суббота, 3 марта 2012 г.

IMAM RIZANIN EHLI-BEYT HAQQINDA EHLI-SUNNE ALIMLERI ILE MUZAKIRESI


seçkin Qullar haqqındakı sözləri

İraq və Xorasan alimlərindən bir qrup Me'mun'un məclisində toplanmış idi, Hz. Riza aleyhissələm də iclasa qatılınca, Memun məclisdə olan alimlərə: "Sonra da kitabı, qullarımızdan şeçtiklerimizə miras etdik. " ayəsinin mənasını mənə söyləyin.'' dedi.

Üləma:  "Allah, bu ayədən bütün ümməti nəzərdə tutmuşdur."

Memun:"ya Əbəl- Həsən, sən nə söyləyirsən?"

İmam əleyhi's-selam:"Ben onların dediyi şəkildə demirəm. Mən deyirəm ki, Allah Təala, bu ayədən Peyğəmbərin pak Əhli Beytini nəzərdə tutmuşdur."

Memin: "Allah, necə ümməti deyil də tək Əhli Beyti nəzərdə tutmuşdur."

İmam aleyhissələm: "Əgər Allah Təala ümməti nəzərdə tutmuş olsaydı o zaman bütün ümmət mütləq cənnətə daxil olardı. Allah Təala adı çəkilən ayənin ardından belə buyurur:

"Artıq onlardan kimi öz nəfsinə zülm edər, kimi orta bir yoldadır (münasib hərəkət edər), kimi də Allahın icazəsiylə xeyrlərdə yarışar. İşdə bu, çox böyük lütf və lütfkarlıqdır."

Daha sonra hamısına cənnət vəd edib belə buyurmuşdur: "Adn cənnətləri (onlarındır); oraya girərlər. " Buna görə, ayədə söz mövzusu olan miras Rəsulullahın pak Əhli Beytinə məxsusdur; başqalarına deyil. Bunlar o kəslərdir ki, Allah onların xüsusiyyətində belə buyurmuşdur:

"Ancaq və ancaq Allah, siz Əhli Beytdən hər növ çirkinliyi (günah və çirkinliyi) aradan qaldırmaq və sizi tərtəmiz etmək istər. " Rəsulullah sallallahu əleyhi və alih də onların haqqında belə buyurmuşdur: "Mən özümdən sonra sizin aranızda iki qiymətli şey buraxıram: Biri Allahın kitabı, digəri isə itretim olan Əhli Beytim. Bunlar hovuzun (Kövsərin) başında mənimlə görüşənə qədər əsla bir-birlərindən ayrılmazlar. Məndən sonra onlara necə davranacağınıza diqqət yetirin. Ey insanlar, onlara bir şey öyrətməyə cəhd etməyin. Çünki onlar sizdən daha alimdirlər."

Üləma: "Ya əbəl- Həsən, İtretdən məqsəd  Əhli Beytimdir,  yoxsa başqasıdırmı?"

İmam aleyhissələm: "Bəli, İtretdən məqsəd Aldır. (Əhli Beytdir)."

Üləma: Resulullahsalla'llahu əleyhi və alihdən belə bir hədis nəql edilmişdir:

"Ümmətim Alimdir" və  səhabələr də inkar edilməyəcək müstefiz rəvayətlərlə, "Məhəmmədin ali, onun ümmətidir." demişlər."

İmam aleyhissələm: "Söyləyin baxaq, sədəqə Ali Məhəmmədə haramdırmı, yoxsa halalmı?"

Üləma: "Bəli haramdır."

İmam aleyhissələm: "Elə isə sədəqə bütün ümmətə də haramdırmı?"

Üləma: "Xeyr, haram deyil."

İmam aleyhissələm: İşdə bu, Al və ümmət arasındakı fərqdir. Təəssüflər olsun sizə, sizi hara aparırlar? Zikrdən (Qurandan) üzmü çevirdiniz, yoxsa azğın bir qövmsünüzmü? Rəvayətin, açıqca seçmələr və hidayət olanlar haqqında olub  başqaları haqqında olmadığını bilmirsinizmi?"

Üləma: "Ya Əbəl- Həsən, bu sözün dəlili nədir?"

İmam aleyhissələm: Bu ayə: "And olsun biz Nuhu və İbrahimi (elçi olaraq) göndərdik, peyğəmbərliyi və kitabı onların soylarında qərar verdik. Elə ikən, içlərində hidayəti qəbul edənlər vardır, bir çoxu da fasiq olanlardır. " Beləliklə peyğəmbərlik və kitab mirası, hidayəti qəbul edənlərə keçdi, fasiqlərə deyil. Nuhun, Rəbbindən belə bir istəkdə oldugunu bilmirsinizmi? "Dedi ki: Rəbbim şübhəsiz mənim oğulum ailəmdəndir və sənin vədin də doğrusu haqqdır. " Çünki Allah Təala Nuhun özünü və əhlini qurtaracağını vəd etmişdi. Rəbbi də cavabında belə buyurdu: "Ey Nuh, qətiyyən o sənin ailəndən deyil. Çünki o, saleh olmayan bir iş etmişdir. Elə isə haqqında məlumatın olmayan şeyi məndən istəmə. Həqiqətən mən, cahillərdən olmayasın deyə sənə öyüd verirəm. "

Memin: "Allah, İtreti (Əhli Beyti), digər insanlardan üstün etmişmi?"

İmam aleyhissələm: "Bəli, Allah İtreti, Quranın inkar edilməyəcək qəti ayələrində başqalarından üstün etmişdir."

Memin: "Quranın harasında?"

İmam aleyhissələm: Quranın bu ayəsində: "Gerçək budur ki Allah, Adəmi, Nuhu, İbrahim alini (soyunu) və İmran alini aləmlər üzərinə seçdi. Onlar bir-birlərindən törəmə bir nəsildir. Allah eşidən və biləndir. " Digər bir ayədə də belə buyurmuşdur: "Yoxsa onlar, Allahın fəzlindən verdiyi şeylər üçün insanlara (Peyğəmbər ailəsinə) həsədmi edirlər? Doğrusu biz İbrahim alinə (soyuna) kitabı, hikməti verdik və onlara böyük bir mülk də verdik. "

Daha sonra bu ayənin ardından möminlərə xitab olaraq belə buyurmuşdur:

"Ey iman edənlər, Allaha itaət edin, Peyğəmbərə və sizdən olan ulü'l-emre də itaət edin. "

Yəni Allahın, kitab və hikməti miras olaraq verdiyi kəslərə itaət edin. (Amma bəziləri) Bu iki mirasdan ötəri onlara həsəd etdilər. Necə ki üstdəki ayədə belə keçdi:

"Yoxsa onlar, Allahın fəzlindən verdiyi şeylər üçün insanlara həsədmi edirlər? Doğrusu biz İbrahim əlinə (soyuna)  kitabı və hikməti verdik və onlara böyük bir mülk də verdik." Bu ayədə seçmə və pak insanlara itaət nəzərdə tutulmuşdur. Burada mülkdən məqsəd onlara itaət etməkdir."

Üləma: "Allah Təala Quranda seçkin insanları açıqlamışmı?"

İmam aleyhissələm: "Bəli, batininə əlavə olaraq zahirde də Quranın on iki yerində açıqca bəyan etmişdir."

Birinci ayə budur: "(Əvvəlcə) Ən yaxın qohumlarını qorxut. " Allah Təalanın bu ayədə Peyğəmbərin Əlini nəzərdə tutması (onlar üçün) gözəl bir mövqe, böyük bir fəzilət və uca bir şərəfdir. İşdə bu (on iki ayədən) birincisidir.

İkinci ayə də budur: "Ey Əhli Beyt, həqiqətən Allah sizdən hər növ pisliyi (günah və çirkinliyi) aradan qaldırmaq və sizi tərtəmiz etmək istər. " Bu da heç bir qatı düşmənin də dahi inkar etmədiyi bir fəzilətdir.

Üçüncüsü də budur: Allah Təala, yaratdıqlarından tərtəmiz olanları ayırdığında, Mübahele ayəsində Peyğəmbərinə belə əmr etdi: "(Ey Məhəmməd) De ki: Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da dua edək və Allahın lənətini yalan danışmaqda olanların üstünə edək. " Peyğəmbər sallallahu əleyhi və alih bu ayənin düsturu lazımınca Əli, Həsən, Hüseyn və Fatiməni (aleyhimussalam) Mədinənin çölünə çıxardı və onları özü kimi qəbul etdi. Ayədə keçən "özümüz" və "özünüz"dən məqsədin nə olduğunu bilirsinizmi?

Üləma: "Allah, onunla Peyğəmbərin özünü nəzərdə tutmuşdur."

İmam (ə.s): Xeyr Yanıldınız. Çünki Allah onunla Əli aleyhissələmi nəzərdə tutmuşdur. Buna dəlil də Peyğəmbərin sallallahu əleyhi və alih buyurduğu bu sözdür: "Ya, bəni Vəliyə qəbiləsi bundan imtina edəcəklər və yaxud özüm kimi olan bir adamı onlara (etiraz etmək üçün) göndərəcəyəm." Yəni Əli aleyhissələmi. İşdə bu heç bir kimsənin, önünə keçməyəcəyi bir xüsusiyyətdir; heç bir kimsənin ixtilaf etmədiyi bir üstünlükdür və daha əvvəl heç bir varlığın əldə edə bilmədiyi bir şərəfdir. Çünki Peyğəmbər, Əlinin nəfsini öz nəfsi kimi saymışdır. Bu da üçüncü ayədir.

Dördüncüsü də budur: Peyğəmbər sallallahu əleyhi və alih, Əhli Beytdən başqa bütün insanları, məsciddən çölə çıxardı (onların məscidə açılan evlərinin qapılarını bağladı). Bu vəziyyətə xalq və xüsusilə Abbas etiraz etdi. Abbas: "Ya Rəsulullah, niyə Əlini bıraxıb da bizi çölə çıxardın?" dediyində Hz. Rəsul belə buyurdular: "Mən onu buraxıb sizi çölə çıxarmadım.  Allah onu buraxdı və sizi çölə çıxardı." İşdə, Hz. Resulullahsalla'llahu əleyhi və alihin Əli əleyhissələmə buyurduğu: "Harun Musaya necə idisə sən də mənə eləsən." sözünün şərhi də budur.

Üləma: "Bu üstünlüyün Quranla nə əlaqəsi vardır?".

İmam (ə.s): "Bu mövzuda sizə Qurandan bir ayə gətirib oxuyacağam..

Üləma: "Gətir."

İmam (ə.s): o ayə budur: "Musaya və qardaşına, Misirdə qövmünüz üçün evlər hazırlayın və evlərinizi qiblə edin... deyə vəhy etdik. " Bu ayə Harunun Musanın nezdindəki mövqesini bəyan edir (Harun, Musanın qardaşı, köməkçisi və vəziri idi). Bu ayə yenə Əli aleyhissələmin, Hz. Peygamber salla'llahu əleyhi və alihin yanındakı mövqeyini də bəyan etməkdədir. Bununla birlikdə Peyğəmbərin bu buyruğunda da (Əhli Beytin üstünlüyü üçün) açıq-aşkar bir dəlil vardır: "Bu məscidə, Məhəmməd və Alı Məhəmməddən başqa heç bir kimsənin qüslsüz və aybaşı olaraq girməsi caiz deyil."

Üləma: "Bu növ izah və bəyan ancaq siz Rəsulullahın Əhli Beyti yanında tapılar." (Yəni bu növ şərhləri sizdən başqa kimsə bilməz və qəbul etməz.) dedilər.

İmam aleyhissələm belə buyurdular: "Bizim bu mövqemizi kim inkar edə bilər? Halbuki Hz. Rəsulullah (digər bir yerdə) belə buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır. Kim elm şəhərini istəsə, qapısından girməlidir." İzah və bəyan etdiyimiz şeylərdəki (mövcud olan) üstünlüyü, şərəfi, seçkinliyi və təmizliyi inadçı düşmənlərdən başqa heç kim inkar etməz. Bu nemətlərə qarşı Allahı Azze və Celleyə şükrlər olsun. Bu da dördüncüsüdür.

Beşinci ayə də budur: "Qohumlarının haqqını ver. "

Bu, Əziz və Cebbar olan Allahın, Əhli Beyti məxsus etdiyi bir xüsusiyyətdir. Allah Təala onları bütün ümmətdən seçkin etmişdir. Bu ayə Resulullah salla'llahu əleyhi və alihə endiyində Rəsulullah belə buyurdu: "Fatiməni yanıma çağırın." Fatimə gəldiyində Rəsulullah: "Ey Fatimə!" deyə buyurdu. Fatimə: "Buyurun ey Allahın Elçisi!" dedi. Rəsulullah: "Fədəki əldə etmək üçün nə at sürtülmüşdür və nə də dəvə. Buna görə Fədək mənə məxsusdur, digər müsəlmanlara məxsus deyil. Mən Allahın əmri üzərinə onu sənə bağışladım. Elə isə onu özün və övladın üçün götür." Bu da beşincisidir.

Altıncı ayə də budur: "Də ki: Sizdən, təbliğimə qarşılıq bir muzd istəmirəm, istəyim ancaq yaxınlarıma sevgi bəsləməyinizdir. .."

Bu, yalnız İslam Peyğəmbərinə məxsus olan bir xüsusiyyətdir, digər peyğəmbərlərə deyil. Yenə Əhli Beytə məxsus olan bir xüsusiyyətdir, digər kəslərə deyil. Bunun bəyanı budur ki, Allah Təala digər peyğəmbərlərdən bu sözü nəql edərkən, məsələn Nuh aleyhissələmdən belə nəql edir: "Ey qövmüm, mən sizdən buna qarşılıq bir mal istəmirəm. Mənim əcrim ancaq Allaha aiddir. Mən iman edənləri qovacaq da deyiləm; şübhə yox ki onlar, Rəblərinə qovuşacaqlar, lakin mən sizi, cahillik etməkdə olan bir qövm görürəm. "

Hud aleyhis sələmdən belə nəql edir: "Dedi ki: ...Ey qövmüm, mən bunun qarşılığında sizdən heç bir ödəniş istəmirəm. Mənim ruzim ancaq məni yaradana aiddir. Hələ ağıl etməyəcəksinizmi? "

Amma Allah Təala Rəsulullaha sallallahu əleyhi və alih belə buyurmuşdur: "De ki: Sizdən, təbliğimə qarşılıq bir ödəniş istəmirəm; istədiyim, ancaq yaxınlarıma sevgidir. "Allah Təala, onların qətiliklə dindən çıxmayacaqlarını və heç bir zaman pozğunluğa yönəlməyəcəklərini bildiyindən ötəri onların sevgisini və dostluğunu vacib etmişdir. Onları sevmənin vacib olmasının digər dəlili də budur: Əgər bir kimsə bir kimsəylə dost olar da qohumlarından bəzisi ona düşmən olsa (istər istəməz) qəlb salim qalmaz (o dostluq pozular). Allah Təala da Peyğəmbərin mübarək ürəyində heç bir möminə qarşı bir inciklik olmamasını istədiyi üçün Əhli Beytin sevgisini onlara vacib etdi. Kim bu vəzifəyə riayət edib, Rəsulullahı və Əhli Beytini sevsə, Rəsulullahın onu sevməməsi mümkün deyil. Amma kim bu vəzifəni tərk edər, ona əməl etməz və Peyğəmbərin Əhli Beytinə nifrət edərsə və düşmənlikdə olsa Hz. Rəsulullah da ona nifrət edər. Çünki o adam ilahi vaciblərden birini tərk etmişdir.

Bundan daha üstün bir fəzilət və bir şərəf vardırmı? Bu ayə: "De ki: sizdən təbliğimə qarşılıq heç bir muzd istəmirəm, istəyim ancaq yaxınlarıma sevgidir." nazil olduğunda, Rəsulullah sallallahu əleyhi və alih səhabələri arasında ayağa qalxıb Allaha həmd u səna etdi və belə buyurdu: "Ey insanlar, Allah sizə bir vəzifə vacıb etmişdir, onu edərsinizmi?" Heç kim cavab vermədi. İkinci gün də ayağa qalxdı və eyni sözü təkrarladı. Yenə heç kim cavab vermədi. Üçüncü gün də ayağa qalxıb: "Ey insanlar, Allah sizə bir vəzifə vacib etmişdir, onu edərsinizmi?" deyə buyurunca yenə heç bir kimsə cavab vermədi. Bunun üzərinə: "Ey insanlar, bu vəzifə nə qızıl və nə də gümüş tələb edir; nə yiyilecektir və nə də içiləcək." buyurduğunda xalq: "Artıq nə buyurursunuzsa buyurun." dedilər. Bunun üzərinə Rəsulullah adı çəkilən ayəni onlara tilavət etdi. Onlar da: "Allahın istədiyi bu olsa, bunu edərik." dedilər. Amma onların çoxu, bu sözə bağlı qalmadılar.

Daha sonra İmam Rıza əleyhissələm belə buyurdular: Atam cəddimden, o da atalarından və onlar da Hüseyn ibni Əlidən belə rəvayət edər: "Mühacir və Ənsar, Rəsulullahın hüzuruna çatıb belə dedilər: "Ya Rəsulullah, həm sizin və həm də gələn qonaqların xərcləri olur. huzurunuzda bu (sizin səlahiyyətinizdə olan) mal və qanlarımızdır; bu barədə istədiyiniz şəkildə hökm verin. Çəkinmədən dilədiyiniz şeyi bağışlayın və dilədiyiniz şeyi buraxın." Allah Təala (onlara cavab olaraq) Ruh-ul Əmini göndərib belə buyurdu: "(Ey Məhəmməd,) Də ki Sizdən heç bir muzd istəmirəm, istəyim ancaq yaxınlarıma sevgi bəsləməyinizdir." Məndən sonra da qohumlarımı incitməyin."

Yığıncaqda olanların bəziləri çölə çıxdıqlarında belə dedilər: "Rəsulullah təklifimizi, özündən sonra yaxınlarına etina etməmiz üçün rədd etdi.  Bu, Peyğəmbərin (öz yanından uydurub) Allaha böhtanından başqa bir şey deyil." Əlbəttə çox ağır bir söz idi bu. Bunun üzərinə Allah Təala bu ayəsini endirdi: "Yoxsa, özü onu uydurdumu deyirlər? De ki: Əgər onu mən uydurdumsa, bu vəziyyətdə siz Allahdan mənə (gələcək) olan heç bir şeyə (qarşı) malik ola bilməzsiniz. O sizin, özü haqqında nə daşqınlıqlar etməkdə olduğunuzu daha yaxşı biləndir. Mənimlə sizin aranızda şahid olaraq O yetər. O, çox bağışlayan və çox əsirgəyəndir. " Peyğəmbər sallallahu əleyhi və alih onların arxasına birini göndərdi, gəldiklərində onlara: "Sizlər bir şeymi söylədiniz?" deyə buyurdular. Onlar  "Bəli, ya Rəsulullah, bizlərdən bəziləri bizim üçün xoş olmayan ağır bir söz söylədi." dedilər. Rəsulullah sallallahu əleyhi və alih, nazil olan ayəsini onlara oxudu. Onlar (bunu eşidincə) şiddətli bir şəkildə ağladılar.

Daha sonra Allah Təala bu ayəsini nazil etdi: "Qullarından tövbəni qəbul edən və pislikləri bağışlayan və işləməkdə olduqlarınızı bilən Odur. " Bu da altıncısıdır.

Yeddinci ayə də budur: "Heç şübhəsiz, Allah və mələkləri Peyğəmbərə salavat edərlər. Ey iman edənlər, siz də ona salavat edin və tam bir təslimiyyətlə ona salam verin. "[22] Bunu düşmənlər də bilirlər ki, bu ayə nazil olduqdan sonra xalq: "Ya Rəsulullah, biz sənə salam verməyi bilirik, lakin salavat necə olar?" deyə soruşdular. Peyğəmbər sallallahu əleyhi və alih buyurdular ki, belə dəyin: "Allahumme salli ali Məhəmmədin və Ali  Məhəmməd, kema salleyte ali  İbrahimə və Ali İbrahim, inneke Hamidun Məcid." İmam aleyhissələm orada olanlara: "Ey Camaat, sizlər arasında bu mövzuda bir ixtilafmı var?" deyə soruşdu. Orada olanların hamısı: "Xeyr." dedilər.

Me'mun:Bu mövzuda əsla ixtilaf yoxdur, əksinə ittifaq vardır. Lakin Əhli Beyt haqqında bundan daha açıq bir ayə varmı?"

İmam aleyhissələm: Söyləyin baxaq "Yasin vəl Kur'an'il Hakim, innəke le minel murselin, ala  sıratin mustakim" ayələrinin başında keçən "Yasin" sözündən nəzərdə tutulan kimdir? dedi.

Üləma: "Yasin, Məhəmməddir və bunda heç bir şübhə yoxdur."

İmam aleyhissələm: Allah Təala, bu mövzuda Məhəmməd və Ali Məhəmmədə elə bir fəzilət vermişdir ki, heç kim vəsfinin həqiqətinə çata bilməz. Çünki Allah Təala, peyğəmbərlərin xaricində, başqa heç kimə salam verməmişdir. Allah Təala buyurmuşdur ki: "Aləmlər içində Nuha salam olsun. "[23] "İbrahimə salam olsun. "[24] "Musaya və Haruna salam olsun. "[25] Amma Allah Təala "Nuhun alinə salam olsun" və ya "İbrahimin alinə salam olsun." və yaxud "Musa və Harunun alinə salam olsun." buyurmamışdır. Yalnız Ali Yasinə salam olsun. deyə buyurmuşdur. Yəni Məhəmmədin Əhli Beytinə.

Memin: "And olsun ki, bu nöqtə və bu izah və bəyan, ancaq peyğəmbərlik mədənində ola bilər." Bu da yeddincisidir.

Səkkizinci ayə də budur: "Bilin ki, qənimət olaraq ələ keçərdiyiniz şeylərin beşdə biri şübhəsiz Allahın, Peyğəmbərin və yaxınlarınındır. .." Allah Təala, özünə və Peyğəmbərinə bir pay ayırdığı kimi yaxınlara da bir pay ayırdı. İşdə bu, Al (Əhli Beyt) və ümmət arasındakı fərqdir. Çünki Allah Təala, ali (Əhli Beyti) bir mövqedə qərar etmiş, digər insanları da ondan aşağıdakı bir mövqedə. Özü üçün bəyəndiyini onlar üçün də bəyənmişdir və bu mövzuda onları seçkin etmişdir. Özü və onlar üçün bəyəndiyi hər fey, qənimət və digər şeylərdə əvvəlcə özünü, sonra Peyğəmbəri, daha sonra da Peyğəmbərin yaxınlarını zikr etmişdir. Necə ki (xums ayəsində) belə buyurmuşdur: "Bilin ki, qənimət olaraq əldə etdiyiniz şeylərin beşdə biri mütləq Allahın, Peyğəmbərin və yaxınlarınındır..." İşdə bu ayə Allahın natıq kitabında qiyamətə qədər onlar üçün açıq bir təkid və daimi bir əmrdir. Elə bir kitabdır ki , "Batil, ona qarşısından da ardından da yaxınlaşa bilməz. (Çünki O) Hökm və hikmət sahibi olan və çox təriflənən (Allah) tərəfindən endirilmişdir. " Amma ayənin ardında zikr edilən yetim və yoxsullara gəlincə; (onların vəziyyətləri yaxınlardan fərqlidir, çünki) yetim yetkin olduğunda xums sahibləri sırasından çıxar və onun üçün bir pay olmaz. Yoxsul da zəngin olduğunda qənimətlərdən onun üçün bir pay olmaz; qəniməti almaq  də onun üçün caiz deyil. Amma yaxınların payı qiyamətə qədər, istər zəngin olsunlar, istər kasıb, onlar üçün sabitdir. Çünki Allah və Rəsulundan daha zəngin heç bir kimsə yoxdur, bununla birlikdə özü və Elçisi üçün qənimətdən bir pay ayırmışdır. Özünə və Rəsuluna bəyəndiyi şeyi Zilqurba (yaxınlar) üçün də bəyənmişdir. Beləcə fey (döyüş edilmədən əldə edilən mal) haqqında da özü və Elçisi üçün istədiyi şeyi Zilqurba üçün də istəmişdir. Qənimətdə olduğu kimi ilk olaraq öz haqqını, sonra Peyğəmbərin haqqını və daha sonra da Zilqurbanın (Rəsulullahın yaxınlarının) haqqını zikr edərək Zilqurbanı Allah və Rəsulunun adıyla birlikdə və onların ardından zikr etmişdir.

İtaət mövzusunda da vəziyyət eynidir. Allah Təala buyurmuşdur ki: "Ey iman edənlər, Allaha itaət edin, Peyğəmbərə itaət edin və sizdən olan ulü-l əmrə."  (Ulü-lemr, Allah və Rəsulundan sonra özlərinə itaət ediləcək əmr sahibləridir.) Burada da yenə əvvəlcə özünü, sonra Peyğəmbəri və daha sonra da Əhli Beyti zikr etmişdir. Vəlayət ayəsində də Allah Təala belə buyurmuşdur: "Sizin vəliniz, (və səlahiyyət sahibiniz) ancaq Allahdır, ONun Rəsuludur və inananlardır..."  Yəni Əmr-ül Möminin Əlidir.

Allah Təala qənimət və feydə, öz payını və Peyğəmbərin payını onların payıyla birlikdə və birlikdə zikr etdiyi kimi onların vəlayətini (idarəçilik haqqını) və Peyğəmbərə itaəti özünə itaətlə birlikdə zikr etmişdir. Uca Allahın,  Əhli Beytə olan bu neməti nə qədər də böyükdür. Amma sədəqə (zəkat) məsələsi gəldiyində; (Allah Təala) özünü, Rəsulunu və Rəsulunun Əhli Beytini ondan münəzzəh etdi və belə buyurdu: "Sədəqələr, Allahdan bir fərz olaraq yalnız kasıblar, düşkünlər, (zəkat) işində vəzifəli olanlar, qəlbləri (İslama) meyllendiriləcəklər, kölələr, borclular, Allah yolunda (olanlar) və yolda qalmışlar üçündür. " Bunların arasında Allah Təalanın, özü, Elçisi və Zilqurba (yaxınlar) üçün bir pay təyin etdiyini tapa bilərsinizmi? Münəzzəh etmə sırası gəldiyində, özünü, Rəsulunu və Rəsulunun Əhli Beytini ondan münəzzəh etdi. Münəzzəh etməklə kifayətlənməyib sədəqəni onlara haram etdi. Çünki sədəqə Məhəmməd və Əhli Beytinə haramdır. Sədəqə insanların (malının) kiri olduğu üçün onlara halal deyil. Çünki onlar hər növ çirkdən münəzzəh qılınmışlar. Allah onları hər növ çirkdən münəzzəh edib seçdiyində özünə bəyəndiyi şeyi onlar üçün də bəyənmişdir; özünə bəyənmədiyi şeyi onlar üçün də bəyənməmişdir.

Doqquzuncusu da budur: Biz zikr əhliyik; elə zikr əhli ki Allah Təala, kitabında (onların haqqında) belə buyurmuşdur: "Əgər bilmirsinizsə zikr əhlindən sual edin. "

Üləma- Allah bu ayədən Yəhudi və Xristian alimlərini nəzərdə tutmuşdur.

İmam aleyhissələm: "Belə bir şey mümkünmü? O zaman bizi öz dinlərinə çağırarlar və "bizim dinimiz İslam dinindən daha üstündür" deyərlər."

Memin: "Ya əbəl- Həsən, bunların sözünün rəddində bir izah və bəyanın (dəlilin) vardırmı?"

İmam aleyhissələm: "Bəli, zikr Rəsulullahdır, biz isə zikrin əhliyik. Talaq surəsinin bu ayəsiylə bu mövzu açıqlığa qovuşmuşdur: "Ey inanan ağıl sahibləri, Allahdan qorxub çəkinin. Doğrusu Allah, ONun açıq-aşkar ayələrini sizə oxuyacaq bir rəsul, bir zikr endirmişdir. " Bu ayədəki zikr Rəsulullahdır, biz isə onun əhliyik. Bu da doqquzuncusudur.

Onuncusu da bu təhrim ayəsidir: "Analarınız, qızlarınız, bacılarınız... sizə haram qılındı. " Söyləyin baxaq, Əgər Rəsulullah həyatda olsaydı mənim qızım və ya oğulumun qızı və yaxud soyumdan gələn qızlarla evlənməsi doğru olar idimi?"

Üləma: "Xeyr, olmazdı."

İmam aleyhissələm: "Sizin qızlarınızla necə; evlənə bilər idimi?

Üləma: "Bəli evlənə bilərdi."


İmam aleyhissələm: "Elə isə bu, bizim ONun Əhli Beyti olduğumuza bir dəlildir, sizin deyil. Əgər ONun Əhli Beytindən olsaydınız, bizim qızlarımızın ONA haram olduğu kimi sizin də qızlarınız ONA haram olardı. Demək ki biz onun Əhli Beytindənik, siz isə onun ümmətindənsiniz. İşdə al(Əhli Beyt) və ümmət arasındakı fərq budur. Al (Əhli Beyt) Peyğəmbərin özündəndir, lakin ümmət belə deyil. Bu da onuncusudur.

On birincisi də Mömin surəsindəki bu ayədir: "Firon alindən (ailəsindən) imanını gizləməkdə olan mömin bir adam dedi ki: Siz, mənim Rəbbim Allahdır, deyən bir adamı öldürürsünüzmü? Halbuki o, sizə Rəbbinizdən açıq-aşkar dəlillərlə gəlmişdir .."

Bu adam Fironun dayısı oğulu idi. Allah Təala onu, nəsəbinden ötəri Fırona nisbət vermişdir, dinindən ötəri deyil. Beləcə biz də doğum cəhətdən Peyğəmbərin Əhli Beyti olduğumuz üçün ONA məxsus qılınmışıq, din cəhətdən isə bütün insanlar kimi sayılmışıq. Bu da al (Əhli Beyt) və ümmət arasındakı digər bir fərqdir. Bu da on birincisidir.

On ikincisi də bu ayədir: "Əhlinə namazı əmr et və özün də ona qarşı səbirli ol. " Allah bizi bu xüsusilə üstün etmişdir. Çünki bizi də onunla birlikdə namaza əmr etmişdir. Yalnız bizi bu xüsusilə üstün etmişdir, ümməti deyil. Rəsulullah bu ayə nazil olduqdan sonra doqquz ay boyunca hər gün beş dəfə namaz vaxtlarında Əli və Fatimə aleyhissələmin qapısına gəlib belə buyururdu: "Namaza! Allah sizə rəhmət etsin." Allah Təala, Peyğəmbərin bütün ailəsi içərisində bizə etdiyi bu hədiyyəsini, peyğəmbərlərin övladlarından heç biri haqqında etməmişdir. Bu da al(Əhli Beyt) və ümmət arasındakı digər bir fərqdir.

Həmd Aləmlərin Rəbbi olan Allaha məxsusdur və Allahın salatı peyğəmbəri Məhəmmədə olsun.(tuheful-uqul kitabi)