суббота, 12 ноября 2011 г.

HƏZRƏTİ MƏHDİ(Ə.S) HƏYATDADIR.

Bəşəriyyət aləminin hidayətçisi Həzrət Məhdi əleyhisalamın gələcəyi  barədə heç bir islami məzhəb və firqədə şəkk və şübhə yoxdur.Əhli-Sünnət məzhəblərinin etiqadına görə belə bir şəxs Həzrət Rəsuli-Əkrəmin Əhli-beytindən olacaq və tamam dünyanı ədalətlə dolduracaqdır.Lakin onların fikrinə əsasən hələ Həzrət Məhdi dünyayə gəlməyib.Müəyyən bir müddət keçdikdən sonra dogulacaq, insanlar arasında yaşayacaq,sonra isə qiyam edərək zülmü aradan aparıb haqq və ədalət hökümətini quracaqdır.
Şiənin etiqadına əsasən isə Həzrət Məhdi  dünyayə gəlmişdir və hal-hazırda yaşayir.Lakin müəyyən səbəblərə görə qeybət etmiş və insanların gözünə görünmür.Zamanı yetişdikdə zühur edəcək və yer üzünü zülümden qurtarıb ədaletli bir nizam yaradacaq.Buna Həzrət Rəsuli-Əkrəmdən söylənilən və Əhli-sünnə və Şiə məzhəbləri tərəfindən  qəbul edilən hədislər də açıq şəkildə dəlalət edir.Məsələn, Allah Rəsulundan belə bir hədis nəql olunmuşdur ki, "məndən sonra xəlifələrin sayı on iki nəfərdir və hamısı da qüreyşdəndir".Bu hədis Əhli-sünnənin ən mötəbər saydıqları qaynaqlar olan Buxari və Muslimdə və digər çoxlu etibarlı mənbələrində səhih sənədlərlə nəql olunmişdur.Hədisi təhlil etdikdə görürük ki,Əhli-sünnənin xilafət barəsindəki  etiqad və nəzərləri ilə uygun deyil.Çünki Onların məşhur və mötəbər alimlərinin xilafət əqidəsi budur ki, PEYGƏMBƏRDƏN sonra raşidi xəlifələrin sayı dörddür.Ondan sonrakıları haqq xəlifə olaraq tanımaz bəlkə səltənət sahibi kimi qələmə verirlər.Hətta PEYGƏMBƏRDƏN digər bir hədisi də nəql edirlər ki, o hədisə görə xülafətin müddəti otuz il olub indan sonrakı dövr isə səltənət dövrü olacaq.Bu hədisin də səhihliyinə inansaq yenə xilafət müddəti Müaviyyənin hakimiyyətinə qədər olan dövrü əhatə etmiş olacaq.Lakin bu əqidə PEYGƏMBƏRtərəfindən əvvəldə söylədiyimiz səhih rəvayətlə  heç uygun gəlmir.ÇÜNKİ hədis on iki haqq xəlifənin olmasını bəyan edir.
Digər bir tərəfdən bu on iki xəlifə Əməvi və Abbasi xəlifələrinin sayı ilə də düz gəlmir. O sülalələrin də heç birisinin sayı on iki olmamışdır.Bəlkə də buna görədir ki ƏHLİ-SÜNNƏNİN böyük hədisşünas alimi İbn Həcər Ələsqəlani bu hədis haqqında fikir bildirərək yazır ki,bu hədisdən Həzrəti Peygəmbərin kimləri qəsd etdiyini müəyyən etmək mümkün deyil.
Deməli,Əhli-sünnətin peygəmbərdən sonra xilafət haqqındakı nəzərləri özlərinin söylədikləri səhih olan rəvayətlərlə uygun gəlmədiyi üçün dogru qebul edilə bilməz. Bu hədis şərif yalniz ƏHLİ-BEYT alimlərinin xilafət və imamət barəsində irəli sürdükləri nəzəriyyə ilə tamamilə uygun gəlir.Çünki Şiənin etiqadına görə xəlifələr peygəmbərdən  sonra yer üzündə Allahin hüccətləri olub yalnız onun tərəfindən təyin edilir və sayları da oniki nəfərdir.
Bu əqidə tamamilə hədisin mətni ilə uygundur və onikinci imamın  olmasını sabit edir.Əyər xəlifələr peygəmbərdən sonra oniki nəfərdirsə ,İmam Məhdinin bu gün var olmasinı,Allahın onu xilqət aləminə imam təyin etməsini açıq şəkildə göstərir.Çünki Həzrət Məhdi şiənin etiqadına görə 12-ci imamdır.Peygəmbərimizin hədisində də xəlifələrin sayının oniki olması vurgulanıb.Əgər şiənin imamət barəsində və Həzrət Məhdinin varlıgı barəsindəki  etiqadı düzgün deyilsə ,onda Peygəmbərin söylədiyi bu hədisin heç bir əsası olmayıb,islam firqə və məzhəblərinin də heç birinin əqidəsinə müvafiq olmayacaq.Onda  ya biz bu hədisin Peygəmbər tərəfindən söylənmədiyini, ya da onun əbəs və mənasız bir söz söylədiyini qəbul etməliyik.Birincisi Sunni və Şiə mənbələrinin təsdiqinə əsasən rədd edilir.İkincisi isə agıl və fitrətə uygun deyil.Çünki peygəmbərimiz məxluqat aləminin ən şərəflisidir.Onun tərəfindən bihudə və mənasız sözün söylənilməsi əsla əqlə uygun deyildir.Beləliklə ,yeganə yol budur ki,şiənin etiqad etdiyi on iki imam əqidəsi Peygembərin sözünü təsdiq edir.Elə həmin dəlil də Həzrət Məhdinin bu gün həyatda olmasını subut edir.Əyər həzrət Məhdi yoxdursa onda on iki imam nəzəriyyəsi düz olmayacaq. Buna görə də agıl və məntiq ,peygəmbərin hədisinin şiənin etiqadına uygun olub,imamlarin ondan sonra 12 nəfər oldugunu təsdiq edərək ,Həzrət Məhdinin də bu gün varlıgına hökm edir.
Bu hədisi bashqa iki hədisin işıgında  da izah etdikdə Məhdinin lazımlıgı və varlıgı əqidəsi daha da qüvvətli və inkarolunmaz bir etiqada çevrilir.Məsələn peygemberden söylenilen bir hedisde buyurulur ki,"yer üzü heç vaxt hüccətsiz olmamışdır".Bu hədisi şərif də İMAM MƏHDİNİN varlıgını təsdiq etmək üçün yeni  tutarlı bir nəqli dəlildir.Çunki onikinci imam var olmasa  bu hədisin də dogruluguna şübhə yaranacaq.Hədisin dəlalətinə görə yer üzü heç vax Allah tərəfindən təyin olunmuş bir rəhbər və imamdan boş ola bilməz.
Belə olan surətdə İmam MƏHDİNİN varlıgın inkar etməyimiz elə və məntiqə söykənməyən inadcıl və təssübkeş bir etiqad olacaqdır.
Həm ƏHLİ-SÜNNƏ(məsələn ibn Hazmin elmilel- ven-nihel kitabı) həm də ƏHLİ-BEYT mənbələrində səhih senedlerlə nəql olunan digər bir rəvayət də belə buyurulmuşdur:"kim öz zamanınin imamını tanımadan dünyadan köçərsə, cahiliyyət dönəmində ölmüş şəxs kimidir."Çünki cahiliyyə dönəminin insanlarını əksəriyyəti zamanlarının höccət və imamlarını tanımadan getmışdilər.Bu hədisin hökmü bütün zamanlara aid oldugu kimi bizim zamanımıza da aid olur.Bizim zamanımıza aidiyyətinə gəldikdə isə  zamanımızda da Allahın yer üzərində bir hüccət və imamının var olduguna inanma məcburiyyətində qalmış oluruq.Bu şəxs də peygemberimizin dəfələrlə xatırlatdıgı sonuncu hidayət günəşi Həzrət Məhdidir.Yox əyər biz imamın varlıgını inkar etsək ,onda yer üzünün hüccetsiz oldugunu qebul etmiş olariq.Bu da yuxarıda söylədiyimiz hədislərin mətni ilə uygun olmayıb,həmçinin insan aglı və fitrətinə də zidd olan bir görüş olardı.Çünki insan aglı və fitrəti də zamanın insanlarından fərqli bir xüsusiyyətə malik olan bir insanın varlıgını tələb edir.O insan fərqli bir elm vəhikmətə sahib olan ən kamil bir insandır ki,Allah onu bəşəriyyətə imam seçmişdir.Belə bir imamın zamanımızda da olması lazımdır.Çünki onun bizim idrak edəcəyimiz və edə bilməyəcəyimiz  yönlerdən xilqət aləminə faydaları vardır.
O həzrətin imaməti və zuhuruna dair əhli-sünnə mənbələrindən çoxlu hədislər vardır. Biz burada onların bəzisinə işarə edirik."Əlfusulul-muhimmə" və "kəşful -gummə" kitablarının sahibləri əhli-sünnənin ən mötəbər ravilərindən olan əbu Dabuddan belə nəql edirlər ki, peygemberimiz buyurmuşdur:"Dünya axıra yetməz ,ta ki mənim əhli-beytimden biri ərəbə malik olar. Onun adı mənim adıma müvafiqdir."Yenə də Əbu Davud  öz suneninde hezret PESULİ-EKREMDEN  belə rəvayət edir ki, buyurmuşdur:"Əyər dünyanın sona yetməsinə bir gün belə qalsa, ALLAH o günü o qədər uzadacaq ki,ta ki mənim əhli-beytimden bir nefer zuhur edib dünyanı zülm və ədal\tsizliklə dolduqdan sonra ədalətlə dolduracaqdır."
Əhli-sünnənin böyük alimlərindən olan  Hafiz əbu Nəim "fusul-əl-muhimmə"kitabinda,imam MƏHDİ haqqında 40 hədis toplamışdır ki fəqət ona məxsusdur.ƏHLİ-Sünnənin bu mötəbər kitablarında o həzrətin dogulması haqqında da müxtelif ravilərin vasitəsi ilə  rəvayətlər  nəql olunmuşdur. hemin rəvayətlərin vasitəsi ilə də İmam Məhdinin həyatda olması öz tesdiqini tapır.Tarixi mənbələr də (ibni əsir) imamın doguldugundan sonra müeyyen adamların onu görmesini tesdiq etmışdir.Böyük irfan alimi mövlana Cəlaləddin RUMİ imamın dogulmasını və həyatda olmasını qəbul edən şəxsiyyətlərdəndir.
Bizim Həzrət Məhdınin həyatda olmasınıtəsdiq edən dəlillərlə çıxış etməyimiz heç də islami məzhəblər arasında ixtilaf və ziddiyyətə səbəb olacaq bir şey deyil.Əksinə Peygember əhli-beytinden bir neferin varlıgı bütün müsəlmanları bir mərkəz ətrafında birleşdirmeli, onlar arasında ülfət və məhəbbətin yaranmasına səbəb olmalıdır.Belə olan təqdirdə butun müsəlman firqələri düşmənlər tərəfindən düşünülmüş şəkildəyaradılan ixtilaf ədavətə qarşı mübarizədə böyük bir mənəvi güc əldə etmiş olacaqlar.
Hidayətə tabe olanlara salam olsun!