пятница, 16 марта 2012 г.

CƏMİYYƏTLƏRDƏ DİNİ ŞÜUR

Yer üzərində bəşərin xəlq olunmasından bu günə qədər elə bir dövr olmamışdır ki, cəmiyyətlər dinsiz və məzhəbsiz olsun.Cəmiyyətlərin tarixi keçmişinin tədqiq olunması nəticəsində əldə olunan dəlillər bunun açıq bir həqiqət oldugunu ortaya qoymuşdur.Bu din və məzhəbin cəmiyyətlə qırılmaz  bir baglılıgını subut edən dəlildir. Dinin cəmiyyətlə baglılıgının və bəşərin heç bir zaman dini inanclardan ayrı təsəvvür oluna bilməyəcəyinin səbəblərinə gəlincə isə deməliyik ki, din və məzhəb hissi bəşərin fitrəti ilə baglı olan bir məsələdir.Çünki hər bir insan dogularkən ,ilahi qüdrət əli ilə xəmiri din və məzhəb hissi ilə yogrulmuşdur.Fərdlər bir yerə toplaşaraq cəmiyyətləri formalaşdırdıgı üçün din və məzhəb hissi tarixin bütün zamanlarında bütün millət və ümmətlərdə mövcud olmuşdur.Qədim xalqların və millətlərin tarixini araşdırsaq görərik ki, ta qədim zamanlardan bəri elə bir xalq olmamışdır ki,məişəti və ictimai həyatları dini inancsız olsun.Tarixin müəyyən dövrlərində meydana gəlmiş materialist və antidini cərəyanların xalqların dini etiqadlarına qarşı apardıqları kəskin mübarizələr də onların dini inanc və etiqadlarını dəyişə bilməmiş və apardıqları təbligatlar əsalı bir təsir qoymamışdır.Deməli umumi şəkildə dini inanc və məzhəb hissi həmişə və hər cəmiyyətdə olmuşdur.Lakin bu dini etiqadların cəmiyyətlərdə necə və hansı keyfiyyətlərdə  yaşandıgına və öz dövrünün mədəniyyətlərinə nə dərəcədə təsir göstərdiyinə gəlincə isə deməliyik ki,bu tarixin müxtəlif dövrlərində müxtəlif cür olmuşdur. Elə döbrlər olmuşdur ki, dini inanclar və dəyərlər cəmiyyətin həyat tərzinə və məişətinə  son dərəcə təsirli olmuş və insanlar öz həyatlarını ilahi dəyərlər və qanunlar çərçivəsində yaşamaga vicdani bir vəzifə kimi baxmışlar.Onların bu cür həyata ,yəni dinin onlar üçün müəyyən etdiyi həyata meyl etmələri, dünya və axirət həyatında səadət və xoşbəxtliyə yetişmələrinin yalnız bu həyata baglı oldugunu anlamaları ilə əlaqadardır.
    Bəzi dövrlər də olmuşdur ki,insanlar dini etiqadları düzgün şəkildə anlaya bilməmiş, bu inanclara  xürafat, cəhalət və köhnəfikirlik kimi baxmışlar.İnsanların dini etiqad və dəyərlərə xürafat və əfsanə kimi  yanaşmalarının bir neçə səbəbləri vardır.Onu da qeyd etmək lazımdır ki,sadalayacagimiz səbəblər bu gün də öz aktuallıgını qoruyub saxlayır və məzhəbi inanclar baxımından cəmiyyətdə şoxlu suallar və problemlər meydana gətirmişdir.Bu amillərin ən əsası və qeydi mühümm olanı cəmiyyətin dini etiqad və dəyərlər barəsində elmi məlumatlarının həddən artıq aşagı səviyyədə olmasıdır.Əksər cəmiyyətlərdə insanların din haqqındakı bilgi və təsəvvürləri  ən ibtidai mərhələdən də aşagıdır.bu da dini etiqadla baglı olan müxtəlif mövzuların insanlar tərəfindən düzgün şəkildə anlaşılmayıb qavranılmamasına səbəb olmuşdur.Nəticədə insanlar etiqadda cox mühümm olan bir məsələni çox primitiv olaraq dərk edir və uca , ülvi dəyərlərə çox cılız şəkildə yanaşırlar.Digər bir tərəfdən də  dini təbligat və maarifləndirmənin özündə  metod və uslubun düzgün seçilməməsi, kor-koranə təqlidçilik, özündən qabaqkı məktəblərin metodlarına qeyd-şərtsiz uymaq kimi səbəblər də insanların dini  maarifi layiqincə ələ gətirə bilmələrinə əngəl olur.İnsanlar isə elmi və əqli dəlillər,məntiqə uygun izahatlarla dini həqiqətlərə yiyələnmədikdə tədricən ,başdan ayaga elm və hikmətlə əhatələnmiş vəhy məktəbinə,xürafar və cəhalətin,özündə heç bir məna daşımayan əfsanələrin ,nagıl və dastanların yol ntapmasına şərait yaranır.Nəticədə ilahi müəssisəyə qarşı daim məqsədyönlü mübarizə aparan iblis və onun dostları bu mərifət boşlugundan sui-istifadə edərək, cəmiyyəti əsl elmi həqiqət və dəyərlərdən azdıraraq həmin xurafat və mövhumatlara dogru istiqamətləndirir.
     Elə bu səbəblərin nəticəsi olmuşdur ki,19-cu əsrin sonları və 20-ci əsrin əvvəllərində bir çox elm adamları, təmnqidçilər,mütəfəkkirlər cəmiyyətin dini təbəqəsinə qarşı mübarizə aparmış onları xurafat və cəhaləti yaymaqda , tərəqqi və mədəniyyətin inkişafına əngəl olmaqda gunahlandımışlar.Lakin bəzi üzdəniraq tənqidçilər isə yanlış olaraq nadanlıq və xurafatın köklərini dinin özündən zənn edərək daha dərinə getmiş  və tənqid hədəfini  dinin və şəriət hökümlərinin özünə dogru yönəltmiş ,dini etiqadları elm , maarif və mədəniyyətin qarşısında bir sədd kimi dəyərləndirmişlər.Buna misal olaraq 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan məşhur dramaturq Mirzə Fətəli Axundovu göstərmək olar.O, fəsəfi və bədii əsərlərində islami dəyərləri şiddətli tənqid atəşinə tutaraq dini puç və əfsanə hesab etmişdir. Allahsız bir mövqe tutan AXUNDOV təkcə tənqidlə kifayətlənməmiş ALLAHI, İSLAM DİNİNİ, İLAHİ PEYGƏMBƏRLƏRİ O CUMLƏDƏN  HƏZRƏTİ MUHƏMMƏD(S)İ TƏHQİRAMİZ İFADƏLKƏRLƏ LƏKƏLƏMƏYƏ ÇALIŞMIŞ VƏ BU MÖVQEYİNDƏ ƏXLAQDANKƏNAR MÜNASİBƏTLƏR GÖSTƏRMİŞDİR
Müəyyən qədər dini bilgisi və düzgün təfəkkür qabiliyyəti olan hər bir şəxs bunu gözəl bilir ki ,din və şəriət heç vaxt elm və tərəqqinin qarşısını almamışdır.Çünki ilahi dərgahdan göndərilmiş peygəmbərlərin həyat mübarizəsi bunu aydın şəkildə göstərir ki,onlar təbligatlarında insanları daim elm və maarifə dogru səsləmiş, ALLAHIN onlara bəxş etdiyi azad düşüncə qabiliyyətindən layiqincə istifadə etməyə rəgbətləndirmişdir.Sonuncu peygəmbərimizə nazil olmuş ilahi kitab Qurani-kərim, bu gün əlimizdədir.Əyər biz quranın əhatə etdiyi etiqadi bilgiləri, əxlaqi və elmi mövzuları diqqətlə nəzərdən keçirsək görərik ki,orada bəyan olunmuş bütün mətləblər elm və məntiqlə heç bir ziddiyyəti olmayib, əksinə saglam əqlin və məntiqin təsdiq etdiyi həqiqətlərdir.
Məsələn: Quranda haqqında danışılmış, axirət dünyası , qiyamət hadisəsi ,mələklər və ruh, qəza və qədər,səadət və bədbəxtlik kimi mövzular tam mənası ilə öz  elmi izahlarını tapmış həqiqətlərdir.Quran insanlara həqiqətləri elmi və əqli dəlillərlə qəbul etməyə çagıraraq buyurur:"Elmlə sənə həqiqəti bəyan olmamış şeyi qəbul etmə , həqiqətən onun haqqında qöz, qulaq və qəlbdən soruşulacaq"  
 Digər bir ayəsində Quran iki meyarı əldə əsas tutmagı tövsiyyə edir.Onlardan birincisi, haqqında yəqinliyə yetişmədən zənn və gümana sıgınaraq bir şeyə etiqad etməmək, digəri isə öz ata və babalarının həyat tərzinə uyaraq kor-koranə tabe olmaqdan uzaq olmaqdır.Allah azgınlıga düşüb  bütlərə sitayiş edən cahil insanların bu inanclarının səbəblərini  bu iki amil ilə baglayaraq belə buyurur:"Onlar Allahın bəndələri olan mələkləri qadın hesab edirlər.Görəsən onlar mələklərin yaradılışına şahiddirlərmi? Onların şəhadəti yazılacaq və sual olunacaqlar.Onlar dedilər əyər Rəhman istəsəydi biz   onlara sitayiş etməzdik .Onların bu barədə heç bir elmləri yoxdur, onlar fəqət zənn edirlər... bəlkə onlar deyirlər; biz atalarımızı bir məzhəbə tapınmış gördük və onların yoluna uyduq."
  Göründüyü kimi,quranın özünün cəhalətlə, zənnə, gümana qapılmaqla və kor-koranə təqlidçiliklə mübarizə apardıgını bildiyimiz halda ,dinin və şəriət dəyərlərinin xurafat odugunu ,elm və maarifə əngəl oldugunu nece iddia etmək olar.   Halbuki,əksər elmi kəşf və nəaliyyətlərin əsrlər öncə Quranda və əhli-beyt imamlarının hikmətli kəlamlarında möcüzəvi bir şəkildə bildirilməsi açıq- aydın    bir reallıqdır.Quran və əhli-beyt məktəbinin elm və hikmətlə dolu oldugunu  bildiyimiz halda cəmiyyətdə dinin qədim əfsanələr, xurafatlar kimi tanınması çox təssufedici haldır.
  Deməli tarixdə baş verən böyük səhvlər təkrar olunmasın deyə bu gün cəmiyyətimizdə dini maarifi yaymaq üçün islahatlara ehtiyac vardır.O islahatlardan birincisi dini mənbələrə elm və hikmət adı ilə daxil olmuş  çoxlu nagılların ,əfsanələrin,cəfəngiyyatların təlim və təbliginə qarşı elmi və əqli metodlarla mübarizə aparmaq lazımdır.Çünki bu xurafatların din adı ilə islami qaynaqlara daxil olması tarixdə baş vermiş bir sıra xəyanətlərlə baglıdır.Çox uzun bir dövr əhatəsində quran həqiqətlərinin  təlimi və təbligi  o zamankı hakimlər tərəfindən düşünülmüş şəkildə  ƏHLİ-BEYT imamlarından uzaq salındıgına görə müxtəlif gülünc və məgzsiz dastanların dini mənbələrə yol tapmasına səbəb oldu.Hətta yəhudi və xristian numayəndələrinin bu boşluqdan istifadə edərək Tövratdakı sonradan uydurulmuş  agıl və düşüncəyə zidd olan əfsanələri musəlmanlar arasında yaydıqları və bunu muxtelif vasitələrlə peygəmbərimizə aid etdikləri tarixi faktlarla sübuta yetirilmişdir.Bütün bunlar da zaman-zaman yıgılıaraq cəmiyyətdə uydurulmuş, qondarma bir dini anlayışın meydana gəlməsinə gətirib çıxarmışdır.Buna görə də peygəmbərimiz özündən sonra belə xurafatların meydana gələcəyini bildiyi üçün , ona istinad edilən hədislərin QURANLA uygunlaşdırılmasını  tövsiyyə etmiş və quranın təsdiq etdiyi hedisləri qəbul etməyi sifariş etmişdi.Quranla ziddiyyet təşkil edən rəvayətlərin isə,onun tərəfindən söylənmədiyini , sadəcə onun adından uyduruldugunu qabaqcadan bildirmişdi.Buna görə də heç bir elmi dəlil ilə isbatı olmayan , agıl və məntiqlə də kəskin şəkildə müxalifət edən hədislər əslində quranla muxalifət etməkdədir.
  Peygəmbərlər haqqında uydurulan rəvayətləri bunlara misal göstərmək olar.
 Məsələn;daşın həzrət Musanın paltarlarını ogurlaması və həzrətin daşı qovması.Həzrəti Musanin bir yumruqla həzrət Əzrayılın gözünü vurub kor etməsi.həzrət Davudun başqasının arvadına vurulması  və onu hiylə ilə ələ keçirməsi. Sonuncu peygəmbərin içkini haram etməsi haqqında cəmiyyətimizdə ona aid edilən hədis də bu qəbildəndir.Həmin əsassız rəvayətə görə Allah rəsulu bir dəstə insanın şərab içdiyini gördüyü halda " nuş olsun" demiş , qayıtdıqdan sonra isə bir-biri ilə didişdiklərini görüb haram etmişdi.
  ƏHLİ-BEYT imamları haqda da belə rəvayətlər uydurulmuşdur.
   Məsələn; həzrəti ƏLİNİN yerin altına gedərək orada cinlərlə vuruşub onlara qalib gəlməsi. həzrəti huseyn və onun qardashi həzrəti Əbbasın aşura günü agla sıgmayacaq qədər çoxlu insanı qırması.İslamın bu böyuk qəhrəmanları haqqında yazılmış növhə və mərsiyyələrin şişirtmə və yalanılarla dolu olub əslində onların məqamlarına  layiq olmayan cəfəngiyyatlar olması. Buna İmam Huseynin düşmənin qarşısında zəlilanə bir şəkildə yalvararaq onlardan övladları üçün su istəməsini vəsf edən mərsiyyələri misal şəkmək olar. Fetris adlı mələyin yanmış qanadlarının imam HUSEYNİN  qoluna surtulməklə sagalması vəs. buna oxşar olan hədis və rəvayətləri saymaqla qurtarmaq mumkun deyil. Eyni zamanda etiqadi sahədə də uydurulmuş rəvayətlər də vardır ki , heç bir məntiqi əsası yoxdur.
 Məsələn;Peygəmbərdən rəvayət olundugu iddia olunan ,təbiətdə qiş və yayın baş verməsinin bir əjdahanın ildə iki dəfə tənəffus etməsi nəticəsində baş verməsini söyləyən rəvayət, yer kürəsinin bir öküz üzərində , öküzün bir balıq üzərində balıgın da dəryada qərar tutdugunu söyləyən rəvayət.Merac səfəri zamanı həzrət Musanın ,həzrət Muhəmmədi namazların sayını azaltmaq üçün bir neçə dəfə Allahın huzuruna qaytarmasını söyləyən rəvayət və s.bu qəbildən olan hekayələrdir.
  Eyni zamanda peygəmbərimizin və əhli-beyt imamlarının şəxsləri haqqında şişirdilmiş rəvayətlər də vardır ki,bunlar insanları bu şəxsiyyətlərin dəvətlərindən, bəyan etdikləri elmi həqiqətlərdən yayındıraraq onların öz şəxslərinə nəzərləri yönəltmiş,nəticədə çoxlu dastanlar ,əfsanələr o böyuk şəxslərə aid edilmişdir.Bu böyuk bəla bu gün cəmiyyətin ruhani təbəqəsini də bürüdüyü üçün, onlar ƏHLİ-BEYT İMAMLARININ ELMİ HƏQİQƏTLƏRİNİ YAYMAQ VƏ ONLARIN DƏVƏT ETDİYİ DƏYƏRLƏR HAQQINDA DÜŞÜNDÜRMƏKDƏNSƏ, ONILARIN ŞƏXSLƏRİ HAQQINDA ŞİŞİRDİLMİŞ RƏVAYƏTLƏRİ TƏBLİG ETMƏKLƏ MƏŞGULDURLAR.
  Buna görə də 19-cu əsr ədəbiyyatında ən çox tənqid hədəfinə çevrilən sahənin din və ruhaniyyət olmasının gunahını təkcə tənqidçilərin münkirliyində deyil, həm də ruhaniyyətin cəhalət və xurafatı təblig etməsində axtarmalıyıq.Bizim əsas məqsədimiz tənqidçinin hansı niyyətdə olmasını aramaq deyil,onu tənqid etdiyi mövzunun nə dərəcə haqq vəya batil olmasını  araşdırmaq olmalıdır.
 Çünki tənqiçilər arasında  dini mövzuları düzgün şəkildə anlayan insanlar da olmuşdur ki,onlar dinlə deyil , dini öz bildikləri kimi xurafi şeylərlə saxtalaşdıran ruhanilərlə mübarızə aparmışlar. Böyük ədib Firudib bəy Köçərli bu mətləbə işarə edərək yazırdı; "Bizim ruhanilərin başlıca qüsuru onların cahilliyində və məhdud düşüncələrindədir.Ruhanilərin əksəriyyətinin əqidəsinə və anlayışına görə ,dinin mənası yalnız zahiri xarakter daşıyan bəzi dini ayinlərin ıcrasındadır;dinin daxili mənası ,onun əsas məgzi,əxlaq təlimi isə ya mollaların özlərinin başa düşməməsi,ya da şüurlu şəkildə nəzərdən qaçırılır."
   Lakin bu günki ruhaniyyət bu səhvləri etməməlidir.Quranın nidasına tabe olaraq etiqadi sahədə hər-hansı bir mövzunu kor-koranə deyil, elmi əsaslarla qəbul etməli , başa düşmədiyi  həqiqətinə varmadıgı bir nəzəri  qəbul etməməlidir.Çünki bəzi mövzular var ki , insan onu qəbul etməkdə özünü məsul bilərək kor-koranə qəbul edir.Hər şeydən öncə bunu bilməliyik ki Allah bizə agıl və azad düşüncə qabiliyyəti vermişdir.Agıl bizim vucudumuzda ilahi bir dəlil oldugu üçün agılla düşünüb anlaya biləcəyimiz sheylər qarşısında məsuliyyət daşıyırıq.
 Əyər bu günki cəmiyyətimizdə hər bir ruhani bu məntiq üzərində hərəkət etsə ,onda cəmiyyətdə düzgün dini təfəkkürə sahib olan insanlar tez yetişəcək.
(DADASH ƏLİBƏYLİ)