четверг, 25 августа 2011 г.

nehcul-bəlagədən hikmətli kəlamlar




1-        "Fitnəyə qarşı iki yaşındakı dəvə kimi ol; onun nə miniləcək kürəyi, nə də sağılacaq məməsi vardır."

2-        "Tamaha sarılan, özünü kiçiltmişdir; çətinliyini açıqlayan, zillətə razı olmuşdur; dilini öz üzərinə əmr sahibi edən (dilinə gələni söyləyən) alçaq olmuşdur."

3-        "Xəsislik ardır (utancdır); qorxaqlıq nöqsanlıqdır; kasıblıq, ağıllı insanı dəlilini sərgiləmədə dilsiz etməkdədir; yoxsul öz şəhərində qəribədir."

4-        "Acizlik fəlakətdir; səbir (müqavimət) cəsarətdir, züht sərvətdir; günahlardan çəkinmək, (əzaba qarşı) qalxandır; qəza və qədərə razı olmaq nə gözəl yoldaşdır."

5-        "Elm qiymətli bir mirasdır. Ədəb (xasiyyətlər) yenilənən zinətlərdir. Fikir saf bir aynadır."

6-        "Ağıllının sinəsi, sirrinin sandığıdır. Gülər üzlülük, dostluq bağıdır. Dözüm,  eyıbərın məzarıdır." Nehc'ül-Belağa'nın bəzi nüsxələrində isə belə keçmişdir: "Barış,  eyıblərin   örtüşüdür. Özünü bəyənənə qızan çox olar."

7-        "Sədəqə, qurtarıcı bir dərmandır; qulların dünyadakı əməlləri, qiyamətdə gözlərinin önünə tikiləcək."

8-        "Bir yağ parçasıyla görən, bir et/ət parçasıyla danışan, bir sümüklə eşidən və bir dəlikdən tənəffüs edən bu insana təəccüb edin doğrusu! (Onun yaradılışı haqqında düşünün.)"

9-        "Dünya bir kimsəyə yönəldiyində, başqalarının yaxşılıqlarını ona gətirər; ondan üz çevirdiyində də, öz yaxşılıqlarını ondan alıb götürər."

10-   "İnsanlarla; öldüyünüzdə sizə ağlayacaq, yaşadığınızda isə sizin üçün darıxacaq bir şəkildə dolanın."

11-   "Düşməninə qalib gəlincə, bu qalibiyyətin şükrü olaraq onu bağışla."

12-   "İnsanların ən acizi, qardaş qazanmada acizlik edəndir; ondan daha acizi isə, qazandıqdan sonra itirəndir."

13-   "Nemətlər sizə axın edincə az şükr etməklə onu özünüzdən uzaqlaşdırmayın."

14-   "Ən yaxınların tərk etdiyi kimsənin köməyinə (Allahın inayətiylə) ən uzaqdakılar qaçar."

15-   "Hər fitnə və bəlaya düçar olan qınanmaz."

Комментариев нет: