Ortağı olmayan yeganə Allahdan çəkinməyi, Allahdan başqa bir ilahın olmadığına, Məhəmmədin ONun qulu və elçisi olduğuna şahidlik etməyi sizə tövsiyə edirəm. Allahdan çəkinin. Gözəl söz söyləyin. Allahın razılığını axtarın; qəzəbindən qorxun; sünnəsini (vasvasılıq göstərərək) qoruyun; sərhədlərini aşmayın. Bütün işlərinizdə Allahı göz önündə saxlayaraq, lehinizə və əleyhinizə olan qəza və qədərinə razı olun.
Bilin ki, mərufa(yaxşılıqlara) əmr və münkərdən(pisliklər) nəhy etmək üzərinizə düşən bir vəzifədir.
Diqqət yetirin, sizə lütf edənə,daha çox lütfkarlıqda ol . Sizə pislik edənin günahından keç və xalqın sizə qarşı etməsini sevdiyiniz hərəkəti onlara edin.
Gücünüz çatdığı qədər xalqla yaxşı dolanmağa çalışın. Öz əleyhinizə olan bir bəhanə meydana gətirməməyə siz daha layiqsiniz. Allahın dinini öyrənməniz, haramlardan qaçınmanız, sizinlə yoldaşlıq edənə qarşı, istər yaxşı olsun istər pis, gözəl davranmanız üzərinizə düşən bir vəzifədir.
Tam bir vərəyə sahib olmağa çalışın. Çünki dinin ölçüsü vərə' (şübhəli və haram şeylərdən çəkinmək)dır. Namazları vaxtlarında qılın və fərzləri sərhədləriylə əda edin .
Allahın sizə fərz etdiyi və razılığına səbəb olan şeylərdə qüsur etməyin. Hz. Sadiq aleyhissələmin belə buyurduğunu eşitdim: "Allahın dinində məlumat sahibi olun, köçərilər kimi olmayın. Çünki kim Allahın dinində məlumat sahibi olmazsa Allah qiyamət günü ona (rəhmət gözüylə) baxmaz."
Zənginlikdə və kasıblıqda orta səviyyəli olun. Dünya malının bir qisimiylə axirətinizə hazırlıq edin. Hz. Sadiq aleyhissələmin belə buyurduğunu eşitdim: "Bunun (dünyanın) bir qisimiylə buna (axirətə) hazırlıq edin; xalqın üzərinə yük olmayın."
Oturub qalxdığınız şəxslərin hamısına yaxşılıq edin və onlara gözəl davranın. əsla zülm etmeyin. İmam Sadiq aleyhissələm belə buyururdu: "Cəzası ən tez çatan pislik, zülmdür."
Allahın oruc və namaz kimi fərz etdiyi vacibləri, yerinə yetirin. Fərz olan zəkatı əhlinə çatdırın. İmam Sadiq aleyhissələm buyururdu ki: "Ey Mufazzal, səhabələrinə də ki: Zəkatı əhlinə versinlər; mən əllərindən çıxanın zaminiyəm."
Məhəmməd salallahı əleyhi və alihin Əhli Beytinin vəlayətinə sarılın. Bir-birinizlə aranızı islah edin. Bir-birinizin qeybətini etməyin. Bir-birinizi ziyarət edin. Bir-birinizi sevin. Bir-birinizə lütfkarlıqda olun . Bir-birinizlə görüşün. Bir-birinizlə danışın. Bir-birinizdən bir şeyi gizləməyin. Bir-birinizlə əlaqəni kəsməkdən, bir-birinizə incinməkdən çəkinin. Çünki mən Hz. Sadiq aleyhissələmin belə buyurduğunu eşitdim: "Allaha and olsun ki şiəmizdən olan iki adam bir-birindən küsərək ayrılmazlar, məgər ki mən onların birindən teberri edər və lənətləyərəm. Ümumiyyətlə də hər ikisinə belə edərəm." Muattib İmam aleyhissələmə: "Canım sənə fəda olsun, zalıma qarşı belə etməyin açıqdır amma məzlumun günahı nədir?" dediyində Hz. İmam Sadiq aleyhissələm belə buyurdular: "Çünki o da qardaşını barışa və özüylə əlaqə yaratmağa dəvət etmir. Atamın belə buyurduğunu eşitdim: "Şiəmizdən olan iki adam döyüşdüklərində onlardan biri küssə məzlum olan şəxs yoldaşına dönüb aralarındakı küskünlük və incikliyin ortadan qalxması üçün "ey qardaş günahkar mənim" desin. Allahı Təala ədalətli hakimdir. Özü məzlumun intiqamını zalımdan alar."
Məhəmməd aleyhimussalamın əhli-beytinin kasıb şiələrini təhqir etməyin; onları danlamayın; onlara lütf edin. Allahın, malınızda onlar üçün qərar etdiyi haqqı özlərinə verin; onlara lütfkarlıqda olun Ali- Məhəmməd aleyhimussalamın adıyla xalqın malını yeməyin. Çünki mən Hz. Sadiq aleyhissələmin belə buyurduğunu eşitdim: "İnsanlar bizim haqqımızda üç qrupdur: Bir qrup Qaimimizin (İmam Mehdinin) zühur etməsi ümidiylə (onun hükumetinde) dünyamızdan bir şeyə çatmaq üçün bizi sevirlər; onlar sözlərimizi söyləyib əzbərləyirlər; lakin əməlimizə gəlincə qüsur edirlər. Allah onları cəhənnəmə atacaq. Bir qrup da bizim adımızla xalqın malını yemək üçün bizi sevərlər; sözümüzü dinlərlər; əməl etməkdə də qüsur etməzlər; Allahı Təala onların qarınlarını odla dolduracaq; aclıq və susuzluğu da onlara müsəllət edəcək. Bir qrup da bizi sevərlər; sözlərimizi öyrənərlər; əmrlərimizə itaət edərlər; etdiyimiz əməllərə zidd hərəkətdə olmazlar ; onlar bizdəndir; biz də onlardanıq."
Zəngin zənginliyi, kasıb da kasıblığı nisbətində köməkdə olmagı tərk etməməlidir. Kim Allahın onun ən əhəmiyyətli ehtiyacını yerinə yetirməsini diləsə, ən çox ehtiyac duydugu malı, Ali- Məhəmməd və onların şiəsinə çatdırmalıdır. Sizə haqq söz deyildiyində əsəbiləşməyin. Haqq əhli, haqq sözü açıqca söylədiklərində onlara qızmayın. Çünki mömin özünə deyilən haqq sözə hirslənməz.
Hz. Sadiq aleyhissələmin hüzurunda olduğum bir vaxtda İmam aleyhissələm: "Ey Mufazzal, səhabələrin (yəni Kufədə olan şiələr) nə qədərdir?" deyə soruşduqlarında; belə dedim: Çox azdır. Kufəyə döndüyümdə şiələr mənə hücum edib; ətimi yedilər (yəni qeybətimi etdilər); şərəfimə toxundular; hətta bəziləri mənə hücumda etdi. Bəziləri məni vurmaq üçün Kufənin küçələrində tələ qurdular və heç bir böhtandan çəkinmədilər.
Bu hadisə Hz. Sadiq aleyhissələmə belə çatdı. Sonrakı il (Hicaza döndüyümdə) İmamla ilk qarşılaşdığımızda salamlaşdıqdan sonra belə buyurdular: "Ey Mufazzal, haqqında eşitdiyim bu deyilən sözlər nədir?" Cavabda: "Deyilən sözlərin mənə bir zərəri yoxdur." dedim. Hz. Sadiq buyurdular ki: "Bəli, o sözlər onların öz zərərinədir; hirslənirlərmi? Təəssüflər olsun onlara; səhabələrim çox azdır dediniz, xeyr, Allaha and olsun ki onlar bizim Şiəmiz belə deyildirlər; şiəmiz olsaydılar, sözündən hirslənib narahat olmazdılar. Allah bizim şiəmizi, onlarda olan sifətlərdən başqa sifətlərlə vasfetmiştir. Cəfər Sadiq Şiəsi dilini qorumalıdır. Yaradıcısı üçün çalışmalıdır. Əfəndisinə ümid etməli və Allahdan, qorxması lazım olan bir şəkildə qorxmalıdır. Təəssüflər olsun onlara; görəsən onların arasında, çox namaz qılmaqla yay kimi bükülən və ya şiddətli qorxudan ötəri çaşmışlara bənzəyən, huşu və huzudan korlar kimi olan, oruc tutmaqdan xəstələr kimi görünən və uzun davamlı susmaq və sükut etməkdən ötəri də karlara bənzəyən bir kimsə vardırmı? Görəsən onların arasında gecələri çox namaz qılmaqla və gündüzləri də oruc tutmaqla özünü zəhmətə salan və ya Allah qorxusundan və biz Əhli Beytin sevgisindən ötəri dünya ləzzəti və nemətlərindən özünü məhrum buraxan bir kimsə vardırmı? Onlar necə bizim şiəmiz ola bilərlər? Halbuki onlar bizim düşmənlərimizlə düşmənlik edirlər və bunu etməklə onların düşmənliyini daha da çoxaldırlar. Onlar (soyuqdan inləyib hırıldayan) itlər kimi hırıldıyor; qarğalar kimi ehtiras edirlər. Bil ki əgər onların sənə danlama və hücumlarından qorxmasaydım, evinə girib, qapını üzərinə bağlamağını və həyatda olduğun müddətcə üzlərinə baxmamanı əmr edərdim. Lakin yanına gəlirlərsə onları qəbul et. Allah onları özlərinə hüccet etmişdir; eyni zamanda onlarla da digərlərinə hücceti tamamlamışdır."
DİQQETLİ OL! dünya, dünya nemətləri, dünya gözəllikləri və dünya mülkü sizi aldatmasın; bunların sizə bir faydası olmaz. Allaha and olsun ki öz əhlinə də bir faydası olmamışdır.
Aləmlərin Rəbbi Allaha həmd, mövlamız Məhəmməd Peyğəmbərə və pak Əhli Beytinə salat (rəhmət) olsun. (TUHƏFUL-UQUL KİTABI)
Комментариев нет:
Отправить комментарий