понедельник, 12 января 2015 г.

DININ MAHIYYƏTİNİN BƏYANI.

 DİNİN MAHİYYƏTİ HAQQINDA.
Din ərəb sözü olub lügətdə “cəza “ , “itaət “ , “borc” kimi mənalara gəlir.Lakin din üçün lügətdəki məna qəsd olunmaqla yanaşı , onun başqa mənası da vardır ki, ondan insanın və toplumun həyat tərzini formalaşdıran ümumi dəyərlər və qanunlqar sistemi nəzərdə tutulur. Dinin təqdim etdiyi bu dəyərlər və qanunlar sistemi düzgün həyata keçirlidiyi zaman ,cəmiyyətdə tərəqqi və islahat yaradan nizam və həyat tərzi meydana gətirir. Bu mənada dini qəbul etsək o,bizim üçün daha geniş məna kəsb edib,bütövlükdə hayatımızı əhatə etmiş olur. Deməli bu mənada din həyatımıza istiqamət və nizam verən bir həqiqət olur ki,onun dəyərlər sisteminin içinə ,bəşəriyyətin həyatı üçün önəmli olan əqidəyə, əxlaqa ,ictimai və huquqi məsələlərə, əməl və davranışlara aid olan höküm və qanunlar daxil olur. Bunun nəticəsi olaraq da dinin bəşərin praktik həyatına çevrilməsi ilə,cəmiyyətin əqidə,inanc,əxlaq və davranışları  xüsusi bir nizama salınaraq , onun həyatına nənitəcə bəxş edəcək bir məna və məqsəd qazandırır.Bəşərin həyatının sonluq və nəticə etibari ilə ,məna və məqsəd qazanması yalnız dini dəyərlərin praktik həyata çevrilməsi ilə baş tutur və bu baximdan dindən qeyri heç bir idioloji məktəb bu nəticəni ona vəd etmir.Dinin və onun qanunlar sisteminin, insan həyatına məna qazandırması da onun bəşərə sonluqda xoşbəxtlik və səadətin əldə olunmasını vəd etməsi və onun yollarını göstərməsidir.Başqa fəlsəfi və ideoloji məktəb və cərəyanların baxış və düşüncələrini incələdiyimiz zaman bunların heç biri ilahi dinin bəyanatlarını əvəz edə bilməyib, insanlıgın haytının sonlugu barədə ona heç bir yol göstərə bilmir.Onların örnək və vədləri yalnız dünya həyatı haqqında yetərsiz mulahizələrdən və fikirlərdən ibarətdir ki, hətta dünya həyatında belə insanı xoşbəxt edəcək bir gücdə deyildir.Çünki bəşərin fitrəti gərəyi qəti olaraq deyə bilərik ki, dünya həyatında belə insanı yalnız o məktəbin görüşləri xoşbəxt edə bilər ki,onun ideyalarında bəşərin həyatının nəticə və sonlugu onun vicdan və fitrətinə uygun izah edilsin.Bu cəhətdən başqa məktəb və cərayanlar bəşərin vicdanından və fitrətindən dogan təlabat və ehtiyacları qarşılayacaq heç bir dəyərə sahib olmayıb ,bəşəri düşündürən məsələ və problemlərin həllinə yönələn heç bir şey vermir.Elə bu səbəbə görədir ki, dünyəvi məktəblərin təqdim etdiyi sistem ,dünya həyatında belə bəşəriyyət üçün islahat və nizam mənbəyi olmayıb ,əksər hallarda fəsad,hərc-mərlik,mənəvi boşluqlarla nətcələnəcək bir həyat quruluşu miras olaraq qoyur.Məsəlyə bu cəhətdən baxdıqda,bəşərin dünya həyatında belə islahedici nizama və xoşbəxt bir yaşayışa  sahib olması üçün də, ilahi dinin prinsip və bəyanatları tətbiq edilməlidir. Bunu əsas götürərək ilahi din  əhatə etdiyi  və bəhs etdiyi  mövzularda bəşəriyyətin ,sosial, siyasi,iqtisadi, huquqi və mədəhi həyatını tənəzzüldən mühafizə edib, ideal bir səviyyəyə gətirmək üçün  də tövsiyyələr və qanunlar müəyyənləşdirmişdir.Dinin bu sahələrlə əlaqəli olan nizamlı qanunları ilə yanaşı ,faydalı nəsihət və tövsiyyələri ehtiva edən bir sıra təqdimatları da mövcuddur. Bunlar da insanlıgın bir toplum olaraq dünya həyatında səadətə yetişib ,özlərini xoşbəxt hiss etmələri üçün şərait və mühit yaratmaq  üçün  yardımçı vasitələrdir.
      Bu mənada biz dini və onun dəyərlərini bəşəriyyətin dünyəvi və  uxrəvi həyatları üçün vacib sayıb , bu iki həyatda səadət və xoşbəxtliyə yetişmələrində ən böyük və əvəzsiz amil olaraq qəbul etməliyik. Dinin bəşəriyyət üçün bütün mütərəqqi cəhətlərini nəzərə alıb,onun insanlıgın ixtiyari və təklifi həyatlarının ən ideal və qənaətbəxş bir formaasının təminatçısı oldugunu ,təşrii həyatlarını nizama salmaqda ən üstün qanun və hökümləri ehtiva etdiyini qəbul etməklə yanaşı, onun eyni zamanda,təkvini həyatda da  qoyulmuş bir nizam, dəyişməz qanunlar düsturu kim də başa düşməyimiz lazımdır. Dini belə mükəmməl və ideal formada təsəvvür edib qəbul etdikdə onun həyatın hər iki cəhətinə: həm təkvini olub, bizim iradəmizdən asılı olmadan var olan həyat nizamına və kainatdakı dəyişilməz qanunauygunluqlara, həmdə təşrii olub, bizim iradəmizlə həyata keçməli olan həyat nizamına,toplumları və millətləri yönəldən qanunlar sisteminə  aid oldugunu dərk edəcəyik. O, zaman həm cəbri həyatın riyazi düsturlarının allahın bir qoydugu bir din oldugunu biləcək, həm də insanlıgın Allahın cəbri dini olan kainat nizamından ilham alaraq təşrii həyat qanun və nizamlarını da Allahın təqdim etdiyi dinin dəyər və qanunları ilə qurmalı  olacaqlarını dərk edəcəklər. Allahın dinin belə geniş mənada dərk olunması və onun səhvsiz nümunəsinin kainatda qoyulması,onun insanın ictimai olan təşrii (ixtiyari) həyatında da, ümumbəşəri, beynəlxalq, əbədi və dəyişilməz oldugunu anladır və yer üzündə həyatın sonuna qədər var olacagını çatdırır. Allahın dini bu mükəmməl xüsusiyyətləri əbədi olaraq daşıyır və har hansı bir toplum və ya millətin onu qəbul edib-etməməsindən asılı olmayaraq onda hər hansı bir eyb və yetərsizliyin olması düşünülə bilməz.Əksinə bəşəriyyət bu nizama tabe olmadıqda , fəsada ugramış və nöqsan sifətlərinə yiyələnmiş bir toplum kimi dəyərləndirilməlidir. Necə ki günəşin istisi və nurundan bilərəkdən özünü gizlədən insan üçün günəş naqis hesab oluna biməz, bəlkə o insan nurdan özünü məhrum etdiyi üçün naqis hesab olunmalıdır.
Beləliklə din ,bir nizam olaraq yaradılmış ,təqdir olunmuş  və insanlıq üçün bəyənilmiş bir həqiqətdir. Dinin bu keyfiyyətlərə sahib olub bir nizam olmasını ,qanunlarının dəyişməz olmasını , bizə anladan ilk mənbə , onun həqiqətlərini və dəyərlərinin özündə ehtiva edib bəyan Qurani-kərimin özüdür. Qurani kərimin rum surəsində bu mətləbə işarə olunaraq belə buyurulur:
“(ey  Muhəmməd) Üzünü hənif olaraq (pak bir muvəhhid kimi) Allahın insanları fitri olaraq onun üzərində yaratdıgı  dinə dogru döndər.Allahın dinində heç vəchlə diyşkənlik olmaz.Dogru din budur lakin, insanların əksəriyyəti bunu bilməz.(rum 30).
Bu ayədən anlayacagımız məna budur ki, din insanın yaradılışı ilə baglı olan məsələ olub, onu içində qoyulmuş bir həqiqətdir.Allah insanları yaradarkən, xəmirlərini dini hissi ilə yogurmuş, dinə olan sevgi və yönəlişi yaradılış etibari ilə onun içində qoymuşdur.Bu onu deməyə əsas verir ki insan iç dünyası gərəyi, fitri olaraq dini istəyir və onu arayır. Bu cəhətdən dini biz sonradan, fitrətə söykənmədən, peygəmbərlər tərəfindən insanlıga gətirilmiş yeni , xarici bir nizam  oldugunu qəbul edə bilmərik. Əyər onu bu cür dəyərləndirib qiymət versək, o zaman heç onun insanın vicdanı və fitrəti ilə uygun gəlib təsdiq oluna biləcəyini deyə bilmərik.  Həm də deməliyik ki , sonradan göndərilən bir dəyər Allahın kitabında insanın fitrəti olaraq qiymətləndirilə bilməz idi. Lakin ayələr dinin qoyulmuş bir həqiqət oldugunu , insanların da bu həqiqətə uygun yaradıldıqlarını açıq şəkildə bəyan edir.Necə ki, quranın başqa ayəsində dinin təkvini oldugunu iddia etdiyini görürük:
                                                                         ان الدین لواقع
“Həqiqətən din qoyulmuşdur”.
Ona görə də dinin qoyulmuş bir həqiqət  və nizam oldugunu , insanların da həm təkvini,(qeyri-ixtiyari) həmdə təşrii (ixtiyari)  olaraq  bu nizamın üzərində ona uygun xəlq olundugunu nəzərə alsaq və ilahi təqdirin də heç vaxt dəyışməyəcəyini , həyat var olduqca var olacagını dərk etsək  o zaman,  bunun ,cəbri bir qanunauygunluq oldugunu qəbul etməliyik.
Deməli din, bütün incəlikləri insan aglı ilə dərk olunmayan,lakin bütün cəhətləri ilə insanın qəlbinə və vicdanına uygun olub, ilahi bigi ilə öncədən təqdir olunmuş bir həqiqətdir. Lakin onun əksəriyyət tərəfindən təşrii həyatda qəbul olunmayıb, ona tebeçilik edilməməsi,ya incəliklərinin agılla düzgün dərk olunmaması , ya da ki onun qanunlarının insanin nəfsani istək və şəhvani meyillərinə zidd olmasına görədir.Çünki dinin şərii qanunları vicdanla təsdiq olunsada bəzən şəhvani meyillərlə uygun gəlmir.Bu cəhətinə görə insanlar onun dəyərlərinə tabe olmurlar, bunu fürsət bilən bəzi maddəçi mütəfəkkirlər  də onu yanlış izah etməyə çalışır və bununla onun yetərsiz və faydasız oldugunu cəmiyyətə qəbul etdirib ,onları dini həyatdan uzaqlaşdırmaga səy edirlər.
Lakin, Allah müqəddəs kitabinda dinin cəbri və təkvini yönünü kainatda oxumaga dəvət edir,ondan düzgün nümunə əldə edib yanlışlıqlara uymamaga çagırır.O, insanın iradə və ixtiyarından asılı olmayan təkvin aləminin və onun ümumi bir nizamının oldugunu bəyan edir.Onu möhkəm və mükəmməl bir din adlandırır, onda son dərəcə kamil bir təslimiyyət və itaətin mövcud oldugunu qeyd  edir.Bununla insana ayıltmaga çalışıb deyir ki,sənin müşahidə etdiyin və edə bilmədiyin bu böyük kainatda hər şey eyni nizama tabe olub mənə itaət etməkdədir.Bu mənim onlar üçün müəyyən etdiyim təkvini bir dindir. Ey mənim bəndəm! Sən də kainatımın bir parçasısan, cəbri olaraq sən də bu təqdir etdiyim dinin qanunauygunluqlarına tabesən.Lakin sənin üçün başqa bir təqdir etdiyim din də vardır.Bu sənin öz iradənlə tabe olub yaşayacagın din olacaq. Həmin dini yaşamaqda da sən kainatdakı təslimiyyətə baxmalı ,Allahın təkvini dininin nə qədər qüsursuz və ali oldugunu,bu dinə olan itaətdən kainatda necə bir hüzur və rəhmət meydana gəldiyini görməlisən.Sonra bu təslimiyyəti öz ixtiyari həyatına tətbiq etməli,təkvini həyatda olan huzur və rəhmətin eynini insanı həyatında yaratmalısan.    Bunu anlamaq üçün aşagıdakı ecazkar ayəni diqqətlə izləmyimizlazimdır:                                                                                                    
                                                                                                                افغیر دین اللله یبغون و له اسلم من فی السموات والارض
“Allahın dinindən qeyrisinimi arayırlar,halbuki, göylərdə və yerdə nə varsa hamısı ona təslimiyyət içərisindədir.”
Gördüyümüz kimi bu ayə, təslimiyyətin həqiqi çöhrəsinin kainatdakı qanunlarda oldugunu anlatmaga çalışır və təşrii həyatda xoşbəxtlik və səadətin qurulmasını buna uygun bir həyat nizamı quruldugu zaman baş berəcəyini bildirir. Allah bəşərin itaəti sayəsində qazandıgı bu təslimiyyəti din adlandırır.Bu din hər yönü ilə haqqı ehtiva edən tövsiyyə edən islam dinidir.Adəmdən sonuncu pegəmbər həzrəti Muhəmmədə qədər gələn bütün peygəmbıərlər yalniz bu dinə dogur insanları yönəltməyə çalışmışlar.Deməli butun peygəmbərlərin vəzifələndirilərək  göndərilb  bəyan etdikləri şəriətlər, gətirdikləri qanunlar əvvədən dəyişməz olan bu islam dinin qanunlarıdır.Bunu aşagıdakı ayə bəyan edir;                                                                                                          
                                                                                                 ان الدین عند اللله الاسلام

“Allah yanında din yalnız islamdır.

пятница, 19 декабря 2014 г.

DÜNYA SƏADƏTİ NƏDİR.

Dünya və Axirət səadəti hansı meyarlarla ölçülür.?
Səadət, bir insanın saglam, rahat, zövqverici və nemətlərlə dolu bir yaşayışa sahib olması kimi anlaşıldıgı üçün, onu bu cəhətdən iki qismə bölmək olar:zahiri və batini səadət.Zahiri səadət insanın bədəninin rahatlıgını təmin edən şeylərlə hasil olur. Batini səadət isə, insanın ruhunun və qəlbinin aramlıgıni yaradan şeyləri əldə etməklə hasil olur. Bu mövqeydən çıxış etsək, hətta dünya səadətinin əldə olunması üçün belə, batini səadətin şərtlərinin hasil olması lazımdır. Lakin insanların əksəriyyəti ruhi və qəlbi aramlıga ehtiyac duymadıqlarına görə, onlar üçün dünya səadətinin təmin olunması yalniz bədənin ehtiyaclarını qarşılayan zahiri nemətlərə yiyələnməklə tamamlanır. Belə insanlar yalnız bu nemətlər içində olub, ləzzət və zövq aldıqları zaman özlərini xoşbəxt hesab edirlər. Lakin belə düşünən insanlar tamamilə yanılırlar. Çünki, yalniz onların düşündüyü dunya səadəti insan üçün kifayət deyildir. İndi isə bu yetərsizliyin səbəblərini izah edək:
Dünyada zahirin səadət bir necə nemətin hasil olması ilə yaranır.Birincisi, bədən saglamlıgıdır. Bu insanın özünü xoşbəxt hiss etməsi üçün ən mühüm amildir.İkincisi zahiri gözəllikdir. hər bir insan gözəl olmasını, insanlar tərəfindən gözəlliyinə görə mədh olunmasını xoşlayır və bunu xoşbəxtliyinin əsas göstəricisi hesab edir. Üçüncüsü,onun məskən,qida,geyim,gəzinti, cinsi ləzzət , istirahət kimi ehtiyaclarını saglamaq üçün yaxşı sərvətə sahib olmasıdır. Bu amil dünya sədatinin təmin olunmasının ən vacib şərtidir. Çünki insanın bitib-tükənməyən arzu və istəklərinin yerinə yetirilməsi, kifayət qədər çox sərvət və malın olmasına baglıdər. Dördüncüsü isə, insanın cəmiyyətdə hörmət şöhrətinin artmasıdır ki, bu da elm,sənət, iş, karyera, qabiliyyət, əsil-nəcabət kimi şeyləri ələdə etməklə olur. İnsan nəfsini sevən varlıq oldugu üçün, cəmiyyətdə tanınıb şöhrət əldə etməyi özü üçün xoşbəxtlik amillərindən sayır. Bu sadaladıgız şeylər, hamısı zahiri səadətin hasil olması olub ,mənəvi səadətlə heç bir əlaqəsi yoxdur. Yəni bunlara yiyələnən insan dünyada özünü zahirən xoşbəxt görə bilər,amma heç vaxt dünyada ikən mənəvi səadətin nə oldugunu anlaya bilməz. Lakin qeyd etmək lazımdır ki, hətta dünya xoşbəxliyini insanın zehnində formalaşdıran bu zahiri nemətlərə yiyələnmək belə, insana dünya həyatında kamil və nöqsansız səadəti bəxş edə bilmir. Bunun xülasə olaraq uç səbəbi vardır: birincisi, axirət səadətindən fərqli olaraq dünya səadətini təmin edən nemətlər nə qədər insan üçün sevimli olsa da əbədi deyildir.Dünyada elə bir nemət yoxdur ki, insanın əlindən bir gün çıxmamış olsun. İnsanın həyatı müvəqqəti oldugu üçün onun qazandıgı nemətlərin gətirdiyi xoşbəxtlik də müvəqqəti olacaq. Bunu insan agılı ilə dərk etdiyi üçün nemətlərin faniliyi onun üçün qüssə,əzab və kədərə çevrilir.Ona görə də dünyada heç bir insan nöqsansız xoşbəxtliyə yetişə bilmir.İkincisi, xoşbəxliyinin açarı olan dünyanın nemət və ləzzətlər heç də insanın arzu etdiyi keyfiyyətdə olmur.Bunu bədənin ehtiyacını aradan aparan hər hansı ləzzəti daddıqdan sonra anlayırıq.Elə bil dünya neməti tapılmaz ki, onu görməyimiz onun haqqında eşitdiyimizdən üstün olsun.
Üçüncüsü dünya zövqləri və ləzzətləri şirin olduguna baxmayaraq,əldə olunması çətin və əzablıdır.Heç bir nemət rahatlıqla əldə olunmur və zövq verən hər bir neməti əziyyət verən başqa bir nəticəsi də olur.Ona görə dünyada xoşbəxtlik hesab olunan hər bir rahatliq,əziyyətlə, ləzzət isə acılıqla qarışmışdır və özünü xoşbəxt bilən insanlar bəzən,qəm və qüssəyə qapılır,əziyyət çəkir,dərdə bəlaya düçar olur.Belə oldugu halda dünyada səadətə yetişən birinin olmasına inanmaq olarmı?
və yaxud, bu fani dünyada mən xoşbəxtəm deyə bilən biri varmı?
KİM BU XOŞBEXTLİYİ QAZANDIGINI İDDİA EDE BİLER?

четверг, 18 декабря 2014 г.

Səadət və bədbəxtlik insanın öz əlindədir.

Səadət və bədbəxtlik insanın öz əlindədir.
Allah təbarəku və təala Qurani-kərimdə insanları əldə edəcəkləri sonluq nöqteyi-nəzərindən iki qismə ayrıldıqlarını bildirmişdir; xoşbəxt və bədbəxt insanlar. Xoşbəxtliyi əldə etmək və bədbəxtlikdən uzaq olmaq insanın fitri meyillərindən oldugu üçün bütün insanlar heyatlarında əslində buna nail olmaga çalışırlar.Lakin insanların ciddiyyətlə buna dogru səy etmələrinə baxmayaraq onların əksəriyyəti dünya həyatında ona nail ola bilmirlər.Bəzi insanlar bunu heyatda olduqları zaman dərk edə bilir və həyatı üçün dönüş yaradaraq səadət hesab etdiyi aldadıcı nəaliyyətlərindən əl çəkib, əsl, həqiqi və daimi olan səadətə dogru yönəlir.Təbiidir ki,
bu dönüşün özü də asan bir şey olmayıb, insanın müəyyən qənaətlərə qəti şəkildə gəlməsindən sonra baş verir və nəticədə O, son dərəcə istiqamətli bir yol tutub, səadətli br sonluga çatdır. Bəzi insanlar isə xoşbəxlik açarı hesab etdiyi nəaliyyətlərin o qədər təsiri altinda qalırlar ki, heç vaxt bəsirət əldə edib, bunların aldadıcı oldugunu gorə bilmirlər. Onlar dünya həyatlarının sonuna qədər əbədi səadətlə nəticələnəcək qənaətləri ( yəni qəti dəlilləri) öz içlərində hasil edə bilmirlər və dünya və axirət bədbəxtçiliyinə özlərini məruz qoyurlar.Ona görə də aldadıcı nəaliyyətlərin ardıyca gedənlər zahiri və dünyəvi zövqlərin verdiyi məcazi xoşbəxtliyi qurtuluş bilib ondan bərk-bərk yapışırlar, aldadıcı nəaliyyətlərin kifayət olmayacagını dərk edənlər isə,bununla razılaşmayıb, həqiqi səadət üçün qənaətbəxş olan nəaliyyətləri əldə etmək üçün səy edirlər və sonunda əbədi xoşbəxtliyi qazanırlar. İndi, həyatda hər bir insana keçici səadət olan dünya zövqləri ilə real və daimi səadətə səbəb olan mənəvi zövqləri ayıra bilən qəti qənatlərin nələr olmasını ayırd edə bilmək düşür... Bunun üçün birinin yalan, digərinin dogru oldugunu bizə sübut edən dəlillər lazımdır.Hər bir insan bu dəlilləri öz içində tapa bilmə bacarıgı ilə xəlq olunmuşdur.Allah heç bir insanı anlaya bilməyəcəyi bir məsuliyyətlə yükləməz....

пятница, 5 декабря 2014 г.

HİKMƏT PEYGƏMBƏRLƏRƏ VERİLƏN ÖZƏLLİK

Hikmet peygemberlere verilen bir menevi feziletdir.
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

Ummilərə ( yazib oxuma bilmeyen ərəblərə) özlərindən bir peygember göndərən Odur.( Bu Peygəmbər ) Əvvəllər açıq-aşkar azgınlıqda olsalar da, onlara (Allahın) ayələrini oxuyar, onları (qəlblərini hər cür çirkinlikdən təmizləyər) təzkiyyə edər, onlara Kitabı və hikməti öyrədər.( cümə. a. 2)
Bu ayədə əvvəlcə peygəmbərin dərs oxumayan savadsız bir qövm içərisində çixarıldıgı bildirlir. Ummi kəliməsi quranda,  bu mənanı bildirərək, doguşdan yazıb oxuma bilməyən , dövrün elm inkişafından bixəbər olan bir qövmi tanıtdırmaq istəyir. Peygəmbər də bu qövmün içərisində böyüdüyü üçün heç bir kəsdən elm və təhsil almamış ,zahirən yazıb oxumaq bacarıgına sahib olmamışdır. Peygəmbərin bu özəlliyi, onu Qurani-kərim kimi, çox dərin bilgi və həqiqətləri, elmi sirləri, keçmişə və gələcəyə aid qeybi hadisələri ,insanın ictimai, fərdi, mədəni, ailəvi həyatı ilə əlaqədar olan bütün bilgiləri özündə dolgun şəkildə ehtiva edən bir kitabı,öz tərəfindən uydurmasını iddia etməyi mümkünsüz edərək , buna heç bir əsas qoymur. Ona görə Allah son kitabını , bütün bəşəriyyətə möcüzə olsun deyə , həyatını cahil ərəblər arasında sürmüş,kiçik yaşlarından yetim qalmış,yetginlik yaşında çobanlıq etmiş və heç bir ustad görməmiş ,sadə həyat tərzi sürən bir insana
nazil etmişdir.Hansı ki, onun tərbiyyəsi və bilikləndirilməsi bilavasitə onun özünə aiddir. Yəni Allah peygəmbərin qəlbini saff bir lövhə kimi qorumuş, sonra bu lövhəni istədiyi bilik, hikmət və mənəviyyatla doldurmuşdur. Qısa olaraq peygəmbərin ummi olmasının mənası budur.
Daha sonra bu ayədə peygəmbərin bir neçə özəllik və vəzifə ilə qövmünün içərisinə gəldiyi bildirlir, bunlar aşagıdakı xüsusiyyətlərdir;
1.Ayələri insanlara oxumaqla yükümlüdür.Deməli ayələri oxumaqla insanların qəlbi quranın ecazkar xitabının təsiri ilə haqqa dogru yönəlir. Bu birinici xüsusiyyətdir.
2.İnsanların qəlbini hər cür günah,çirkinlik və əxlaqi rəzalətlərdən təmizləmək. Bu xüsusiyyətin kitab və hikməti öyrətməkdən öncə zikr olunması zənnimcə əbəs deyildir. Çünki, insanların qəlbi də qablar kimidir. Elm , Hikmət, nəsihət qəlbdə düzgün anlaşılıb, qəlbi dogru yola yönəldə bilməsi üçün,qəlbin əvvəlcə safflaşması lazımdır.Əyər belə olmasa qəlbin rəzalətlərlə bulanıq olan halı elm,hikmət və nəsihəti də oldugu kimi deyil ,dəyişikliyə ugradaraq qəbil edəcək və düzgün olmayan məqsədə görə onlardan isitifadə edəcək.
3.Bu mərhələdə Peygəmbər insanlara kitabı anlatmaq,onun ehtiva etdiyi elmi,fiqhi, ictimai, mənəvi maarifi insanların anlaya biləcəyi şəkildə onlara izah etməklə vəzifəlidir.Çünki quranda dərin mənalı həqiqətlər vardır ki , bu da peygəmbərin bəyanı ilə aşkar olmalıdır.
4.Peygəmbər dördüncü məqamda insanlara hikməti bəyan etməklə yükümlüdür. Hikmət peygəmbərin sünnəsidir ki, bununla insanlar həyata və dinə aid olan her şeyin düzgün, haqqa uygun olan şəklini öyrənib əməl edərlər. Peygəmbər hikməti öyrətməklə insanlıga dünya və axirət səadətinə yetişməyin yollarını bəya edir ki, bu da peygəmbərin, qövlü,davranışı və iqrarından ibarət olnan sünnəsi ilə əldə olunan bir dəyərdir.

воскресенье, 16 ноября 2014 г.

Dinde islahat mefkuresi

Dində islahat anlayişı səhv bir düşüncənin nəticəsidir.Dində yeniləmə,islahat,modern həyata uygunlaşdırma məfhumları əslində insanların dini dəyərləri yaşamaq istəmədikləri və öz zövqlərinə uygun bir həyat seçdikləri üçün, fikir adamları tərəfindən yanlış olaraq ortaya atılmış mövzulardır. Həqiqətdə dini ideallar insan şüurunun fövqündə dayanan ,ona ziya verən onu hər hansı yanlışlıga düşməkdən qoruyan muqəddəs dəyərlərdir.Din fərdləri və cəmiyyəti islah etmək üçün mələkut aləmindən mülk aləminə feyz olaraq göndərilmişdir.Dini islah etməyə qalxdıgımız zaman şeytan öz gözəl ,zinətli vəsvəsə və təlqinləri ilə bizdən özünə inanan və fikirlərinə güvənən, şəriət islahatçıları və din qurtarıcıları yetişdirir.Nəticədə ən gözəl dini model bizim fikirlərimizdən dogan din olur.Bu isə Allahın gonderdiyi din deyildir, bizim muasir insanın zövqünə uygun təqdim etməyə çalışdıgımız dindir.Çox təssüf olsun ki bir əsrdən çox bir zamandır ki,bəzi ziyalı düşüncəsi ilə dinə yaxınlaşmaq istəyən mütəfəkkirlər yeni bir din modelini dünyaya təqdim etmək istəsələrdə bununla nə cəmiyyəti islah edə biliblər nə ideal din modelini insanlıga verə biliblər.Əksinə islahat apardıqları yerdə istəməsələr də belə bəzi dini dəyərləri yanlış anlamış və təhrif etmişlər.Nəticədə insanların dinə və onun ideallarına səhlənkar və yungül yanaşmalarına getirmişdir. Ona görə də əsl alim və mütəfəkkir dini islah etməyə çalışan deyil,insanların şüur və düşüncələrini dəyişən və islah edəndir.İnsanların yanlış düşüncələrinin islaha və cilalanmaga ehtiyacı vardır ki,ilahi dəyərləri qəbul etməkdə səhvə yol verməsin.Ona görə də dini tənqid yoxdur cəmiyyəti tənqid vardır.Lakin yanlış olaraq tənqidçi ictimai həyatın mənfiliklərini görüb tənqid etmək əvəzinə ,bu mənfiliklərin səbəblərinə cahil oldugu üçün bunu dini əqidənin və əxlaqın yetərsizliyində görüb nadanlıq üzündən dini tənqidlərə yol verir.Dini tənqidçi ,din ziyalısı adı altinda öz ruhuna uygun yeni bir dini əqidə və əxlaq modelini cəmiyyətə təqdim etməyə çalışır ki,bununla cəmiyyəti xilas edəcəyini düşünür.Lakin o anlamir ki,o bununla cəmiyyətə dini əqidə və əxlaq yox bir qalaq yanlış və azgınlıga ugradan fikirlər gətirir.

пятница, 14 ноября 2014 г.

HEQİQİ SEVGİ

HƏQİQİ SEVGİ...
insanlar arasında sevgi və məhəbbət yaradan səbəb və amillər müxtəlifdir.Hər sevgi də o sevgini yaradan səbəbə görə dəyər qazanır. Sevginin yaradan səbəb nədirsə dəyəri də o səbəb qədərdir.Bəzən iki şəxs arasında sevgi yaradan amil yalniz cinsi meyildir,bu həqiqətdə sevgi yox, ehtirasdan qaynaqlanan bir baglılıqdır.Belə qurulan məhəbbət və baglılıq tərəflər arasında cinsi meyillər söndüyü zaman yox olub gedər. Nəticədə hər iki tərəf aldandıgını dərk edər. Bəzən də iki şəxs arasında(yəni ər və arvad arasında) baglılıq yaradan amil , onların qazandıqlarI qabiliyyət və nəaliyyətlərdir. Bu zaman tərəflər bir-birinə bəzi məqamlara yiyələnmə gözü ilə baxırlar ki, digər insanlarda bunu görmürlər və yalnız bu məqama sahib olan insanı sevə biləcəyini düşünürlər.Belə sevgi də sonunda fəlakətlə bitən bir sevgidir, çünki bu zaman şəxs qarşı tərəfi onun özünə görə deyil qazandıgı bəzi statuslar və cəmiyyətdəki mövqeyinə görə bəyənib sevir.Bu mövqey aradan getdikdən sonra da sevgi də yox olub gedir. İki tərəf arasında yarana biləcək əsl sevgi isə , tərflərin ruhunun qatıldıgı , qovuşdugu, mənəvi duygularının birləşdiyi sevgi və məhəbbətdir.Bu sevgidə tərəfləri bədən gözəlliyi, qazanılmış qabiliyyətlər ,nəsil nəcibliyi deyil, iman bagı birləşdırır. Əyər tərəflərin sevgisində iman, mənəviyyat bagı vardırsa, bu sevgi əbədidir və heç vaxt sonməyəcək. Hətta, sevilən şəxs imandan başqa butun qazandıqlarını , məqamlarını və gözəlliyini itirərsə bu sevgini zərrə qədər dəyişə bilməz. Əsl sevgi budur, insanlar isə sevgi və məhəbbət adı ilə bir-birini aldadırlar.Hamı da bilərəkdən bi-birinin yalançı vəd və iddialarına özünü inandırmaga çalışır və ətrafa xoşbəxt oldugunu göstərməyə səy edir..

пятница, 8 августа 2014 г.

FUZEY İBNİ ƏYAZIN TÖVBƏSİ

Füzeyl ibn Əyaz rical (və hədis) kitablarında mötəbər rəvayətçi kimi qələmə verilmişdir. O, imam Sadiqdən (ə) hədislər nəql etmiş və məşhur zahid kimi tanınmışdır. O, ömrünün sonunda Kəbə evinin ətrafında yaşayırdı və Aşura günü vəfat etmişdir.
Füzeyl ibn Əyaz cavanlığında yol kəsən və oğru idi və camaat ondan qorxurdu. O, bir kənddən keçərkən bir qızı görür və ona aşiq olur. Bu qızın eşqi onu evin divarından dırmaşmağa belə məcbur etmişdi. O, öz vüsalına nail olmaq məqsədilə hər yola əl atırdı. Bu zaman ətraf evlərin birində arif bir şəxs Quran oxuyurdu:
«أَ لَمْ یَأْنِ لِلَّذِینَ آمَنُوا أَنْ تَخْشَعَ قُلُوبُهُمْ لِذِکْرِ اللّهِ...»
“Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!”
Quran oxuyan şəxs yuxarıdakı ayəyə çatdıqda, bu ayə bir ox kimi Füzeylin ürəyinə sancıldı və öz daxilində yandırıcı bir ağrı hiss etdi. Beləliklə, bu ayə Füzeyldə qeyri-adi bir dəyişiklik yaratdı. O, bir az fikirə daldı, görəsən, bu danışan kimdir? Bu mesajı verən kimdir? Mənə deyir ki, ey Füzeyl oyanmaq vaxtı deyildirmi? Bu qorxulu yoldan (yol kəsməkdən) qayıt. Bu aludəlikdən və çirkinikdən özünü təmizlə. Tövbə et! Füzeylin birdən səsi ucaldı və dedi:
«بَلى وَ اللّهِ قَدْ آنَ، بَلى وَ اللّهِ قَدْ آن»
“And olsun Allaha ki, vaxt çatıbdır, and olsun Allaha ki, vaxt çatıbdır.”
O, son qərarını almışdı və geri dönərək divardan aşağa endi. Bir neçə karvanın toplandığı bir xarabalığa daxil oldu. Karvanlar hərəkət etmək məqsədilə bir-birilə məşvərət edirdilər. Onlar deyirdilər: "Füzeyl və köməkçiləri yoldadırlar. Əgər hərəkət etməsək, var-dövlətimizi əlimizdən alacaqlar və bizi qarət edəcəklər." Onların bu sözü Füzeyli yuxudan oyatdı və özünü məzəmmət etdi və dedi: "İlahi, mən nə qədər pis adamam! Bu nə bədbəxtçilikdir ki, məndə var? Gecə yarısı günah etmək məqsədilə bayıra çıxmışam və müsəlman bir tayfa mənim qorxumdan bu xarabalığa üz tutub."
Füzeyl üzünü səmaya tutdu və bu sözlər dilindən cari oldu:
«اللّهُمَّ إِنِّى تُبْتُ إِلَیْکَ وَ جَعَلْتُ تَوبَتِى إِلَیْکَ جِوارَ بَیْتِکَ الْحَرامِ...»!
“İlahi, mən Sənə tərəf qayıdıram, tövbə edirəm və bundan sonra Allahın evinin ətrafında yaşayacağam. İlahi, pis işlərimə görə çox əziyyət çəkirəm, kimsəsizəm, mənim dərdimə əlac et, ey bütün xəstəlikləri sağaldan! Ey bütün eyiblərdən pak olan! Mənim ibadətimdən ehtiyacsız olan, ey, nöqsansız Allah! Məni öz rəhmətinlə bağışla, məni nəfsimin əsirliyindən qurtar!”
Allah onun duasını qəbul etdi və onu Öz mərhəmətinə daxil etdi. Beləliklə, Füzeyl oradan Məkkəyə tərəf yola düşdü və ömrünün son günlərinə qədər orada yaşadı.