пятница, 23 сентября 2011 г.

Onuncu imam Əli ibn Muhammadin qısa tarixçesi



Əli b. Məhəmməd (ə.s) = ( Əli Naqi )

Hz. İmam Əli b. Məhəmməd (ə.s), doqquzuncu imamın oğuludur. Ləqəbi Naqidir. Bəzən də Hadı ləqəbiylə xatırlanar. 212. ilində Mədinədə doğulmuşdur 254. Hicri qəməri ilində (Şiə rəvayətlərinə görə) Abbasi xəlifəsi Mu'tazz tərəfindən zəhərlənərək şəhid edildi. [272]

Onuncu imam öz həyatı boyunca Abbasi xəlifələrindən yeddi dənəsini gördü. Onlar, Memin, Mudasım, əl- Vasık, Mütevekkil, Muntasir, Mustain və Mu'tazz'dırlar. 243. ilində Mu'tasım'ın zamanında qiymətli atası Bağdadda zəhərlənib şəhid edildiyində, özü Mədinədə idi və Allahın təyini və atalarının tanıtması üzərinə imamet mövqesinə çatdı. Mütevekkilin zamanına qədər dini təhsillərlə məşğul idi.

Mütevekkil 243 H. ilində dedi-qodulara qapılaraq, öz dövlət adamlarından birinə, imamı ogünkü xilafət mərkəzi olan Samirraya getirme vəzifəsini verdi. Yanında bir məktub yazıb imamı (ə.s) izzətlə xatırlayaraq onunla görüşmək istəyində oldugunu bildirdi.  Əlbəttə İmam (ə.s) Samerraya gəldi, hərçənd ictimaiyyətdə heç bir təzyiq olmadı. Lakin əlindən gəldiyi qədər imama əziyyət edib ehtiramsızlıq etməkdən də çəkinmədi. Dəfələrlə imamı qətl etmək ya da möhtərəmliyini zədələmək üçün çağırtdı və Həzrətin evini təftiş etdirdi.

Mütevekkil, Abbasi xəlifələrinin içində risalət xanədanına ən çox düşməncilik güdən biri idi. Xüsusilə Hz. Əliyə (ə.s) həddindən artıq kini vardı və ona açıqca küfr edirdi. Əyləncələrdə təqlidçi birini O həzrəti təqlid etməklə vəzifələndirdi və özü bu səhnələrə baxaraq gülüb əylənirdi. Yenə onun əmriylə 237. ilində Kərbəlada İmam Hüseynin türbəsinin qübbəsi və ətrafda edilən bir çox evləri yıxılaraq yerlə bir edildi. İmamın, korladıqları türbəsini sualtına buraxdılar. Daha sonra sürtülüb, oradakı bütün əsərləri yox etmək üçün, əkinçilik edilməsinə əmr verdi. [

Mütevekkilin xilafət illərində Hicazdakı Şiə seyitlerin həyatı daha da ağrınılacaq hala gəlmişdi. Belə ki, qadınların örtünəcək paltarları belə yox idi. Hətta bir çarşafı namaz vaxtı olunca sırayla istifadə edirdilər. Bu təzyiq və əziyyətləri Misirdə yaşayan Şiələrə də etdi.

Onuncu imam, Mütevekkilin bu cür işgəncə və əziyyətlərinə Mütevekkil ölənə qədər dözdü. Ondan sonra Muntasır, Mustain və Mu'tazz iş başına gəldilər və sonunda Mu'tazz'ın hiyləgərcə planları nəticəsinde zəhərlənərək şəhid oldu.



Комментариев нет: