqların əsası və digər haqqların da qaynaqlandığı ən böyük haqq ONun öz haqqıdır. Sonra Allahı Təala, başından ayağına qədər müxtəlif azaların üçün sənin üzərində haqq təyin etmişdir; gözün, qulağın, dilin, əlin, ayağın, qarının və fercin üçün sənə bəzi haqqlar fərz etmişdir. İşdə bütün işlər, yeddi dənə olan bu üzvlərlə edilməkdədir.

Yenə Allah (Azze və Celle) namazın, orucun, sədəqən, qurbanın və digər bütün əməllərin üçün sənə bəzi haqqlar vacib etmişdir. Daha sonra sıra, başqalarının sənin üzərində vacib olan haqqlarına gəlməkdədir. Bütün haqqlardan daha çox sənin üzərinə fərz olan haqq, öndərlərinin, sonra rəiyyetinin (əmrin altında olanların) və daha sonra da qohumlarının haqqlarıdır. İşdə bu haqqların hər birindən də digər haqqlar ayrılmaqdadır.

Öndərlərin sənin üzərində olan haqqları üç qisimdir: Üzərində haqqı hamısından daha çox fərz olan, qüdrətiylə səni idarə edən, sonra elmiylə səni öyrədən və daha sonra maddi varlığı vəsiləsiylə səni idarə edən kimsənin haqqıdır; hər idarəçi də öndərdir.

Rəiyyetinin sənin üzərində olan haqqları da üç qisimdir: Haqqı hər kəsdən daha çox vacib olan, hakimiyyətin altında olan kim­senin haqqıdır; sonra elminlə rəiyyetin olan kimsənin; çünki cahil, alimin rəiyyetidir və daha sonra qadın və kölələr kimi sahibliyinlə rəiyyetin olan kəslərin haqqlarıdır.

Qohumlarının sənin üzərində olan haqqları isə çox və qohumluq bağının yaxınlığı miqdarıncadır. Bütün haqqlardan daha çox üzərinə fərz olan haqq, ananın, sonra atanın, sonra övladının, sonra qardaşının və daha sonra yaxınlıq sırasıyla digər qohumlarının haqqlarıdır. Daha sonra sənə lütf edən əfəndinin, sonra lütfkarlığının çatdığı kölənin, sonra sənə bir yaxşılığı toxunanın, sonra müəzzinin (azan oxuyanın), sonra camaat imamının, sonra yoldaşının, sonra qonşunun, sonra dostunun, sonra ortağının, sonra malının, sonra borc verən olduğun adamın, sonra borclu olduğun kimsənin, sonra davranış etdiyin yoldaşının, sonra əleyhinə iddia açanın, sonra əleyhində iddia açdığın kimsənin, sonra səninlə müşavirə edənin, sonra müşavirədə oldugun kimsənin, sonra səndən nəsihət istəyənin, sonra sənə nəsihət verənin, sonra səndən böyük olanın, sonra səndən kiçik olanın, sonra səndən bir şey istəyənin, sonra bir şey istədiyin şəxsin, sonra, sözü və ya əməli ilə sənə pislik edənin , sonra, sözü və ya əməliylə səni məmnun edənin, sonra bütün dindaşlarının və daha sonra zimme əhlinin haqqlarıdır; daha sonra da müxtəlif vəziyyət və səbəblərin tələb etdiyi miqdardakı olan haqqlardır.

Nə xoşbəxt üzərinə fərz qılınan haqqları əda etmək üçün Allahın köməkdə olub tofiq və istiqamət bağışladığı kimsəyə.

1- Uca Allahın sənin üzərində olan haqqı, ONA tapınmağın və ONA heç bir şeyi ortaq qoşmamağındır. İxlasla bu işi etdiyində Allah, dünya və axirət işlərində sənə kafi olmağı və dünyada sevdiyin şeyi sənin üçün qorumağı təəhhüd edər.

2- Öz üzərində olan öz haqqın isə, bədənini tamımıyla Allahın itaətinə verməyin, dilinin, qulağının, gözünün, əlinin, ayağının, qarınının və fercinin haqqını əda etməyin və bu yolda Allahdan kömək diləməyindir.

3- Dilin (sənin üzərində olan) haqqı, onu çirkin sözdən qoruyub gözəl sözə adət etdirməyin, ədəbə riayət etməyə məcbur etməyin, ehtiyac olan yerlər, din və dünya mənfəətləri xaricində onu istifadə etməməyin,  çox az faydası olmasıyla birlikdə zərərli və faydasız olan, çirkin və boş sözlərdən uzaqlaşdırmağındır. Nəhayət dil ağılın şahidi və onun nişanesi olub ağıllının öz ağılıyla bəzənməsi də, dili xüsusundakı doğru rəftarıyladır. Güc ancaq əzəmət sahibi uca Allahdandır.

4- Qulağın (sənin üzərində olan) haqqı, qəlbində xeyr icad edən və ya gözəl xasiyyət qazandıran qiymətli sözdən başqa heç bir şey üçün onu qəlbinə bir yol qərar etməməyindir. Çünki qulaq sözün ürəyə girəcək olan qapısıdır; xeyr və, şər ehtiva edən müxtəlif mənaları ona (ürəyə) çatdırmaqdadır. Qüvvət ancaq Allahdandır.

5- Gözün (sənin üzərində olan) haqqı, halal olmayan şeyə onu bağlamağın və ibrət götürüləcək, bəsirət qazandığın və elm əldə etdiyin yerlər xaric, onu istifadə etməməyindir. Çünki göz ibrət götürmə qapısıdır.

6- Ayaqların (sənin üzərində olan) haqqı, onlarla sənə halal olmayana doğru getməməyin və qət edənlərini hörmətdən salan bir yolda onları istifadə etməməyindir. Çünki ayaq, səni daşıyan, din yoluna aparan bir vasitə və sənin üçün bir irəliləmə vəsiləsidir. Qüvvət ancaq Allahdandır..

7- Əlin (sənin üzərində olan) haqqı, onu halal olmayan şeylərə doğru uzatmamağındır; uzatdığın təqdirdə axirətdə Allahın əzabına uğrayar və dünyada isə xalqın qınamasına məruz qalarsan. Allahın ona fərz etdiyi şeylərdə də onun önünü almamalısan. Əksinə, halal şeylərin çoxundan onu saxlamaq və ona fərz olmayan şeylərin (müstəhəblərin) tərəfinə uzatmaqla onu əziz etməlisən. İşdə o zaman, dünyada həddini bilib şərəf  qazanar və axirətdə də ona gözəl mükafat fərz olar.

8- Qarının (sənin üzərində olan) haqqı, onu haramın azına da, çoxuna da qab etməməyin, halalda ifrat və təfritdən çəkindirməyin, təqviyət həddindən zəiflik və şərəfin yox olması həddinə çıxarmamağın, aclıq və susuzluğu hiss etdiyində də ona hakim olmağındır. Çünki ağırlığa səbəb olacaq dərəcədə doymaq boşaldıcı, tənbəlləşdirici və hər xeyr və faydadan uzaqlaşdırıcıdır. İnsanı sərxoş edəcək dərəcədə su içməsi də ağılsızlaşdırıcı, cahilləşdirici və mürüvvəti aradan qaldırıcıdı haldır.

9- Fercin (tenasül orqanının) sənin üzərində olan haqqı, onu sənə halal olmayan şeylərdən qorumağın və gözü bağlamaqla onun kontroluna köməkçi olmağındır. Çünki gözü halal olmayan şeylərə bağlamaq, ölümü çox xatırlamaq və nəfsi Allahın əzabıyla təhdid edib qorxutmaq, onu qorumaq üçün ən yaxşı köməkçilərdəndir. Güc və Qüvvət ancaq Allahdandır.
Əməllərin Haqqları

10- Namazın (sənin üzərində olan) haqqı budur: Bilməlisən ki, namaz Allahın hüzurna çıxmaqdır; sən bu halda Allahın qarşısında dayanırsan. Bunu bildiyin təqdirdə, öz kiçikliyinin fərqində olan, ilahi nemətlərə meyl edən, qorxan, ümidli, miskin və yalvarıb yalvaran, sükunət halında başını və gözlərini önə tikib, qollarını sallayaraq, hüzurunda oldugu kimsəyə təzim edən, könülündə onunla gözəl münacat edən bir qulun mövqeyində olar, səhv və həlak edici günahlarla çevrilmiş olan bir qul kimi qurtuluşunu istəməyə layiq olarsan. Və qüvvət ancaq Allahdandır.

11- Orucun, sənin üzərində olan haqqı budur: Bilməlisən ki oruc, Allahın, səni cəhənnəm atəşindən qoruması üçün, dilinə, qulağına, gözünə, fərcinə, qarınına çəkdiyi bir pərdədir. Necə ki hədisdə də belə keçər: "Oruc  oda qarşı bir sipərdir." Əgər üzvlərin, o pərdənin arxasında sakin olsa (qorunsa), ümid edilər ki oddan məhfuz qalarsan. Əgər üzvlərinin pərdənin arxasında (və belə bir sığınacaqda) daşqınlıq göstərmələrinə və pərdənin açılmasına icazə versən, üzvlər öz həddlərini aşaraq, baxılması caiz olmayan şeyə şəhvətlə baxarlar; və güc və qüvvət də də Allaha itaət etmə yerinə başqa bir yerdə xərclənərlər, artıq o zaman pər­dənin cırılaraq bədənin çölə çıxmayacağına güvənmə. Və qüvvət ancaq Allahdandır.

12- Sədəqənin sənin üzərində olan haqqı budur: Bilməlisən ki sədəqə, sənin Rəbbinin qatındakı azuqənin və şahidə ehtiyacı olmayan əmanətindir. Bunu bildiyində, gizli verdiyin əmanətə, açıqda verdiyin əmanətdən daha əmin olacaqsan və aşkar etməkdə olduğun şeyi gizlicə Allaha əmanət verməyə daha çox ləyaqət qazanacaqsan. Hər vəziyyətdə bu iş səninlə ONun arasında bir sirr olmalıdır. Əsla Allaha əmanət verdiyin şeydə, qulaq və gözləri ONun əleyhinə şahid tutmayasan. Allaha əmanət vermədə qulaq və gözlərə daha çox etimad etmeyesən; və Allaha güvənməyən biri kimi davranmayasan. Daha sonra sədəqədə heç kimə minnət etməməlisən. Çünki o sənin özün üçündür (özün üçün yığdığın bir maldır). Onunla bir kim­səyə minnət etdiyində sənin vəziyyətinin də qarşı tərəfin vəziyyəti kimi pis olmayacağına güvənmə. Çünki minnət etməyin, onu özün üçün yığmadığına bir dəlildir. Əgər özün üçün yığmış olsaydın (o zaman) onunla bir kimsəyə minnət etməzdin . Və qüvvət ancaq Allahdandır.

13- Qurbanlığın sənin üzərində olan haqqı budur: Onunla məqsədini Allaha xalis etmən (xalis bir niyyətlə onu etməyin), rəhmətinə çatmağı və qəbul buyurmasını arzulaman və ONdan başqa digərlərinin diqqətini çəkməyi istəməməyindir. Belə olduğunda özünü məşəqqətə salmaz və riyakar olmazsan; və yalnız Allahı nəzərdə tutub ONA doğru yönələrsən. Bil ki, Allahın razılığına ka­vuşmanın yolu asandır, çətin deyil. Necə ki Allah da qulları üçün asanlığı istəmişdir, məşəqqəti deyil. Beləcə təvazökarlıq da sənin üçün, ağalıq etməkdən daha yaxşıdır. Çünki ağalığın çətinlik və xərci də çoxdur. Amma təvazö və təvazökarlığın nə zəhməti vardır və nə də xərci. Çünki bunlar yaradılışdan insanın təbiətində mövcud olan şeylərdir. Və qüvvət ancaq Allahdandır.
Öndərlərin Haqqları

14- Sənə öndərlik edən idarəçinin sənin üzərində olan haqqı budur: Bilməlisən ki, Allah səni ona bir imtahan vəsiləsi etmişdir; sənə olan hakimiyyətindən ötəri də imtahana təbii/tabe tutulacaq. Xalisanə bir şəkildə onun xeyirini istəməlisən. Sulta və iqtidarını nəzərə al/götürüb ona qarşı mübarizə etməməlisən. Çünki bu iş, həm sənin həlak olmağına səbəb olar, həm də onun. Təvazökarlıq və yumşaqlıqla, şərini özündən uzaqlaşdıracaq şəkildə və dininə zərəri toxunmayacaq dərəcədə onu razı etməlisən və bunu etmək üçün də Allahdan (onu rədd etməyə) kömək diləməlisən. Ona qarşı lovğalanma və mübarizəyə də cəhd etmə. Əks halda ona üsyankarlıq etmiş olarsan və özünə əziyyət edib özünü onun çirkin davranışına məruz buraxar və onu da həlak olmağa göndərərsən. (Nəticədə) onunla öz əleyhinə köməkləşdiyin kimi, sənə qarşı edəcəyi zülmdə də ona ortaq olarsan. Və qüvvət ancaq Allahdandır.

15- Elmiylə səni öyrədən ustadın sənin üzərindəki olan haqqı: Ona təzim etmən, məclisini möhtərəm (və qənimət) saymağın, sözlərini yaxşıca dinləyib ona diqqət yetirməyin, öz cəhalətini aradan qaldırmaqda və öyrənməyə möhtac olduğun elmi əldə etmədə müəlliminə köməkdə olmagındır. Belə ki, ondan istifadə etmək üçün ağılını hər cür məşğuliyyətdən təmizləyərək zehinini yığışdırmalısan və ləzzətləri tərk edib şəhvətləri azaltmaqla ürəyini təmizləyib gözünü cilalamalısan. Bunu da bilməlisən ki, sənə öyrətdiyi şeylərdə, qarşılaşdığın hər cahilə, ustadın mesajını yaxşıca çatdırmaq üçün onun elçisisən. Elə isə bu risaləti boynuna götürdüyündə, bu vəzifəni yerinə yetirməklə ona xəyanət etməməyin lazımdır. Güc və qüvvət ancaq Allahdandır.

16- Malikiyeti vəsiləsiylə səni idarə edən əfəndinin sənin üzərində olan haqqı, qüdrətiylə səni tərbiyə edib yetişdirən öndərin haqqı kimidir; (bu fərqlə ki) səni idarə edən əfəndinin malik olduğu şeyə, o malik deyil. (Buna görə) əfəndinin hər əmrinə, istər böyük olsun, istər kiçik itaət etməyin lazımdır. Amma əgər Allahın haqqını əda etməkdə, Allahın və xalqın haqqlarını yerinə yetirməyinə mane olsa, o zaman əvvəlcə Allahın və xalqın haqqını yerinə yetirərsən və daha sonra da onun haqqını əda etməyə qoyularsan. Güc və qüvvət ancaq Allahdandır.
Raiyyetin Haqqları

17- Hakimiyyətin altında olan kəslərin sənin üzərində olan haqqları bunlardır: Bilməlisən ki, sən gücünün çox olması vasitəsi ilə onları rəiyyet etmisən (əlinin altına keçirmisən). Onları sənə rəiyyet edən (yalnız) onların zəiflik və gücsüzlükləri olmuşdur. Zəiflik və zillətləri özlərinə kafi gələn, hətta onları sənin əlinin altına soxan, hökmünü onlara etibarlı edən və sözündən çıxmağa qüdrətləri olmayan və sənin bir əmrini ağır və çətin gördüyündə də Allahdan başqa köməkçisi olmayan kəslər, (sənin) şəfqət, himayə və helminə nə qədər də layiqdirlər. Allahın sənə verdiyi suverenlik vəsiləsi olan bu izzət və qüdrəti tanıdıgında da ONA şükr etməyin sənin üçün nə qədər yaxshıdır. Kim Allaha şükr etsə, Allah ona verdiyi nemətini çoxaldar. Qüvvət ancaq Allahdandır.

18- Elmin üçün sənə tabe olan kimsənin (şagirdin) sənin üzərindəki  haqqı budur: Bilməlisən ki, Allahın sənə elm verməsi və səni hikmət xəzinələrinə sahib etməsi onlara xidmət etməyin üçündür. Əgər Allahın səni sahib etdiyi (uhdene buraxdığı) şeylərdə, vəzifəni gözəl edər və onlar üçün, kölələri haqqında əfəndisinin xeyirini istəyib bir ehtiyac sahibini gördüyündə əlindəki maldan ona verən səbirli bir xəzinədar kimi olsan, doğru yolu tapar və buna ümid edən və inanan bir kimsə olarsan. Əks halda xəyanətkar və Allahın varlıqlarına zülm edən biri olub ONun sənə verdiyi izzətini səndən almasına məruz qalarsan.

19- Evlənməklə rəiyyetin olan kimsənin sənin üzərindəki haqqı budur: Bilməlisən ki, Allah onu (sənin üçün) bir sükunət, hüzur, üns və qoruma vəsiləsi etmişdir. Yenə sizlərin hər biriniz yoldaşı üçün Allaha həmd etməlidir və bilməlidir ki, bu (evlilik), Allahdan ona verilən bir nemətdir və Allahın nemətinə yaxşı davranıb ona ikram etməsi və yumşaqlıq göstərməsi lazımdır. Hərçənd sənin, onun üzərində olan haqqın daha çox və Allaha qarşı günah işləmək xaricində sevdiyi və ya sevmədiyi (hər) şeydə sənə itaət etməsi daha lazımdır.

Onun da sənin üzərində olan haqqı: Ona qarşı mərhəmətli davranmaq, və səmimi olmaq, ona hüzur bağışlamaq və lazım olan zövq və ləzzətləri təmin etməkdir. İşdə bu böyük bir haqqdır. Qüvvət ancaq Allahdandır.

20- Sahib olduğun kölə və nökərin sənin üzərindəki haqqı budur: Bilməlisən ki o, Rəbbinin yaratdığı bir quldur; səninlə eyni bədən və qandandır (ət, qan və bədən quruluşu baxımından heç bir fərqiniz yoxdur, eyni kökdənsiniz). Sən onun malikisən, (amma) onun yaradıcısı, ona qulaq, göz və ruzi verən sən deyilsən. Bunları Allah yaratmış və daha sonra onu sənin əmrinə vermiş, səni ona əmin etmiş, onu qorumağın, Allahın göstərdiyi yol üzrə ona davranmağın, yediyindən ona yedirməyin, geydiyindən ona geydirməyin və gücü çatmadığı bir işi ona yükləməməyin üçün onu sənə əmanət vermişdir. Onu sevməzsənsə Allahın əmri üzrə ondan uzaqlaşarsan və bir başqasını alarsan; və ona işgəncə etməzsən. Qüvvət ancaq Allahdandır.
(BÜTÜN MÜSƏLMANLARIN OXUYUB İBRƏT GÖTÜRMƏSİ ÇOX ÖNƏMLİ OLAN BİR NESİHET!)