пятница, 16 ноября 2012 г.

ŞİƏNİN BÖYÜK FƏQİHİ ŞƏHİDİ SANİNİN QISA TARİXÇƏSİ

ŞƏHİDİ SANİ


Şiə üləmasının qabaqda gələn, hörmətli fəqihlərindəndir. Əsl adı Şeyx Zeynuddin b. Əli b. Əhməd Amuli Cebai olan və Şəhidi Sani ləqəbiylə tanınan bu uca fəqih, 13 Şevval 911 (h.q)da, elm və fiqh ailəsində dünyaya gözlərini açmışdır.

Şiənin barmaqla göstərdiyi, vucuduyla fəxr etdiyi, İslami elmlərin ənginliklərini ən dərin detallarıyla araşdıran, fiqh və içtihat sahəsində İslam Fiqhinin təməl daşlarını meydana gətirən seçmə Şiə üləmasından biri olan Şəhidi Sani, səmərəli həyatı boyunca verdiyi əsərlər baxımından mislinə nadir rast gəlinən fəqihlerden biri olmuşdur.

Şəhidi Sani, on birinci əsrdə yaşamış, həyatı boyunca bezmədən usanmadan səy göstərmiş və  xüsusi bir əzmlə Ali- Məhəmməd (s.a.a)ın fiqhini dünyanın müxtəlif bölgələrinə yaymağı bacarmışdır.
Şəhidin Oğulu

Bu uca şəxsiyyətin səmərələrlə dolu həyatının bərəkətlərindən biri də Maalimid-din fil-Üsul kimi qiymətli bir kitabı İslam ictimaiyyətinə hədiyyə edən hörmətli, alim və araşdırmaçı yazar Allame Əbu Mənsur Cemaluddin Həsəni yetişdirmiş olmasıdır.

Əbu Mənsurun yazdığı və qısaca Maalim olaraq bilinən bu kitab da eynilə atası Şəhidi Sanının ər-Ravzat'ül-Behiyye adlı əsəri kimi əsrlərdir elm mərkəzlərində İslami elmlər təhsil alan tələbələrin imtina edilməz dərs kitabı olaraq oxunmuş və hələ də də oxudulmaqdadır.
Təhsili və Səfərləri

1- Şəhidi Sani (r.ə), atası Nuruddin Əli b. Əhmədin yanında müqəddimə dərslərini oxuduqdan sonra Meys Qəsəbəsinə gedərək təhsilinə orada, Şeyx Əli b. Abulalı Meysinin (ö. 938 h. q) yanında davam etdi. Əllamə Hilliyə aid Şerai'ul-Ahkam, İrşad və Qavaid kitablarını burada oxudu. Təhsilinin davamı üçün buradan da müxtəlif ölkələrə səfər etdi.

2- Şəhidi Sani, daha sonra Kerek Nuha keçdi. Nahv və Üsul dərslərini Cəfər Dəfəkidən aldı. Üç il Cebədə iqamət etdikdən sonra 937 ilində oradan da Şama keçdi. Böyük filosof və eyni zamanda həkim olan Şeyx Məhəmməd b. Mekkidən tibb, hikmət və heyət dərslərini öyrəndi. Şeyx Əhməd Cabirin dərslərinə qatıldı. Tecvid sahəsində yazılan Şatibiye adlı kitabı onun yanında oxudu. Səhihi Müslim və Səhihi Buxarini də Şamda, Şemsuddin Tulunun yanında oxudu.

3- Yorulmaq bilməyən bu uca şəxsiyyət, 942 (h.k)da Misirə doğru hərəkət etdi. Burada da Ərəb Ədəbiyyatı, Üsulu Fiqh, Hendese, Maani, Bəyan, əruz, Məntiq, Təfsir vs. kimi müxtəlif sahələrdə on altı ustaddan dərs aldı.

4- Şəhidi Sani, 944 (h.q)da Şevval Ayında Kəbəni, 946 ilində də İraqdakı məsum imamların müqəddəs türbələrini ziyarət etdi. Bu səfərlərin xaricində, geri qalan zamanını doğum yeri olan Cebadə keçirdi.

5- Hicri 948 ilində Beyt'ul-Muqaddes'e gedərək Şeyx Şemsuddin b. Əbu Lətif Müqəddəsidən icazə aldı və təkrar vətəninə döndü.

6- Bu səfərlərinin ardından o zamanlar Kostantina olaraq bilinən bu günki İstanbula səyahət etdi. Qazı Əsgər Məhəmməd b. Məhəmməd b. Qazı Zade Rumuya on elm ehtiva edən bir risalə göndərdi. Bu məktubun ardından qarşılıqlı görüşmələr və münazaralar oldu. Necə ki, nəticə olaraq Qazı ona, "dilədiyi yerdə dərs verə bilmə səlahiyyəti" verdi. Bunun üzərinə Şəhid (r.ə), istixare edərək Balebekdəki Nuriyyə Mədrəsəsində dərs verməyi seçdi. Eyni zamanda, Qazı tərəfindən mədrəsənin idarə işi də ona buraxıldı.

7- Şəhid (r.ə), Hicri 953 ilində imamların məzarı şəriflərini ziyarət etdikdən sonra təkrar öz vilayətinə geri döndü və ölənə qədər orada qalmağa qərar verdi.
Mərcəiyyəti

Şəhidi Sani, Balebekdə dərs verdiyi müddətcə elmi şöhrəti sayəsində artıq mərcə də olmuşdu. Seçmə alimlər və elm sevdalıları, bu uca şəxsiyyətin elmi və əxlaqi keyfiyyətlərindən feyiz almaq üçün uzaq diyarlardan yola çıxaraq onu görməyə gəlirlər, onun isti nəfəsindən faydalanırdılar.

Şəhidi Sani, bu şəhərdə çox geniş bir şagird kütləsinə dərs verirdi. Cəfəri, Hənəfi, Şafii, Maliki və Hənbəli məzhəblərinə aid fiqh və əqaid mövzularını çox yaxşı bildiyindən və bu mövzulara hər kəsdən daha vəqif olduğundan hər firqəyə xitab edə bilirdi. Həm fiqhdə, həm də aqaidde müasir və mutabiq dərslər verər, hər kəs öz məzhəbinə görə ondan fətva alardı.
Üstünlüyü

Ravzat'ul-Cennat kitabının yazıçısı Mərhum Xunsari, Şəhidi Sani haqqında belə deyər:

"İndiyə qədər Şiə üləması arasında möhtərəmlikdə, elmdə, anlayışda, təqvada, proqramlı olmaqda, ustad sayının çox olmasında, zəriflikdə, mənəviyyat məzmunlu təsirli söz söyləmədə, əsərlərinin əskiksiz oluşunda onun qədər böyük və seçmə birinə rast gəldiyimi xatırlamıram. Hətta, ustad Şəhidi Sanının ərdəmini ilahi əxlaqdan almış olması və ilahi dərgaha yaxınlıq məqamına sahib olması, onun məsumların izindən getdiyini və məsumlardan sonra gələn mövqeyə sahib olduğunu göstərər."
İş Həyatı

Şəhidi Sani, elmi və fiqhi baxımdan seçmə və üstün bir şəxsiyyətə sahib olmasına baxmayaraq gündəlik ehtiyaclarını qarşılamaq üçün şəxsən çalışardı. Hətta bu mövzuda, gecələri hava qaraldığında eşşəyinə mindiyi, şəhərdən uzaqlaşdığı və odun yığaraq dolanışığını təmin etdiyi də rəvayət edilmişdir.
Ustadları

Şəhid (r.ə), o qədər səyahətləri müddətində  şəhər şəhər gəzər, özünə ən yaxşı şəkildə faydalana biləcəyi seçmə ustadlar axtarardı. Bu səbəblə beş məzhəbə mənsub İslam alimlərinin ən seçmələrindən faydalandı. Şəhidi Sanının faydalandığı başlıca ustadlar bunlardır:

1- Atası, Əli b. Əhməd Amuli Cabai (ö. 925)

2- Şeyx Əli b. Abdulalı Meysi (ö. 938)

3- Şeyx Məhəmməd b. Mekki (həkim və filosof)

4- Seyit Həsən b. Cəfər Dəfəki

5- Şemsuddin Tulun Dımeşki Hənəfi

6- Şeyx Əbul Həsən Bəkri

7- Şeyx Şemsuddin Əbu Lətif Müqəddəsi

8- Molla Həsən Curcani

9- Şehabuddin b. Neccar Hənbəli

10- Zeynuddin Hurri Maliki
Əsərləri

Şəhidi Sanının əsərləri, tarixləri baxımından Ravz'ul-Cinan'dan başlar, ər-Ravzat'ul-Behiyye'de də sona çatar. Həqiqətən də Ravzat'ul-Behiyye, adında da ifadə edildiyi kimi alim və araşdırmaçıların ruhlarını təzələyən, itirdiklərini orada tapmalarını təmin edən, iman və inanc baharı əsdirən mükəmməl bir bağçadır.

Emel'ul-Amul kitabında yazılanlara görə, Şəhidi Sani şəhid olduğunda iki mindən çox kitabı vardı. Bunlardan iki yüz nüsxəsi Şəhidin öz xəttiylə, digərləri də başqa alimlər tərəfindən qələmə alınmışdı. Qısaca, Şəhid (r.ə)ın bəzi əsərləri bunlardır:

1- Ravz'ul-Cinan fi Şərhi İrşad'il-Ezhan

2- Mesalik'ul-Efham fi Şərhi Şerai'il-Ahkam

3- əl-Fevaid'ul-Amelliyye fi Şərhin-Nefliyye

4- əl-Mekasid'ul-İlliyye fi Şerh'il-Elfiyye

5- Menasik'ul-Hacc'il-Kebir və Menasik'ul-Hacc'is-Sagir

6- ər-Ravzat'ul-Behiyye fi Şərhi Lümat'id-Dımeşkiyye

7- əl-Bidayeti fi İlm'id-Diraye (Şəhidi Sani, bu sahədə beləsinə mühüm bir kitab yazan bəlkə də ilk alimdir.)

8- Temhid'ul-Kavaid'il-Usuliyye li Tefri'il-Ahkam'iş-Şer'iyye

9- Gunyet'ul-Kasidin fi Istılahat'il-Muhaddisin

10- Kitabın fil-Ahadis (Həsən b. Mahbubun Meşiyhasından seçilən bir çox hədis ehtiva edər.)

11- Risalətin fil-Ediyye və Risalətin fi Adabil cumə

12- Hakaik'ul-İman

13- Manzumeti fin-Nahv (Şərhiylə birlikdə)

14- Munyet'ul-Murid fi Edeb'il-Mufid (Adabutdalım və Mutaallim, təhsil və təhsil haqqında fövqəladə faydalı bir kitabdır.)

15- Mesken'ul-Fuad İnde Fıkhıl-Ehibbe vəl-Övlad (Xülasəsiylə birlikdə)

16- Keşf'ur-Raybet an-Ahkam'il-Gıybet
Şahidlik Müjdəsi

Şeyx Bəhainin atası Şeyx Hüseyn b. Abdussəməd Hərisi belə deyər: Bir gün Şəhidi Sanının yanına vardım. Çox düşüncəli idi. Nə üçün düşüncəli olduğunu soruşdum, belə cavab verdi: "Qardaşım, elə sanıram ki mən ikinci şəhid (şəhidi sani) olacağam. Yuxumda Ələm'ül-Huda Seyit Murtazanı gördüm. Bir ziyafət süfrəsi açmış, Şiə alimlərini başına yığmış, birlikdə yemək yeyirdilər. Mən də onlara qatıldığımda Seyid Murtaza ayağa qalxdı və mənə xoş gəldin deyib Şəhidi Əvvəlin yanına oturmamı istədi."


Şəhidi Sani də fəzilət sahibi digər şəhidlər kimi gözünü dünya ehtirası bürümüş, şəxsi mənfəətləri arxasında olan bir dünyapərəstin qurbanı olmuşdu. Hadisə, qısaca belə reallaşmışdır:

Ceba əhalisindən iki adam, aralarındakı bir anlaşılmazlığı həll etməsi üçün Şəhidi Saniyə müraciət edərlər. Şəhid (r.ə) də şəri üsullara görə aralarında hökm edər. Əleyhinə hökm edilən adam, bu hökmə qarşı gələrək Seyda Şəhəri qazısına sığınar və onun yanında Şəhidi Sanini Şiəlik və Rafiziliklə günahlandırar. Qazı, dərhal hərəkətə keçərək vəziyyəti Osmanlı padşahı Sultan Səlimə bildirər. O da Şəhidi həbsi üçün birini vəzifələndirər. Ancaq bu kimsə, Şəhidi tapa bilməz. Sultan Səlim, bir müddət sonra da vəziri Rüstem Paşanı vəzifələndirər və ondan Şəhidi tapmasını, məzhəbi haqqında məlumat almasını, Şiə olması halında dərhal həbs edib sarayına gətirməsini istər.

Dərhal hərəkətə keçən Rüstem Paşa, onun həccə getdiyini öyrənər öyrənməz arxasına düşər. Hələ Məkkəyə çatmadan onu tutar. Şəhid (r.ə), həcc ziyarətinin sonuna qədər ondan möhlət istər. Rüstem Paşa bunu qəbul edər ancaq, daha sonra başqalarının qızışdırması nəticəsində o uca şəxsi şəhid edərək kəsik başını sultana aparar. Sultan Səlim, vəzirinin bu işinə çox hirslənər və onu bu əməlinə görə qınayıb danlayar.

Beləliklə, Şəhidin qanı yerdə qalmaz və Seyid Abdurrahim Abbasinin təlaşlarıyla Rüstem Paşa, reallaşdırdığı bu cinayete görə ölumə məhkum edilir.
   Şiənin ən öndə gedən fəqihlərindən sayılan Şəhid Sani  966 hicri q ilində qətl edilmiş və təəssüflər olsun ki, cəsədi üç gün saxlanılaraq sonra dənizə atılımışdır.

Комментариев нет: