вторник, 14 июля 2015 г.

Şiənin fiqhi qaynaqları

Şiə Allahın kitabına və Peyğəmbərin (s. a. a) sünnəsinə tabe olaraq şəri hökmləri istinbat etmək üçün aşağıdakı bu dörd təməl qaynaqdan istifadə etməkdədir: 1- Allahın Kitabı 2- Sünnə 3- İcma 4- Ağıl. Bu adı çəkilən qaynaqlar arasında da Allahın kitabı və Peyğəmbərin sünnəsi şiə fiqhinin ən fundamental qaynağı mövqesindədir və bu ikisi haqqında qısaca bir məlumat vermək istəyirik:
Allahın Kitabı; Quran
Şiə məktəbnin təqibçiləri Quranı öz fiqhlərinin ən fundamental və möhkəm qaynağı və ilahi hökmləri tanıma ölçüsü olaraq qəbul etməkdədirlər. Çünki şiə imamları İslamın səmavi kitabı olan Quranı fiqhi hökmlərini əldə etmək üçün ən uca qaynaq olaraq tanıtmışlar. Beləcə hər görüş Quranın sözüylə qiymətləndirilməli və Quran ilə üst-üstə düşdüyü və uyğunlaşdığı təqdirdə qəbul edilməlidir. Əks təqdirdə də ondan üz çevrilməlidir.
Şiənin altıncı öndəri olan İmam Sadiq (ə.s) bu mövzuda belə buyurmuşdur: “Quran ilə uyğun olmayan hər söz əsassız bir sözdür”[1]
Bunun kimi İmam Sadiq (ə.s) də Peyğəmbəri Əkrəmdən belə nəql etməkdədir: “Ey insanlar! Mənə isnad etdikləri hər söz əgər Allahın kitabıyla uyğunlaşma içindədirsə məndəndir və əgər onunla uyğunlaşma içində deyilsə məndən deyil. “[2]
Bu iki hədis də Müsəlmanların səmavi kitabının şiə imamları yanında şəri hökmləri istinbat üçün ən fundamental qaynaq sayıldığını ortaya qoymaqdadır.
Sünnə
Sünnə də Allah Rəsulunun (s. a. a) sözləri, davranışları və təqriri mənasında şiə fiqhinin ikinci aydın qaynağı səviyyəsindədir və Peyğəmbərin (s. a. a) Əhli Beyti olan imamlar müstəqil olaraq Peyğəmbərin sünnəsini və elm xəzinəsini nəql edən kəslər olaraq göstərilməkdədir. Əlbəttə Peyğəmbəri Əkrəmin sözləri də digər mötəbər yollardan əldə edildiyi təqdirdə yenə də şiə tərəfindən qəbul edilməkdədir.
Burada iki sahədə müzakirə etmək və araşdırmaq lazımdır:
Peyğəmbərin (s. a. a) sünnəsinə sarılmanın dəlilləri
Şiə İmamları, təqibçilərinə Quranı tövsiyə etmənin yanında onlara Peyğəmbərin (s. a. a) sünnəsini də tövsiyə etmişlər. Kitab və sünnəni birlikdə tərifləmişlər. Necə ki İmam Sadiq (ə.s) belə buyurmuşdur: “Sizə bir söz çatdığında, əgər Allahın kitabında və Peyğəmbərin sözlərində onun bir dəlilini tapsanız qəbul edin. Əks təqdirdə o söz gətirən kimsəyə daha layiqdir. “[3]
Hakəza İmam Məhəmmədi Baqir (ə.s) də Peyğəmbərin sünnəsinə sarılmağı, bütün şərtlərə sahib bir fəqihin təməl şərti saymış və belə buyurmuşdur: “Gerçək fəqih, dünyadan üz çevirən, axirətə rəğbət edən və Peyğəmbərin (s. a. a) sünnəsinə sarılan kimsədir. “[4]
Şiənin böyük öndərləri, Peyğəmbərin sünnəsi haqqında elə bir dərəcəyə çatmışlar ki Allahın kitabı və Peyğəmbərin sünnəsinə müxalifəti küfr səbəbi olaraq qəbul etmişlər. İmam Sadiq (ə.s) bu mövzuda belə buyurmuşdur: “Hər kim Allahın kitabına və Məhəmmədin (s. a. a) sünnəsinə müxalif çıxsa şübhəsiz kafirdir”[5]
Bu bəyan üzrə açıqca aydın olduğu kimi şiə digər islami qruplardan daha çox Peyğəmbəri Əkrəmin sünnəsinə dəyər vermişdir və beləcə də Şiəni Peyğəmbərin sünnəsinə etina göstərməməklə ittiham edən kəslərin sözlərinin əsassız olduğu isbat edilmiş olmaqdadır.
Əhli Beytin (ə.s) Hədislərinə sarılmanın dəlilləri
Şiənin, Peyğəmbərin (s. a. a) Əhli Beytin (ə.s) hədisləri haqqındakı sözünün açıqlığa qovuşması üçün bu iki mövzunu araşdırmamız lazımdır:
a-Günahsız imamların hədislərinin mahiyyəti
b-Peygamberin Əhli Beytinə sarılmanın lazımlılığının və etibarının dəlilləri
İndi də açıq-aşkar dəlillər işığında sözü çox uzatmadan hər iki mövzunu araşdırmağa keçək.
Allah Rəsulunun (s. a. a) hədislərinin mahiyyəti
Şiə baxımından yalnız aləmlərin rəbbi olan Allah insanlıq cəmiyyəti üçün qanun qoyma və təşri haqqına malikdir. Allah müqəddəs şəriətin hökm və qanunlarını Peyğəmbəri vəsiləsiylə bütün insanlara çatdırmışdır. Açıqca bilindiyi kimi Allah Elçisi insanlar ilə Allah arasında yeganə vəhy və qanun qoyma vasitəsidir. Bu bəyan üzrə aydın olduğu kimi əgər şiə Əhli Beytin hədislərini də öz fiqhinin qaynaqlarından biri qəbul etmişsə bu Peyğəmbəri Əkrəmin sünnəsi qarşısında onlara bir əsalət və müstəqil bir dəyər ətf etdiyi mənasında deyil. Əhli Beytin hədislərinin etibarı da Allah Rəsulunun (s. a. a) sünnəsini bəyan etdiyi səbəbiylədir.
O halda şiənin günahsız imamları da özbaşına bir sözə sahib deyil və dedikləri hər şey Peyğəmbəri Əkrəmin sünnəsinin elə özüdür.
Burada bu sözü isbat etmək üçün Əhli Beytin bəzi rəvayətlərini qeyt etməyi uyğun hesab edirik:
1- İmam Sadiq (ə.s) özünə sual soruşan birinə belə buyurmuşdur: “Sənə verəcəyim hər cavab Peyğəmbəri Əkrəmdəndir və biz öz görüşümüz üzrə danışmarıq. “[6]
Başqa bir yerdə isə belə buyurmuşdur: “Mənim sözüm atamın (İmam Baqirin), atamın sözü isə babamın (İmam Əli b. Hüseynin) sözüdür. Babamın sözü də Hüseyn b. Əlinin və Hüseynin sözü də Həsən b. Əlinin və İmam Həsənin sözü də Möminlərin Əmrinin və onun sözü də Allah Rəsulunun və Allah Rəsulunun sözü də Əziz və celil olan Allahın sözüdür. “[7]
İmam Məhəmməd Baqir (ə.s) Cabirə belə buyurmuşdur: “Atam babamdan, o da Allah Rəsulundan (s. a. a) o da Cəbrayıldan (ə.s), o da əziz və celil olan Allahdan mənə nəql etmişdir. Mənim sənə rəvayət etdiyim də bu isnad ilədir. “[8]
Söz mövzusu rəvayətlər işığında Peyğəmbəri Əkrəmin sünnəsindən ibarət olan şiə imamlarının hədislərinin mahiyyəti də açıqlıga qovuşmuş oldu.
Peyğəmbərin Əhli Beytinə Sarılmanın Lazımlılığının və Etibarının Dəlilləri
Şiə və Sünni muhaddisler, özündən sonra iki qiymətli mirası əmanət olaraq buraxdığına, bütün Müsəlmanları bu iki əmanətə uyğun gəlməyə dəvət etdiyinə və insanların hidayət və səadətinin yalnız bu iki əmanətə sarılmalarıyla mümkün olduğuna və bu iki əmanətdən birinin Allahın kitabı Quran, digəri də Peyğəmbərin Əhli Beyti və itreti olduğuna inanmaqdadırlar.
Burada nümunə olaraq bu rəvayətlərdən bəzilərini nəql edək.
1- Tirmizi Öz Səhihində Cabir b. Abdullah Ənsarıdan və o da Allah Rəsulundan belə rəvayət etmişdir: “Ey insanlar, şübhəsiz mən sizlərə tabe oldugunuz müddətcə əsla sapmayacağınız bir şey buraxıram. Bu Allahın kitabı və mənim itretim olan Əhli Beytimdir. “[9]
2- Hakəza Tirmizi adı çəkilən kitabında belə yazmaqdadır: “Allah Elçisi (s. a. a) belə buyurmuşdur: “Mən sizlərə, məndən sonra sarıldığınız müddətcə əsla sapmayacağınız bir şey buraxıram. Bunlardan biri digərindən daha böyük olan və göy ilə yer arasında uzadılmış bir ip olan Allahın kitabıdır və digəri isə itretim olan Əhli Beytim. Bunlar hovuzda yanıma gələnə qədər əsla bir-birindən ayrılmazlar. Məndən sonra bu ikisinə necə davrandığınıza yaxşı baxın. “[10]
3- Müslim b. Haccac Səhihində Peyğəmbəri Əkrəmin belə buyurduğunu nəql etməkdədir: “Ey insanlar! Mən də bir bəşərəm. Yaxında Allahın elçisi (Əzrail) mənə də gələcək və mən ona razılıq edəcəyəm. Mən sizlərə iki qiymətli şey buraxıram. Onların birincisi Allahın kitabıdır. Onda hidayət və nur vardır. O halda Allahın kitabına sarılın.” Peyğəmbər daha sonra insanları Qurana təşviq etdi və belə buyurdu: “və Əhli Beytim! Mən Əhli Beytim haqqında sizlərə Allahı xatırladıram, mən Əhli Beytim haqqında sizlərə Allahı xatırladıram, mən Əhli Beytim haqqında sizlərə Allahı xatırladıram. “[11]
4- Bir qrup muhaddis Peyğəmbəri Əkrəmdən belə buyurduğunu rəvayət etmişdir: “Şübhəsiz mən sizlərə iki qiymətli əmanət buraxıram. Bunlar Allahın kitabı və Əhli Beytimdir. Şübhəsiz onlar hovuzda yanıma gələnə qədər əsla bir-birindən ayrılmazlar. “[12]
Xatırlatmaq lazımdır ki bu mövzudakı hədislər burada zikr edilə bilməyəcək qədər çoxdur. Böyük araşdırmaçı Seyid Mir Hamid Hüseyn, bu hədisin sənədlərini Abaqat’ul-Envar adlı altı cildlik kitabında bir yerə toplamışdır.
Allahın kitabı və Peyğəmbəri Əkrəmin sünnəsinin yanında adı çəkilən rəvayətlər işığında açıqca aydın olduğu üzrə Peyğəmbərin Əhli Beytinə sarılmaq və onlara tabe olmaq İslamın zəruri hökmlərindən biridir. Onların sözlərini tərk etmək isə insanın sapmasına və dəlalətə düşməsinə səbəb olar.
Burada ortaya çıxan sual budur: İtaətləri Allah Rəsulunun əmriylə bizlərə fərz olan Peyğəmbərin Əhli Beyti kimlərdir. Bu mövzunun başa düşülməsi üçün rəvayətlərə istinad edərək Peyğəmbərin (s. a. a) Əhli Beytinin mənasını araşdırmağa çalışaq:
Peyğəmbərin (s. a. a) Əhli Beyti Kimlərdir?
Adı çəkilən rəvayətlərdən açıqca aydın olduğu üzrə Peyğəmbəri Əkrəm bütün Müsəlmanları Əhli Beytinə tabe olmaga dəvət etmiş və onları Allahın kitabının yanında özündən sonra insanların baş vuracağı qaynaq olaraq göstərmiş və böyük bir açıqlıqla belə buyurmuşdur: “Quran və itrət əsla bir-birindən ayrılmazlar.” Bu əsas üzrə Peyğəmbərin (s. a. a) Əhli Beyti, Allah Rəsulunun onları quranın tayı olaraq tanıtdığı hökmün səbəbilə ismət mövqeyinə sahib olan və İslami təlimlərin aydın bulağından içən kəslərdir. Çünki əksi təqdirdə onlar da Allahın kitabının ayrılmış olardılar. Halbuki Peyğəmbəri Əkrəm belə buyurmuşdur: “Quran və Əhli Beyt, hovuzda yanıma gələnə qədər əsla bir-birindən ayrılmayacaq.
Beləcə Əhli Beyti dəqiq olaraq tanımanın zərurəti və yalnız bütünü Peyğəmbərin itrətinden olan şiə İmamlara uyğunlaşdırıla bilən sifətləri tanımanın lazımlıgı isbat edilmiş olmaqdadır.
İndi də böyük İslam muhəddislerinin rəvayətləri işığında bu mövzudakı dəlillərimizi bəyan edək:
1- Müslim b. Haccac Saqaleyn hədisini bəyan etdikdən sonra belə demişdir: “Yezid b. Heyyan, Zeyd b. Ərqama belə soruşdu: “Peyğəmbərin (s. a. a) Əhli Beyti kimlərdir? Onlar Peyğəmbərin yoldaşlarıdırmı?” Zeyd b. Ərqam cavab olaraq belə dedi: “Xeyr (belə deyil)! Allaha and olsun ki qadın müəyyən bir zaman kişi ilə birlikdədir. Daha sonra o şəxs atasının evinə geri dönsün deyə arvadını boşayar. Peyğəmbərin Əhli Beytindən məqsəd Peyğəmbərin əsli və bağlısı olduğu kəslərdir. Yəni aralarında dərin bir yaxınlıq əlaqəsi olan və Peyğəmbərdən sonra özlərinə sədəqənin haram olduğu kəslərdir.” Bu rəvayət də açıq bir şəkildə onlara sarılmanın eynilə Allahın kitabına sarılmaq kimi fərz olduğu, Peyğəmbərin Əhli Beytindən məqsədin Peyğəmbərin yoldaşları olmadığına şahidlik etməkdədir. Əksinə Peyğəmbərin Əhli Beyti cismani isnadın yanında Peyğəmbərə mənəvi bağlılıq barəsində də xüsusi bir ləyaqətə sahib olan kəslər olmalıdır ki beləcə onları Allahın kitabının yanında dünya Müsəlmanları üçün bir qaynaq olaraq göstərmək mümkün olsun.
2- Peyğəmbəri Əkrəm Əhli Beytin yalnız sifətlərini bəyan etməklə qalmamış, onların sayının da on iki adam olduğunu bəyan etmişdir. Necə ki Müslim, Cabir b. Səmərədən belə rəvayət etməkdədir: “Peyğəmbəri Əkrəmin (s. a. a) belə buyurduğunu eşitdim: “İslam, on iki xəlifəylə əziz qalacaq.” Daha sonra bir şey söylədi ki mən anlamadım. Atama Peyğəmbərin nə buyurduğunu soruşdum. Mənə Peyğəmbərin belə buyurduğunu cavab verdi: “Onların bütünü Qureyşdəndir. “[13]
Müslim b. Haccac eyni şəkildə Allah Rəsulundan (s. a. a) belə buyurduğunu rəvayət etməkdədir: “İnsanların işləri özlərinə on iki imam hakim olduğu müddətcə bir nizam içində olacaq.” Bu iki rəvayət şiənin, “Şiənin on iki imamı Peyğəmbəri Əkrəmdən sonra insanların gerçək öndərləridir” sözünün açıq-aşkar bir dəlilidir. Çünki İslamda Allah Rəsulundan dərhal sonra Müsəlmanların işlərinin mərkəzi mövqeyində olan və İslamın izzət və şövkət səbəbi olan on iki xəlifə Peyğəmbərin Əhli Beytindən olan on iki imam xaricində bir məna ifadə etməməkdədir. Çünki Müsəlmanların ədəbiyyatında raşid xəlifələr deyə bilinən dörd xəlifədən keçəcək olsaq Ümeyye oğulları və Abbas oğullarından olan digər idarəçilər tarixin də şahidlik etdiyi pis davranışlarıyla İslam və Müsəlmanlar üçün bir utanc səbəbi olmuşdur.
Bu əsas üzrə Peyğəmbəri Əkrəmin Quranın tayı və dünya Müsəlmanlarının mərceyi mövqeyi olaraq tanıtdığı Əhli Beytdən məqsəd Peyğəmbərin itrətinden olan on iki imamların şəxsən özüdür və bu İmamlar Allah Rəsulunun sünnəsinin qoruyucusu və elminin daşıyıcılarıdır.
3- Möminlərin Əmri Əli b. Əbi Talib (ə.s) də Müsəlmanların öndərlərinin Haşimoğullarından olduğunu söyləmişdir. Bu da şiənin Əhli Beyti tanıma barəsində söyləmiş olduğu sözün doğruluğunun açıq-aşkar bir dəlilidir. Necə ki Hz. Əli belə buyurmuşdur: “İmamlar Qureyşdən, Qureyşin Haşimi soyun­dandır. Onlardan başqasına rəhbərlik yaraşmaz, vəlayətə onlardan başqası layiq deyil. “[14]
Nəticə:
Bütün bu haqqında danışılan rəvayətlərin ümumisindən bu iki həqiqət ortaya çıxmaqdadır:
1- Peyğəmbərin Əhli Beytinə sarılmaq və onlara tabe olmaq Allahın kitabına itaət kimi fərzdir.
2- Quranı Kərimin tayı və dünya Müsəlmanlarının mərceyi məqamı olaraq tanıdılan Allah Rəsulunun Əhli Beyti aşağıdakı xüsusiyyətlərə malikdir:
a-Hamısı da Qureyşdən və Haşim oğulları boyundandır.
b-Onların hamısı da Allah Elçisi ilə elə bir yaxınlığa malikdir ki onlara sədəqə haramdır.
c-Əhli Beyt imamlarının bütünü ismət məqamına malikdir. Əksi təqdirdə praktik olaraq Qurani Kərimdən ayrı olmaları lazım idi. Halbuki Peyğəmbəri Əkrəm belə buyurmuşdur: “Bu Quran və itrətim Kövsər hovuzunun kənarında yanıma gələnə qədər bir-birindən əsla ayrılmazlar.”
d-Əhli Beyt imamları on iki adamdır və Allah Rəsulundan sonra bir-biri ardında Müsəlmanların öndəri və vəlisi mövqeyindədir.
e-Peyğəmbərin (s. a. a) bu on iki xəlifəsi İslamın getdikcə artan izzət və şövkətinin səbəbidir.
Rəvayətlərdən əldə edilən bu sifətlər göz qarşısında saxlanıldığı təqdirdə, Peyğəmbərin Müsəlmanlara tabe olmagı tövsiyə etdiyi Əhli Beyt imamlarından məqsədinin, şiənin fiqhi hökmlərini tanımada onlara uymaq və tabe olmaqla öyündüyü Peyğəmbəri Əkrəmin itrətinden olan on iki İmam olduğu gerçəyi gün kimi ortaya çıxacaq.

Ayetullah Cəfər Subhani.
mutərcim:Dadash Əlibəyli.
……………………………………………………………………………………………………………..
[1] Üsulu Kafi, c. 1, Kitabı Fezl’il-İlm, Babul-Ehz bil-Sünnəti və Şevahid’il-Kitap, 3. hədis
[2] a. g. e. 5. hədis
[3] Üsulu Kafi, c. 1, Kitabı Fezl’il-İlm, Babul-Exz bil-Sünne və Şevahid’il-Kitap, 3. hədis
[4] a. g. e. 8. hədis
[5] a. g. e. 6. hədis
[6] Məscidi Ehadis’iş-Şia, c. 1, s. 129
[7] a. g. e. s. 127
[8] a. g. e. s. 128
[9] Səhihi Tirmizi, Kitab’ul-Menakıb, Babı Menakıbı Əhli Beytin-Nəbi, c. 5, Beyrut nəşri s. 662, 3786. hədis
[10] a. g. e. s. 63, 3788. hədis
[11] Səhihi Müslim, c. 7, Babı Fezaili Əli b. Əbi Talib, Misir Nəşri, s. 122 və 123
[12] Müstedreki Hakim, c. 3, s. 148; əs-Sevaik’ul-Muhrika, 11. bab, 1. fəsil, s. 149. Aşağıda zikr edilən kitablarda da buna yaxın sözlər yer almishdir: Müsnedi Əhməd, c. 5, s. 182 və 189; Kenz’ul-Ummal, c. 1, Babui-itisam- bil-Kitabı ve’s-Sünne, s. 44
[13] Səhihi Müslim, c. 6, s. 3, Misir Nəşri
[14] Nehc’ül-Belağa, 144. xütbə

четверг, 12 марта 2015 г.

Allah Rəsulunun Rahib Şəmuna nəsihəti.

Allah Rəsulunun rahib Şəmuna agıl,elm və cəhaləti bəyan etməsi

(əbədi öyüdlər silsiləsindən ,yalnız ibrət götürmək üçün oxuyaq!)
Hz. İsa aleyhissələmin həvarilərindən olan Yahudanın nəvələrindən, Şəmun ibni Lavı adıyla məşhur bir rahibin, Rəsulullaha yönəltdiyi bir çox suallarını və Peygmaberi Əkrəmin, ona verdiyi cavabları və onun Müsəlman olmasını, bütün detallarıyla ehtiva edən uzun bir hədisdən kitabın üslubuna uyğun gələn bəzi hissələrini qeyd edirik:
Şəmun, Rəsulullaha, “Mənə ağıl haqqında məlumat ver. Ağıl nədir? Necədir? Ağıldan ayrılan qollar nələrdir? (Ağılın məhsulları nələrdir?) Və bunların bütün qisimlərini mənə açıqlayın.” deyə soruşdu. Rəsulullah sallallahu əleyhi və alih belə buyurdu: “Ağıl, cahilliyin bukağıdır; nəfs, ən pis heyvana bənzər; bukağı takıl­mazsa danlaq. Beləcə ağıl cahilliyin buxovudur. Allahı Təala ağılı yaradıb ona, “Gəl” dedi, o da gəldi; ona “Dön” dedi o da döndü; sonra Haqq Təala belə buyurdu: “İzzət və cəlalıma and olsun ki, səndən daha əzəmətli və səndən daha itaatkar bir varlıq yarat­madım; səninlə başlayıb səninlə xilqəti yeniləyəcəyəm. Mükafat sənin üçündür, əzab da sənədır.”[1]
Daha sonra ağıldan helm (yumşaqlıq), helmdən elm, elmdən rüşd (yetkinluq), rüşdden iffət, iffətdən qorunma (çəkinmə), təqvadan həya, həyadan təmkin (ciddi olmaq), təmkindən xeyirli işlərdə stabillik (davamlılıq) və stabillikdən pislikdən nifrət etmək, pislikdən nifrətdən də nəsihət verənə itaət etmək meydanə gəldi. Bunlar, ağıldan ayrılan on dənə xeyirli səmərədir. Bunlardan hər biri də on ayrı qola ayrılar.
Helmin (yumşaqlığın) səmərələri: Gözəl davranmaq, yaxşı insan­larla yoldaşlıq etmək, alçaqdan qaçınmaq, alçaqlıqdan uzaq durmaq, yaxşılığı çox istəmək, uca dərəcələrə yaxınlaşmaq, bağışlamaq, yaxşı dolanmaq, lütfkarlıqda olmaq və boşuna danışmamaqdır. Bunlar helm sayəsində ağıllıya nəsib olan sifətlərdir.
Elmin səmərələri: Kasıblığa baxmayaraq zəngin olmaq (elm vasitəsiylə özünü zəngin görmək), xəsisliyə baxmayaraq comərd olmaq(adam quruluşu etibarilə xəsis ola bilər amma elmin gərəyi olaraq comərdlik edər), sadəliyinə baxmayaraq heybətli olmaq, xəstəliyə baxmayaraq sağlam olmaq (bədəninin xəstə olmasına baxmayaraq əhvalı yerində olmaq), uzaq­lığa baxmayaraq yaxın olmaq, inadçı və israrlı olmasına baxmayaraq həyalı olmaq, alçaqlığa baxmayaraq ucalıq, aşağılığa baxmayaraq şərəfli olmaq, hikmət, etibar və mövqeyə sahib olmaq. Həqiqətdə bunlar, ağıllının elm vasitəsiylə əldə etdiyi şeylərdir. O halda həm ağıllı və həm də alim olan insana nə xoşbəxtdir.
Rüşdün səmərələri: Düzgünlük, hidayət, yaxşılıq, təqva, müvəffəqiyyət, etidal (balanslı olma), iqtisad (nə bədxərc və musrif nə də xəsis olma), mükafat, kərəm və Allahın dinini tanımaq. Bunlar ağıllının rüşd vasitəsiylə əldə etdiyi şeylərdir. Elə isə nə xoşbəxtdir doğru yolda sabit olan kimsə.
İffətin səmərələri: (Təqdirinə) Razı olmaq, təvazökar olmaq, (xeyrlərdən) faydalanmaq, dinc olmaq, (əlinin altında bulunan­ların halını) soruşmaq, xuşu, təzəkkür (qafil olmamaq), təfəkkür, hədiyyədə olmaq və comərdlik. Bunlar, iffət vasitəsiylə ağıllı kim­seye, Allahu Təala və Onun verdiyi ruzidən məmnun olduğu təq­dirdə, nəsib olan şeylərdir.
Siyanetin (özünü qorumanın) qisimləri: Salah (düzgünlük), təvazö, zühd, tövbə, anlayış, ədəb, lütfkarlıq, sevgi qazanmaq, xeyirli işlərdə olmaq və pislikdən çəkinmək. Bunlar günahlardan qorunma vəsiləsiylə ağıllının əldə etdiyi şeylərdir. Elə isə Allahın, siyanetle ikramda oldugu qullar nə xoşbəxtdir.
Həyanın səmərələri: Yumşaqlıq, şəfqət, gizlidə və açıqda Allahı xatırlamaq, səhhət, pislikdən qaçınmaq, gülər üzlülük, comərdlik, müvəffəqiyyət və xalqın arasında yaxşılıqla xatırlanmaq. Bunlar həya vasitəsiylə ağıllının əldə etdiyi şeylərdir. Allahu Təalanın nəsi­hətını qəbul edib, Onun ifşasından qorxan kimsə nə xoşbəxtdir.
Təmkinin (ciddiliyin) səmərələri: Lütf etmək, tədbirli olmaq, əmanəti əda etmək, xəyanəti tərk etmək, doğru danışmaq, namuslu olmaq (fahişəlikdən qorunmaq), malını islah etmək (mal və sərvətini yaxşıca qoruyub yerində xərcləmək), düşmənə qarşı hazırlıqlı olmaq, pislikdən çəkindirmək və başıboşluğu tərk etmək. Bunlar, təmkin vasitəsiylə ağıllıya nəsib olan şeylərdir. Təmkinli olan, cahil və yüngül olmayan, əff edib bağışlayan və (başqalarının səhvini) gör­mezlikdən gələn kimsə nə xoşbəxtdir.
Xeyir işi davam etdirmənin nəticələri: Çirkin və pis işləri tərk etmək, axmaqlıqdan uzaqlaşmaq, günahdan çəkinmək, yəqinə çatmaq, qurtu­luşu sevmək, Rəhman (olan Allah)a itaət etmək, dəlil və bur­hana hörmət göstərmək, Şeytandan çəkinmək, ədalətə boyun əymək və haqqı söyləmək. Bunlar xeyir işi davam etdirmənin nəticəsi olaraq ağıllıya nəsib olan şeylərdir. Gələcəyini və (qiyamət günü yenidən) diriləcəyini unutmayan və dünyanın faniliyindən ibrət götürən kimsə nə xoşbəxtdir.
Pisliyi sevməmənin nəticələri: Təmkin (ciddilik), səbr, müvəffəqiyyət, açıq və doğru yol üzərində olmaq, hidayəti davam etdirmək, Allaha iman etmək, xalqa qarşı hörmətli olmaq, ixlaslı olmaq, özünü maraqlandırmayan boş şeyləri tərk etmək və özünə faydalı olan işləri qorumaq. Bunlar şərri sevməməkdən ötrü ağıllıya nəsib olan şeylərdir. Nə xoşbəxt, Allahın haqqını yerinə yetirən və Allah yolunun möhkəm iplərinə (nişanelerine ) sarılan kimsəyə.
İnsanın xeyirini istəyənin sözlərinə itaət etmənin nəticələri: Ağılın çoxalması, fikirin yetkinləşməsi, yaxşı aqibətli olmaq, qınanmaqdan qurtuluş, (haqqı) qəbul etmək, dostluq, könül açıqlığı, insaf, (xeyir) işlərdə (digərlərindən) önə keçmək və Allaha itaət etmədə güclü olmaq. Nə xoşbəxt heva və həvəs meydanlarından xilas olan kimsəyə. Bütün bunlar ağıldan törəyən xüsusiyyətlərdir.
Daha sonra Şəmin, Rəsulu Əkrəmə: “Cahilin nişa­nələrini də açıqlayın.” dedi. Rəsulullah sallallahu əleyhi və alih belə buyurdular: “Cahil ilə dost olsan, səni zəhmətə salar, uzaq dayansan söyər. Sənə bir şey versə minnət edər, sən bir şey verdiyində nankorluq edər. Sirrini ona söyləsən xəyanət edər; sənə sirrini söyləsə səni (onu yaymaqla) günahlandırar. Zənginləşsə azar, kobud və daş ürəkli olar; kasıblaşsa Allahın nemətlərini inkara cəhd edər və günahdan çəkinməz. Sevincli olsa, həddini aşar və azğınlıq edər; kədərlənsə, ümidsizliyə qapılar. Güldüyündə, qəhqəhəylə gülər; ağladığında qışqırar; yaxşılara dil uzadar. Allahı sevməz; Onun haqqlarını güdməz; Allahdan utan­maz və Onu xatırlamaz. Özünü razı etsən, səni mədh edər və haqqında gerçəyi olmayan gözəl şeylər söyləyər; sənə əsəbiləşsə, tərifləri kəsilər, haqqında gerçəyi olmayan pis şeylər söyləyər. həqiqətdə cahilin vəziyyəti budur.”
Şəmin, daha sonra “İslamın nişanesini açıqlayın?” dedi. Rəsulullah sallallahu əleyhi və alih belə buyurdular: “İslamın nişanəsi iman, elm və əməldir.”
“İman, elm və əməlin nişanesi nədir?” deyə soruşduğunda isə Rəsulullah sallallahu əleyhi və alih belə buyurdu:
“İmanın əlaməti dörddür: Allahın birliyini təsdiq etmək; Ona, Onun kitablarına və peyğəmbərlərinə inanmaq.
Elmin əlaməti isə dörddür: Allahı tanımaq, Onun dostlarını tanımaq, ilahi fərzəlrı bilmək və onları əda etməkdə səhlənkarlıq etməmək.
Əməlin nişaneleri isə bunlardır: Namaz, oruc, zəkat və ixlaslı olmaq.”
Sonra Şəmun, Rəsulullaha, “Doğru kimsənin, möminin, səbirlinin, tövbə edənin, şükr edənin, xuşu sahibinin, saleh kimsənin, başqalarının xeyirini istəyənin, yəqin əhlinin, ixlas sahibinin, zahidin, yaxşının, təqvalının, təkəllüf əhlinin, zalımın, ri­yakarın, münafiqin, həsəd aparanın, israf edənin, qafilin, xainin, təm­bəlin, yalançının və fasığın əlamətlərini açıqlayın.” dedi. Rəsulullah sallallahu əleyhi və alih belə buyurdu:
“Doğru olan kimsənin əlaməti dörddür: Doğru danışar; Allahın müjdəsini və qorxutmasını təsdiq edər; əhdini yerinə yetirər və xəyanətdən qaçınar.
Möminin əlaməti də, şəfqətli, anlayışlı və həyalı olmaqdır.
Səbirlinin əlaməti də dörddür: Çətinliklərə qarşı səbr edər; yaxşı işlərdə qərarlı olar, təvazö və helm sahibidir.
Tövbə edənin də əlaməti dörddür: Sırf Allahın razılığı üçün əməl edər; batili tərk edər; haqqa sarılar və xeyirli işlərə çox maraq göstərər.
Şükr edənin də əlaməti dörddür: Nemətlər qarşısında şükr edər; bəlaya qarşı səbirli olar; Allahın qismət etdiyi şeylə kifayətlənər və Allahdan başqasına həmd və təzimdə olmaz.
Xuşu sahibinin əlaməti dörddür: Gizli və açıq hər yerdə Allahın nəzarətində olduğunu bilər; yaxşı işlər edər; qiyaməti düşünər və Allahla münacat edər.
Saleh kimsənin əlaməti də dörddür: Ürəyini təmizləyər; əməlini düzəldər; qazancını və bütün işlərini islah edər (İslami ölçülərə görə nizama salar).
Başqalarının xeyirini istəyən kimsənin əlaməti də dörddür: Haqq üzrə hökm edər, öz əleyhinə belə olsa haqqı söyləyər; özü üçün istədiyi şeyi başqaları üçün də istər və heç bir kimsəyə haqsızlıq etməz.
Yəqin əhlinin əlaməti isə altıdır: Allahın varlığına yəqin edib Ona iman gətirər, ölümün haqq olduğuna yəqin edib ona qarşı diqq­ətli olar; qiyamət gününün haqq olduğuna yəqin edib o gündə alçaq olmaqdan qorxar; cənnətin haqq olduğuna yəqin edib onun üçün darıxar; cehen­nemin haqq olduğuna yəqin edib ondan xilas olmaq üçün açıq bir şəkildə səy göstərər və hesabın haqq olduğuna yəqin edib öz nəfsini hesaba çəkər.
İxlas sahibinin əlaməti dörddür: Qəlbi (şirk, küfr, kin vs. şeyler­den) və üzvləri (günah etmək, əziyyət etmək vs. şeylərdən) salamat qalar; başqalarına yaxşılıq edər və pislik etməkdən çəkinər.
Zahidin əlaməti on şeydir: Haramlara (rəğbət) göstərməz; nəfsinə hakim olar; Rəbbinin vaciblərini yerinə yetirər; kölə isə gözəl itaət edər; əfəndi isə yaxşı idarə edər; nə təəssübü olar, nə də kini; özünə pislik edənə yaxşılıq edər, zərər verənə xeyrlə cavab verər, özünə haqsızlıq edəni bağışlayar və Allahın haqqına boyun əyər.
Yaxşı insanın əlaməti də on şeydir: Allah üçün sevər. Allah üçün nifrət edər; Allah üçün biriylə yoldaş olar; Allah üçün yoldaşlığını pozar; Allah üçün hirslənər; Allah üçün məmnun olar; Allah üçün çalışar, Allahı arzular; təmiz, ixlaslı, həyalı, qorxulu olub əməllə­rini müşahidə edən Allaha qarşı xuşu içərisində olar və Allah yolunda ehsanlar edər.
Təqvalının əlaməti isə altı şeydir: Allahdan qorxar. Allahın sorğusundan çəkinər. Allahı görərcəsinə axşamlayıb səhərlər; dünyaya əhəmiyyət verməz və əxlaqı gözəl olduğu üçün dünyanın heç bir şeyini böyük saymaz. [2]
Mütəkəllif olanın (zorla özünü əhl göstərmək istəyən kim­sənin) əlaməti dörddür: Faydasız şeylərdə mübahisə edər; özündən üstün olan kimsəylə çəkişər; çata bilməyəcəyi şeyə əl uzadar və səyini, özünü qurtarmayacaq şeylərdə sərf edər.
Zalımın əlaməti də dörddür: Özündən üst səviyyədə olana itaət etməməklə zülm edər; özündən aşağıdakıları zorla özünə kölə edər; haqqa düşmən olar və açıqca zülm edər.
Riyakarın əlaməti də dörddür: Yanında biri olduğunda, Allah yolunda olan işə əlaqə göstərər; tək olduğunda isə tənbəl olar; hər işində təriflənməsini çox sevər; adını yaxşı tanıtmağa çalışar.
Münafiqin əlaməti də dörddür: Batini xarabdır, dili qəlbi ilə, sözü əməliylə və içi də xariciylə ziddiyyət təşkil edər. Cəhənnəm atəşində yanacaq münafiqin vay halına.
Həsəd aparanın əlaməti də dörddür: Qeybət, yaltaqlıq və (başqalarını) başlarına gələn müsibətlə tənqid etmək. [3]
Bədxərcin əlaməti dörddür: Batil ilə fəxr etmək, malik olmadığı şeyi (kreditlə) yemək, xeyr işləri etməyə maraq duymamaq və özünə faydası toxunmayan kəsləri tənqid etmək.
Qafilin əlaməti də dörddür: Qəlb gözünün korluğu, yanılma içeri­sinde olmaq, əylənmək və unutqanlıq.
Tənbəlin əlaməti də dörddür: Qüsur həddinə qədər zəiflik edər; işləri məhv edəcək dərəcədə qüsur göstərər; dözümsüz olana qədər işləri məhv edər və günaha sürüklənincəyə qədər dözümsüz olar.
Yalançının əlaməti də dörddür: (Bir şey) söylədiyində doğru söyləməz; (özünə bir şey) deyildiyində (söyləyəni) doğrula­maz; söz gəzdirər və böhtan atar.
Fasıqın əlaməti də dörddür. (Haram) əyləncəyə düşkün olmaq, boş şeylərlə məşğul olmaq, düşmənlik bəsləmək və böhtan atmaq.
Xainin əlaməti dörddür: Allaha üsyanda olmaq, qonşulara əziyyət etmək, dostlara kin saxlamaq və azğınlara yaxınlaşmaq.
Sonra Şəmun Peyğəmbəri Əkrəmə belə dedi: “Mənə şifa verdin; korluqdan çıxarıb bəsirətə qovuşdurdun. Elə isə, hi­dayet yollarını mənə öyrət.” Rəsulullah sallallahu əleyhi və alih də bunun üzərinə belə buyurdu:
Ey Şəmun, şübhəsiz cinlərdən və insanlardan dinini əlindən çıxarmaq üçün səni izləyən və səninlə döyüşən düşmənlərin vardır. İnsanlardan olan düşmənlərin: Axirətdə payları olmayan, Allah qatında olana əlaqə göstərməyən, bütün səylərini xalqı (etdiklərindən ötəri) ayıblamağa sərf edib, özlərini heç bir zaman tənqid etməyən və etdikləri əməllərdən çəkinməyən kəslərdir. Səni saleh gördüklərində, həsəd edib “Riyakar”dır deyərlər, fasid olduğunu gördüklərində isə, “Ondan xeyir gözlənilməz” deyərlər.
Cinlərdən olan düşmənlərin isə, Şeytan və onun əsgərləridir. (Övladın öldüyündə səbrini əlindən almaq üçün) yanına gəlib “Oğulun öldü” desə, cavabında: “Dirilər, ölmək üçün yaradılmışlar; bədənimin bir parçası olan oğlum cənnətə gedi­r; bu da mənim üçün sevindiricidir” de. Yanına gəlib “Malın elin­den çıxdı” desə, ona belə cavab ver: “Həmd Allaha ki (özü) verdi və (özü də) aldı və zəkatı məndən qaldırdı; artıq üzərimdə zəkat yoxdur.” Yanına gəlib “Xalq, sənə zülm edir amma sən cavab vermirsən” desə, de ki: “(Qiyamət günündə) ancaq in­sanlara zülm edənlər və haqsız yer üzündə azğınlıqda olanlar günahkar sayılarlar. “[4] Amma “Yaxşı iş görənlərə bir müşkül yoxdur. “[5] Yanına gəlib səni, eqoizmə sürük­ləmək məqsədiylə “Yaxşı işlərin nə qədər çoxdur” desə, “Pis işlərim yaxşı işlərimdən daha çoxdur.” deyə cavab ver. Gəlib “Nə qədər çox namaz qılırsan” desə, “Qəflətim namazımdan daha çoxdur” deyə cavab ver. “Xalqa nə qədər hədiyyə verirsən!” desə, de ki: “Aldıgım, verdiyimdən daha çoxdur.” “Sənə zülm edən nə qədər çoxdur” desə, “Zülm etdiyim kəslər daha çoxdur” de. Gəlib “Nə qədər yaxşı əməldə olursan” desə, “Çox günah işləmişəm” deyə cavab ver. Yanına gəlib “Şərab iç” desə, “Mən günah işlət­mərəm” de. Yanına gəlib “Dünyanı sevmirsənmi? desə, “Xeyr sevmirəm, ona aldanan (mən deyiləm) başqasıdır” deyə cavab ver.
Ey Şəmun, yaxşılara qatıl; Yaqub, Yusuf və Davud kimi peyğəmbərlərə tabe ol. Allahı Tebareku və Təala, ən aşağı təbəqəni yaratdığında, bu təbəqə öyünərək kükrədi və “Kim mənə qalib gələ bilər?” dedi. Allahı Təala yeri yaradıb aşağı təbəqənin üzərinə yayınca, aşağı təbəqə ram oldu. Sonra da yer öyünüb “Kim mənə qalib gələ bilər” dediyində Allahı Təala, üzərində olanları sarsıtmaması üçün dağları yaradıb mismar kimi yerə mıxladı. Bunun üzərinə, yer sakitləşdi. Daha sonra dağlar yerə qarşı öyünüb başını yuxarı tikərək, qürurlu bir şəkildə “Kim bizlərə qalib gələ bilər?” dediyində Allah dəmiri yaratdı. Dəmir, dağları parçalayınca, onlar da ram olub yatışdılar. Sonra dəmir dağlara qarşı öyünüb “Kim mənə qalib gələ bilər?” dediyində, Allah atəşi yaratdı. Atəş dəmiri əridincə, dəmir də ram olub sakitləşdi. Sonra atəş hiddətə gəlib öyündü və “Kim mənə qalib gələ bilər?” dedi. Allah suyu yaratdı; su onu söndürüncə atəş də ram oldu. Sonra su öyündü və coşub daşaraq “Kim mənə qalib gələ bilər?” dediyində Allah küləyi yaratdı, külək suyun dalğalarını hərəkətə keçirərək dərinliyində olanları alt-üst edip­ axmasına maniə törətdi. Bunun üzərinə su da ram oldu.
Sonra külək öyünüb qıvrılmağa başlayıb fırtına şəklində əsərək “Kim mənə qalib gələ bilər?” dedi. Allah nə küləyin nə də başqa heç bir şeyin sıza bilməyəcəyi binalar və sığınacaqlar yap­ması üçün insanı yaratdığında külək də ram olub sakitləşdi. Sonra insan da azıb “Kim məndən daha qüvvətlidir?” deməyə başlayınca, Allah ölümü yaratdı. Ölüm ona qalib gəlincə, insan da ram oldu. Sonra ölüm də öz-özünə öyünməyə başladığında, Allahı Təala belə buyurdu: “Özünə öyünmə, səni cənnət və cəhənnəm əhlinin arasında kəsib bir daha da diriltməyəcəyəm.” Bunun üzərinə ölüm də qorxdu (öyünməyi buraxdı). Sonra Rəsulullah sallallahu əleyhi və alih belə davam etdi: “Helm qəzəbə, mərhəmət hirsə, sədəqə də günaha qalib gəlir.”
[1]- Allahın əmr və buyruqlarına itaət etməyi və beləcə yaradılışın hədəfi olan Allaha ibadət etməyi təmin etdiyi üçün, ağıl həm yaradılışın və həm də ölümdən sonrakı həyatın səbəbi sayılar. Savab və cəza da ağılla mütənasibdir; çünki ağılı olmayanın, məsuliyyəti yoxdur və ağılı olan da, ağılı nisbətində məsuldur.
[2]- İbarenin zahiri belədir; lakin əlamətlərin biri əskik olduğundan ötəri bəlkə də “lihusni xulqihi” yerinə “yehsunu xulquhu” ibaresi doğrudur. O zaman mənası belə olar: Təqvalının altıncı sifəti budur: Və gözəl əxlaqlı olar.
(tuhəful-uqul kitabı)
[3]- Yəqin dördüncü əlamət ravilerin qələmindən düşmüşdür.
[4]- Şura/42.
[5]- Tövbə/91.